Deprecated: Function ereg_replace() is deprecated in /data/yeniaz/public_html/sis/deyishen.php on line 51

Deprecated: Function ereg_replace() is deprecated in /data/yeniaz/public_html/sis/deyishen.php on line 56
Pərvin Kərimzadə: Uydurma “erməni soyqırımı” siyasi məqsədlərə xidmət edir
Ana səhifə »  Qəzetin pdf formatı »  Pərvin Kərimzadə: Uydurma “erməni soyqırımı” siyasi məqsədlərə xidmət edir
A+   Yenilə  A-
Pərvin Kərimzadə: Uydurma “erməni soyqırımı” siyasi məqsədlərə xidmət edir

Dünyada siyasi maraqlar uğrunda qızğın mübarizənin getdiyi çətin bir dövrdə Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün beynəlxalq tribunalarda öz haqq səsini dünyaya çatdırır, müstəqil mövqeyini bildirir, dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurur. Təəssüf ki, dünyada ədalətli sülhün tərəfdarı olan ölkəmizin müstəqil dövlət olmasını, öz iradəsinə arxalanaraq daxili və xarici siyasət yürütməsini həzm edə bilməyən qüvvələr öz məkrli əməllərindən əl çəkmilər. Azərbaycanın böyük uğurlar qazanması, beynəlxalq mövqeyinin davamlı olaraq möhkəmlənməsi anti-Azərbaycan dairələri, ermənipərəst qüvvələri daim ciddi şəkildə narahat edib.
XIX və XX əsrlərdə xalqımız dəfələrlə erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləməyə, soyqırım və təcavüzkarlıq siyasətinə məruz qalıb. Təkcə XX əsrin 90-cı illərində Ermənistan bəzi dövlətlərin dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edib, 1 milyondan artıq soydaşımızı öz yurdundan, dədə-baba ocağından didərgin salınıb. Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırım siyasətinin davamı olan Xocalı faciəsi zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Bu fəhşilikləri, insanlığa sığmayan cinayət aktını törədən erməni millətçiləri və onların havadarları öz siyasi məqsədləri naminə tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı gündəmə gətirməyə çalışırlar. Saxta erməni tarixçiləri nə vaxtsa “böyük Ermənistan” adlı dövlətin mövcud olması iddia edir və bu uydurma dövlətin ərazisinin Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları olduğunu göstərirlər. Özlərini erməni adlandıran bu etnosun tarixinə nəzər saldıqda onların çox zaman böyük dövlətlərin hakimiyyəti altında olduğunu, “böyük Ermənistan” adının çəkildiyi tarixdə bu adda dövlətin mövcud olmadığının şahidi oluruq. İlk mənbələr sübut edir ki, tarixi saxtalaşdıran ermənilərin və ermənipərəst müəlliflərin dəqiq mənbələrə söykənən dəlilləri olmadığı üçün cızmaqaralarının heç bir elmi əsası yoxdur.
Əlləri yüz minlərlə türkün qanına boyanan, qatı şovinistliyi ilə tanınan, türk düşmənçiliyini dövlət siyasətinə çevirən erməni daşnakları hər il aprel ayının 24-də uydurma “erməni soyqırımı” yalanını təmtəraqlı şəkildə qeyd edirlər. Acınacaqlı haldır ki, özlərini “məzlum”, “əzabkeş”, “yazıq”, “köməksiz” qismində dünya birliyinə təqdim edən ermənilərə havadarlar da tapılır. Aprelin 24-ü Fransada qondarma “erməni soyqırımı qurbanlarının” xatirəsi günü elan edən Prezident Emmanuel Makrona xatırlatmaq lazımdır ki, XIX əsrin əvvəllərindən çar Rusiyasının Cənubi Qafqazın işğalına başlaması ilə İrandan və Osmanlı imperiyasının ayrı-ayrı əyalətlərindən köçürülən ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilməklə imperiya maraqlarına uyğunlaşdırılıb. 1918-ci ilin mart günlərində ermənilər təkcə Bakıda üç gün ərzində 12 min, Şamaxıda 8-12 min, bütövlükdə qəzanın 72 kəndində 40 min, Quba qəzasında 7-8 min nəfərdən çox, Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlını qanına qəltan ediblər.
Sevindirici haldır ki, Fransa ziyalıları bu məəsələyə biganə qalmır, haqqlının yanında olduqlarını bildirirlər. Fransada Respublika (“La Republique en Marche”) Partiyasının deputatı Filip Folyo bildirib ki, Fransa kiməsə dərs verə bilməz və bunun üçün əlverişli mövqeyə də malik deyil. Biz özümüz öz tariximizə fəxrlə yanaşırıq, halbuki çox hadisələr baş verib. Fransa Sosialistlər Partiyasından olan deputat Jerom Lamber dövlət başçısı Emmanuel Makronun Fransada qondarma “erməni soyqırımı qurbanlarının” xatirəsi günü ilə bağlı qərarını mənasız adlandırıb. Fransa Demokratlar, Radikallar və Liberalların Birliyi Partiyasının deputatı Andre Vilye ölkə tarixinə salınanbu hadisənin, əslində, Fransaya heç bir aidiyyəti olmadığını söyləyib.
Aydın məsələdir ki, təcavüzkar erməni millətçiləri yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətini dünyada erməni birliyini bir arada tutmağa çalışan “erməni soyqırımı” pərdəsi arxasında gizlətməyə çalışıblar. Onlar yaxşı bilirlər ki, qondarma “erməni soyqırımı” iddiasının iç üzü ortaya çıxsa erməni birliyi dağılmış olar, erməni lobbisinin, və onlara havadarlıq edən bəzi imperialist güclərin siyasi ambisiyalarının məkrli planları baş tutmaz.
Bu gün erməni lobbisi müxtəlif vasitələrdən istifadə edərək ölkəmizin müsbət beynəlxalq imicinin üzərinə kölgə salmağa Azərbaycanı öz inkişaf yolundan və müstəqil siyasətindən döndərməyə cəhd edirlər. Lakin unudurlar ki, xalq-iqtidar birliyinin bərqərar olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda inamla irəliləyir, müstəqil və prinsipial siyasət həyata keçirir, bütün dünyada öz maraqlarını qətiyyətlə müdafiə edir. Tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan əzəli və əbədi torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq.

 
  • Oxunub:  2040  |  
  • Tarix:  25-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində iştirak edib

24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24 May 18:13
Qafqazşünasların II Beynəlxalq Forumu başa çatıb
24 May 17:49
Bahar Muradova: İdmandan siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir
24 May 17:42
Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib
24 May 17:38
Pərvin Kərimzadə: “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur
24 May 17:36
Vitali Kliçko: Bakı şəhərində həyata keçirilən layihələri Kiyevdə tətbiq edirik
24 May 17:34
Bakıda “Caspian Power” idman festivalının təntənəli açılış mərasimi olub
24 May 17:31
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb
24 May 17:25
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Monakoda keçirilən iqtisadi forumda təmsil olunub
24 May 17:23
Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
24 May 17:19
Bakıda Azərbaycan ilə Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib
24 May 17:06
Baş prokuror Gəncədə vətəndaşları qəbul edib
24 May 17:03
Zakir Həsənov: Ermənistanda baş verən daxili siyasi qarşıdurma qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola bilər
24 May 17:01
Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert keçiriləçək
24 May 16:59
Baronessa Emma Nikolson: Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir
24 May 16:51
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub
24 May 16:49
Birinci vitse-spiker: Ermənistan Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olmasına qarşı çıxır
24 May 16:41
Biləsuvar rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçirilib
24 May 16:35
Ziyafət Əsgərov: Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil
24 May 16:29
Təhsil müəssisələrində "İnsan hüquqları aylığı" çərçivəsində tədbir keçirilir
24 May 16:28
Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb
24 May 16:21
BŞTİ əməkdaşları üçün ikigünlük təlim keçirib
24 May 16:05
Luiş Fiqu futbol həvəskarlarına müraciət edib: Bakıda möhtəşəm final oyununu qaçırmayın
24 May 16:02
Prezident: Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var
24 May 15:59
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı başa çatıb
24 May 15:57
Dünya Bankı ilə Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığın perspektivlərini müzakirə edib
24 May 15:55
Prezident: Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib
24 May 15:49
Peşəkar mühasib sertifikatının verilməsi və sertifikat almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları təsdiq edilib
24 May 15:46
Prezident İlham Əliyev: Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq
24 May 15:41
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Cəlilabadda vətəndaşları qəbul edib
24 May 15:36
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi” təsdiq olunub
24 May 15:32
Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşlarla görüşüblər
24 May 15:29
İstək olarsa, hər şey mümkündür
24 May 15:24
Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib
24 May 15:20
Rektor Ceyhun Məmmədov beynəlxalq simpoziumda Azərbaycanda din təhsilinin perspektivlərindən danışıb
24 May 15:03
Azərbaycan Prezidenti: Bizim gücümüz birliyimizdədir
24 May 14:55
Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
24 May 14:48
Azərbaycan velosipedçisi “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanıb
24 May 14:44
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Tərtər və Goranboyda vətəndaşları qəbul edib
24 May 14:32
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
24 May 14:30
Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı davam etdirir
24 May 14:23
Avropa Çempionatının iştirakçıları olan erməni əsilli gimnastlar: Bakıda hər şey çox yaxşıdır, təhlükəsizdir və heç bir təzyiq yoxdur - VİDEO
24 May 14:18
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi və Respublika Günü münasibətilə Seulda rəsmi qəbul keçirilib
24 May 14:14
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 May 14:09
Sevinc Fətəliyeva: Azərbaycana qarşı qərəzli yanaşmalar uğursuzluğa məhkumdur
24 May 13:58
“myGov” portalının təqdimatı olub
24 May 13:56
Akademik Akif Əlizadənin Pekində məruzəsi maraqla qarşılanıb
24 May 13:36
Kiyevdə mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilir
24 May 13:11
Valeh Ələsgərov: Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı
24 May 13:04
Görkəmli alim Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş elmi konfrans

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA