Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Naxçıvanda Beynəlxalq Ailə Günü qeyd edilib

Naxçıvanda Beynəlxalq Ailə Günü qeyd edilib

16.05.2019 [11:05]

Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada ailələrə göstərilən dövlət qayğısından danışıb.

Qeyd olunub ki, muxtar respublikada da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Bu sahədə mühüm işlər görülür, aparılan sosial siyasət ailələrin maddi və mənəvi tələbatlarının ödənilməsinə, həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu gün Naxçıvan Muxtar Respublikasında 97 mindən çox ailə yaşayır. Bütün kateqoriyalardan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, 15 may – Beynəlxalq Ailə Günü dünya ölkələrinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə təsis olunub və 25 ildir bu gün qeyd edilir. Cəmiyyətin əsas institutlarından biri, həmçinin insanın sosiallaşması prosesində ilk pillə olan ailə ətraf dünya ilə birlikdə dəyişir və inkişaf edir. Eyni zamanda, ailə özü də cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Analitiklər hesab edirlər ki, ailə həm də dövlətin əsas sabitlik və inkişaf faktorudur. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq deyib: “Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur”.

Qeyd edilib ki, görkəmli dövlət xadiminin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir, milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək deyib: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.

Surə Seyid deyib: “Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu təsdiqini tapır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafına xüsusi təsir göstərir. Respublikamızda Ailə Günün qeyd olunması da bu sahədə dövlət siyasətinin əyani təcəssümüdür. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə Naxçıvan Muxtar Respublikasında da dövlət ailə siyasəti uğurla həyata keçirilməkdədir. Artıq 10 ildir ki, Beynəlxalq Ailə Günü Naxçıvanda dövlət səviyyəsində qeyd olunur. Müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümü olan nümunəvi ailələr müəyyənləşdirilir, onlarla görüşlər keçirilir, hədiyyələr təqdim olunur, həyat təcrübələri televiziya və mətbuatda işıqlandırılır”.

Muxtar respublikada bütün kateqoriyadan olan ailələrin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduöunu bildirən Surə Seyid qeyd edib ki, aztəminatlı ailələr, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir. Gənc ailələrin mənzillə təminatı üçün əlverişli şərait yaradılır. Ailələrin sosial rifahının yaxşılaşdırılması üçün müavinətlər, ünvanlı sosial yardımlar təyin edilir. Hər il muxtar respublikada istifadəyə verilən onlarla təhsil, səhiyyə və mədəniyyət müəssisələri ailələrə nümunəvi tibbi xidmətin göstərilməsinə, gənclərin savadlı və dünyagörüşlü yetişməsinə, asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edir. 2019-cu ilin Naxçıvanda “Ailə təsərrüfatları ili” elan edilməsi də ailələrin sosial rifahının yüksəldilməsinə yönələn dövlət ailə siyasətinin göstəricisidir. Bu gün Naxçıvan şəhərində Ali Məclis Sədrinin dəstəyi ilə yaradılan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti də günün tələbləri səviyyəsində qurulur. Muxtar respublika rəhbərinin tapşırıqlarına uyğun ailələrə dövlət dəstəyinin artırılması məqsədilə onlayn xidmətlərin reallaşdırılması istiqamətində layihələr hazırlanır, tədbirlər müəyyənləşdirilir. Həyata keçirilən kompleks tədbirlər sağlam ailə mühiti və sağlam gələcək naminə görülən məqsədyönlü siyasətin bəhrələridir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid Beynəlxalq Ailə Günü münasibətilə bütün ailələri təbrik edib, ailə dəyərlərimizin qorunmasında onlara uğurlar arzulayıb.

Muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, muxtar respublikada əhalinin məşğulluğunun təmin edilməsi ailələrin gəlirlərinin artmasına, sosial vəziyyətlərinin yaxşılaşmasına xidmət edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” səmərəli məşğulluğa, işaxtaranların işlə təminatına və sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb. Bu günədək 185 aztəminatlı ailəyə bu məqsədlə müvafiq köməklik göstərilib.

Tədbirdə uzunömürlü, hərbçi, ailə təsərrüfatı ilə məşğul olan ailələrin üzvləri çıxış edərək, muxtar respublikada ailələrin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Beynəlxalq Ailə Günü münasibətilə ailələrə hədiyyələr təqdim olunub.

Sonra Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar. Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qalibləri təbrik ediblər.

Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, Naxçıvan şəhərindəki 11 və 3 nömrəli uşaq bağçaları fidanlarının və nümunəvi musiqiçi ailələrin üzvlərinin ifa və çıxışları alqışlarla qarşılanıb.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30