Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək

Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək

20.04.2019 [12:57]

Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Qadınlar İKT-də Beynəlxalq Gününə həsr edilən respublika elmi-praktik konfransı keçiriləcək.

Tədbirdə Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan qadın alim, pedaqoq və mütəxəssislər iştirak edəcəklər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, elmi toplantıda Azərbaycanda qadınlarla bağlı dövlət siyasəti, ölkədə qadınların informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunda iştirak səviyyəsi, gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri, İKT və gender mədəniyyəti, qadınların virtual mühitə inteqrasiyasında fərdi məlumatların təhlükəsizliyi, Azərbaycan mədəni mühitində qadınların sosial statusunun inkişafı baxımından kommunikasiyaların rolu və s. mövzularda məruzələr təqdim ediləcək.

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31