Ana səhifə »  Qəzetin pdf formatı »  YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
A+   Yenilə  A-
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib

Mayın 25-də Yeni Azərbaycan Partiyasının Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütövlükdə xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir. Onun sözlərinə görə, Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu: “Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yenu müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə ölkədə dövlətin yaranması, üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formalaşdırılması istiqamətində çox vacib işlər gördü. Qısa müddətdə mürəkkəb bir dövrdə təbii olaraq, Azərbaycan Xalq Cümhuriyyəti istədiyi bütün işləri yerinə yetirə bilmədi. Ömrü uzun olmadı, 23 ay yaşadıqdan sonra süqut etdi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti heç də başa çatmadı. Çox ağır zamanlarda mövcud olmasına baxmayaraq böyük ideyalar qoyub getdi, o dövrdə atılmış toxumlar öz bəhrəsini verməyə başladı. Bunun ən vacib cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması özlüyündə Azərbaycan xalqının azadlıq məfkurəsini milli ideyaya çevirdi. Bunun sayəsində də, müstəqillik itirilsə də, bu ideya xalqın qəlbində yaşadı və gələcəkdə yenidən müstəqiliyə qovuşması üçün çox əhəmiyyətli bir tarixi missiyanı yerinə yetirdi”.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin digər bir əhəmiyyəti odur ki, onun yaranması ilə bir daha gələcəkdə Azərbaycanın müstəqlliyinə qovuşması üçün hüquqi fundament yaranmış oldu. Çünki 1920-ci ildə cümhuriyyət süqut etdikdən sonra Rusiya imperiyasının yerində sovet imperiyası yarandıqda Azərbaycan bu quruma ittifaq respublikalarından biri kimi qoşuldu. 1991-ci ildə SSRİ süqut etdikdə isə Azərbaycan müstəqilliyini bərpa etdi.

Əli Əhmədov bildirib ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir. O dövrdə müstəqillik ideyalarının carçısı olan Məmmədəmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyov və böyük fədakarlıqlar göstərmiş digər insanların ideyaları, arzuları bu gün yaşayır və həyata keçirilir. Əgər onlar yaşasaydılar indiki Azərbaycanın uğurları ilə fəxr edərdilər. Sözün əsl mənasında müstəqil Azərbaycan Heydər Əliyev ideyaları əsasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən qoyulmuş ideyaları möhkəmləndirdi, inkişaf etdirdi, müstəqil dövlətimiz XXI əsrin ən uğurlu gənc dövlətlərindən biri kimi özünü təsdiq edib. Həyatın bütün sahələrində böyük uğurlar qazanılır. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir, iqtisadi inkişaf dünyada etiraf olunur. Demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib. Eləcə də, insanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb, həyat səviyyəsi yüksəlib. Azərbaycanda təhlükəszilik tam təmin olunub. Hər bir vətəndaş ölkədə rahat yaşayır. Azərbaycan mürəkkəb dünyada Prezident İlham Əliyevin dəqiq ifadə etdiyi kimi, sabitlik adası kimi tanınır. Vətəndaşlar öz gələcəyindən heç bir narahatlıq keçirmirlər”.

Əli Əhmədov deyib ki, işğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, qazanılan uğurlar yeganə problemimiz olan Dağlıq Qarabağ məsələsinin həlli, torpaqlarımızın işğaldan azad olunması üçün etibarlı zəmin yaradır: “Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır. Azərbaycan mühariə tərəfdarı deyil, sülh yolu ilə həllə üstünlük verir. Bunun üçün imkanlar tükənməyib və bundan axıra qədər istifadə etmək lazımdır”.

Baş nazirin müavini qeyd edib ki, bütövlükdə 100 ildən çox müddətdə müstəqillik ideyaları nəticəsində Azərbaycanın bugünkü reallıqları yaranıb. Bu reallıqlar Azərbaycanın hər bir vətəndaşının istək və arzularının ifadəsidir. Azərbaycan inkişaf edir, Heydər Əliyev ideyaları daha da möhkəmlənir, Prezident İlham Əliyevin siyasəti daha böyük nailiyyətlərin qazanılmasına əsaslar yaradır. Beləliklə, Azərbaycan dövləti, müstəqillik ideyaları yaşayır və möhkəmlənir.

“Bu gün təqdim olunan Cümhuriyyətə həsr olunmuş “Son iclas” filmi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gəlib. 28 May Respublika Günü ərəfəsində bu filmə tamaşa etmək, müstəqillik tariximin ayrı-ayrı məqamlarını daha yaxşı dərk etmək və yaddaşımızın ən möhkəm guşəsində, bu ideyaları qəlbimizin daha isti yerlərdə qoruyub saxlamaq baxımından əhəmiyyət kəsb edir”-deyə, Əli Əhmədov vurğulayıb.

Sonra “Son iclas filmi nümayiş olunub.

 
  • Oxunub:  2130  |  
  • Tarix:  25-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir

20 İyun 14:57
Hazırda Azərbaycanda dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir
20 İyun 14:50
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
20 İyun 14:17
Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir
20 İyun 14:12
Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılır
20 İyun 13:53
Gürcüstan parlamentinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
20 İyun 13:44
Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir
20 İyun 13:38
Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin Baş katibi seçilib
20 İyun 12:52
Nazirlik rəsmisi: Elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələr 10 faiz artıb
20 İyun 12:45
Bakıda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib
20 İyun 12:26
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 0,4 faiz artıb
20 İyun 12:12
Cari ildə neft sektoruna 2 milyard manatadək vəsait yönəldilib
20 İyun 12:01
Əgər milli mənəvi-dəyərlərimizə ziddirsə, belə ədəbiyyatların idxalına icazə verilmir - Komitə sədri
20 İyun 11:53
Oqtay Əsədov: Silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır
20 İyun 11:49
QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
20 İyun 11:11
Mavritaniya mətbuatı: Azərbaycanın yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır
20 İyun 10:52
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı davam edir
20 İyun 10:47
Müdafiə Nazirliyi: Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə ordumuzun mövqelərini atəşə tutub
20 İyun 10:43
Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır
20 İyun 10:31
YAP Saatlı rayon təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
20 İyun 10:20
Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb
20 İyun 10:17
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
20 İyun 10:15
Tsveta Karayançeva: Bakıda Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini müzakirə edəcəyik
20 İyun 10:13
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
20 İyun 10:11
Azərbaycanın Əfqanıstandakı əməliyyatlara dəstəyi ABŞ tərəfindən yüksək qiymətləndirilib
20 İyun 10:00
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir
20 İyun 09:59
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20 İyun 09:59
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb
20 İyun 09:58
Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib
20 İyun 09:56
Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb
20 İyun 09:53
Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir
20 İyun 09:52
İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır
20 İyun 09:50
Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır
20 İyun 09:49
Tərtərdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 İyun 22:48
Yaponiya İmperatorunun taxta çıxması münasibətilə Bakıda ziyafət təşkil olunub
19 İyun 22:46
Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19 İyun 22:38
Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
19 İyun 21:49
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib
19 İyun 21:11
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19 İyun 21:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib
19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24