Ana səhifə »  Qəzetin pdf formatı »  Zərifə xanım Əliyevanın adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılıb
A+   Yenilə  A-
Zərifə xanım Əliyevanın adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılıb

Müsahibimiz Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Səbinə Məcidovadır
- Səbinə xanım, söhbətimizə Azərbaycan səhiyyəsinin bu günü ilə körpü salmaq istərdik…

- Səhiyyənin inkişafı dövlətimizin siyasətinin əsas istiqamətlərindəndir. Yeni tibb ocaqlarının yaradılması, onların müasir avadanlıqlarla təhciz edilməsi, yerli tibb kadrlarının yetişdirilməsi, bilik və təcrübələrinin artırılması üçün konfransların, seminarların və treninqlərin təşkili qarşıya qoyulan əsas məqsədlərdən biridir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın digər sahələri kimi, səhiyyə sistemində də təkmil islahatlar həyata keçirilmiş, nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülmüş və gələcək layihələrin konturları müəyyənləşdirilmişdir. Son 15 ildə ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf, tərəqqi yolunda inamla addımlayır, bütün bölgələrimizdə yüzlərlə tibb ocağı tikilərək əhalinin istifadəsinə verilib, tibb müəssisələrində fəaliyyət göstərən kollektivin əsasən yerli kadrlardan ibarət olması, beynəlxalq tibbi standartlara cavab verən yüksək keyfiyyətli avadanlıqlarla təhcizatı təmin edilib, əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyəti daha da yaxşılaşdırılıb. Tibb sahəsində ən qabaqçıl və müasir müalicə üsullarının tətbiqi əvvəllər müalicəsi respublikamızda mümkün olmayan xəstəliklərin də qarşısını almağa geniş şərait yaradıb. Prezident İlham Əliyev tərəfindən dərman-əczaçılıq preparatlarının keyfiyyətinə və qiymətləndirilməsinə nəzarətin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və keyfiyyətli tibb xidmətləri ilə təhciz olunması məqsədilə təsdiqlənən "Əhalinin sağlamlığının qorunması haqqında" Qanun, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Dərman vasitələri haqqında" və s. kimi müxtəlif Fərman və sərəncamlar, həmçinin əczaçılıq zavodlarının tikintisinə start verilməsi bir daha göstərir ki, əhaliyə yüksək keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi prioritetdir.

- Adı oftalmologiya tarixinə qızıl hərflərlə yazılan görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ərəfəsindəyik. Zərifə xanımı necə xarakterizə edərdiniz?

- Bu suala cavab vermək üçün akademik Zərifə xanım Əliyevanın özündən sitat gətirmək istəyirəm: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatıdır. Buna görə də hər dəfə xəstələri qəbul edəndə, onlarla söhbət aparanda həkim həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında mənəvi məsuliyyət hiss edir. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o bizimlə üz-üzə dayanıb soruşacaq: “Sənin ağ xalat geyinməyə haqqın varmı?” Onilliklər boyu təkcə biliklərini deyil, həm də ürəyinin hərarətini öz əllərinlə insanlara çatdırmalısan”.»

Zərifə xanım Əliyevanı həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, «Yüksək etimad» kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. O, heç zaman gərgin işdən usanmamış, ilhamla çalışmışdır. Həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi bu böyük şəxsiyyətə həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb: ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, Vətənimizin qüruru sayılan övladlar. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana olub. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmədi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, qüdrətli, güclü Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

- Ulu öndər Heydər Əliyevin təbirincə desək, «Özünü həkimlik, təbiblik peşəsinə həsr edən insanlar xoşbəxtdirlər. Çünki cəmiyyətin onlara həmişə ehtiyacı var.» Amma bu məqamı da nəzərə alsaq ki, insan reallıqları hiss etməklə yanaşı, onu öz gözləri ilə gördükdə həyata bağlılığı daha yüksək olur, bu halda bu duyğuları yaşamalarına yardımçı olan gözlərə işıq verən həkimlərin zəhməti daha aydın görünür, daha yüksək dəyər tələb edir. Zərifə xanım Əliyevanı nura uzanan yolun əbədi sakininə çevirən, ölməzliyini şərtləndirən hansı amillərdir?

- Qeyd etdiyimiz kimi, akademik Zərifə xanım Əliyeva Azərbaycanda müasir oftalmologiya elminin yaradıcılarından və banilərindən biridir. İllərlə fəaliyyət göstərdiyi sahə üzrə minlərlə xəstənin sağalaraq göz xəstəliklərindən xilas olması üçün çalışmışdır. 1947- ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə başlayan zaman Azərbaycanda traxoma infeksion xəstəliyi tüğyan edirdi. Təəssüf ki, o zamanlarda bu xəstəliyin etiologiyası və yaranma səbəbləri kifayət qədər öyrənilmədiyinə və müalicə üsulu olmadığına görə yüzlərlə xəstə dünya işığından məhrum olurdular. Bu səbəbdən Zərifə xanım əmək fəaliyyətinin ilk illərindən etibarən bu xəstəliklə mübarizəyə başlamış, onun başvermə səbəblərinin dərindən öyrənilməsi üçün Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən Zərifə xanım təhsilini Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirmiş və ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmışdı. 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

İlləri sistemli şəkildə nəzərdən keçirdikdə Zərifə xanım Əliyevanın oftalmologiya tarixində zəngin səhifələr yazdığını daha aydın görürük. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri («Herpetik göz xəstəliyi», «Ağır virus konyiktivləri» və s.), bir çox elmi məqalələri və monoqrafiyaları – «Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası» və «Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi», «Göz sulanmasının fiziologiyası», «Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi» monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental «Terapevtik oftalmologiya» və «İridodiaqnostikanın əsasları» kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Bu əsərlər indi də hər bir oftalmoloq üçün stolüstü kitabları olaraq qalır. Onun zəngin pedaqoji, elmi və əməli təcrübəsi «Oftalmologiyanın aktual məsələləri» monoqrafiyasında öz əksini tapıb.

Zərifə xanım Əliyevanın xidmətləri daim yüksək dəyərləndirilib. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib. O, bütün fəaliyyəti boyu böyük ictimai iş aparmış, keçmiş İttifaqın Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü olub. Zərifə xanım Əliyeva bir sıra orden və medallarla təltif olunmuş, Azərbaycanın «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür.

Təbii ki, bu qiymətləndirmələr sırasında Zərifə xanım Əliyevaya milyonların sevgisi daha əsas yer tutur. Bu sevgi onun yuxarıda qeyd etdiyimiz fikirlərinə istinadən ən böyük mükafatıdır.

Böyük fəxarət hissi ilə bildirmək istərdim ki, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətimə məhz Milli Oftalmologiya Mərkəzində başlamış və bu illər ərzində Zərifə xanımın şərəfli əmək fəaliyyəti mənim üçün böyük örnək olmuşdur. Akademik Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində bütün əmək fəaliyyətim dövründə məhz onun kimi xalqıma yüksək keyfiyyətli tibbi xidmət göstərməyə, dövlətə, xalqa layiqli bir vətəndaş olmağa çalışmışam və çalışacağam.

- Səbinə xanım, təbii ki, «Gözlərə nur verək» devizini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən Milli Oftalmologiya Mərkəzinin məsuliyyətini ikiqat artıran əsas amil məhz Zərifə xanım Əliyevanın adını daşımasıdır

- Əlbəttə. Qeyd edək ki, 1946-cı ildən fəaliyyətə başlamış Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu 2002-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi olaraq fəaliyyət göstərir. 22 may 2009-cu il tarixdə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional parametrlərini dəqiq müəyyən etmişdir ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturunda aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəltmişdir.
Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər.
10 ildir Masallı rayonunda, 3 ildir Gəncə şəhərində Mərkəzin Regional şöbələri fəaliyyət göstərir. Bu filiallar ən müasir oftalmoloji avadanlıqlarla təhciz olunub. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir.

Heydər Əliyev Fondu və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi arasında sıx əlaqələr yaradılıb. Mərkəzin əməkdaşları Fondun humanitar fəaliyyətini dəstəkləyərək bu işdə öz köməkliklərini əsirgəmirlər. Respublika əhalisinə humanitar yardımın göstərilməsinə Mərkəzin Səyyar Klinikasının da fəaliyyəti daxildir. Bu klinika ölkəmizin ən ucqar rayon və kəndlərinə müntəzəm şəkildə gedərək, əhaliyə yüksək ixtisaslı, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərir. Bakı şəhərinin müxtəlif ali tədris və digər müəssisələrində, məktəblərində və uşaq bağçalarında dispanserizasiya işini aparır. Bununla da akademik Zərifə xanım Əliyevanın arzularından biri də həyata keçir.

Ölkə Prezidenti İlham Əliyevin 2017-ci ildə imzaladığı Fərmana əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkəmizdə buynuz qişa transplantasiyası əməliyyatının aparılmasına icazə verilib. Keçən il oktyabr ayının 4-dən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə Mərkəmizdə artıq belə əməliyyatların həyata keçirilməsinə başlandı. Indiyədək buynuz qişa köçürülməsinə ehtiyacı olan xəstələr İrana, Rusiyaya, Türkiyəyə getmək məcburiyyətində qalırdılar. İndi isə Səhiyyə naziri Oqtay Şirəliyevin bu cərrahi əməliyyatın yenidən Azərbaycanda icra olunması üçün göstərdiyi dəstək nəticəsində artıq vətəndaşlarımız gözlərini əməliyyat etdirmək üçün başqa ölkələrə üz tutmayacaqlar. Ölkəmizdə gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının uzun fasilədən sonra yenidən həyata keçirilməsi Azərbaycanda tibb elminin inkişafı yolunda mühüm bir hadisədir.

- Milli Oftalmologiya Mərkəzi Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ilə bağlı hansı tədbirləri nəzərdə tutub?

- 29 aprel 2019-cu il tarixində Mərkəzdə akademik Zərifə Əliyevanın 96 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfransın, 24 may 2019-cu il tarixində isə Mərkəzimizin 10 illiyinə həsr edilmiş “Oftalmologiyanın bu günü və gələcəyi” adlı beynəlxalq elmi-praktik konfransın, iyun ayında isə Azərbaycan Retinoloqların IV konfransının keçirilməsi planlaşdırılır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbəri professor Elmar Qasımovun təşəbüssü və dəstəyi ilə ölkəmizdə yüksək ixtisaslı gənc oftalmoloqlar hazırlanır və Oftalmologiya elmi uğurla inkişaf edir. Mərkəzin gənc mütəxəssisləri dünyanın ən nüfuzlu oftalmoloji ocaqlarda təcrübə hazırlıq keçir, gözün müxtəlif xarakterli patologiyası müalicəsinin ən müasir üsullarına yiyələnir və bu təcrübəni öz işlərində müvəffəqiyyətlə tətbiq edirlər.

Bütün əməkdaşlarımız belə bir Mərkəzdə işlədikləri üçün fəxr edir, adını daşıdığı akademik Zərifə xanımın həyat və fəaliyyətini özlərinə örnək bilib, onun adına layiq keyfiyyətli tibbi xidmət göstərməyə çalışırlar.

- Səbinə xanım, sonda bir Azərbaycan vətəndaşı kimi Azərbaycanımızın inkişafına bir baxış keçirməyinizi istərdik…

- Əvvəldə də qeyd etdiyimiz kimi, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlanan inkişaf yolu son 15 ildə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yol inkişaf, tərəqqi yoludur. Bu gün Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanması, adının ən islahatçı, xoşbəxt ölkələr sırasında çəkilməsi düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Təbii ki, uğurlarımızın miqyası genişdir, onları bir sual çərçivəsində əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, müstəqil Azərbaycanımız bütün sahələrdə tərəqqi edir, dünyanın inkişaf etmiş ölkələri sırasında addımlamaq istəyinə nail olmaq üçün zəruri olan bütün addımları gerçəkləşdirir. Azərbaycan bu gün dünyaya yeni iqtisadi və sosial dövlət mödelini təqdim edir. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan məqsədyönlü və düşünülmüş siyasətin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, təkmil islahatların, idarəçilik sistemində yeniləşmənin nəticəsidir.

Uğurlarımızda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım Əliyevanın təkcə tibb sahəsinə diqqət və qayğısından saatlarla danışa bilərik. Onun bu sahəyə göstərdiyi diqqətin və qayğının nəticəsində böyük əhəmiyyətli layihələr həyata keçirilir ki, xalqımız tərəfindən bu addımlar təqdirəlayiq qiymətləndirilir. Talassemiya Mərkəzinin yaradılmasını, bir çox poliklinika, xəstəxana, məktəblər və digər sosial əhəmiyyətli müəssisələrin tikilib istifadəyə verilməsini xüsusi qeyd etməliyik. Xeyirxah əməlləri, nəcib təşəbbüsləri, Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsində yorulmaz fəaliyyəti Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülməsini şərtləndirib.

Təbii ki, uğurlarımız qarşıdakı illərə daha böyük inamla addımlamağımıza geniş imkanlar açır. Xalqımız 11 aprel 2018-ci il prezident seçkilərində yenidən möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəkləməklə növbəti 7 ilin hədəflərinin gerçəkləşməsini təmin etdi. Xalqımızın Prezidentinə sevgisi böyükdür. Onun ətrafında sıx birləşərək gələcəyə inamla irəliləyir, tam əmindirlər ki, tezliklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan daha möhtəşəm uğurları ilə müstəqillik tarixinin uğur səhifələrini zənginləşdirəcək.

 
  • Oxunub:  3660  |  
  • Tarix:  26-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA