Ana səhifə »  Qəzetin pdf formatı »  Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə elmi konfrans keçirilib
A+   Yenilə  A-
Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə elmi konfrans keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 16 may tarixli Sərəncamının icrası ilə əlaqədar “Duzdağ” otelində elmi konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, tədbiri açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrindən yuxarı tənəffüs yolları, ağ ciyər xəstəlikləri və allergiyalardan əziyyət çəkən yüzlərlə insanın üz tutduğu mərkəz ötən müddətdə dövlətimizin qayğısı sayəsində öz fəaliyyət imkanlarını xeyli genişləndirib. Muxtar respublika rəhbərinin tapşırığı ilə bir neçə dəfə təmir-bərpa olunan şəfa ocağı müalicə turizminin inkişafına böyük stimul verib.

Diqqətə çatdırılıb ki, Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə bu il mərkəzin yaranmasının 40 illiyinin yüksək səviyyədə qeyd olunması, yubileylə əlaqədar əməkdaşların mükafatlandırılması, eləcə də şəfa ocağı üçün yeni inzibati binanın tikilməsi haqqında göstərişin verilməsi muxtar respublikada dövlətin səhiyyəyə, tibb işçilərinə, onların əməyinə verdiyi ən böyük qiymətdir.

Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyidin “Naxçıvan Muxtar Respublikası səhiyyəsinin inkişafında Duzdağ Fizioterapiya Mərkəzinin rolu” mövzusunda məruzəsi dinlənilib. Natiq bildirib ki, Azərbaycan tarixinin, arxeologiya və etnoqrafiyasının, milli dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında tədqiq olunması ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Hələ Azərbaycana hakimiyyətinin birinci mərhələsində dahi öndərin Naxçıvanda səhiyyənin inkişafına göstərdiyi qayğı təbii şəfa vasitələri olan Duzdağ duzunun, Darıdağ, Sirab, Badamlı sularının elmi tərkibinin və tarixinin öyrənilməsinə diqqəti artırıb və bu zəngin təbii vasitələrin səhiyyədə istifadəsinə başlanılıb. 1927-ci ildən sənaye üsulu ilə çıxarılan Naxçıvan duzunun təbabətdə istifadəsi ilə bağlı Ümummilli Liderin tapşırıq və göstərişlərinə uyğun olaraq, ötən əsrin 70-ci illərindən etibarən duz mədəni bazasında xəstəxana yaradılmasına başlanılıb, 1979-cu ildən Naxçıvan Fizioterapiya Xəstəxanasının fəaliyyətə başlaması ilə Duzdağ duzundan ağ ciyər-bronx sistemi xəstəliklərinin müalicəsində istifadə olunub.

Surə Seyid deyib: Müstəqillik illərində Naxçıvan Fizioterapiya Xəstəxanasının fəaliyyəti və Duzdağın elmi-tədqiqata cəlb olunması, dünya miqyasında tanıdılması Ali Məclisin Sədri Vasif Talıbovun tarixi xidmətləri ilə bağlıdır. Belə ki, 2004-cü ildə İlham Əliyevin prezidentlik fəaliyyətinin 100 gününə həsr edilmiş tədbirlər planına uyğun olaraq, həmin il yanvarın 31-də Naxçıvan Fizioterapiya Xəstəxanasının yeraltı şöbəsi və Naxçıvan filiz idarəsinin duzüyütmə sexləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Duzdağın elmi-tədqiqata cəlb olunması ilə bağlı Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq AMEA Naxçıvan Bölməsinin əməkdaşları 2007-ci ildən Duzdağ ərazisində geniş arxeoloji tədqiqat işlərinə başlayıb, əldə olunan materiallar Naxçıvanın Daş dövrü mədəniyyətinin, Eneolit və İlk Tunc dövrlərinin xüsusi araşdırılması zərurətini meydana çıxarıb. Naxçıvan duz mədənlərində yerli arxeoloqlarla birgə tədqiqat işləri aparan Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşları 2008-ci ildə əldə olunmuş maddi mədəniyyət nümunələri əsasında müəyyən ediblər ki, Naxçıvan duz mədənləri dünyanın ilk duz ocaqlarından biridir. Bu barədə Fransada nəşr olunan məqalələrdə dünyanın ən qədim duz mədəninin Azərbaycanda tapılması haqqında beynəlxalq elmi ictimaiyyətə xəbər verilib. Əldə olunan nəticələr təsdiq edib ki, Duzdağ dünyanın ən qədim duz mədənidir.

Vurğulanıb ki, aparılan araşdırmalar və duzun tərkibinin öyrənilməsi ilə bağlı elmi-tədqiqatlar Naxçıvan Fizioterapiya Xəstəxanasının işinin müasir tələblər səviyyəsində qurulması zərurəti yaradıb. 2008-ci ildə Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq bu səhiyyə ocağı Duzdağ Fizioterapiya Mərkəzinə çevrilib, 474 çarpayılıq yeraltı və yerüstü hissəsində bronxial-astma və ağ ciyər xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün hər cür şərait yaradılıb. Duzdağ Fizioterapiya Mərkəzinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin hazırki Prezidenti, o vaxt Baş nazir olan Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər. Duzdağın tarixi əhəmiyyəti nəzərə alınmaqla, 2011-ci ildə Naxçıvan şəhərində “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda keçirilən simpoziumda Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasında Duzdağın rolu haqqında əldə olunan nəticələr daha da möhkəmləndirilib.

“Duzdağın Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasındakı rolu və əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci ildə imzaladığı “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” Sərəncama uyğun olaraq 2012-ci il iyulun 27-28-də Naxçıvan şəhərində Amerika Birləşmiş Ştatlarından, Fransadan, Ukraynadan, Türkiyədən, İrandan, Gürcüstandan, həmçinin Bakıdan gələn alimlərin və naxçıvanlı elm adamlarının iştirakı ilə Beynəlxalq Simpozium keçirilib. Simpoziumun plenar iclasında Ali Məclisin Sədri proqram xarakterli çıxış edib”, - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri diqqətə çatdırıb ki, Naxçıvan duzunun tarixdə oynadığı rolu nəzərə alaraq aparılan elmi-tədqiqatların nəticələri 1 monoqrafiya, 9 kitab, 80-dən yuxarı elmi məqalədə sistemləşdirilib. Elmi araşdırmalar zamanı əldə olunmuş maddi mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalayıb, 2018-ci ildən Duz Muzeyi fəaliyyətə başlayıb. Bu muzey aparılan tədqiqatların ümumiləşdirilməsi, Duzdağın, burada çıxarılan duzun təbliği, xüsusilə beynəlxalq ictimaiyyətə tanıdılması sahəsində mühüm rol oynayır.

Qeyd edilib ki, Naxçıvan Filiz İdarəsi tərəfindən istehsal olunmuş Naxçıvan duzu Madrid şəhərində təşkil olunmuş Beynəlxalq sərgidə keyfiyyət göstəricilərinə görə qızıl medala layiq görülüb. Xəstələrin sağlamlığının bərpa olunması sahəsində daha da səmərəli fəaliyyət göstərmək məqsədilə Ali Məclis Sədrinin 2017-ci ildə imzaladığı Sərəncamla Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib. Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Mərkəz hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın pasiyent qəbul edir.

Vurğulanıb ki, Duzdağ Fizioterapiya Mərkəzinin tibbi əhəmiyyətini və sağlamlıq turizminin inkişafındakı rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu il mayın 16-da “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edib.

Elmi konfransda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzovun “Duzdağ Fizioterapiya Mərkəzinin səhiyyə turizminin inkişafında yeri”, Azərbaycan Tibb Universitetinin Klinik allerqologiya və immunologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın “Bronxial-astma xəstəliyində Duzdağ Fizioterapiya Mərkəzində aparılan müalicənin effektivliyi”, Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Heyran Qazıbəyovanın “Dünyada bənzəri olmayan müalicə ocağı”, mərkəzin həkim-pulmonoloqu, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Nizami Şaxtaxtinskinin “Allergik xəstəliklərdə speleoterapiyanın rolu”, Naxçıvan Muxtar Respublikası Ağ ciyər Xəstəlikləri Dispanserinin baş həkimi İlqar Rzayevin “Bronxial-astmanın əmələ gəlməsində xroniki su və mineral çatışmazlığının rolu” mövzularında məruzələri dinlənilib, slaydlar nümayiş olunub.

Fitoterapevtlər Cəmiyyətinin sədri, tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova konfransda çıxış edib.

Sonra bir qrup səhiyyə işçisinə pul mükafatları təqdim olunub, “Duzdağ Fizioterapiya Mərkəzi – 40” filmi nümayiş etdirilib, Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin çıxışı olub.

 
  • Oxunub:  1380  |  
  • Tarix:  24-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım

19 İyun 22:48
Yaponiya İmperatorunun taxta çıxması münasibətilə Bakıda ziyafət təşkil olunub
19 İyun 22:46
Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19 İyun 22:38
Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
19 İyun 21:49
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib
19 İyun 21:11
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19 İyun 21:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib
19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
19 İyun 14:04
Elsevər Ağayev: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb
19 İyun 14:00
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır
19 İyun 13:30
Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
19 İyun 13:27
Pensiyanın minimum məbləği 200 manata çatdırılır və artım 660 min pensiyaçını əhatə edəcək
19 İyun 13:23
Aydın Hüseynov: Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır
19 İyun 12:48
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edir
19 İyun 12:42
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19 İyun 12:35
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıb
19 İyun 12:32
Hadi Rəcəbli: İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib
19 İyun 12:23
Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi istiqamətində inqilabi addımları davam edir
19 İyun 12:17
Yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir
19 İyun 12:05
UNEC-də “Universitet-dövlət-sənaye platforması” çərçivəsində forum keçirilib
19 İyun 11:59
Tahir Süleymanov: Bu gün Azərbaycan sözün əsl mənasında rifah dövlətidir
19 İyun 11:56
İngilis dilində təqdimat müsabiqəsi keçirilib
19 İyun 11:53
Hikmət Şikarov: İmzalanan fərman və sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir
19 İyun 11:20
Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi
19 İyun 11:09
Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
19 İyun 11:05
Nazir müavini: Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb
19 İyun 10:56
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19 İyun 10:50
Sədaqət Vəliyeva: Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır
19 İyun 10:48
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub
19 İyun 10:47
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək
19 İyun 10:41
Türkiyənin Azərbaycandakı səfiri: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir
19 İyun 10:40
İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir
19 İyun 09:53
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım
19 İyun 09:45
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb
19 İyun 09:42
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19 İyun 09:35
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
19 İyun 09:33
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir
19 İyun 09:31
YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
19 İyun 09:30
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19 İyun 09:28
YAP Səbail rayon təşkilatı “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirilib
19 İyun 09:20
Azərbaycanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA