Ana səhifə »  Qəzetin pdf formatı »  Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır

Azərbaycanın iqtisadi möcüzələr, ən islahatçı, xoşbəxt ölkə kimi tanınması və nüfuz qazanması düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Son 15 ildə təkmilləşməni, yeniləşməni dövlət siyasətinin əsas xətti kimi qəbul edib, bu istiqamətdə davamlı addımlar atan dövlətimizin başçısı İlham Əliyevin məqsədi ondan ibarətdir ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır. Son 15 ilin sosial-iqtisadi göstəricilərinə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna, demokratik dəyərlərin qorunması və inkişaf edirilməsi istiqamətində atılan addımlara və uğurlu nəticələrə diqqət yetirsək, ölkəmizin bu hədəfə yüksək səviyyədə nail olduğunu görərik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə xarici antiazərbaycan qüvvələrin və onlara dəstək funksiyasını yerinə yetirən daxili bədxahlarımızın – “5-ci kolon”nun çirkin kampaniyasına münasibət bildirərkən söyləyib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün hansı sahəyə diqqət yetirsək, Azərbaycanın davamlı inkişafını görərik: “Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi bir-birindən önəmli enerji layihələrinin uğurlu icrasına, yeni-yeni layihələrin gündəmə gətirilməsinə yol açıb. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi, bunların davamı olaraq ötən ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas tərkib hissəsi olan TANAP-ın istifadəyə verilməsi və s. kimi mühüm hadisələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır, ən əsası xalqları, qitələri birləşdirən ölkə imicinə yeni əlavələr gətirir. Bu gün Azərbaycan, eyni zamanda, tranzit ölkə kimi nüfuz qazanıb. Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi regionda sabitliyin, təhlükəsizliyin əsas qarantı kimi dəyərləndirilən Azərbaycan-Gürcüstan-Türkiyə birliyinin təzahürüdür”.

Onun sözlərinə görə, iqtisadi müstəqilliyin siyasi müstəqilliyin əsası olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın iqtisadi imkanlarının artması fonunda beynəlxalq aləmdə yerinin və rolunun hansı səviyyədə olduğunu geniş təhlil etməyə ehtiyac yaranmaz: “Azərbaycan öz müstəqil siyasəti ilə regionun və dünyanın aparıcı qüvvəsinə, əsl söz sahibinə çevrilib. Azərbaycanla ikitərəfli əməkdaşlıqda maraqlı olan ölkələrin sayı artmaqda, bir sözlə, dövlətimiz yeni dostlar qazanmaqdadır. Bu uğurlarımızı şərtləndirən əsas amil dövlətimizin xarici siyasətinin qarşılıqlı hörmət və maraqlar prinsipinə söykənməsi, beynəlxalq hüququn norma və prinsiplərini öndə saxlamasıdır. Məhz bunun nəticəsidir ki, dünyanın yeni siyasəti məhz ölkəmizdə müzakirə olundu. Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi, 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumu “Dünyanın yeni xarici siyasəti” mövzusunu müzakirə etməklə, 27 ildən artıq müstəqillik tarixinə malik Azərbaycanın bu sahədə də təcrübəsinin nümunə olduğunu göstərdi. Azərbaycanla Avropa İttifaqı, quruma üzv olan ölkələr arasında da əlaqələrin bugünkü səviyyəsi ölkəmizin artan beynəlxalq nüfuzuna işarədir. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında «Tərəfdaşlığın prioritetləri» sənədi imzalandı, yaxın günlərdə isə strateji tərəfdaşlıq sazişinin yekun mərhələsi başa çatacaq. Bu, Azərbaycanın Avropa üçün önəmini bir daha təsdiqləyir”.

Baş redaktor bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri də yüksək səviyyədədir: “Bu il Azərbaycan dünyanın 120-dən artq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına sədrlik edəcək. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmiz 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu kimi mühüm hadisələr Azərbaycana inamın, ölkəmizin ədalətli mövqeyinə dəstəyin göstəricisi, diplomatiyamızın uğurudur. Bu uğurlara yol açan əsas amil isə sabitlikdir ki, onun da əsas təminatçısı xalq-iqtidar birliyidir. Həyata keçirilən siyasətə, irəli sürülən təşəbbüslərə xalqın dəstəyi sabaha olan inamı artırmaqla yanaşı, xalq-iqtidar birliyini də möhkəmləndirir, sarsılmaz edir. Ölkə əhalisi hər addımda özünə diqqətin, qayğının şahidi olur. Aparılan siyasətin təməlində vətəndaş amilinin dayanması onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan da aydın görünür. Təkcə cari ilin ötən aylarında imzalanan fərman və sərəncamlara diqqət yetirsək, dövlətimizin başçısının bu addımlarının dünya üçün sosial inqilab nümunəsi olduğunu böyük inam və qətiyyətlə qeyd edərik. Uğurlarımız sırasında yer alan 10 milyonluq ölkə sevincimiz də Azərbaycanda həyata keçirilən güclü sosial-iqtisadi siyasətin göstəricisidir”.

Vüqar Rəhimzadə qeyd edib ki, Fransanın “Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu dövlətimizin başçısı İlham Əliyevin reallaşdırdığı siyasətə, təkmil islahatlara xalqın dəstəyinin, həmçinin bu və ya digər sahələrdə uğurlarımızın təqdimatı kimi dəyərləndirilir: “Sözsüz ki, xalqın öz Prezidentinə inamının böyük olduğu ölkədə davamlı inkişaf, xoş ab-hava, ruh yüksəkliyi inkaredilməzdir. Uğurlarımıza qısa baxış daxili və xarici antiazərbaycan qüvvələrin çirkin kampaniyalarının nə qədər əsassız olduğunu açıqlayır. Bu, danılmaz faktdır ki, Azərbaycanın müstəqil siyasətindən, davamlı uğurlarından narahatlıq xarici antiazərbaycan qüvvələrin əsassız təbliğat kampaniyalarına səbəb olur. Amma hər bir cəhdləri reallıqlarımız fonunda uğursuzluğa düçar olmağa məhkumdur. Diqqət çəkən əsas məqam isə bu ünsürlərin daxili bədxahlarımızdan öz çirkin niyyətlərini həyata keçirmələrində bir vasitə kimi bəhrələnmələridir. Xarici antiazərbaycan qüvvələr, onlara xidmət edən “Trensparency İnternational”, “Amnisty İnternational”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlətimizin başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Bu kimi çirkin kampaniyaların daha çox hansı vaxtlarda həyata keçirildiyi məlum olaylardandır. Nəzərə alsaq ki, yaxın günlərdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı işlər tamamlanacaq, bu, artıq həmin qüvvələri belə ənənəvi yollarını davam etdirməyə sövqe edir. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də belə narahatlıqların artmasında rol oynayır”.

Baş redaktor bir daha vurğulayıb ki, ölkəmizə qarşı aparılan belə çirkin və ədalətsiz kampaniyalara tutarlı cavab reallıqlarımızdır. Ən yüksək zirvələri fəth edən, hər bir sahədə beynəlxaq səviyyəli tədbirlər üçün ideal məkan seçilən, ən əsası ədaləti əsas meyar kimi qəbul edən Azərbaycana beynəlxalq baxış artdıqca bu kimi cəhdlər də çoxalır. Lakin belə əsassız kampaniyalar heç bir təsir imkanına malik deyil, əksinə, Azərbaycan daha da qüdrətlənir, güclənir, davamlı uğurlara imza atır.

 
  • Oxunub:  3030  |  
  • Tarix:  19-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA