Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar keçirilir
A+   Yenilə  A-
Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar keçirilir

Aprelin 26-da Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, seminarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Əqli Mülkiyyət Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ölkəmizdə 1997-ci ildən, Beynəlxalq Əqli Mülkiyyət Günü isə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 2001-ci ildən başlayaraq qeyd edilir. Bu günlərdə keçirilən müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdən ibarətdir.

Hər il aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən tədbirlər fərqli mövzulara həsr olunur. Bugünkü seminarımızın mövzusu "Əqli mülkiyyət və idman"dır və onun xüsusi mənası var. Belə ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə builki açıqlamasından görünür ki, bu il keçirilən tədbirlərin əsas məqsədi əqli mülkiyyətin idmanın inkişafına təsirinin göstərilməsidir. Bu, eyni zamanda, bizə əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın inkişafında oynadığı rol barədə danışmaq imkanı yaradır.

Tədbirin builki devizinin "Qızıl uğrunda" olduğunu bildirən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib: "ÜƏMT-nin müraciətində qeyd olunduğu kimi, "Minilliklər boyu idman insanlarda doğurduğu heyranlıqla yanaşı, öz qüvvəsini sınamaq səylərinə, yarışların cəlbediciliyinin artmasına və insanları daha yüksək nəticələr əldə etməyə ruhlandırmağa xidmət edir".

Bu sözlərin Azərbaycan üçün xüsusi əhəmiyyəti var, çünki Azərbaycan idman ölkəsidir. İdmançılarımız yüksəksəviyyəli yarışlarda qalib çıxaraq bizi ruhlandırırlar. Prezident İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxışındakı sözlərlə desək: "İdmançılarımız bizi hər il sevindirir. Bizim cəmiyyətimiz buna artıq öyrəşib. Bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilmişdir. Bu, böyük nəticədir, böyük qələbədir. Bu qələbə münasibətilə idmançılarımızı təbrik edirəm. Bu qələbələr, sadəcə olaraq, idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini təmin edir. Yəni, idman qələbələri, idmançılarımızın uğurları çox böyük məna daşıyır. Buna görə biz idmançılarımıza minnətdarıq".

Azərbaycanın yeniləşdiyini, qüdrətləndiyini, ölkəmizin nüfuzunun beynəlxalq miqyasda artdığını qeyd edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov vurğulayıb ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir, Azərbaycan iqtisadiyyatında artım nümayiş olunur, 2019-cu ilin iki ayının nəticələri, həmin ilin yanvar-fevral aylarındakı ÜDM-in nəticələri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur, sənayenin isə qeyri-neft sektorundakı artımı 15,5 faizdir və dünya rekordu səviyyəsindədir. Bütün bunlar əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlarla müşahidə olunur. Minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması və dövlət başçısı tərəfindən atılan digər addımlar böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikindəki sözlərlə desək, "bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha geniş miqyasda öz həllini tapacaqdır…".

Kamran İmanov qeyd edib ki, xalqımız dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verir. Fransanın "Opinion Way" şirkətinin sorğusunun nəticələri göstərir ki, vətəndaşların 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını Prezident İlham Əliyevin ən uğurlu nəticəsi kimi dəyərləndirir, 85,1 faizi isə son bir ildə görülən işlərə müsbət qiymət verir.

Dünya Bankının "Doing Business–2019" hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksəlib, 10 ən islahatçı dövlət sırasında olması heç də təsadüfi deyil. Bir sözlə, dövlət başçısının verdiyi mühüm qərarlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcıdır.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, dövlətimizin başçısının yürütdüyü uğurlu siyasət hər bir sahədə öz bəhrələrini verir: "Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik ilə bağlı son hesabatında Azərbaycan əqli mülkiyyətin qorunmasında 36-cı yerdə qərarlaşaraq, MDB məkanında liderdir. Lakin irəliyə baxaraq, qarşımızda duran vəzifələri daha yüksək səviyyədə yerinə yetirməliyik. Çünki Azərbaycanın bugünkü reallıqları ondan ibarətdir ki, ölkəmiz dünya ölkələri tərəfindən tanınan islahatçı dövlətdir və bu islahatlar hər bir sahədə, o cümlədən əqli mülkiyyət (ƏM) sahəsində geniş miqyasda həyata keçirilir. 2018-ci ildə həyata keçirilən struktur, institusional və iqtisadi islahatlar nəticəsində ƏM sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş verib. Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi nəticəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Sənaye mülkiyyəti sahəsində ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxana Əqli Mülkiyyət Agentliyinə verilib və onun tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb, yeni nizamnamələri təsdiq edilib. Nəticədə ƏM sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış, yığcam dövlət qurumu fəaliyyətinə başlayıb. Yeni qurum qarşısında duran vəzifələr dövlət başçısının göstərişlərinə əsasən, daha çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahənin idarə edilməsidir, müəllif-hüquq sahəsi ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə olunması və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. Bununla yanaşı, müxtəlif obyektiv və subyektiv səbəblərə görə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulması, elektron, rəqəmsal kitabxanaya çevrilməsidir. Beləliklə, bilik sahəsini təmsil edən müəlliflik hüququnun, sənaye mülkiyyətinin və özündə patent və standartlar fondlarını cəmləşdirən Elmi-Texniki Kitabxananın bir qurum səviyyəsində idarə edilməsi çox uğurlu institusional islahatdır.

Qarşımızdakı vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip cənab Prezidentin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etməkdir. Bunları uğurla yerinə yetirmək üçün Agentlikdə islahat səviyyəli çoxlu layihələr işlənilir və bir qismi artıq sona çatdırılıb".

Kamran İmanov qeyd edib ki, üç gün öncə Moskva şəhərində fəxri qonaq və spiker qismində dəvət edildiyi çox mötəbər beynəlxalq konfransda dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən islahatlar çox müsbət dəyərləndirilib, hətta Rusiyanın əqli mülkiyyət üzrə tanınmış rəhbərləri və alimləri ölkəmizin təcrübəsini öyrənmək üçün təkliflər irəli sürüblər.

Əqli mülkiyyəti idmanla bağlayan çoxsaylı amillərdən danışan Kamran İmanov deyib: " Təsəvvür ediniz, siz stadiona və ya hansısa bir idman meydançasına daxil olmaq ərəfəsindəsiniz, yarış hələ başlanmayıb və siz hansı mənzərələrlə qarşılaşırsınız? İlk gözümüzə toxunan – azarkeşlərin sevdiyi idman klubunun və ya idmançıların adları və ya şəkilləri olan köynəklər, maykalar, papaqlar və digər geyimlərdir. Bu isə o deməkdir ki, yarışdan öncə brendinq, brendlər – komandanın əmtəə reklamı artıq işdədir. Bu brendlərin çərçivəsində bir sıra ƏM obyektləri qorunur. İdman meydançasına daxil olduqda görürük ki, meydança hər hansı bir komandanın, klubun adlarını və loqotiplərini təmsil edir, yaxud tanınmış idmançının adını daşıyır, üstəlik, burada sponsorların da adlarını görmək olur. Bütün bunlar əmtəə nişanlarının nümayişidir.

Yarış başlanır, meydançadakı televiziya kameralarının işığı güclənir, kommentatorlar, yayım təşkilatları tamaşaçıları və dinləyicilər auditoriyasını salamlayır və rabitə texnologiyalarının yaratdığı yeni imkanlar hesabına milyardlarla insanları meydançadakı yarışa qovuşdurur. Bunun arxasında müəlliflik hüququ və əlaqəli hüquqlar durur.

Yarışların gedişində idmançılar müxtəlif idman növlərindən asılı olaraq, toplardan, beysbol alətlərindən, raketkalardan və s. ekipirovka adlanan vasitələrdən istifadə edirlər. Bunlar isə sənaye nümunələri, yəni dizaynın nümayişidir.

Fasilə zamanı, daha diqqətli olsaq, idmançını, məsələn futbolçunu müxtəlif rəngli butslarla da müşahidə etmək mümkündür. Bu idman çəkməsi bir sıra ƏM növlərini, o cümlədən texnologiyasını qoruyan patentləri, zahiri görünüşünü – əmtəə nişanını və onlara aid olan reklamı – müəlliflik hüququnu özündə nümayiş etdirir. Beləliklə, idman milyardlarla dollarlıq qlobal sənayeyə çevrilib və bu, obyektlərə (idmandan yayım təşkilatlarına qədər) investisiya gətirir, dünyada milyonlarla insanı işlə təmin edir və çoxlarına sevinc bəxş edir".

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri qeyd edib ki, bu gün idman getdikcə daha çox idman-tamaşa tipli şou-biznes tədbirləri və müvafiq fəaliyyətlə önə çıxır, yəni idman yayımının həyata keçirilməsi, idman sponsorluğu, idman infrastrukturunun işləməsi, idman mallarının industriyası, idman təchizatı və ekipirovkası, idman lotereyaları və s. Bununla da əqli mülkiyyət nəticələrinin istifadəsi idman sahəsində idman fəaliyyətini, idman tədbirlərini ən qüdrətli maliyyə mənbəyinə çevirir.

Dünyada idman industriyasından əldə edilən ümumi gəlirlər, o cümlədən sponsorluq, yarışlarda tamaşaçı ödənişləri və daxilolmaları, KİV-lərin hüquqları ilə bağlı və onların kommersiyalaşmasına aid rüsumlar və s. 150 milyard ABŞ dollarını ötüb. Digər tərəfdən, geyim və ayaqqabılarla bağlı idman ləvazimatı, yəni idman mallarının qlobal dövriyyəsi 300 milyard ABŞ dollarını keçib. Avropa Komissiyasının araşdırmalarına əsasən, Avropada kütləvi idman növləri üzrə yalnız KİV-lərə hüquqların verilməsindən əldə olunan illik gəlir 500 milyon avrodan çoxdur.

İdmanın iqtisadi dəyəri əqli mülkiyyət hüquqlarına əsaslanan işgüzar əlaqələri gücləndirir. Bu isə öz növbəsində, idman təşkilatlarının bizim zövq aldığımız tədbirləri maliyyələşdirməsi və idmanın təşviqini təmin etməsi ilə bu sahənin inkişafını stimullaşdırır.

Avropa Komissiyasının məlumatına əsasən, dünya ÜDM-in 2 faizi idman sektoru tərəfindən yaradılır. Son tədqiqatlar isə göstərir ki, dünya idman industriyasının 2023-cü ilə qədər inkişafı illik 7-11 faiz artımla müşahidə olunacaq. Beləliklə, idman sahəsində daha geniş şəkildə istifadə olunan əqli mülkiyyət formalarından biri universallığı və geniş tətbiqi baxımından fərqlənən əmtəə nişanıdır. Çünki istənilən ƏM obyekti, o cümlədən idman klublarının adları, açar ifadələr və digər adlar əmtəə nişanı formasında qeydiyyatdan keçirilə bilər.

İdman təşkilatlarının malik olduğu ən qiymətli aktivlərdən biri onların adları, loqotipləri, xarakteristikasını müəyyən edən digər vasitələrdir ki, ictimaiyyət tərəfindən nisbətən asanlıqla identifikasiya olunur və bunlarla həmin təşkilat ictimaiyyət arasında tanınır. Elə buna görə də göstərilən fərqlənmə nişanlarına olan hüquqlarını mühafizə etmək üçün idman yarışlarının təşkilatçıları və idman təşkilatları onları müvafiq qaydada daha çox əmtəə nişanı qismində qeydiyyatdan keçirirlər.

İdman sahəsində geniş yayılan əmtəə nişanları loqotiplərdir. Üstəlik, loqotiplər müəlliflik hüququ ilə də qoruna bilər. İdmanda yazılmış vizual təsvirlərinə və ya idman yarışlarının reportajlarına, tədbirlərin, komanda və idmançıların şəkillərinə, idman sahəsində idarəetmənin həyata keçirilməsi üçün istifadə olunan qaydalar, hesabatlar və digər materialların toplusuna, həmçinin idmanın təbliği, kompüter proqramlarının qorunması və idman yarışlarının dərc olunmuş nəticələrinə münasibətdə müraciət edərək, görürük ki, bunlar müəllif-hüquq obyektləri qismində qorunurlar.

İdman industriyası üçün müasir müəlliflik hüququ konsepsiyasından irəli gələn və ən çox gəlir gətirən ƏM formalarından biri yayım hüququ, yəni əlaqəli hüquqlardır. Oyunların radio və televiziya ilə yayımlanması idman yarışlarının canlı auditoriyasını əhəmiyyətli dərəcədə genişləndirib. Onun idman sahəsi üçün üstünlükləri təkcə idman azarkeşlərinə idman yarışlarının keçirildiyi yerlərdə şəxsi iştirakının alternativini təqdim etməklə məhdudlaşmır, eyni zamanda, azarkeşlərin coğrafi yerindən asılı olmayaraq sayını artırır.

ƏM-in müxtəlif növlərindən biri olan patentlər də idman sahəsində hüquqların qorunması üçün istifadə olunur, lakin məhdud və müəyyən kontekstdə, məsələn, müxtəlif idman ləvazimatı və avadanlıqlarına, idman ekipirovkalarına münasibətdə texnologiyaların qorunmasıdır.

Kamran İmanov qeyd edib ki, Əqli Mülkiyyət Hüquqlarının qorunması həm individual, həm də komanda idman növlərində eyni dərəcədə həyata keçirilir. Kommersiya hüquqları və kütləvi informasiya vasitələrinin hüquqları idman komandalarına və liqalarına, idmançılara imkan verir ki, müstəqil ticarətin faydalarını görsünlər və özlərini reklam etsinlər, həmçinin öz populyarlığını istifadə etsinlər.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri deyib: "İdmançılarımızın parlaq qələbələri ilə yanaşı, qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünya səviyyəli yarışları ən yüksək səviyyədə təşkil edən idman ölkəsi imicini qazanıb. Azərbaycan bütün dünyanın idman həvəskarlarının yüksək qiymətləndirdiyi Birinci Avropa Oyunların, IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Dördüncü ildir ki, ən yüksək səviyyədə ölkəmizin Milli Gimnastika Arenasında İdman gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir. Bakıda 17 yaşınadək qızlar arasında futbol üzrə dünya çempionatı uğurla təşkil edilib. Bir neçə ildir ki, dalbadal Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin yarışları çox uğurla təşkil edilir.

Kamran İmanov qeyd edib ki, hazırda Bakı 2020-ci ildə futbol üzrə Avropa Çempionatının dörddə bir final oyunlarının və üç qrup qarşılaşmasının bir neçə oyununun təşkilinə, həmçinin bir çox digər dünya və Avropa səviyyəli idman yarışlarına ev sahibliyi etməyə hazırlaşır.

Çövkən kimi qədim oyunumuzun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması da bizim qürurumuzdur.

Bütün bu yarışların əqli mülkiyyətlə sıx bağlı olduğunu bildirən Kamran İmanov deyib: "Biz təşkilatçıların rəsmi müraciətləri əsasında təşkilatçılar və yarışlar zamanı istifadə olunan əsərlərin və tərkibində əqli mülkiyyət olan məhsulların hüquq sahibləri arasında münasibətlərin tənzimlənməsində, bununla bağlı lisenziya sazişlərinin bağlanmasında ortaya çıxan məsələlərin həllində köməklik göstəririk. Bu heç də təsadüfi deyil, çünki Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin apardığı tədqiqatlar göstərir ki, saxtakarlıq və kontrafaksiya nəticəsində idman industriyası hər il satışların 6,5 faizi miqdarında itkilərə məruz qalır, bu isə 500 milyon avro və itirilən 5800 iş yerləri deməkdir".

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədri qeyd edib ki, ÜƏMT builki müraciətində hamını idmanın ruhlandırıcı və canlandırıcı imkanlarını birgə qeyd etməyə, yeni innovasiya fəaliyyətləri yaratmağa və insanları yeni zirvələr əldə etmək üçün birləşməyə çağırır. İdman kumirlərinizi və dünya idmanında bizi daha çox heyrətləndirən innovasiyalar haqqında danışmağa və idmanın gələcəyi ilə bağlı baxışlarımızı birgə bölüşməyə çağırır.

Kamran İmanov hər kəsi bu tədbirlərin fəal iştirakçısına çevrilməyə, həm idman yarışlarında, həm də innovasiya və yaradıcılığın inkişafında fəal iştirak etməklə töhfə verməyə çağırıb və seminarın işinə uğurlar arzulayıb.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan idmanının yüksək səviyyədə inkişafından və uğurlarından, dövlətin bu sahəyə qayğısından, nəinki paytaxtda, regionlarda da beynəlxalq səviyyəli tədbirlər keçirilməsidən, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasından danışıblar.

Çıxışlarda idman sahəsində əqli mülkiyyətin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

 
  • Oxunub:  1350  |  
  • Tarix:  26-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

21 May 20:05
YAP Səbail rayon təşkilatının iclasında qarşıda duran vəzifələr müzakirə edilib
21 May 20:02
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21 May 20:00
Nikola Yurçeviç: Qarşıdaki oyunlara çox ciddi hazırlaşırıq
21 May 19:56
BDU-da tədbir: Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq
21 May 19:53
Gəncədə “Azərbaycançılıq ideologiyası" və "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib
21 May 19:48
Azərbaycan ilə İspaniya arasında miqrasiya məsələləri müzakirə olunub
21 May 19:45
Şəkidə I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb
21 May 19:39
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21 May 19:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
21 May 19:34
Kolumbiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
21 May 19:27
Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
21 May 19:24
Çingiz Hüseynzadə: “Rio-2016”da qazanılan uğuru təkrarlamaq üçün Tokio Olimpiadasına ciddi hazırlaşmalıyıq
21 May 19:22
Bakıda təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafına dair müzakirələr aparılır
21 May 19:18
Rusiya Elmlər Akademiyasının prezidenti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub
21 May 17:47
Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib
21 May 17:41
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər
21 May 17:33
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
21 May 17:23
Təlimlərdə qoşunların yerdəyişməsi, qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub
21 May 17:19
Sevinc Hüseynova: Davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib
21 May 17:15
Malik Həsənov: Azərbaycanda həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
21 May 17:13
Sona Əliyeva: Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir
21 May 17:10
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub
21 May 17:05
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21 May 17:04
Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub
21 May 16:58
BMT-nin Əhali Fondu tərəfindən media nümayəndələri üçün seminar keçirilir
21 May 16:54
Bakıda “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib
21 May 16:52
Dövlət Gömrük Komitəsi ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
21 May 16:47
UEFA Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb
21 May 16:45
Şimal bölgəsində fəaliyyət göstərən vəkillər Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunu müzakirə ediblər
21 May 16:32
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21 May 16:30
Bakıda Menecment və İnnovasiya Forumu işə başlayıb
21 May 16:25
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqlənib
21 May 16:23
Rüfət Quliyev: “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur
21 May 16:10
Kamilə Əliyeva: Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil
21 May 15:56
Azərbaycanla Yaponiya arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub
21 May 15:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fransada silsilə görüşlər keçirib
21 May 15:35
Vəkillər Kollegiyasının ilk regional qurumu olan Sumqayıt Regional Vəkil Bürosunun binası istifadəyə verilib
21 May 15:15
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
21 May 14:49
İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub
21 May 14:27
Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
21 May 14:13
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21 May 14:07
“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub
21 May 14:04
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21 May 14:01
DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir
21 May 13:59
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21 May 13:51
Tahir Süleymanov: Ölkəmizdə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə etiraf olunur
21 May 13:01
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb
21 May 12:58
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
21 May 12:53
Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 May 12:48
“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21 May 12:44
Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir
21 May 12:26
Maliyyə naziri: Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21 May 12:08
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
21 May 11:56
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 727 milyon manatı ötüb
21 May 11:51
Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir
21 May 11:46
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21 May 11:41
Bakıda Asiya İnkişaf Bankının Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu işə başlayıb
21 May 11:38
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
21 May 11:36
Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb
21 May 11:34
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21 May 11:30
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
21 May 11:10
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21 May 11:04
Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub
21 May 10:21
Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir
21 May 10:14
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
21 May 10:10
Düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
21 May 10:01
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
21 May 09:55
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21 May 09:54
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21 May 09:48
General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA