Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan-NATO: əməkdaşlıq perspektivləri və geosiyasi reallıqlar
A+   Yenilə  A-
Azərbaycan-NATO: əməkdaşlıq perspektivləri və geosiyasi reallıqlar

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Vaşinqtonda təşkilatın 70 illiyinə həsr edilmiş yubiley tədbirlərində Azərbaycanla bağlı maraqlı fikirlər ifadə edib. Onları təhlil edən ekspertlər NATO-nun Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətinin olduğu qənaətinə gəlirlər. Doğrudan da, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-NATO əməkdaşlığı olduqca səmərəli inkişaf edir. Bu proses hər iki tərəfi qane edir. Regionun böyük dövlətlərinin maraqlarına toxunmur. Digər Cənubi Qafqaz dövlətlərindən fərqli olaraq, Azərbaycanın NATO istiqamətində atdığı heç bir addım qonşularda qıcıq yaratmır. Ancaq Ermənistan bu məsələdən də süni yararlanmağa çalışır. Ermənistan hakimiyyəti Azərbaycanın NATO ilə əməkdaşlıq etdiyinə görə bu təşkilatla əlaqə qurduğunu deyir. Bu, bir daha təsdiq edir ki, Ermənistan müstəqil siyasət yeridə bilmir. Daim başqalarının hərəkətlərinə "alternativ" olaraq səbatsız addımlar atır. Bu kimi məqamların fonunda Azərbaycan-NATO əlaqələrinin bir sıra aspektləri üzərində geniş dayanmaq lazım gəlir.

Cənubi Qafqaz siyasətinin formalaşması: Şimali Atlantika Alyansı və üç dövlət

Cənubi Qafqaz ölkələrinin NATO siyasəti bir sıra parametrlərinə görə bir-birindən ciddi surətdə fərqlənir. Bu, artıq bir neçə ildir ki, açıq surətdə görünür. Müstəqilliyin ilk illərində fərqlər elə də gözə çarpmırdı. Çünki həm sovetlər yenicə dağılmışdı, həm də NATO-nun özünün konkret kursu yox idi. Region ölkələri də hələlik hərbi sahədə götürəcəkləri istiqaməti dəqiqləşdirməmişdilər. Bu aspektdə Azərbaycan üçün yaranmış situasiya daha mürəkkəb idi.

Havadarlarının köməyi və ciddi hərbi dəstəyi ilə forpost Ermənistan Azərbaycana hücumlarını davam etdirirdi. Öz ordusu və hərbi doktrinası olmayan Azərbaycanın NATO ilə real əlaqələr qurmaq imkanı minimum idi. Hətta o dövrdə Azərbaycana rəhbərlik edənlərdən özümüzün ordumuzun olmasına ehtiyac görməyənlər də vardı. Onlar hələ də rus ordusunun himayəsinə sığınmağa çalışırdılar. Lakin Ulu Öndərin hakimiyyətə qayıdışı ilə hər şey kökündən dəyişməyə başladı. Heydər Əliyev 1994-cü ilin may ayının 4-də Azərbaycan ilə NATO arasında tərəfdaşlığın əsasını qoyan sazişi imzaladı. Bu, "Sülh Naminə Tərəfdaşlıq" (SNT) Çərçivə Sənədi idi. Azərbaycan SNT proqramının prinsiplərinə əsaslanmaqla, sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir və meydana gələn təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır. Burada təhlükəsizlik və müdafiə islahatlarına vurğu edən geniş spektrli məsələlər üzrə siyasi dialoq və praktiki əməkdaşlıq da nəzərdə tutulub.

Qeyd edilən Sazişi 1994-cü ilin fevralın 23-də Gürcüstan, həmin ilin oktyabrın 5-də isə Ermənistan imzaladı. Beləliklə, Cənubi Qafqazın hər üç ölkəsi Şimali Atlantika Alyansının tədbirlərində eyni proqram üzrə iştirak etməyə başladılar. Ancaq təcrübə göstərdi ki, onların hər birinin bu cür əməkdaşlıq barədə öz mövqeləri var. Doğrudur, Əfqanıstanda, Kosovoda onlar eyni dərəcədə iştirakçıdırlar. Əsas məsələ NATO ilə əməkdaşlığın strategiyası və konkret kursu ilə bağlıdır. Bu aspektdə region dövlətləri eyni yolu seçmədilər.

Gürcüstan NATO-ya üzv olmaq kursunu götürdü. Artıq neçə illərdir ki, bu istiqamət üzrə hərəkət edir. Həm Alyans daxilində, həm də Rusiyada bu təşəbbüsə münasibət birmənalı deyil. Moskva təbii ki, Tbilisini və Brüsseli xəbərdar edir. Kreml Gürcüstanın NATO-ya üzv olmasını və təşkilatın hərbi bazasının bu ölkədə yerləşdirilməsini təhlükəsizliyinə ciddi təhdid hesab edir. Bu səbəbdən də Rusiyadan Tbilisiyə davamlı olaraq xəbərdarlıqlar gəlir. Son illər isə bu məsələdə vəziyyət daha kəskin xarakter alıb. NATO-nun Gürcüstanda hərbi təlimlər keçirməsinə Moskva sərt təpki göstərib. Onu da deyək ki, 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyaya hücum edəndə NATO Gürcüstana yardım edə bilmədi. Belə çıxır ki, Şimali Atlantika Alyansına üzv olmaq kursunu seçmək ərazi bütövlüyünə təminat vermir.

İndi də Gürcüstan hərbi risk altındadır. Bunu ekspertlər də etiraf edirlər. Lakin Tbilisi NATO-ya üzvlük xəttindən çəkilmək fikrində deyil. Deməli, Şimali Atlantika Alyansı ilə münasibətlərin məzmunu faktiki olaraq Gürcüstanı Rusiya ilə gərginlikdə saxlayır. Bunun fonunda NATO-Ermənistan əlaqələri daha dolaşıq və perspektivsiz görünür. İrəvan KTMT-yə üzv ola-ola NATO ilə əlaqələri genişləndirməkdən bəhs edir. Ekspertlər bunu Ermənistanın eyni vaxtda iki stulda oturmaq cəhdi kimi qiymətləndirir və məntiqi olaraq, bu cəhdi uğursuz adlandırırlar.

Ermənistan rəhbərliyi nə qədər NATO ilə əməkdaşlıqdan dəm vursa da, Kremlin icazəsi olmadan və KTMT nizamnaməsindən kənarda Şimali Atlantika Alyansı ilə hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Bunu təsdiq edən faktlardan biri məhz Moskvanın göstərişi ilə Ermənistanın Suriyaya hərbçilər göndərməsidir. Həmin hadisə ilə bağlı hətta Qərb İrəvana xəbərdarlıq belə edib.

Perspektivli kurs: Bakının uzaqgörən və praqmatik siyasəti

Bunların fonunda Azərbaycan-NATO münasibətləri tam konstruktiv məcrada və heç bir ziddiyyət yaratmadan inkişaf edir. Belə ki, Azərbaycan 2003-cü ildən bu yana NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatlarına töhfə verir. Azərbaycanın 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasının tərkibində xidmət edir. Eyni zamanda, hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.

Bu cür əməkdaşlığın perspektivi haqqında NATO rəhbərliyi dəfələrlə fikir bildirib. Son olaraq, təşkilatın baş katibi Y.Stoltenberq deyib ki, "Bakı-Tbilisi-Qars NATO-nun Əfqanıstanda "Qətiyyətli Dəstək" missiyasının uğuruna mühüm töhfə verir". O, bu fikri 2019-cu ilin aprelin 3-4-də Vaşinqtonda NATO xarici işlər nazirlərinin növbəti iclasında ifadə edib. Fikirlərini inkişaf etdirərək Y.Stoltenberq Azərbaycanın Alyansın yaxın tərəfdaşı olduğunu, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Etiraf etmək lazımdır ki, bu cür qiymətləndirmə Azərbaycan-NATO münasibətlərinin sağlam məzmunu ilə yanaşı, Bakının düşünülmüş siyasət yetirdiyinin də təsdiqidir. Çünki NATO tərəfindən keçmiş sovet respublikaları ilə bağlı deyilən hər bir fikrə Kreml həssaslıqla reaksiya verir. Azərbaycanla bağlı isə onun heç bir iradı yoxdur. Deməli, Azərbaycan rəhbərliyinin seçdiyi əməkdaşlıq kursu NATO ilə əlaqələri gücləndirir, onun perspektivli olmasını təmin edir və eyni zamanda, regionun böyük dövlətlərini qıcıqlandırmır. Bu özəlliyinə görə Azərbaycan-NATO münasibətləri NATO-Ermənistan və NATO-Gürcüstan münasibətlərindən keyfiyyətcə fərqlənir.

Vurğulanan məqamlar Azərbaycanın xarici siyasətinin mühüm aspektləri arasında sıx əlaqənin olduğunu göstərir. Bakı iqtisadi, ticarət, nəqliyyat dəhlizləri və logistika, enerji kimi vacib istiqamətləri hərbi-müdafiə və təhlükəsizliklə sıx əlaqələndirə bilir. Ayrıca, NATO siyasəti səmərəli çərçivədə aparılır ki, yekunda müsbət nəticəsini verir. Daha geniş aspektdə baxanda görürük ki, Azərbaycan xarici siyasətin bütün prioritet istiqamətlərini sistemli olaraq uyğunlaşdırır. NATO məsələsi isə bir sıra səbəblərdən daha həssas xarakterə malikdir.

Məsələ ondan ibarətdir ki, hazırda NATO-Rusiya münasibətləri çox həssas bir mərhələdədir. Şimali Atlantika Alyansının Şərqə doğru genişlənmək kursuna Moskva ciddi etiraz edir. Bunun fonunda Rusiya öz ərazisinə yaxın məkanlarda NATO-nun hər bir fəaliyyətinə həssaslıqla reaksiya verir. Bunu Ukraynada, Gürcüstanda, Baltikyanı ölkələrdə, Qara dəniz hövzəsində müşahidə etmək olar. Onda belə bir nəticə əldə edilir ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda yerləşən hər bir ölkə hərbi əməkdaşlıq məsələsinə xüsusi həssaslıqla yanaşmalıdır. Məhz bu bağlılıqda Bakının NATO ilə əməkdaşlıq siyasətinin nə dərəcədə uğurlu olduğunu görürük.

Təbii ki, Azərbaycanın hərbi sferada atdığı istənilən addımın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli kontekstində də qiymətləndirilməsi vacibdir. NATO rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Qəbul etdiyi sənədlərdə də bu barədə konkret müddəa yazılıb. Şimali Atlantika Alyansı Azərbaycanın işğal edilmiş ərazilərindən təcavüzkarların çıxarılması haqqında da fikir bildirib. Lakin bundan o tərəfə hansısa konkret addım atılmayıb. Məsələn, NATO İraqa müdaxilə ilə bağlı qətiyyətli mövqe nümayiş etdirib, ümumiyyətlə, istənilən təcavüzə qarşı olduğunu bəyan edib. Ancaq məsələ Azərbaycana gəldikdə, nədənsə, bir qədər fərqli məqamlar ortaya çıxır. O cümlədən NATO təcavüzkar Ermənistanla da "sülh naminə" tərəfdaşlıq edir. Baxmayaraq ki, İran heç kimin ərazisini işğal etməyib, NATO eyni münasibəti Tehrana göstərməz. Ermənistan başqasının ərazisini işğal edibsə, o, hansı sülhdən danışa bilər? Bu kimi suallar insanları düşündürür. NATO rəhbərliyi də düşünsə, bizcə, sülh üçün faydalı olar.

Newtimes.az

 
  • Oxunub:  2670  |  
  • Tarix:  26-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA