Ana səhifə »  Qəzetin pdf formatı »  Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
A+   Yenilə  A-
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ordumuzun bir qrup hərbi qulluqçusu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim İsmayıl Şıxlının anadan olduğu Qazax rayonunda Xalq yazıçısının adını daşıyan bağda abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Qrupu müşayiət edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani əvvəlcə yubileyi dövlət səviyyəsində qeyd edilən böyük yazıçının həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. O bildirib ki, xalqımızın tarixində müstəsna xidmətləri olan elm, ədəbiyyat, incəsənət xadimlərinin, eləcə də sərkərdələrimizin yubileylərinin qeyd olunması haqqında Prezident sərəncamları Azərbaycan Ordusunda da geniş şəkildə həyata keçirilir. Bu mötəbər insanların həyat və fəaliyyətləri, Vətən qarşısında xidmətləri haqqında şəxsi heyətə ətraflı məlumat verilir, onların nümunəsində əsgərlər milli-mənəvi dəyərlər əsasında tərbiyə edilir, hər bir döyüşçüdə yüksək vətənpərvərlik hissi, döyüş ruhu aşılanır.

Xalq yazıçısı İsmayıl Şıxlının mənalı ömür yolu mülki həyatda olduğu kimi, ordu həyatında da gənclərin Vətənə, dövlətə, xalqa sədaqət ruhunda tərbiyə edilməsində, onlarda yüksək əxlaqi və iradi keyfiyyətlərin aşılanmasında mühüm rol oynayır.

A.Qurbani dövlətimizin başçısının müvafiq Sərəncamına istinad edərək hərbi qulluqçuların nəzərinə çatdırıb ki, İsmayıl Şıxlı koloritli xarakterli və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütünlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Abidə qarşısında keçirilən anım tədbirində İsmayıl Şıxlı ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, ictimai xadim olmaqla yanaşı, həm də mübariz döyüşçü kimi xatırlanıb. Axı onun gəncliyi Böyük Vətən müharibəsinin odlu-alovlu cəbhə yollarında keçib. Şimali Qafqaz, Krım, Üçüncü Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda igid əsgər kimi ad çıxarıb. Göstərdiyi şəxsi şücaətə görə “Qırmızı Ulduz” və ikinci dərəcəli “Böyük Vətən müharibəsi” ordenlərinə layiq görülüb. Yaradıcılığında vətənpərvərlik mövzusu əsas yer tutur. “Kerç sularında“, “Dağlar səslənir”, “Cəbhə yolları”, “Xatirəyə donmuş illər”, “Ayrılan yollar” əsərləri bu gün də aktualdır. Onun əsərləri və ssenariləri əsasında çəkilmiş “Dəli Kür”, “Bizim qəribə taleyimiz”, “Kürə qarışan ömür”, “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” və başqa filmləri yenə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. İsmayıl Şıxlı ömrü bir məktəbdir və bu məktəbdən bəhrələnənlər Vətənə həmişə layiq övladlar kimi yetişirlər.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair-publisist Barat Vüsal Müdafiə Nazirliyinin görkəmli elm, mədəniyyət, ədəbiyyat, həmçinin hərb xadimlərinin təbliğindəki fəaliyyətini yüksək dəyərləndirib və bu işin əsl vətənpərvər döyüşçülərin yetişdirilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O deyib: “Bu gün mən əsgərlərimizin bir qrupunu İsmayıl Şıxlının abidəsi qarşısında görürəm. Onlar Azərbaycan ədəbi fikir tarixində özünəməxsus yeri olan unudulmaz sənətkarımızı yad etmək üçün buradadırlar. Bu, məni çox sevindirir. Tarixini yaxşı bilməyən, ədəbiyyatına, mədəniyyətinə, soykökünə yaxından bələd olmayan, milli-mənəvi dəyərlərə yiyələnməyən gənc vətənpərvər ola bilməz, yaxşı döyüşçü olmaz. Vətən uğrunda, torpaq uğrunda canından keçməz. Bu mənada, şəxsən mən Müdafiə Nazirliyinin bu istiqamətdə təşəbbüslərini alqışlayıram” .

Şair Barat Vüsal İsmayıl Şıxlının “Qabaqda çarpışmalar çoxdur. Qalib çıxmaq üçün sərkərdə ilə qoşunun birliyi lazımdır. Sərkərdəni sərkərdə edən onun ordusudur, ordunu ordu edən isə onun sərkərdəsidir” kəlamını xatırladaraq əlavə edib ki, bu gün sərkərdə ilə ordumuzun qırılmaz birliyi var. Biz bu birliyi: ordunu ordu edən sərkərdənin qətiyyətini və sərkərdəni sərkərdə edən ordumuzun gücünü 2016-cı ilin Aprel döyüşləri zamanı və ötən ilin may ayında Naxçıvan Muxtar Respublikasında Günnüt kəndinin, Qızılqaya zirvəsi və digər yüksəkliklərin azad edilməsi və on bir min hektar ərazinin nəzarətə götürülməsi ilə nəticələnən döyüş əməliyyatlarında bir daha gördük. Bu birlik sayəsində biz işğal altında olan digər torpaqlarımızı da azad edəcək və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq. Bu, heç kimdə şübhə doğurmur.

Şair sonra İsmayıl Şıxlı ilə bağlı xatirələrini danışıb, mənəvi ustadına həsr etdiyi yeni şeirini oxuyub.

Xalq yazıçısı İsmayıl Şıxlının tələbələrindən olan Çaylı kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi Məmməd Qocayev ata qədər sevdiyi müəllimini yada salıb, bu gün də gənc nəslin təlim-tərbiyəsində onun zəngin pedaqoji təcrübəsindən geniş istifadə etdiyini bildirib. M.Qocayev Azərbaycan Ordusuna iki zabit oğul bəxş etdiyi üçün özünü xoşbəxt saydığını fəxrlə dilə gətirib.

İsmayıl Şıxlının bacısı oğlu sazbənd Sabit Məmmədov Xalq yazıçısının ailə üzvləri adından Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.

Hərbi qulluqçular sonra “Fəxri qazaxlılar“ parkını ziyarət edib, Ədəbiyyat Muzeyinin ekspozisiyası ilə tanış olublar.

 
  • Oxunub:  1560  |  
  • Tarix:  22-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

27 May 15:33
Gənc bioloqların yaradıcılıq müsabiqəsinin rayon mərhələsi başa çatıb
27 May 15:31
“Azərbaycanda biz Ermənistanın yeni rəhbərliyinin sağlam düşüncə nümayiş etdirəcəyinə ümid bəsləyirik”
27 May 15:16
Prezident İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib
27 May 15:08
Bağlanmış banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyasına başlanılır
27 May 14:58
Azərbaycanlı gimnastlar: Ölkəmizi Avropa çempionatında uğurla təmsil etdiyimizə görə qürur duyuruq
27 May 14:55
İnnovasiyaların Təşviqi Qrupu vətəndaş layihəsini müzakirə edib
27 May 14:41
Qətər qəzetlərində Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyindən bəhs edilib
27 May 14:38
Tarixə bağlılıq, keçmişə verilən dəyər Xalq Cümhuriyyətinə olan münasibət fonunda da özünü göstərib- MÜSAHİBƏ
27 May 14:25
“Mercedes”in pilotu Lyuis Hemilton Monako Qran-Prisinin qalibi olub
27 May 14:17
Azərbaycanın Xarici İşlər nazirinin müavini gürcüstanlı həmkarının fikrinə münasibət bildirib
27 May 14:12
"LiFFt" festivallar festivalı 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edir
27 May 14:08
Daxili Qoşunlarla Türkiyənin Jandarm Qüvvələri arasında əməkdaşlıq yüksək səviyyədədir
27 May 14:03
İbrahim Alışov: Problemli kreditlərə dair kompensasiya ödənişlərinin 90 faizdən çoxu icra olunub
27 May 13:23
İran, Azərbaycan və Rusiyanın yükdaşımalarının tənzimlənməsi ilə bağlı sənədlər hazırlanacaq
27 May 13:10
Azərbaycan Sahibkarlar Konfederasiyasında “Ticarət Komissiyası”nın tərkibi yenidən formalaşdırılıb
27 May 12:52
28 May - Respublika Günü, diplomatik xidmət orqanlarının 100 illiyi və Silahlı Qüvvələr Günü Bolqarıstanda qeyd edilib
27 May 12:50
Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsi keçirilib
27 May 12:26
Azərbaycanın xüsusi olimpiyaçıları Hollandiyada keçirilən beynəlxalq futbol turnirinin qalibi olublar
27 May 12:23
Elmar Məmmədyarov: Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir
27 May 12:20
“DOST” mərkəzinin xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
27 May 12:14
Bakı Dövlət Universitetində 28 May - Respublika Günü qeyd edilib
27 May 12:12
Daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib
27 May 12:02
Prezident İlham Əliyevin Fərmanı ilə dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya şuralarının yaradılmasına dair müşavirə keçirilir
27 May 11:51
Əli Əhmədov Əli İnsanov haqqında: Xəyanətkar elə bilir ki, hamı xəyanətkardır
27 May 11:46
Respublika Günü münasibətilə Melburnda Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib
27 May 11:39
Kənd təsərrüfatı naziri İnam Kərimov Tuluza şəhərində bir sıra görüşlər keçirib
27 May 11:35
Mədəniyyət naziri Diri Baba türbəsindəki vəziyyətlə tanış olub
27 May 11:21
"Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib
27 May 11:19
Böyük Britaniyanın Azərbaycandakı səfiri: Bakıda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri aparılıb
27 May 11:17
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıb
27 May 11:01
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Kiyevdə rəsmi qəbul keçirilib
27 May 10:43
28 May - Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyi Los-Ancelesdə qeyd olunub
27 May 10:37
Səyyar “ASAN xidmət” davam edir
27 May 10:36
Vergilər naziri Göyçayda vətəndaşları qəbul edib
27 May 10:33
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
27 May 09:51
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
27 May 09:45
Musa Quliyev: Azərbaycanda 2020-ci ildə tam icbari sığortaya keçmək üçün hər cür şərait yaradılıb
27 May 09:23
Latviyada Respublika Günü qeyd olunub
27 May 08:52
Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Tokioda qeyd olunub
27 May 08:35
Misirdə Respublika Gününə həsr olunmuş tədbir təşkil edilib
27 May 08:28
Azərbaycanın Finlandiyadakı diasporu Respublika günü münasibətilə bir araya gəlib
27 May 08:25
Salome Zurabişvili: Heç bir problem bizim mehriban qonşuluq münasibətlərimizə mane olmamalıdır
27 May 08:21
Giqi Uqulava: Biz Azərbaycanla bütün məsələləri dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında həll etməliyik
26 May 18:32
Aerobika gimnastikası üzrə Avropa çempionatı: Azərbaycanın aerodans komandası qızıl medal qazanıb
26 May 17:42
Aerobika gimnastikası üzrə Avropa çempionatı: daha bir neçə proqramda qaliblər müəyyənləşib
26 May 17:37
SATILMADAN ÖNCƏ...
26 May 17:29
“The Daily Star”: Arsenal Henrix Mxitaryanı satmağı qərara alıb
26 May 16:45
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
26 May 15:51
DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib
26 May 15:05
Aerobika gimnastikası üzrə Avropa çempionatında aerodans, qrup və üçlük proqramlarının qalibləri mükafatlandırılıb
26 May 12:03
İsveçdə Respublika Günü münasibətilə konsert təşkil olunub
26 May 11:56
Litvalı gimnast: Bakıda azarkeşlər gimnastlara güclü dəstək verirlər
26 May 11:50
“Marca”: Futbolun yeni panoraması Azərbaycana doğru açılır
26 May 10:34
Çağdaş Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi
26 May 10:21
Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının sonuncu gününə start verilib
26 May 09:29
Məşhur musiqiçi, israilli kamança ifaçısı Bakıda konsert proqramı ilə çıxış edib
26 May 09:25
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşlarla görüşüb
26 May 09:18
Portuqaliyalı məşqçi: Aerobika gimnastikası üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub
26 May 09:13
Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə qastrolda olub
26 May 09:09
Monterey və Lənkəran arasında qardaşlaşmış şəhər münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq
26 May 09:04
“Arsenal” klubunun futbolçuları artıq Bakıdadırlar
26 May 09:01
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26 May 08:57
Azərbaycanlı deputat AŞPA-nın komitə iclasında məruzə ilə çıxış edəcək
26 May 08:53
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
26 May 08:52
“Kiyev günləri” çərçivəsində növbəti tədbir keçirilib
25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+18 +21