Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib

Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib

22.04.2019 [17:40]

“Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib”. Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.
Ş.İsmayılov bildirib ki, gənclərimiz bütün sahələrdə öz sözünü deyir və potensial imkanlarını ortaya qoyur. Onun sözlərinə görə, müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu getdikcə artır. Bu sahənin daim diqqət mərkəzində saxlanılması və Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyası üçün yaradılmış əlverişli şərait onların hərtərəfli hazırlıqlı mütəxəssis kimi yetişməsində, təhsil almasında, fiziki cəhətdən sağlam böyüməsində, gələcəyini təmin etməsində əhəmiyyətli rol oynayıb.
“Gənclərimizin dünya birliyinə inteqrasiyası, mötəbər beynəlxalq tədbirlərdə iştirakı və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmasında fəal iştirakı dövlət gənclər siyasətinin prioritetini təşkil edir. Ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin böyük önəm verdiyi sahədir. Gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı qəbul olunmuş dövlət proqramları gəncliyin problemlərinin həllində mühüm rol oynayır. Bütövlükdə, Azərbaycan gəncliyində özünəinam hissi getdikcə yüksəlir. Gənclər dövlət başçısının ətrafında sıx birləşərək, ölkənin ictimai-siyasi həyatında, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng quruculuq işlərində fəal iştirak edir, Vətənimizin müdafiəsinə, işğal altında olan torpaqlarımızın azad edilməsinə hər an hazırdırlar”-deyə, Ş.İsmayılov qeyd edib.

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30