Ana səhifə »  Qəzetin pdf formatı »  Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub
A+   Yenilə  A-
Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub

Mayın 21-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Komitə sədri Ziyad Səmədzadə 2018-ci ilin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında ən yadda qalan illərdən olduğunu deyib. Bildirib ki, 2018-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyi qeyd edilib. Bu münasibətlə keçirilən tədbirdə dövlətimizin başçısı İlham Əliyev ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlardan danışaraq deyib ki, öz potensial imkanlarından daha səmərəli istifadə edən Azərbaycan dünyanın dinamik inkişaf edən nüfuzlu dövlətlərindən birinə çevrilib. Bu baxımdan 2018-ci ilin uğurları təqdirəlayiqdir.

Ziyad Səmədzadə qeyd edib ki, 2018-ci ildə qlobal risklərə, dünyada baş verən təlatümlü hadisələrə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirib. Xüsusilə qeyri-neft, nəqliyyat sektorlarında və digər sahələrdə əvvəlki illərə nisbətən imkanlar genişlənib. Ötən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat vəsait qoyulub. Bu, əvvəlki ilə nisbətən 3 milyard manat çoxdur. Eyni zamanda, bu vəsaitlərin 70 faizi daxili mənbələr hesabına edilib.

İclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, keçən il makroiqtisadi stabilliyin daha da möhkəmlənməsinə, ümumi daxili məhsulun (ÜDM) 1,4 faiz, əhalinin adam başına düşən gəlirlərinin 8,2 faiz artımına, milli valyutanın sabitliyinin qorunmasına nail olunub, əhalinin gəlirləri mövcud inflyasiyanı xeyli üstələyib. Cari ilin əvvəlində ölkənin ümumi valyuta ehtiyatları 44,5 milyard ABŞ dolları təşkil etməklə xarici dövlət borcumuzu təxminən 5 dəfə üstələyib və 2018-ci ildə istehsal olunmuş ÜDM-in 94,8 faizinə bərabər olub. Qlobal enerji qiymətlərində müşahidə olan dalğalanma nəticəsində “Azeri Light” markalı xam neftin 1 barelinin dünya birjalarında satış qiyməti 2018-ci ildə orta hesabla 73,1 ABŞ dollar səviyyəsində qərarlaşıb ki, bu da 2017-ci illə müqayisədə 31,9 faiz, büdcədə nəzərdə tutulmuş proqnozlaşdırılan qiymət göstəriciləri ilə müqayisədə isə 32,7 faiz çox olub.

Qeyd olunub ki, ölkə iqtisadiyyatında ötən ildəki dinamik inkişaf dövlət və icmal büdcələrinin icrasında da öz müsbət təsirini göstərib. 2018-ci il üçün icmal büdcənin gəlirləri 2017-ci illə müqayisədə 6 milyard 849 milyon manat və ya 28,4 faiz artaraq 30 milyard 925 milyon manat təşkil edib, xərcləri isə 1 milyard 274 milyon manat və ya 5,1 faiz çoxalaraq 26 milyard 457 milyon manat olub. İcmal büdcə 1,5 milyard manat profisitlə proqnozlaşdırılsa da, 4,5 milyard manat profisitlə yekunlaşıb ki, bu da proqnoza nisbətən 3 milyard manat və ya üç dəfə çoxdur. Ötən il dövlət büdcəsinin mədaxili 22 milyard 509 milyon manat olmaqla proqnoza 101,6 faiz əməl edilib. Bu da 2017-ci illə müqayisədə 6 milyard manat və ya 36,3 faiz artım deməkdir. 2018-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 9 milyard 108 milyon manat və ya 103,5 faiz icra edilməklə proqnozda nəzərdə tutulduğundan 305 milyon manat, 2017-ci illə müqayisədə isə 476 milyon manat və ya 5,5 faiz çox olub. Təqdim olunan proqnozun Vergilər Nazirliyi 100,5 faiz icra edərək büdcəyə 7 milyard 416 milyon manat vəsait təqdim edilib ki, bu da 2017-ci illə müqayisədə 444 milyon manat və ya 6,3 faiz artım deməkdir.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 107,6 faiz əməl olunmaqla büdcəyə 3 milyard 433 milyon manat vəsait daxil olub, bu da 2017-ci illə müqayisədə 31,6 faiz və ya 825 milyon manat çoxdur. 2018-ci ildə Dövlət Neft Fondu dövlət büdcəsinə 10 milyard 959 milyon manat vəsait transfert edib.

Azər Bayramov bildirib ki, hesabat ilində dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,4 faiz və yaxud 22 milyard 731 milyon manat icra edilib. Strukturuna görə 2018-ci il dövlət büdcəsi xərclərinin 11 milyard 554 milyon manatı və yaxud 50,8 faizi cari xərclərə, 8 milyard 942 milyon manatı və ya 39,4 faizi əsaslı xərclərə, 2 milyard 235 milyon manatı və yaxud 9,8 faizi dövlət borclarına və öhdəliklərə xidmətlə bağlı xərclərə yönəldilib. Dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosialyönümlü xərclərin maliyyələşməsinə yönəlib ki, bu da əvvəlki illə müqayisədə 506 milyon manat və ya 7,6 faiz çoxdur.

2018-ci ildə qazanılmış uğurları diqqətə çatdıran iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələləri prioritet olaraq müəyyən edib. Bu istiqamətdə ötən il də sistemli və kompleks işlər həyata keçirilib. Nəticədə 2017-ci illə müqayisədə ÜDM-nin real artım tempi 1,4, qeyri-neft sektorunun artım tempi isə 1,8 faiz təşkil edib. Bu dövr ərzində qeyri-neft sənayesində məhsul istehsalı 9,1 faiz, kənd təsərrüfatı məhsulu 4,6 faiz, pərakəndə ticarət 4 faiz artıb. Əvvəlki illə müqayisədə 2018-ci ildə qeyri-neft ixracı 9,8 faiz, o cümlədən sənaye məhsulları ixracı 6,2 faiz, kənd təsərrüfatı və emalı məhsulları ixracı 13,8 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan subyektlərin sayı isə 56,2 faiz artıb.

Niyazi Səfərov bildirib ki, ixrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişləndirilməsi və idxalın əvəzlənməsi istiqamətində keçirilən islahatlar nəticəsində milli valyuta sabitləşib. Hesabat ili ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş 17,2 milyard manat investisiyaların 65,5 faizi, yaxud 11,3 milyard manatı qeyri-neft sektoruna yönəlib. 2018-ci il ərzində ölkənin qeyri-neft sektorunda 47 milyard manata yaxın əlavə dəyər yaradılıb ki, bu da əvvəlki illə müqayisədə 1,8 faiz çox olub. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 58,8 faiz təşkil edib. Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki illə müqayisədə 7,4 faiz artaraq 3,5 milyard manata çatıb. İl ərzində qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çəkisi 7,6 faiz olub.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib ki, 2018-ci ildə dövlət büdcəsinin gəlirləri qanunla müəyyən edilmiş 20 mənbə üzrə daxilolmalar hesabına formalaşıb. Bu mənbələrdən 13-ü üzrə proqnoz göstəricilərinin icra səviyyəsi 100 faizdən çox, 7-si üzrə isə kəsirlə icra edilib. Dövlət büdcəsinin gəlirlərində neft amili yenə də dominantlıq təşkil edib, lakin qeyri-neft sahələrindən gəlirlərə proqnoza nisbətən 3,5 faiz, əvvəlki ilə nisbətən isə 5,5 faiz artımla əməl edilib. Hesabat ilində vergi ödəyicilərinin dövlət büdcəsinə olan cəmi artıqödəmə məbləği 2 milyard manat təşkil edib ki, bu da 2018-ci il 1 yanvar tarixinə olan göstəricidən 21,4 faiz azdır. Artıqödəmə məbləğinin azalması fonunda hesabat ilində dövlət büdcəsinə olan borcların məbləği 3,8 faiz artıb. Artım əsasən faiz borclarının əhəmiyyətli artımı hesabına baş verib. 2018-ci ildə vergi borclarının əsas hissəsi qeyri-neft sektorunun, mülkiyyət növü üzrə bölgüdə isə qeyri-dövlət sektorunun payına düşüb. Dövlət büdcəsi 98,4 faiz səviyyəsində icra edilib ki, bu da çox müsbət amildir.

Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində dövlət büdcəsinin xərclərini xarakterizə edən əsas amil xərclərin artım tempinin ÜDM-in artım tempini üstələməsədir. Əvvəlki illə müqayisədə 2018-ci ildə büdcə xərclərinin artım tempi ÜDM-in artım tempindən çox olub. Büdcə xərclərinin strukturunda əlavə dəyər yaradan xərclərin məbləği əhəmiyyətli çəkidə artıb.

Müvafiq icra hakimiyyəti orqanından daxil olan məlumatların təhlili göstərir ki, dövlət vəsaitlərinin istifadəsi zamanı 2018-ci ildə 10 923 sayda 5,8 milyard manat məbləğində satınalma tətbiq edilib. Bu göstərici əvvəlki ilin göstəricisindən say və əhatə olunan məbləğ baxımından 22,0 faiz və 31,4 faiz çoxdur. Bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən əlavələr, daxili nəzarət orqanlarının fəaliyyəti, həmçinin dövlət satınalmaları sahəsində siyasəti həyata keçirən orqan tərəfindən aparılan maarifləndirmə işləri öz təsirini göstərib. Eyni zamanda bu məbləğin dövlət büdcə xərclərinə nisbəti 25,5 faiz, ÜDM-ə nisbəti isə 7,3 faiz təşkil edib.

Qeyd olunub ki, açıq tenderlə keçirilən dövlət satınalmalarının sayı əvvəlki ilə nisbətən 38,1 faiz, əhatə dairəsi 49,6 faiz artıb. Ümumiyyətlə, müsabiqəli (rəqabətli) satınalmaların sayı 2017-ci ilin analoji göstəriciləri ilə müqayisədə 17,5 faiz və əhatə dairəsi 42,8 faiz artıb. 2018-ci ildə keçirilən satınalmalarda rəqabətli satınalmaların sayı və əhatə dairəsi ümumi göstəricilərdə müvafiq olaraq 82,1 faiz və 44,2 faiz olub.

2018-ci ilin xərcləri barədə danışan Vüqar Gülməmmədov deyib ki, Rəyin hazırlanması zamanı 144 qurum üzrə 18,6 milyard manatı əhatə edən və vəsaitlərin icrasını təsdiqləyən Xəzinə Üzləşmə Aktları və digər sənədlər nəzərdən keçirilib. Bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 81,9 faizinə bərabərdir. Eyni zamanda, 117 qurum üzrə büdcə vəsaitlərinin icrası ilə bağlı hesabat məlumatları təhlil edilib, həmin məlumatlar 11,2 milyard manat məbləği və ya 2018-ci il dövlət büdcəsi xərclərinin 49,3 faizini təşkil edir.

Hesabat ilində daxili və xarici dövlət borclanmasının 2018-ci ilin dövlət büdcəsi haqqında Qanununla müəyyən edilmiş yuxarı hədləri gözlənilib, ümumi dövlət borcu məbləğinin 92,0 faizi xarici dövlət borcuna, 8,0 faizi isə daxili dövlət borcuna aid olub.

Deputatlar Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə fikirlərini səsləndiriblər.

Müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 
  • Oxunub:  2010  |  
  • Tarix:  21-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24