Ana səhifə »  Qəzetin pdf formatı »  Gəncədə “Azərbaycançılıq ideologiyası" və "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib
A+   Yenilə  A-
Gəncədə “Azərbaycançılıq ideologiyası" və "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib

Mayın 21-də Gəncədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycançılıq ideologiyası" və "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, DTX-nin məsul əməkdaşlarının, Gəncə Şəhər İcra Hakimiyyətinin, idarə, təşkilat və müəssisələrin təmsilçilərinin, həmçinin geniş ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Heydər Əliyev Mərkəzində təşkil edilib.

Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi də yad olunub.

Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.

DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzinin rəisi Rəşad Camalov çıxış edərək bildirib ki, bugünkü konfransın keçirilməsində məqsəd adından da göründüyü kimi, Azərbaycançılıq ideologiyasının təbliği və terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolunun artırılmasından ibarətdir. O, diqqətə çatdırıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü və praqmatik siyasət nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutub və xarici tərəfdaşlar arasında böyük nüfuzu qazanıb.

Tədbirdə çıxış edən DTX-nin əməkdaşı, tarixçi-tədqiqatçı Elsevər Məmmədov “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda məruzəsində bildirib ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin öz xalqının israrlı və təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı olmuşdur. Həmin gündən etibarən ulu öndər Heydər Əliyevin misilsiz və ölçüyəgəlməz xidmətləri nəticəsində Azərbaycan hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoyub, respublikamız beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Qədirbilən Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevi hədsiz məhəbbətlə sevir və onun xatirəsini daim uca tutur. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyev də var olacaqdır. Azərbaycanın müstəqilliyi isə Ümummilli Liderin sözləri ilə desək “əbədi, daimi və dönməzdir”.

Diqqətə çatdırılıb ki, bu gün müasir Azərbaycan inamla inkişaf edir, yeni-yeni möhtəşəm nailiyyətlərə imza atır, durmadan uğurlara doğru irəliləyir. Bu yol dahi rəhbər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq, tərəqqi və inkişaf yoludur. Ümummilli Liderin siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin müdrik, xalqımızın maraqlarını, tərəqqisini və təhlükəsizliyini etibarlı təmin edən uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycanda milli həmrəylik günbəgün daha da möhkəmlənir, respublikamız bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş və sabit ölkə kimi dövlətimizin nüfuzu durmadan artır.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Tural Məmmədov çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycançılıq ideologiyasının dərindən aşılanması, gənclərimizin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması, eləcə də müasir dünyanın təhlükəsizliyini ciddi təhdid edən terrorizmə və radikallaşmaya qarşı mübarizədə ictimaiyyətin rolunu artırmaq, bu istiqamətdə Azərbaycan Respublikasının həyata keçirdiyi tədbirlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verməkdir.

Milli təhlükəsizlik və mənafelər əleyhinə yönəlmiş təhlükələrlə, xüsusilə terrorizm və ekstremizmlə mübarizədə Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə aidiyyəti dövlət və hüquq mühafizə orqanlarının səmərəli birgə fəaliyyət göstərdiklərini deyən Tural Məmmədov radikalizm meyillərinin əvvəlcədən müəyyən olunması və onlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi üçün cəmiyyətin yaxından iştirakının vacibliyini qeyd edib. O, belə ictimai dəstəyin Azərbaycanda dayanıqlı sabitliyin, təhlükəsizliyin və əmin-amanlığın qorunub saxlanması üçün zəruri olduğunu vurğulayıb.

Bildirilib ki, müasir dövrdə terrorçuluq bütün dövlətlər üçün təhlükə mənbəyidir. Azərbaycan Respublikası terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Belə ki, yalnız Ermənistan tərəfindən ölkəmizə qarşı 373, o cümlədən nəqliyyat və kommunikasiya obyektlərində 32 terror aktı törədilib, 2000-dən artıq mülki şəxs həlak və əlil olub.

Terrorçuluqla mübarizə tədbirləri haqqında danışan Tural Məmmədov qeyd edib ki, bu sahədə hüquqi, rejim mühafizə, əməliyyat-axtarış və profilaktiki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sahədə mübarizə insan hüquq və azadlıqları, cəmiyyət və dövlətin təhlükəsizliyinin təmin edilməsi, terrorçuluğun aşkarlanması, qarşısının alınması, terrorçuluğun yaranmasının, maliyyələşdirilməsinin, ona digər yardımların göstərilməsinin qarşısının alınması məqsədilə həyata keçirilir. Terrorçu və ekstremist təşkilatların əlaqəsindən və şəbəkələşməsindən danışan DTX əməkdaşı bildirib ki, bu gün müxtəlif cərəyanlara mənsub terrorçu və ekstremist təşkilatlar bir-biri ilə sıx əlaqə saxlayırlar. Siyasi və dini ekstremizm, təcavüzkar separatçılıq, qloballaşma əleyhinə hərəkət, sağ və sol radikalizm və sair eyni terror zəncirinin həlqələri olub, terrorçuluq fəaliyyətinin müxtəlif sahələrində bir-birini tamamlayır. Məruzədə, həmçinin terrorizmin beynəlxalq coğrafiyası, DTX tərəfindən həyata keçirilən antiterror əməliyyatları, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə tədbirləri istiqamətində ardıcıl görülən işlər barədə məlumat verilib.

Konfransda Qafqaz Siyasi Analiz Mərkəzinin rəhbəri Əhməd Əlili radikallaşma səbəbləri və radikallaşmaya aparan yollar haqqında təqdimatla çıxış edib. Həmçinin DTX əməkdaşı Arif Cəfərov “Vətəndaşların terror fəaliyyətinə cəlb olunmasına qarşı mübarizənin xüsusiyyətləri”, Hüquq elmləri üzrə fəlsəfə doktoru Bəxtiyar Əliyev “Terrorçuluq cinayətinin anlayışı, təsnifatı və cinayət məsuliyyətinin yaranması xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.

 
  • Oxunub:  2340  |  
  • Tarix:  21-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

15 Sentyabr 23:51
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15 Sentyabr 22:44
Dövlət əxlaqı – Nadir Qocabəyli yazır
15 Sentyabr 14:36
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
15 Sentyabr 14:32
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
15 Sentyabr 14:29
Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb
15 Sentyabr 14:20
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
15 Sentyabr 14:16
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15 Sentyabr 14:14
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15 Sentyabr 14:10
Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
15 Sentyabr 14:07
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15 Sentyabr 14:04
Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu
14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Sentyabr 17:41
Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA