Ana səhifə »  Qəzetin pdf formatı »  Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
A+   Yenilə  A-
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti

Ermənistanın baş naziri Pekində "Bir kəmər, bir yol" layihəsi ilə bağlı keçirilən beynəlxalq foruma dəvət almamışdı. Çünki bu asılı ölkə həmin layihədə iştirak edə bilmir. Lakin tədbirdən sonra N.Paşinyan Çinə səfər edib. O, "Asiya sivilizasiyalarının dialoqu" forumunda iştirak edib. Erməni mediası bu hadisəni şərh etməyə çalışır. Guya N.Paşinyan Ermənistana milyardlarla dollar sərməyə gətirə bilən böyük bir addım atıb. Lakin real vəziyyətin analizi göstərir ki, əslində, N.Paşinyan Pekində növbəti dəfə rəzil oldu. O, yalanları və boş vədləri ilə yadda qaldı. Konkret olaraq, iki ölkə arasında heç bir sənəd imzalanmadı. Bu faktlar çərçivəsində N.Paşinyanın Çin səfərinin geosiyasi aspektləri üzərində bir qədər geniş dayanmaq istərdik.

Bir növ adətkardır: söz alverindən yaxa qurtara bilmir

Bir tendensiya artıq dayanıqlı trendə çevrilir: N.Paşinyan Azərbaycan Prezidentindən müstəqil siyasət yürütməyin incəliklərini öyrənməyə çalışır, lakin hər dəfə çox bacarıqsız olduğunu nümayiş etdirir. N.Paşinyan hakimiyyətə gələn gündən müstəqil siyasət adı altında bütün fəaliyyətini İlham Əliyevin atdığı addımların arxasınca sürünmək üzərində qurub. Azərbaycanın dövlət başçısı Rusiyaya səfər edirsə, N.Paşinyan da oraya baş çəkir, Avropa İttifaqına səfərimiz olanda, erməni baş nazir də formal da olsa oralarda görünür və s. Son olaraq N.Paşinyanı Pekində görüblər. Ermənistan rəsmilərinin dediyinə görə, oraya ikigünlük səfərə gedib. N.Paşinyanı Çində keçirilən "Asiya sivilizasiyalarının dialoqu" forumuna dəvət ediblər.

Qəribədir, ermənilərin Asiya sivilizasiyasına nə aidiyyəti var? Axı, Fransa Prezidenti onları "həmyerli" adlandırırdı. Ermənilər də həmişə "qədim və mədəni xalq" kimi özlərini Qərb sivilizasiyasının "yaradıcılarından" biri, xristian kilsələrinin "qədim məkanı" sayırlar. Əslində isə bu kontekstdə Ermənistan deyəndə, konkret olaraq, haranı nəzərdə tutduqları məlum deyil. Çünki danışıqlarından belə çıxır ki, bu qədər "qədim mədəni dəyərlərə" malik olan xalq elə bəşəriyyətin özüdür, yəni dünya Ermənistandır! Maraqlıdır ki, bu absurddan heç N.Paşinyan, onun qulbeçə tarixçiləri və ekspertləri də utanmırlar.

Utansaydılar, eyni abırsızlıqla ermənilərin Asiya sivilizasiyasına bağlılığı haqqında "dövlətçilik tarixində böyük təcrübəsi olan Çində" boş-boş danışmazdılar. Ancaq N.Paşinyan yenə də danışdı. O, Avrasiya İqtisadi İttifaqında (Aİİ) işləri "yoluna qoyduqdan" və Avropa İttifaqı (Aİ) ölkələrinə "möhtəşəm səfər" etdikdən sonra Çini "fəth" etmək fikrinə düşdü. Bu "fəth"dən cəmi bir necə gün əvvəl Brüssel müzakirələrində iştirak etmədən aradan çıxmış, o hadisədən cəmi bir neçə gün əvvəl isə Çində keçirilən "Kəmər və yol" forumuna getməmişdi (yəni? dəvət etməmişdilər).

N.Paşinyanın siyasətçi kimi real rolu Ermənistanın Aİİ-dəki durumunda və Aİ ilə münasibətlərin məzmununda açıq ifadə olunub. Üstəlik, İrəvanın müxtəlif beynəlxalq layihələrdə iştirak dərəcəsi, konkret desək, iştiraksızlığı da bu baxımdan maraqlıdır. Bütün bu aspektlərin yekunu belədir: erməni lider hara gedirsə, özü ilə ancaq söz, boş vədlər, saxta tarix aparır və oradan da ancaq söz alıb qayıdır. Onu müasir erməni siyasətinin "söz taciri" adlandırmaq olar. Yeri gəlmişkən, bu xüsusiyyət ona əcdadlarından, o cümlədən özündən əvvəlki Ermənistan rəhbərlərindən qalıb.

N.Paşinyan Pekində bu ampluasından zərrə qədər də kənara çıxmadı. Əvvəlcə Ermənistanın nəyə görə "Bir kəmər, bir yol" forumuna dəvət edilmədiyini izah edə bilmədi. Onun ofisinin rəsmi informasiya yayımında müxtəlif uydurma bəhanələrdən bəhs edilir. Həmin bəhanələr iki qrupa bölünür: birincisi, bütün günahlar N.Paşinyandan əvvəlki rəhbərlərdədir (onlar Dağlıq Qarabağı, ordunu batırdıqları kimi "İpək yolu"nu da batırıblarmış), ikincisi, günahkar "pantürkist" Türkiyə və Azərbaycandır. Erməni rəhbərlərinin necə fəaliyyət göstərdiyi Paşinyanın problemidir. Amma Azərbaycanın "pantürkçülüyü", sən demə, işğal altında olan torpaqlarını azad etməkdə "qabarıbmış"! Bu barədə erməni lider Pekində Asiya sivilizasiyalarının dialoquna həsr edilmiş forumda deyir. Bu qədər qeyri-ciddiliyi yəqin ki, diplomatiya tarixi görməyib.

Türkiyə də "pantürkistdir" ona görə ki, Çində yaşayan uyğurların hüquqlarını qorumağa çalışır. Yəni Azərbaycan və Türkiyə xalqları nə istəyirlərsə, "pantürkizmdir", ancaq erməni xalqı qədim köklərə malik toplum kimi ancaq əməkdaşlıq və sivil münasibətlər istər. Özü də bu fikri Dağlıq Qarabağda və onun ətrafındakı rayonlarda, Rusiyada və Avropada türklərə və azərbaycanlılara qarşı qanlı terror hadisələri törədən bir kütlənin rəsmi nümayəndəsi deyir. Azərbaycanlılara və türklərə məxsus minlərlə mədəni abidələri, müqəddəs yerləri, ibadətgahları təhqir edən, dağıdan və görünməmiş vəhşilik törədən erməni söyləyir.

Yola verdilər: nəticəsiz danışıqların real üzü

Bizcə, Çinin dövlət başçısı ümumi halda N.Paşinyanın cavabını verib: "biz erməni xalqının keçdiyi yolları bilirik". Doğrudur, bundan sonra fəlakətlərin baş verməməsini də diləyib. Ancaq kimsə fəlakətə haqq qazandırmır. Və erməni mediasının təqdim etməyə çalışdığı kimi, bu fikirdə "soyqırımı" nağılı gizlənməyib. Daha çox ermənilərin xislətinə işarələr vardır: hər bir xalq layiq olduğu həyatı yaşayır! Şərq müdrikliyində bu fikrə şübhə etmirlər.

Onun təsdiqlərindən biri də məhz "Bir kəmər, bir yol" layihəsində Ermənistanın iştirak etməməsidir. Pekin ancaq sabit, dayanıqlı iqtisadiyyata malik, potensial imkanları və real resursları olan dövlətlərlə əməkdaşlıq edir. Azərbaycan Cənubi Qafqazda məhz belə bir ölkədir. "Bir kəmər, bir yol" sammiti zamanı Çin çəkinmədən Azərbaycanla 821 milyon dəyəri olan sənədlərə imza atıb. Forumun yekun sənədində konkret olaraq göstərilib ki, Azərbaycan 40-dan çox maliyyələşdirilən layihədə həmin proyekt çərçivəsində iştirak edir. Ermənistanın adı isə cəmi bir dəfə çəkilir: aviareyslər açmaqda!

Ermənilərin arqument kimi gətirməyə çalışdıqları digər fakt – İrəvanda Çinin ən böyük səfirlik binasını tikməsi isə ermənilərin üzqaralığıdır. Çünki Pekin onu Ermənistanın əhəmiyyətli geosiyasi fiqur olmasına görə deyil, Vaşinqtona cavab olaraq tikir. Axı, ABŞ-ın İrəvandakı səfirliyi çox böyükdür və orada 2000-dən çox adam çalışır. ABŞ-ın Ermənistandakı keçmiş səfiri də açıq etiraf etdi ki, bu ölkədə inqilab hərəkatının hazırlanmasında həmin əməkdaşların rolu az olmayıb. Buyurun, indən belə İrəvanın küçələrində at oynadan iki ölkə olacaq – ABŞ və Çin. Rusiya buraya aid deyil, çünki Moskva Ermənistanın ağasıdır, sahibidir və bu mənada həm ABŞ, həm də Çinə qarşıdır.

Bunlar açıq göstərir ki, N.Paşinyanın Çinə heç bir konkret məzmunu olmayan səfəri daha çox formal xarakter daşıyıb və görüntüdən başqa bir şey deyil. Erməni mətbuatının Ermənistan vətəndaşlarını növbəti dəfə aldatmaq üçündür. Hər hansı real əməkdaşlıq mütləq ən azından iki şərti tələb edir: minimal sərmayə riski və ölkənin real resurslara malik olması. Ermənistanda isə bu şərtlərin heç biri yoxdur. Doğrudanmı Pekin Ermənistanın təcavüzkarlığını görmür? Bu gün erməni təcavüzkarlığına göz yuman hər hansı bir ölkə gələcəkdə çox təəssüflənməli olacaq. Yeni və ədalətli əməkdaşlıq modeli hazırladığını deyən Pekin bu qədər sadəlövh ola bilməz! Yəni Ermənistan təcavüzkarlığından əl çəkməyənə qədər onunla real əməkdaşlıq alınan deyil.

Digər yandan, Çin aydın görür ki, Avropaya gedən yolun Cənubi Qafqaz hissəsində açar ölkə Azərbaycandır. Bu, geosiyasi, siyasi, təhlükəsizlik, nəqliyyat imkanları, logistika, beynəlxalq nüfuz və sair aspektlərdə belədir. Vurğulanan faktorlara görə Azərbaycan kimi qiymətli bir tərəfdaşı Pekin itirə bilərmi? Əlbəttə, yox!

Azərbaycan bu regionda yeganə dövlətdir ki, bütün qonşularla səmərəli əməkdaşlıq edir. O, Rusiya, Türkiyə, İran və Gürcüstanla strateji səviyyədə əlaqələrə malikdir. Çoxlu sayda beynəlxalq layihələrin iştirakçısı və təşəbbüskarıdır. Azərbaycanda artıq "Bir kəmər, bir yol" layihəsinin ruhuna uyğun infrastruktur, o cümlədən tranzit infrastrukturu mövcuddur. Azərbaycana sudan və qurudan rahat çıxışlar var. Məhz bu ölkəyə Qazaxıstandan, Rusiyadan, Türkmənistandan və İrandan asanlıqla və maneəsiz çıxış mövcuddur. Belə bir dövləti təcavüzkar, qondarma, saxta və asılı Ermənistanla əvəz etmək mümkündürmü?!

Newtimes.az

 
  • Oxunub:  3300  |  
  • Tarix:  17-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:49
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:34
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA