Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Düşənbədə Respublika Günümüz və ölkəmizin diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə tədbir keçirilib

Düşənbədə Respublika Günümüz və ölkəmizin diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə tədbir keçirilib

24.05.2019 [09:58]

Azərbaycanın Tacikistandakı səfirliyi Düşənbə şəhərində 28 May - Respublika Günü və ölkəmizin diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tacikistan Hökumətinin üzvləri, parlamentin deputatları, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən tədbir, həm də Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu tarixə təsadüf edib.

Ölkəmizin Tacikistandakı səfiri Həsən Məmmədzadə qədim və zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının mühüm əhəmiyyət kəsb etməsi, müsəlman Şərqində ilk demokratik respublikanın beynəlxalq aləmdə tanıdılmasında və müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında milli diplomatiyanın rolunun da bir o qədər mühüm yer tutduğunu qeyd edib.

H.Məmmədzadə 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul olunduğunu əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev tərəfindən hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb. Səfir qeyd ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən demokratiya və bərabərlik prinsiplərinə əsaslanıb, bütün vətəndaşlara eyni hüquqlar verib, milli, dini, irqi və sinfi bərabərsizlikləri aradan qaldırıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə ölkəmizin milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını özündə ehtiva edib.

Diplomat deyib: “Sovet İttifaqının dağılmasından sonra yenidən müstəqillik əldə edən Azərbaycan ilk illərdə müharibə və xaosla üzləşib. Nəticədə 20 faiz torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün düşüb. 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqil, suveren Azərbaycanın dinamik inkişafının əsası qoyulub. Bu gün də Prezident İlham Əliyev tərəfindən böyük müdriklik, qətiyyət və cəsarətlə aparılan düzgün diplomatik siyasət sayəsində Azərbaycan Qafqazın ən qüdrətli dövlətinə, həmçinin dünya miqyasında sözü və mövqeyi olan dövlətə çevrilib”.

Daha sonra Azərbaycan ilə Tacikistan arasında münasibətlərin və əməkdaşlığın tarixi köklərə söykəndiyi, ölkələrimizin regional və beynəlxalq təşkilatlar çərçivəsində daim qarşılıqlı dəstək verdikləri və dövlətlərimizin prezidentləri arasında dost münasibətlərin mövcud olduğu qeyd edilib. İki ölkə arasında hökumətlərarası komissiyanın növbəti iclasının Düşənbədə keçiriləcəyi vurğulanıb.

Tədbirdə iştirak edən Tacikistan xarici işlər nazirinin müavini Zohir Saidzoda Azərbaycan xalqını Tacikistan hökuməti adından Respublika Günü və diplomatik xidmət orqanlarımızın 100 illiyi münasibətilə təbrik edib və uğurlar arzulayıb. Nazir müavini iki ölkə arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək, bundan sonra da müxtəlif sahələrdə ikitərəfli münasibətləri genişləndirmək üçün geniş imkanların olduğunu qeyd edib.

Sonda Azərbaycan mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini əks etdirən videogörüntülər nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqların şərəfinə ziyafət verilib.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31