Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
A+   Yenilə  A-
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

Prezident İlham Əliyev: Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur
Son 15 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar milli iqtisadiyyatımızın dünya üzrə rekord səviyyədə inkişafını şərtləndirən fundamental amil rolunda çıxış edib. Ölkəmizdə aparılan islahatlar kompleks səciyyə daşıyır və bir-birini tamamlayır. Xarakterik haldır ki, bu və ya digər istiqamət üzrə islahatlar aparılarkən qlobal miqyasda yaranan yeni trendlər və çağırışlar nəzərə alınmaqla respublikanın iqtisadi potensialı əsas götürülür. Yeni şəraitdə isə ölkəmizdə islahatların növbəti dalğası başlayıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində respublikamızda yeni inkişaf strategiyasının müəyyənləşdirildiyinin anonsunu verib. İndiyədək aparılan islahatların yaxşı nəticələr verdiyini bildirən və bundan sonra da islahatlara alternativ olmadığını diqqətə çatdıran dövlət başçısı vurğulayıb: “Ümumiyyətlə, deyə bilərəm ki, biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik, bu proses başlanmışdır”.
Yeri gəlmişkən, bir qədər bundan əvvəl Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Doing Business-2020” islahatlarına dair növbəti icmalını təqdim edib. İcmalda 11 indikator üzrə aparılan islahatlar barədə ətraflı məlumatlar təqdim olunub.
Ölkədə aparılan islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Sevindirici haldır ki, respublikamızın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar, ölkədə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə də etiraf olunur. Son vaxtlarda Davos İqtisadi Forumunun, Avropa Yenidənqurma və İnkişaf Bankının və digər nüfuzlu beynəlxalq qurumların hesabatlarında respublikamızın müsbət reallıqları, ölkəmizdə uğurla reallaşdırılan yeni nəsil iqtisadi islahatlar və inkişaf perspektivləri ilə bağlı müsbət dəyərləndirmələr öz əksini tapıb. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Təqdim olunan icmalda bildirilir ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-ci (o cümlədən biznesə başlamaq üzrə 18-ci pillədən 9-cuya, tikinti üçün icazələrin alınması üzrə 161-ci pillədən 61-ci, elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü, əmlakın qeydiyyatı üzrə 21-ci pillədən 17-ci, kreditlərin alınmasına görə 122-ci pillədən 22-ci, kiçik investorların maraqlarının qorunmasına görə 10-cu pillədən 2-ci, vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci, müflisləşmənin həllinə görə 47-ci pillədən 45-ci) yerə yüksəlib.
Vurğulamaq yerinə düşər ki, Dünya Bankının hər il hazırladığı “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Sənəd xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda (“Qlobal Rəqabətlilik Hesabatı”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və s.) baza rolunu oynayır. Prezident İlham Əliyev bəhs olunan hesabatda Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasından məmnunluğunu bildirərək vurğulayıb: “Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi, əminəm ki, bundan sonra da təmin ediləcəkdir”.
Şübhə yoxdur ki, Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf strategiyasına uyğun olaraq bundan sonra aparılacaq islahatlar respublikamızın beynəlxalq reytinq agentliklərinin hesabatlarında daha yüksək pillədə yer almasını təmin edəcək. Yuxarıda bəhs etdiyimiz icmalın təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar həyata keçirilib. O cümlədən onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, biznesə başlama, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılıb. Bu səbəbdən Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir.
Aparılan islahatlar sayəsində respublikada biznesə başlama prosedurları əhəmiyyətli dərəcədə asanlaşıb
Ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızın nail olduğu dinamik iqtisadi inkişafdan söhbət açarkən, biznes mühitinin daha da optimallaşdırılmasının, sahibkarlara dəstək tədbirlərinin gücləndirilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Yuxarıda deyilənlərdən də bəlli olduğu kimi, yeni şəraitdə ölkədə aparılan islahatların böyük bir qismi biznes mühitinin daha da optimallaşdırılmasına yönəldilib. Genişmiqyaslı dəstək tədbirlərinin nəticəsi olaraq respublikamızda güclü sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Qeyd edək ki, son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb. Prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşmasına diqqət çəkərək bildirib: “Büdcə gəlirlərimiz artır, makroiqtisadi vəziyyət sabitdir, islahatlar öz nəticəsini verir, biznes mühiti yaxşılaşır”.
Respublikamızda biznes mühitinin optimallaşdırılmasına hesablanan islahatların böyük bir qismi biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədi daşıyır. Dünya Bankının hesabatında deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”. 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi icmaldan bəlli olur ki, respublikamızda “Doing Business”in biznesə başlama indikatoru üzrə (“Doing Business” hesabatında 96,14 bal) hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək, prosedurun tam ödənişsiz olması müəyyənləşdirilib. Tətbiq olunan yeni sistemə əsasən, qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər, ASAN imza olmadan elektron qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçirlər. Aparılan islahatlar nəticəsində artıq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması, eyni zamanda, işçilərin ƏƏSMN-də qeydiyyatı da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür.
Təqdim olunan icmalda diqqəti çəkən məqamlardan biri də elektrik təchizatı şəbəkələrinə qoşulmanın asanlaşdırılması ilə bağlıdır (“Doing Business” hesabatında 77,27 bal). Bəhs olunan istiqamət üzrə aparılan islahatlar sayəsində elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, həmin işə sərf olunan günlərin sayı 41-dən 20-yə enib. Nəticədə sahibkarların şəbəkəyə qoşulmaq üçün müraciət imkanları artıb. İndi onlar şəbəkəyə qoşulmaq üçün “ASAN Kommunal” mərkəzləri ilə yanaşı, “KOB evləri”nə də müraciət edə bilərlər. Bundan əlavə, elektrik təchizatı şəbəkələrinə daha da təkmilləşdirilmiş elektron müraciət əsasında qoşulmaq mümkündür. Həmin sahədə həyata keçirilən islahatların bir üstünlüyü də odur ki, sahibkarlarla təmas minimuma endirilib, şəbəkəyə qoşulma ilə əlaqədar sahibkarın iştirakı bir dəfə müraciət zamanı, bir dəfə də yekunda tikinti obyektinə elektrik enerjisinin verilməsi zamanı tələb olunur. “Elektron Xəritə” vasitəsi ilə sahibkarın obyektinin, güc mərkəzlərinin yeri və həmin mərkəzlərdə sərbəst güc səviyyəsi əraziyə baxış olmadan avtomatik onlayn qaydada müəyyən olunur.
Kreditlərin alınması indikatoru üzrə daşınar əmlakın yüklülüyü reyestri barədə müvafiq normativ-hüquqi aktlara dəyişiklik edilib. Kiçik investorların maraqlarının qorunması və müflisləşmənin həlli indikatorları üzrə qanunvericiliyə dəyişikliklər olunub, vaxt normaları müəyyən edilib. İpoteka predmetinin açıq bazarda (hərracda) satılması ilə yanaşı, elektron qaydada keçirilən hərracda da satılması qanunvericilikdə təsbit edilib. Təkrar hərracın keçirilməsi üzrə gözlənilməli müddət həddi 45 gündən 20 günə azaldılmaqla, bu sahədə operativlik və səmərəlilik artırılıb. 
İcmalda vurğulandığı kimi, kreditlərin alınması (“Doing Business” üzrə 80 bal) sahəsində də Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Aparılan islahatların real nəticəsi olaraq ölkəmiz bu indikator üzrə 22-ci yerə layiq görülüb. Məhz uğurla reallaşdırılan islahatlar sayəsində ölkəmiz üzrə hüquqi norma indeksi 8-dən 12-yə, kredit bürosunun və kredit reyestrinin əhatə dairələrinin hər biri 41,5 faizdən müvafiq olaraq 45 və 42,13 faizə yüksəlib.
Hazırda Azərbaycan bütün dünyada investisiya cəlbediciliyi yüksək olan ölkə kimi tanınır. İslahatlar çərçivəsində səmərəli investisiya təşviqi mexanizminin işə salınması yerli və xarici sərmayədarlarda ölkədə reallaşdırılan layihələrdə iştirak etməyə böyük maraq oyadıb. Yeri gəlmişkən, Azərbaycanın “Doing Business”də layiq görüldüyü ən yüksək pillə - 2-ci yer və 81,67 bal kiçik investorların maraqlarının qorunması sahəsi üzrədir. Respublikamızda sərmayə qoyuluşu üçün əlverişli mühitin olduğuna diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk”, - deyə vurğulayıb. 
Tikinti sektorunda aparılan islahatların miqyası kifayət qədər genişdir
Mütəxəssislər çox haqlı olaraq tikinti sektorunu ölkədəki sosial-iqtisadi durumun barometri kimi səciyyələndirirlər. Həqiqətən də, tikinti sektorundakı vəziyyəti müşahidə etməklə ölkə iqtisadiyyatının inkişaf dinamikası, insanların gəlir imkanları, məşğulluğun səviyyəsi ilə bağlı mülahizələr yürütmək mümkündür. Prezident İlham Əliyev inşaat sektorunun inkişafına diqqət göstərilməsinin vacibliyini qeyd edərək vurğulayıb: “İnşaat sektorunun inkişafına biz daha böyük diqqət göstərməliyik. İnşaat sektorunda hazırda canlanma var. İnşaat sektorunda minlərlə, on minlərlə insan işləyir. Hazırda Bakı şəhərində 400-ə yaxın çoxmərtəbəli bina tikilir. Bu, onu göstərir ki, bu sektorda çox böyük canlanma, irəliləyiş var, tikinti materiallarının istehsalı artır”.
Deyilənlər baxımından respublikamızda tikinti sektorunun inkişafına hesablanan islahatlar böyük aktuallıq daşıyır. Dünya Bankının müvaviq hesabatına əsasən deyə bilərik ki, Azərbaycan tikinti üçün icazələrin alınması (“Doing Business” üzrə 73,1 bal) sahəsində də kifayət qədər genişmiqyaslı islahatlar həyata keçirib. Bu islahatlar nəticəsində tikinti şirkətinin elektron müraciət əsasında 15 iş günü müddətinə icazə verən orqandan cavab almaq hüququ yaranıb. İndi Fövqəladə Hallar Nazirliyi özülquraşdırma işlərinin yoxlanmasını, eləcə də yekun yoxlama və istismara hazırlıq aktının verilməsini bir iş günü ərzində tamamlamalı, “Azərsu” ASC 7 gün müddətinə obyektin su xəttinə qoşulmasını həyata keçirməli, icazəverən orqan elektron müraciət sistemi əsasında qanunvericiliyə əsasən müvafiq sənədlərlə istismar üçün müraciət edən şirkətə 10 gün ərzində cavab verməli, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat isə 4 günə başa çatdırılmalıdır.
Uğurla reallaşdırılan islahatlardan sonra icazəverən orqan tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılmasına 2, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə komitə tərəfindən rəy verilməsinə 5, ümumilikdə tikintiyə icazə almaq üçün isə 1 iş günü kifayət edir. Beləliklə, islahatlardan sonra tikinti aparmağa icazə almaq üçün prosedurların sayı 18-dən 7-yə, günlərin sayı 116-dan 38-ə, çəkilən xərcin məbləği 6566 manatdan 1595-ə endirilib.
Ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi məqsədilə görülən tədbirlər də inşaat sektorunda canlanmanın artmasına müsbət təsir göstərən amillər sırasında yer alır. Qeyd edək ki, Azərbaycan Dünya Bankının bəhs olunan hesabatında əmlakın qeydiyyatı indikatoru üzrə 84,63 bal qazanıb və 190 ölkə sırasında 17-ci yeri tutub. Əgər əvvəllər əmlakın qeydiyyatı üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) “Yüklülük (Məhdudiyyət)” haqqında arayış tələb olunurdusa, indi yalnız notariusa müraciət etmək kifayətdir. Notarius özü onlayn qaydada DƏDRX-dən həmin arayışı əldə edə bilir. Yaxud əvvəl alqı-satqı aktı bağlanırdısa, hazırda alqı-satqı əsasında əmlak üzərində alıcının hüququ dərhal dövlət qeydiyyatına götürülür və ona onlayn qaydada elektron çıxarış göndərilir ki, bu da kağız çıxarışın ləğv olunması deməkdir. Ən nəhayət, indi əmlakın qeydiyyatı üçün prosedurların sayı 3-dən, günlərin sayı isə 5,5-dən 1-ə düşüb. Bütün bu işlərlə bağlı xidmətlər isə “Əmlak Xidmətləri Məkanı”nda aparılır.
Həm vergi, həm də gömrük sahəsində yeni yanaşma mövcuddur
Milli iqtisadiyyatın davamlı inkişafının təmin olunması məqsədilə reallaşdırılan islahatlar sırasında vergi və gömrük sahələrində reallaşdırılan islahatlar da böyük aktuallıq daşıyır. Məlumdur ki, son vaxtlarda respublikamızda hər iki istiqamətdə ciddi kadr islahatları aparılıb, qanunvericilik təkmilləşdirilib. Aparılan islahatlar isə ilk növbədə həm vergi, həm də gömrük orqanlarında səmərəli idarəetmə yolu ilə şəffaflığın artırılmasına hesablanıb. Deyə bilərik ki, artıq vergi və gömrük sahəsində yeni yanaşma mövcuddur və bu da özünün real nəticələrini verir. Aparılan islahatların nəticələrindən məmnunluğunu bildirən Prezident İlham Əliyev “Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir”, - deyə qeyd edib. 
Aparılan müvafiq islahatlar Dünya Bankının hesabatında ölkəmizin mövqeyinin yaxşılaşmasında ifadə olunub. Sənəddə Azərbaycan vergilərin ödənilməsi sahəsində (“Doing Business” üzrə 85,23 bal) 28-ci pillədə qərarlaşıb ki, bu da kifayət qədər yaxşı göstərici sayılır. İşəgötürən tərəfindən ödənilən sosial sığorta haqqının dərəcəsinin 22 faizdən 15 faizə endirilməsi, ƏDV-nin qaytarılması ilə bağlı vergi orqanlarına təqdim olunmalı ərizənin elektronlaşdırılması, vergi ödəyiciləri üçün əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış rəqəmdən artıq olan hissəsinin vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəni verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılması, eləcə də ƏDV-nin 3 ay ərzində geri qaytarılması müddətinin aradan qaldırılması hesabatda ölkəmizin bəhs olunan indikatorlar üzrə mövqeyinin yaxşılaşmasına müsbət təsir göstərən amillər sırasında yer alır. Bunlardan əlavə, əgər əvvəllər sosial sığorta ödənişləri, mənfəət vergisi və ƏDV-ni ödəmək üçün cəmi 159 saat vaxt tələb edilirdisə, indi həmin rəqəm 113 saata endirilib. Eyni zamanda, sosial sığorta ödənişlərinin mənfəətdəki xüsusi çəkisinin azalması da qeyd olunmalıdır. İndi həmin rəqəm 24,82 deyil, 20,29 faizdir.
Son vaxtlar respublikamızda aparılan islahatların bir qismi “Doing Business” hesabatının Sərhəddə Ticarət indikatorunu əhatə edir. Respublikamız bəhs olunan hesabatda bu indikator üzrə 77,04 bala layiq görülərək 84-cü pillədə qərarlaşıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “Doing Business-2020” icmalının təqdimat mərasimində bu istiqamətdə çox vacib işlərin görüldüyü diqqətə çatdırılıb. Tədbirdə vurğulanıb ki, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, vaxt və vəsaitə qənaət edilməsi məqsədilə gömrük sistemində aparılan islahatlar nəticəsində nəqliyyat vasitələrinin sərhədkeçmə vaxtı, o cümlədən tələb olunan sənədlərin sayı minimuma endirilib. Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydaları təsdiq edilib. Bu da “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəçilərinə idxal zamanı ölkəyə gətirilən malların şəxslərin anbarlarına birbaşa aparılması, gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən müstəqil qaydada gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) çıxarılması və malların boşaldılması ilə bağlı üstünlüklər verir. İxrac zamanı isə bu üstünlük gömrük orqanına getmədən ixrac olunan məhsulların elektron gömrük bəyannaməsini təqdim etməklə, malların gömrük sərhəd buraxılış məntəqəsinə birbaşa göndərilməsi və gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrinin (plomblar, möhürlər, ştamplar və sair) müstəqil tətbiq edilməsi ilə bağlıdır. 
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2010  |  
  • Tarix:  21-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib

22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
22 Avqust 16:09
Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib
22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək
22 Avqust 12:31
Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər
22 Avqust 12:17
Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib
22 Avqust 12:15
UEFA Avropa Liqasına pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək
22 Avqust 12:10
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub
22 Avqust 11:47
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı olub
22 Avqust 11:23
Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb
22 Avqust 11:14
Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22 Avqust 11:12
“Kənddən Şəhərə” yarmarkası davam edir
22 Avqust 10:59
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
22 Avqust 10:32
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22 Avqust 10:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
22 Avqust 09:42
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
22 Avqust 09:30
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
22 Avqust 09:24
Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş
22 Avqust 09:22
BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq Avrasiya Konfransı keçiriləcək
22 Avqust 09:19
Əli Kərimli şəhid pilotumuzun dəfn mərasimini siyasi avantüra vasitəsinə çevirməyə çalışıb
22 Avqust 09:17
Nəsimi rayonunda “Mərhəmət və Xeyriyyəçilik həftəsi” keçirilir
22 Avqust 09:10
2019-cu ildə regionlarda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib
21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24