Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində Respublika Gününə həsr olunmuş tədbir keçirilib
A+   Yenilə  A-
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Mayın 24-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirilib.

Nümayəndəlindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov milli dövlətçilik tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, keçdiyi şərəfli yoldan danışaraq qeyd etmişdir ki, bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Məmmədəmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Xosrov bəy Sultanovun, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqa adlarını qeyd etmədiyimiz şəxsiyyətlərin müstəsna xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin, bir sözlə, torpağı vətən yapmış babalarımızın adları xalqımızın yaddaşına əbədi həkk olunub.

Bəxtiyar Əsgərov diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın istiqlal tarixinin şanlı səhifəsidir. Cəmi 23 ay yaşamasına baxmayaraq, milli hökumətimizin keçdiyi şərəfli yol gələcək müstəqil dövlətçilik üçün mühüm siyasi və tarixi əsas yaradıb. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın ilk milli dövlətinin siyasi tariximizdə oynadığı rola böyük dəyər verərək deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributlarını – öz parlamentini, ordusunu və pul vahidini yaradaraq müstəqil, suveren bir dövlətə çevrilib. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. O dövrdə Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bəyan etdi. Bəyannamədə elan edilmiş prinsiplər – Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı”.

Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ötən əsrin əvvəllərində aparılan müstəqillik uğrunda mübarizənin nəticəsi kimi meydana çıxmışdır. 1918-ci il mayın 28-də Milli Şuranın tarixi iclasında qəbul edilən İstiqlal Bəyannaməsində qeyd olunurdu ki, bu gündən etibarən Azərbaycan Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən tamhüquqlu müstəqil dövlətdir. Xalq Cümhuriyyəti hökuməti çətin tarixi şəraitdə üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirmiş, Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilmiş, müstəqil dövlətçilik atributları - bayraq, himn və gerb yaradılmış, Azərbaycan dili dövlət dili elan edilmiş, pul və poçt markaları dövriyyəyə buraxılmışdı. Milli iqtisadiyyatın, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuşdur.

“Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimiz daha da möhkəmlənib. Ölkəmizdə demokratik prinsiplər bərqərar edilib, güclü ordu yaradılıb, müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Azərbaycan sübut edib ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. Bu varisliyin əyani ifadəsidir ki, 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80, 2008-ci ildə 90, 2018-ci ildə isə 100 illik yubileyləri ölkəmizdə yüksək səviyyədə qeyd olunub, Xalq Cümhuriyyətinə Xatirə abidəsi ucaldılıb, Cümhuriyyət tarixi ilə bağlı elmi-tədqiqatlar aparılıb, yubiley nəşrləri çap edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan bəhs edən Bəxtiyar Əsgərov Naxçıvanın o dövrkü vəziyyətinə də xüsusi diqqət yetirib. Vurğulayıb ki, o dövrdə Naxçıvan həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif maraqların toqquşduğu ərazilərdən birinə çevrilmişdi. Ermənilərin Naxçıvana hücumları isə vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və parlamenti Naxçıvanla bağlı bir sıra məsələləri diqqətdə saxlayır, hökumətin İrəvan və Tiflisdəki diplomatik nümayəndələri bununla bağlı səmərəli və işgüzar fəaliyyət göstərirdilər. Lakin reallıq bundan ibarət idi ki, mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin Azərbaycanla bir olmaq arzusunu həyata keçirməyə imkan vermirdi. Böyük dövlətlərin təsiri ilə qədim Azərbaycan torpaqları olan Zəngəzurun və İrəvanın Ermənistana verilməsindən sonra Naxçıvan Muxtar Respublikasının ərazisi təcrid olunmuş vəziyyətə düşmüş, Azərbaycanın əsas ərazisi ilə əlaqə tamamilə kəsilmişdir. Belə bir vəziyyətdə - 1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını almış və tarixi Azərbaycan torpaqlarını qismən də olsa, qoruyub saxlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrdə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm əhəmiyyət kəsb edib.

Nümayəndəliyin rəhbəri qeyd edib ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətini yaradıb. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacarıb, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülüb. Dahi şəxsiyyət Heydər Əliyevin böyük siyasi təcrübəsi, qətiyyəti və misilsiz xidmətləri nəticəsində Azərbaycan nəinki öz müstəqilliyini qorumuş, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasında varislik əlaqəsini təmin edib. O deyib: “Bu gün Azərbaycan regionda lider dövlətə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan gündən-günə daha da güclənir, beynəlxalq arenada ciddi tərəfdaş kimi qəbul olunur. Artıq Azərbaycan hərtərəfli inkişafı və nüfuzu sayəsində Şərqlə Qərb arasında çoxtərəfli əlaqələrin inkişafına əhəmiyyətli təsir göstərir, dünyada sülhün, tolerantlığın təminatçısı kimi çıxış edir. Bütün bunlar Ümummilli Liderimizin 1969-cu ildən əsasını qoyduğu və 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizə rəhbərliyə gəlişindən sonra davam etdirdiyi siyasi xəttin, müstəqil dövlətçilik ideyalarının bəhrəsidir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür”.

Sonda Bəxtiyar Əsgərov bir daha vurğulayıb ki,Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tarixdə ən böyük xidmətlərindən biri də bugünkü müstəqil və qüdrətli Azərbaycan dövlətinin yaradılmasına zəmin hazırlamaqdır. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqillik yolu Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Prezident İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirib. Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya birliyində öz layiqli yerini tutur. “Biz azərbaycanlı olmağımızla, müstəqil dövlətdə yaşamağımızla qürur duyuruq. Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləri olmağımızla fəxr edirik”,- deyə nümayəndəliyin rəhbəri qeyd edib.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  24-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir

20 Sentyabr 10:49
Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçirilir
20 Sentyabr 10:46
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
20 Sentyabr 10:39
Elçin Quliyev: “Əsrin müqaviləsi” Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının möhtəşəm təntənəsidir
20 Sentyabr 10:25
ADU-nun Konfutsi İnstitutu Çin sərgisində iştirak edib
20 Sentyabr 09:23
Elçin Əhmədov: “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edildi
20 Sentyabr 09:11
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir
20 Sentyabr 08:48
Regionlarda meyvəçiliyin inkişafı istiqamətində çoxşaxəli tədbirlər görülür
19 Sentyabr 23:14
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19 Sentyabr 22:55
Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
19 Sentyabr 22:40
Səfir Erkan Özoral: Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir
19 Sentyabr 22:32
Yelizaveta Truss və Kristofer Pinçerdən
19 Sentyabr 21:39
Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir
19 Sentyabr 17:57
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Sentyabr 17:56
YAP Gəncə şəhər təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 Sentyabr 17:55
“Əsrin müqaviləsi” – Ulu Öndərimizin şah əsəri, bu günkü və gələcək inkişafımızın təməl daşıdır
19 Sentyabr 17:52
Mərkəzi Elmi Kitabxanada “Qafqaz Neoliti” sənədli filminin təqdimatı olub
19 Sentyabr 17:50
YAP Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi ilə əlaqədar Nəft Daşlarında təntənəli tədbir keçirildi
19 Sentyabr 17:48
Vüqar Rəhimzadə: «Əsrin müqaviləsi» Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı
19 Sentyabr 17:46
Qlobal enerji təhlükəsizliyi problemi və “Əsrin müqaviləsi”
19 Sentyabr 17:38
Humanist ruhlu pedaqoq və alim – Rəfiqə Əliyeva
19 Sentyabr 17:33
Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək fəxri mükafatı ilə təltif olunub
19 Sentyabr 17:31
Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi “Twitter” səhifəsi yaradılıb
19 Sentyabr 17:30
Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
19 Sentyabr 17:25
Bakıda “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib
19 Sentyabr 17:19
Ulu Öndərin formalaşdırdığı enerji siyasəti “Əsrin müqavilə”si ilə Azərbaycanı beynəlxalq enerji bazarında birbaşa iştirakçıya çevirdi
19 Sentyabr 17:10
Orxan Məmmədov: Yaxın müddətdə KOB-lar üçün yeni dəstək mexanizmləri işə düşəcək
19 Sentyabr 17:02
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib
19 Sentyabr 16:57
Elmar Məmmədyarov: Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə sıx münasibətlər qurmaq niyyəti təqdirəlayiqdir
19 Sentyabr 16:50
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Qubada vətəndaşları qəbul edib
19 Sentyabr 16:46
“Azərsu” sədri Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcərdən olan sakinləri qəbul edib
19 Sentyabr 16:43
Əsrin müqaviləsi - əsrə bərabər 25 il
19 Sentyabr 16:40
Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq
19 Sentyabr 16:38
Əli Əhmədov: “Əsrin müqaviləsi” Azərbaycanın təkcə keçmişi deyil, eyni zamanda bugünü və gələcəyidir
19 Sentyabr 16:36
Firəngiz Əlizadə: Berlin kimi böyük şəhərdə konsert təşkil etmək və zalları tamaşaçılarla doldurmaq böyük uğurdur
19 Sentyabr 16:33
Strateji inkişaf yolunun başlanğıcı – “Əsrin müqaviləsi”
19 Sentyabr 16:13
Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub
19 Sentyabr 16:05
Azərbaycan-Tacikistan əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib
19 Sentyabr 16:02
Gələn il 2 yeni “ASAN xidmət” mərkəzi Bakıda, 5 mərkəz isə regionlarda açılacaq
19 Sentyabr 15:50
Sevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur
19 Sentyabr 15:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
19 Sentyabr 15:13
Tokioda Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə “Cross Border Club” arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Sentyabr 15:07
Qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb
19 Sentyabr 15:01
Azərbaycan İlahiyyat İnstitutunda Əhməd bəy Ağaoğluna həsr edilən konfrans keçirilir
19 Sentyabr 14:58
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
19 Sentyabr 14:47
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı təşkil edilib
19 Sentyabr 14:45
Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib
19 Sentyabr 14:25
Azərbaycanda pensiya kapitalından necə istifadə etmək olar – Yeni modellər öyrənilir – ARAŞDIRMA
19 Sentyabr 14:13
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov mətbuat konfransı keçirib
19 Sentyabr 14:07
“Əsrin kontraktı”: müstəqilliyimizin qarantı olan tarixi layihə
19 Sentyabr 14:02
Bakının Baş planının hazırlanması üzrə qurumlararası İşçi Qrupun növbəti iclası keçirilib
19 Sentyabr 14:00
Azərbaycan OPEC-lə neft bazarındakı vəziyyəti müzakirə edib
19 Sentyabr 13:53
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatala rayonlarının vətəndaşlarını qəbul edib
19 Sentyabr 13:46
Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin əməkdaşlığının perspektivləri müzakirə olunub
19 Sentyabr 13:40
Pərviz Şahbazov: "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatındə müstəsna xidmətləri olub
19 Sentyabr 13:31
Xəbər agentlikləri informasiya istehsalında süni intellektin tətbiqi məsələsini müzakirə edirlər
19 Sentyabr 13:28
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb
19 Sentyabr 12:52
Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri Naxçıvanda səfərdə olub
19 Sentyabr 12:50
“News Blaze” nəşri: “Ermənistanın Baş naziri Nikol Paşinyan Los-Ancelesdə persona non-qrata elan edilməlidir”
19 Sentyabr 12:29
AZƏRTAC Xəzər-Qara Dəniz regionu ölkələri üzrə ilin xəbər agentliyi mükafatına layiq görülüb
19 Sentyabr 12:19
Bəhruz Quliyev: "SƏS" İnformasiya Agentliyi 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib
19 Sentyabr 11:47
Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir
19 Sentyabr 11:43
Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq
19 Sentyabr 11:38
Nazir müavini: Energetika bazarının liberallaşmasına dair təkliflər hazırlanıb
19 Sentyabr 11:16
Kolumbiya parlamentində Azərbaycan ilə bağlı dinləmələr keçirilib
19 Sentyabr 11:09
Milli Musiqi Günü münasibətilə Qız Qalasının önündə konsert təşkil olunub
19 Sentyabr 11:06
Təlimlərdə qoşunların qarşılıqlı fəaliyyəti ərazinin maketi üzərində icra olunub
19 Sentyabr 11:00
Nazir müavini: Azərbaycan Xəzəryanı ölkələrin hər biri ilə siyasi və iqtisadi sahədə sıx əməkdaşlıq edir
19 Sentyabr 10:48
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq
19 Sentyabr 10:36
“VFS Global”, Elektron Hökumətin İnkişafı Mərkəzi və İnnovasiyalar Mərkəzi Anlaşma Memorandumu imzalayıblar
19 Sentyabr 10:30
Tacikistanın nümayəndə heyəti Azərbaycanda istehsalat müəssisələrinin iş prosesi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +29
gecə+18 +22