Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
A+   Yenilə  A-
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

Prezident İlham Əliyev: Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına
Müstəqil Azərbaycanın dünyada böyük maraqla izlənilən nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Respublikamız öz siyasətini zamanın dəyişən tələbləri ilə məharətlə uzlaşdırır. Belə ki, ölkəmizdə prioritet sahələrin üstün inkişafının təmin edilməsinə hesablanan islahatlar həyata keçirilərkən mütləq qlobal miqyasda meydana çıxan yeni trendlər və çağırışlar nəzərə alınır, eyni zamanda, mövcud daxili potensial və cəmiyyətin sosial sifarişləri əsas götürülür. Belə bir rasional vəhdətin təmin edilməsi öz növbəsində islahatların uğurla həyata keçirilməsini və bunun nəticəsi olaraq respublikamızın bütün istiqamətlərdə böyük uğurlara imza atmasını şərtləndirir.
Ölkəmizdə aparılan islahatlar bir-birini tamamlayır
Azərbaycanda inkişafın ardıcıllığına nail olmaq və bu əsasda əhalinin rifah halının davamlı şəkildə yüksəlməsini təmin etməkdən ötrü fundamental əsaslar, güclü iqtisadi baza yaradılması daim diqqət mərkəzində saxlanılır. Aydın məsələdir ki, iqtisadi-maliyyə imkanları olmadan insanların həyat səviyyəsinin yaxşılaşdırılmasını hədəfləyən güclü sosial siyasətin reallaşdırılmasından söhbət açmaq da absurddur. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dünya təcrübəsində də özünü doğruldan bu amili nəzərə alaraq ölkəmizin iqtisadi potensialından, əmək resurslarından daha səmərəli istifadə edilməsinə yönələn siyasət həyata keçirir. Son 15 ildə respublikamızın həyatı iqtisadi potensialın artırılmasına, maliyyə imkanlarının genişləndirilməsinə hesablanan genişməzmunlu islahatlarla səciyyələnib. Ölkəmizdə aparılan islahatlar bir qayda olaraq dərin konseptual əsaslandırmalar və yeni yanaşmalara uyğun şəkildə hazırlanaraq həyata keçirilir. Əsas məqamlardan biri ondan ibarətdir ki, islahatlar kompleks səciyyə daşıyır və bir-birini tamamlayır. Prezident İlham Əliyev ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının artırılması, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının müvafiq Fərmanına əsasən milli iqtisadiyyat perspektivi və onun 11 əsas sektoru üzrə strateji yol xəritələri təsdiqlənib. Bəhs olunan strateji yol xəritələrində ayrı-ayrı istiqamətlər üzrə yaxın, orta və uzunmüddətli dövr üçün inkişaf prioritetləri və onlara çatmaq üçün görüləcək tədbirlərin geniş spektri müəyyənləşdirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan güclü iqtisadiyyat quruculuğuna nail olub. Son 15 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur. Bu gün respublikamızın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsinə çevrilməsi son dərəcə qürurverici haldır. Təsadüfi deyil ki, regionda bütün qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri məhz Azərbaycanın moderatorluğu ilə reallaşdırılır. Başqa bir qürurverici fakt ondan ibarətdir ki, rəqabətqabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerə yüksəlib.
Qeyd olunduğu kimi, ölkəmizdə iqtisadi potensialın artırılmasına hədəflənən islahatlar davamlı səciyyə daşıyır. Bu proses respublikamızda 2019-cu ilin əvvəlindən daha aktiv fazaya daxil olub. Milli iqtisadiyyatımız qlobal böhranın mənfi təsirlərini dəf edərək inkişafa istiqamətlənib. Hazırda respublikamızın qarşısında duran bütün vəzifələrin icrası yüksək səviyyədə təmin olunur. 2019-cu ilin əvvəlindən bəri əldə olunan göstəricilər deyilənləri bir daha təsdiqləyir. Respublikamızda son dövrlərin ən yaxşı iqtisadi inkişaf göstəriciləri məhz cari ilin arxada qalan aylarında əldə olunub. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə keçirdiyi görüşdəki çıxışında ölkəmizdə 2019-cu ilin ilk aylarında əldə olunan müsbət iqtisadi göstəricilərdən məmnunluğunu bildirərək deyib ki, keçən il artıq iqtisadi inkişaf başlamışdır, bu ilin iki ayının yekunları var. Bu yekunlar çox müsbətdir, iqtisadi artım kifayət qədər yüksəkdir, 3 faizə yaxındır. Qeyri-neft sektorunda sənaye istehsalı 15 faizdən çox artıbdır.
Eyni zamanda, aparılan iqtisadi islahatlar Azərbaycanın büdcəsinə əlavə gəlirlərin gəlməsinə və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub. Prezident İlham Əliyev bundan məmnunluğunu ifadə edərək bildirib ki, “Bu islahatlar bizim maliyyə imkanlarımızı genişləndirir. Biz bu əlavə vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldirik”.
Biz yuxarıda müstəqil Azərbaycanın son 15 ildə inamlı inkişaf dinamikasından söhbət açdıq. Qarşıya qoyulan əsas vəzifə də elə ölkənin dinamik inkişafını gələcəkdə də davam etdirməklə bağlıdır. Yeni şəraitdə həyata keçirilən islahatlar məhz Azərbaycanın bundan sonra da inamlı inkişafını təmin etməyə hesablanıb. Prezident İlham Əliyev yuxarıdakı çıxışında qarşıda duran vəzifələrlə, perspektiv inkişafla bağlı mesajlarını nəzərə çatdırıb. Respublikamızın qarşısında duran hədəflərə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Verdiyim qərarlar, imzaladığım sərəncamlar həyatımızın hər bir sahəsinə müsbət təsir göstərəcək. Ölkəmiz yeniləşir, müasirləşir. Biz yeni iqtisadi model üzərində işləyirik və elə etməliyik ki, ölkə iqtisadiyyatı bundan sonra da dayanıqlı şəkildə inkişaf etsin”.
Azərbaycanda dinamik iqtisadi inkişaf güclü sosial siyasətlə tamamlanır
Azərbaycanda iki mühüm sahədə - ölkənin iqtisadi qüdrətinin artırılması və sosial məsələlərin adekvat şəkildə həll edilməsi istiqamətində görülən işlər paralel şəkildə həyata keçirilir və bir-birini tamamlayır. Bu da Azərbaycanı unikal sosial-iqtisadi inkişaf modelinə malik ölkə kimi səciyyələndirir. Respublikamızda ədalətli resurs bölgüsü həyata keçirilir, qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Bütövlükdə, iqtisadi inkişafın yaratdığı imkanlardan, milli gəlirdən cəmiyyətin bütün təbəqələri bəhrələnirlər.
Məlum olduğu kimi, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində respublikamızın dinamik iqtisadi inkişafı öz növbəsində Azərbaycanı geniş maliyyə imkanlarına malik ölkəyə çevirib. Respublikamiz bir tərəfdən irimiqyaslı infrastruktur layihələrinə böyük həcmlərdə investisiyalar yönəldir, digər tərəfdən isə özünün strateji valyuta ehtiyatlarını artırır. Hazırda respublikamız 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir və adambaşına düşən strateji valyuta ehtiyatlarına görə bütün dünya üzrə yüksək yerlərdən birini tutur. Qürurverici haldır ki, bu gün milli iqtisadiyyatımız heç bir xarici maliyyə mənbəyindən asılı deyil. Əksinə, respublikamız ölkə hüdudlarından kənarda investisiya fəallığını getdikcə artırır.
Ölkəmizin maliyyə imkanlarının genişlənməsi 2019-cu ilin arxada qalan dövrü ərzində də davam edib. Respublikanın gəlirlərinin artması fonunda isə sosial sahəyə daha böyük həcmlərdə vəsait yönəltmək imkanları yaranıb. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Mən deyə bilərəm ki, aparılan tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Bu, nəyin hesabınadır - şəffaflığın, yeni yanaşmanın və islahatların. Bu, bizə imkan verir ki, bu vəsaiti vətəndaşların rifah halının yaxşılaşmasına yönəldək və bunu da etdik”, - deyə vurğulayıb.
Cari ilin əvvəlindən şəffaflığın təmin edilməsinin və digər islahat tədbirlərinin məntiqi nəticəsi olaraq respublikamızda sosial islahatlar daha aktiv fazaya daxil olub. Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən hələ ötən il elan olunan ciddi sosial paket uğurla reallaşdırılır. 2019-cu ilin ilk aylarında minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi böyük sosial paketin tərkib hissəsidir. Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərmanı mənzil idarəçiliyi baxımından problemlərin həllinə gətirib çıxaracaq, vətəndaşların mənzil və yaşayış şəraitinin yaxşılaşmasına, o cümlədən sosial rifahının daha da yüksəlməsinə müsbət təsir göstərəcək. Bu inqilabi qərarla Prezident İlham Əliyev 300-400 min insanı əhatə edən çoxmənzilli binalarla bağlı “çoxillik həllolunmaz problem”ə son qoyub.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev ötən il keçirilən prezident seçkilərindən sonra - 2018-ci il 19 aprel tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərman imzalayıb. Bəhs olunan sənədə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Ölkəmizdə bəhs olunan Fərmanın icrasına ötən il noyabrın 14-dən başlanılıb. Dövlət başçısının 28 yanvar 2019-cu il tarixində imzaladığı digər Fərmanla isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsi daha da genişlənib. Belə ki, sənədə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2019-cu il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla nəzərdə tutulan güzəştlərdən sənəddə göstərilən dövrlərdə xarici valyutada kredit götürmüş fiziki şəxslər faydalanacaqlar. Məlumdur ki, indiyədək bəzi xarici ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülüb. Lakin son nəticədə dövlətin imkanları baxımından ciddi çətinliklər yaratdığına görə problemin həlli ya təxirə salınıb, yaxud da bəlli olmayan müddətə kimi uzadılıb. Azərbaycan isə o dövlətlərdəndir ki, burada bütün məsələlər - problemin ciddiliyi, ağırlıq yükü, onun həllinin büdcəyə, əhalinin rifah halının yüksəlməsinə təsiri, həll üçün maliyyə imkanları, səmərəli tətbiq mexanizminin işlənib hazırlanması, icrası və icraya nəzarət və s. - hərtərəfli araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunur. Birmənalı şəkildə demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır. Azərbaycan əhalinin sosial məsələlərinin həllində bütün dünyaya növbəti dəfə öz liderliyini nümayiş etdirib.
Deyilənlərdən də göründüyü kimi, ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında reallaşdırılan böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir. Bütövlükdə, respublikada reallaşdırılan sosial paketdən təqribən 3 milyona yaxın insan faydalanacaq.
Respublikada 600 min insan sosial müavinətlərin iki dəfə artırılması proqramı ilə əhatə olunub
Cari ildə Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı sənədlərin bir qismi sosial müavinətlərin artırılması ilə bağlıdır. Məlum olduğu kimi, dövlət başçısı 2019-cu il 25 fevral tarixində “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” növbəti Sərəncam imzalayıb. Sənəddə də vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir. Dövlət başçısının imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” Sərəncamla sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixində imzaladığı müvafiq Sərəncam və fərmanlarda bir sıra kateqoriyalardan olan vətəndaşlara verilən sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması, yeni təqaüd növlərinin təsis olunması nəzərdə tutulub. Bu sənədlər dövlət başçısının iradəsi ilə reallaşdırılan böyük sosial paketin əhatə dairəsinin getdikcə genişləndiyini, xüsusilə də həssas qruplardan olan vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində önəmli addımların atıldığını təsdiqləyir.
Beləliklə, aprelin əvvəlindən qüvvəyə minən qərara əsasən sosial müavinətlər iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Qeyd olunan məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrılmaqla, sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq. Bütün bu addımlar Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi güclü sosial siyasətin əsasında məhz vətəndaş amilinin, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir.
Əməkhaqlarının və pensiyaların artırılması bundan sonra da təmin ediləcək
Respublikamızda əhalinin gəlir imkanlarının artırılması istiqamətində müxtəlif tədbirlər görülür. O cümlədən ölkəmizdə əməkhaqlarının və pensiyaların davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol oynayır. Prezident İlham Əliyev bu günlərdə Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında sakinlərlə söhbət zamanı respublikamızda minimum əməkhaqqının və minimum pensiyanın 40 faiz artırılmasını önəmli addım kimi səciyyələndirib, eyni zamanda, bildirib ki, maaşlar və pensiyalar bundan sonra da artırılacaq: “Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi, burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”.
Qeyd edək ki, ölkəmizdə əməkhaqlarının artırılması tendensiyası 2019-cu ildə də davam etdirilir. Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib. Minimum əməkhaqqının mart ayının 1-dən etibarən 180 manata çatdırılması dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artıma gətirib çıxardacaq.
Ölkəmizdə pensiyalar da mütəmadi qaydada artırılır. Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Respublikamızda minimum pensiyaların məbləği təxminən 38 faiz artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Vurğulamaq yerinə düşər ki, bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdə qərarlaşıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  1410  |  
  • Tarix:  23-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

21 May 20:05
YAP Səbail rayon təşkilatının iclasında qarşıda duran vəzifələr müzakirə edilib
21 May 20:02
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21 May 20:00
Nikola Yurçeviç: Qarşıdaki oyunlara çox ciddi hazırlaşırıq
21 May 19:56
BDU-da tədbir: Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq
21 May 19:53
Gəncədə “Azərbaycançılıq ideologiyası" və "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib
21 May 19:48
Azərbaycan ilə İspaniya arasında miqrasiya məsələləri müzakirə olunub
21 May 19:45
Şəkidə I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb
21 May 19:39
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21 May 19:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
21 May 19:34
Kolumbiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
21 May 19:27
Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
21 May 19:24
Çingiz Hüseynzadə: “Rio-2016”da qazanılan uğuru təkrarlamaq üçün Tokio Olimpiadasına ciddi hazırlaşmalıyıq
21 May 19:22
Bakıda təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafına dair müzakirələr aparılır
21 May 19:18
Rusiya Elmlər Akademiyasının prezidenti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub
21 May 17:47
Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib
21 May 17:41
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər
21 May 17:33
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
21 May 17:23
Təlimlərdə qoşunların yerdəyişməsi, qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub
21 May 17:19
Sevinc Hüseynova: Davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib
21 May 17:15
Malik Həsənov: Azərbaycanda həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
21 May 17:13
Sona Əliyeva: Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir
21 May 17:10
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub
21 May 17:05
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21 May 17:04
Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub
21 May 16:58
BMT-nin Əhali Fondu tərəfindən media nümayəndələri üçün seminar keçirilir
21 May 16:54
Bakıda “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib
21 May 16:52
Dövlət Gömrük Komitəsi ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
21 May 16:47
UEFA Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb
21 May 16:45
Şimal bölgəsində fəaliyyət göstərən vəkillər Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunu müzakirə ediblər
21 May 16:32
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21 May 16:30
Bakıda Menecment və İnnovasiya Forumu işə başlayıb
21 May 16:25
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqlənib
21 May 16:23
Rüfət Quliyev: “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur
21 May 16:10
Kamilə Əliyeva: Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil
21 May 15:56
Azərbaycanla Yaponiya arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub
21 May 15:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fransada silsilə görüşlər keçirib
21 May 15:35
Vəkillər Kollegiyasının ilk regional qurumu olan Sumqayıt Regional Vəkil Bürosunun binası istifadəyə verilib
21 May 15:15
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
21 May 14:49
İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub
21 May 14:27
Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
21 May 14:13
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21 May 14:07
“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub
21 May 14:04
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21 May 14:01
DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir
21 May 13:59
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21 May 13:51
Tahir Süleymanov: Ölkəmizdə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə etiraf olunur
21 May 13:01
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb
21 May 12:58
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
21 May 12:53
Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 May 12:48
“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21 May 12:44
Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir
21 May 12:26
Maliyyə naziri: Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21 May 12:08
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
21 May 11:56
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 727 milyon manatı ötüb
21 May 11:51
Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir
21 May 11:46
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21 May 11:41
Bakıda Asiya İnkişaf Bankının Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu işə başlayıb
21 May 11:38
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
21 May 11:36
Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb
21 May 11:34
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21 May 11:30
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
21 May 11:10
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21 May 11:04
Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub
21 May 10:21
Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir
21 May 10:14
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
21 May 10:10
Düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
21 May 10:01
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
21 May 09:55
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21 May 09:54
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21 May 09:48
General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA