Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda istehsal olunan hərbi məhsullar Türkiyədə “IDEF-2019” sərgisində nümayişi etdiriləcək

Azərbaycanda istehsal olunan hərbi məhsullar Türkiyədə “IDEF-2019” sərgisində nümayişi etdiriləcək

24.04.2019 [10:59]

Türkiyə Respublikası Prezidentinin himayədarlığı ilə iki ildən bir İstanbulda keçirilən “IDEF” beynəlxalq müdafiə sənayesi sərgisi Avropanın ən böyük sərgilərindəndir. Sərgiyə dünyanın aparıcı müdafiə sənayesi şirkətləri qatılaraq öz məhsul və xidmətlərini təqdim edirlər. Sərgi müxtəlif xarici rəsmi heyətlərin iştirak etdiyi əhəmiyyətli platformalardan biri hesab olunur.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) 2009-cu ildən belə mötəbər sərgilərdə mütəmadi olaraq iştirak edir və məhsullarını nümayiş etdirir. Aprelin 30-dan mayın 3-dək keçiriləcək “IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisində MSN-nin məhsullarının nümayişi məqsədilə nazir müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olacaq. Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, müdafiə təyinatlı məhsulların ixracı ölkəmizin qeyri-neft sənaye məhsulları ixracında əhəmiyyətli istiqamətlərdən biri olduğundan MSN tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq nazirliyin 2019-cu ildə müxtəlif beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulur.

“IDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın milli pavilyonunda MSN-nin müəssisələrində istehsal olunan əsas ixracyönümlü məhsulların nümayişi təşkil ediləcək. Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində Y.Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30