Ana səhifə »  Qəzetin pdf formatı »  Natiq Baxışov: Azərbaycanda aparılan hər bir islahat ABŞ-da müsbət qarşılanır
A+   Yenilə  A-
Natiq Baxışov: Azərbaycanda aparılan hər bir islahat ABŞ-da müsbət qarşılanır

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov mayın 16-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla görüşdə agentliklə ABŞ-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığa dair birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən sonra Palatanın icraçı direktoru AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-ABŞ-Azərbaycan iqtisadi əlaqələrinin perspektivlərini necə görürsünüz? Ümumiyyətlə ABŞ-dan Azərbaycana investisiya axınında artım gözlənilirmi?

-Azərbaycanla ABŞ arasında ticarət münasibətlərində müsbət dinamika var və bu, davam etməkdədir. İki ölkə arasında ticarət potensialı çox böyükdür. Bizim kimi ticarət palatalarının əsas fəaliyyət prinsipi bu potensialın reallaşdırılması işini sürətləndirmək, ticarətin maksimum dərəcədə artırılması üçün şirkətlərin qarşılıqlı səfərlərini təşkil etməkdir. ABŞ Cənubi Qafqaz regionunda ən böyük investisiyaları Azərbaycana yatırıb. Ölkəmizə 10 milyard dollardan çox investisiya cəlb olunub. Bu sərmayələr əsasən neft sektoruna yatırılsa da, artıq qeyri-neft sektorunda da dinamika hiss olunur. Digər xoş xəbər odur ki, Azərbaycanın da ABŞ-a investisiyaları artır. Region ölkələri ilə müqayisə etsək görərik ki, ABŞ-ın maliyyə bazarına investisiyalar əsasən Azərbaycan tərəfindən yatırılıb. Məsələn, Azərbaycan Dövlət Neft Fondu ABŞ-ın maliyyə bazarında fəal iştirak edir və 7 milyard dollardan çox vəsait qoyub. Bu da iki ölkə arasında iqtisadi əlaqələrin qarşılıqlı şəkildə inkişaf etdiyini göstərir.

-Azərbaycanda həyata keçirilən islahatlar ABŞ investorları tərəfindən necə qarşılanır?

-Azərbaycanda aparılan islahatlara dair hər bir xəbər ABŞ-da müsbət qarşılanır. Ölkəmizdə fəaliyyət göstərən ABŞ şirkətləri də buna müsbət reaksiya verirlər. Biz də Ticarət Palatası olaraq Azərbaycanda iştirak etməyən şirkətlərə bu xəbəri çatdıranda görürük ki, onlar buna maraq göstərirlər. Ümumiyyətlə aparılan islahatlar xarici şirkətlərin Azərbaycanda fəaliyyətinə geniş imkanlar yaradır.

-Apreldə Çikaqoda birinci İllinoys-Azərbaycan kənd təsərrüfatı forumu keçirildi. Bu forumun əhəmiyyəti barədə nə deyə bilərsiniz? Belə forumların digər ştatlarda da təşkili nəzərdə tutulurmu?

-İllinoys-Azərbaycan kənd təsərrüfatı forumunun əhəmiyyəti odur ki, biz ilk dəfə olaraq ştat bazarlarına çıxmağa başladıq, İllinoysdakı şirkətləri Azərbaycanın aqrobazarı ilə tanış etdik. Kənd Təsərrüfatı Nazirinin başçılıq etdiyi nümayəndə heyətinə 14 kiçik və orta şirkətin təmsilçiləri daxil idi. Azərbaycanlı sahibkarlar oradakı şirkətlərin fəaliyyəti ilə yaxından tanış oldular. Digər ştatlarda da analoji tədbirlər keçirilməsi nəzərdə tutulur. Növbəti forumun Oklahoma ştatında təşkil olunması planlaşdırılır. Kənd təsərrüfatı əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensiala malik sahədir. Bu sahədə ticarət palatası hər iki ölkənin səfirlikləri ilə əməkdaşlıq edir. Həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə əməkdaşlıq şəraitində fəaliyyət göstəririk.

-Azərbaycanda istehsal olunan hansı növ qeyri-neft sektoru məhsulları ABŞ bazarı üçün cəlbedici ola bilər?

- Azərbaycanda orqaniq məhsullar daha çox istehsal olunur. Belə məhsullar ABŞ bazarında rəqabətli ola bilər. Bunun üçün Azərbaycan şərabları kifayət qədər rəqabətlidir. O cümlədən çərəz məhsullarımız bazarda rəqabətli ola bilər. Ancaq vacib olan bir məsələ var ki, sahibkarlarımız bunu nəzərə almalıdır. ABŞ bazarı həssas olduğu üçün əvvəlcədən məhsulların keyfiyyəti ilə bağlı ciddi işlər görülməlidir. Digər amil odur ki, bazarda dayanıqlığı qoruyub saxlamaq üçün keyfiyyəti daim qorumaq lazımdır.

-Azərbaycanın təşəbbüskarı olduğu və Avropanın enerji təhlükəsizliyinə istiqamətlənən Cənub Qaz Dəhlizi meqa layihəsinə ABŞ-ın münasibəti barədə nə deyə bilərsiniz?

-ABŞ administrasiyaları Azərbaycanın təşəbbüskarı olduğu böyük neft-qaz layihələrinə həmişə birmənalı dəstək veriblər. Bu strateji səviyyədə olan bir dəstəkdir və onu Cənub Qaz Dəhlizi layihəsində də görürük. ABŞ bu meqa layihənin məşvərət şurasında iştirak edir. Hazırki administrasiya Avropanın enerji təhlükəsizliyi istiqamətində görülən işləri dərindən başa düşür.

-AZƏRTAC-la ABŞ–Azərbaycan Ticarət Palatasının mümkün media tərəfdaşlığına necə baxırsınız?

-ABŞ–Azərbaycan Ticarət Palatası ilə AZƏRTAC arasında əməkdaşlıq ilkin mərhələdədir. Bir sıra sahələr var ki, bu istiqmətdə əməkdaşlıq etmək olar. Bunlardan ən mühümü ABŞ-dakı azərbaycanlı biznesmenlərlə təbliğat işi aparmaqdır. ABŞ-da uğurlu azərbaycanlı iş və elm adamları var. Düşünürük ki, ABŞ-da Azərbaycan diasporunu dəstəkləmək üçün AZƏRTAC-la birgə fəaliyyət göstərə bilərik. Bundan başqa, AZƏRTAC vasitəsilə Azərbaycana bağlı olan amerikalıları da ölkəmizdə tanıda bilərik.

 
  • Oxunub:  1170  |  
  • Tarix:  16-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24 May 18:13
Qafqazşünasların II Beynəlxalq Forumu başa çatıb
24 May 17:49
Bahar Muradova: İdmandan siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir
24 May 17:42
Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib
24 May 17:38
Pərvin Kərimzadə: “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur
24 May 17:36
Vitali Kliçko: Bakı şəhərində həyata keçirilən layihələri Kiyevdə tətbiq edirik
24 May 17:34
Bakıda “Caspian Power” idman festivalının təntənəli açılış mərasimi olub
24 May 17:31
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb
24 May 17:25
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Monakoda keçirilən iqtisadi forumda təmsil olunub
24 May 17:23
Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
24 May 17:19
Bakıda Azərbaycan ilə Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib
24 May 17:06
Baş prokuror Gəncədə vətəndaşları qəbul edib
24 May 17:03
Zakir Həsənov: Ermənistanda baş verən daxili siyasi qarşıdurma qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola bilər
24 May 17:01
Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert keçiriləçək
24 May 16:59
Baronessa Emma Nikolson: Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir
24 May 16:51
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub
24 May 16:49
Birinci vitse-spiker: Ermənistan Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olmasına qarşı çıxır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +28
gecə+16 +19