Ana səhifə »  Qəzetin pdf formatı »  Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir
A+   Yenilə  A-
Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir

Aprelin 18-də Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının uzlaşdırılmış plan üzrə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov təlimi izləyib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün alınmış xidməti avtomobillərə baxış olub. Bildirilib ki, hərbi hissələr müasir döyüş texnikaları ilə yanaşı, həm də xidməti avtomobillərlə təmin olunur. Yeni alınmış 10 ədəd “NİVA” markalı xidməti avtomobil hərbi hissələrin komandir və rəis heyətinin istifadəsinə veriləcək.

Sonra təlim başlayıb.

Məlumat verilib ki, Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının hücum əməliyyatlarının qarşılıqlı əlaqəsini koordinasiya etmək, döyüşə və səfərbərliyə hazırolma səviyyəsini artırmaq məqsədi ilə yaradılmış Təlim-Tədris Mərkəzinin Simulyasiya Mərkəzi 81 kompüterdən, ümumilikdə isə 20 otaqdan və təlim nəticələrinin təhlil edilməsi üçün 90 yerlik zaldan ibarətdir. Simulyasiya Mərkəzinin əsas üstünlüyü burada birtərəfli təlimlərlə yanaşı, ikitərəfli üçpilləli təlimlərin də keçirilməsi, bölük, tabor və briqada səviyyəsində real vaxt rejimində fəaliyyət göstərməsidir. Kompüter dəstəkli komanda-qərargah təlimlərinin keçirilməsinin əsas məqsədi komandir və qərargah zabitlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də onların əməliyyatın planlaşdırılması və vəziyyətin qiymətləndirilməsi üzrə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

“Sakarya” və “Qasırğa” yaylım atəşli reaktiv sistemlərin simulyasiya sinfi avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz olunub. Tədris sinfi 6 döyüş maşınından, batareya komandirinin idarəetmə maşınından, meteomaşını simulyasiya edən kompüterdən, məşğələ rəhbərinin iş yerinin kompüterindən və şəbəkə mərkəzindən ibarətdir. Burada dvizion və batareya tərkibində atəş hazırlıqlarının hazırlanması və döyüş maşınlarının avtomatik olaraq hədəfə tuşlanması şəxsi heyətə öyrədilir.

Döyüş və piyada döyüş maşınları “BMP2” və “BMP3”, “T72” və “T90” trenajorlarda idarə edilib və müxtəlif döyüş tapşırıqları yerinə yetirilib. Tank əleyhinə bölmələr üçün nəzərdə tutulan “SPİKE-LR”və “SPİKE-ER” daxili otaq trenajorları operator və təlimatçı stansiyaları olmaqla 2 hissədən ibarətdir. Bu da məşğələ zamanı təlimatçıya bütün atəş ardıcıllığını izləməyə, atışdan əvvəl və sonra ərazi görüntüsünü müşahidə etməyə imkan verir. Həmçinin kompüterdə döyüş sahəsinin simulyasiya olunmuş görüntüsü əks olunur.

Qeyd olunub ki, tank əleyhinə məşq qurğuları döyüş sahəsinin simuliyasiya olunmuş görüntüsündə hərəkətsiz və hərəkət edən hədəflərə döyüş raketlərindən istifadə etmədən atəş tapşırıqlarının yerinə yetirilməsini təmin edir. Eyni zamanda atəş tapşırıqları yerinə yetirilərkən hədəfi izləməyə imkan yaradır, fərdi və manqa tərkibində tapşırığın yerinə yetirilməsini qiymətləndirir. Kompüterli artilleriya sinfində divizion və batereya tərkibində sutkanın işıqlı və qaranlıq vaxtında döyüş sursatı sərf etmədən atəş tapşırıqları icra edilib. Artileriyanın taktika sinfində isə zabit heyəti ilə sinif şəraitində taktiki məşğələlər keçirilib, taktiki qrup çalışmaları yerinə yetirilib, taktiki və komanda-qərargah təlimlərinin keçirilməsindən əvvəl zabitlərin hazırlanması və taktiki hazırlıqdan məqbulların qəbul edilməsi prosesi həyata keçirilib.

Kompüterlə və digər avadanlıqlarla təmin olunmuş “Qvozdika” simulyasiya sinfində avtomatlaşdırılmış idarəetmə sistemi ilə divizion və batareya tərkibində hədəf göstəriciləri müəyyən edilib. Tibbi hazırlıq, avtomobil texnikası, zirehli texnikaların idarəedilməsi, raket artilleriya silahları, qarovul, kəşfiyyat, hərbi topoqrafiya, kütləvi qırğın silahlarından mühafizə, rabitə, mühəndis və hava hücumundan müdafiə siniflərində də müvafiq sahələr üzrə məşğələlər keçirilib. Xüsusi proqramla təchiz edilmiş əsas və arxa komanda məntəqələri, artilleriya qruplaşması, təminedici bölmələr, bölük komandirləri və tabor qərargahları siniflərində keçirilən ikitərəfli təlimlərdə də məqsədə nail olunub. Naxçıvan Qarnizonu Qoşunlarının uzlaşdırılmış kompüter dəstəkli komanda-qərargah təliminin nəticələri hakimlər qrupu tərəfindən dəyərləndirilib, toplanan məlumatlar və əldə olunmuş nəticələr təhlil edilib.

Qarnizonda yerləşən birləşmə və hissələrin xidməti sənədləri və tədris üçün əyani vəsaitlər hərbi mətbəədə hazırlanır. Bu günə qədər birləşmə və hissələr üçün 10 mindən artıq xidməti istifadə üçün kitab və jurnal hazırlanıb. Təlim-Tədris Mərkəzinin zəngin kitabxanası vardır. Bildirilib ki, hazırda kitabxanada 18 min müxtəlif ədəbiyyat şəxsi heyətin istifadəsinə verilib.

Ali Məclisin Sədri nəzəri dərslərin real ərazi maketləri üzərində keçirilməsi, uzlaşmış təlim və məşğələlərinin nəticələrinin qarşılıqlı təhlil və müzakirə olunması barədə tapşırıqlar verib.

Sonra “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə görülən işlərin nəticələrinə həsr olunmuş müşavirə keçirilib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı”na əsasən birinci tədris rübündə əsas səylər motoatıcı, tank, artilleriya, xüsusi təyinatlı və hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə, eləcə də, hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə yönəldilib. Təlim və məşğələlərdə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin hərbi qulluqçuları ilə yanaşı, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə alayının hərbi qulluqçuları da iştirak ediblər. 2019-cu ilin birinci rübündə 8-i ərazidə, 8-i isə kompüter dəstəkli olmaqla 16 briqada komanda-qərargah təlimi, 3 komanda-qərargah səfərbərlik təlimi, 2 qərargah məşqi, idarəetmə məntəqələrinin açılması üzrə komanda-qərargah məşqi, təyyarə və vertolyotların 50 saatdan artıq təlim-məşq və xüsusi tapşırıq uçuşu keçirilib.

Qeyd olunub ki, tədris rübündə müxtəlif ixtisaslar üzrə 1955 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlanıb. Hazırda “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”nda 309 kursant, “Gizir hazırlığı kursu”nda isə 82 kursant təhsil alır. Rüb ərzində qarnizonun birləşmə, hissə və bölmələrinin cəlb edilməsi ilə müxtəlif ixtisaslar üzrə 20 yarış, 12 müsabiqə keçirilib. Silah və texnikaların təmiri, texniki qulluq, şəxsi heyətin tibbi müayinəsi və qidalanması da diqqətdə saxlanılıb. Kərəm Mustafayev yaradılan şəraitə və göstərilən dəstəyə görə Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının şəxsi heyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Əlahiddə Ümumqoşun Ordunun yaradılması ilə Naxçıvanın müdafiə potensialının və hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaranmışdır. Ötən il Əlahiddə Ümumqoşun Ordu tərəfindən həyata keçirilən uğurlu Günnüt əməliyyatı bunu bir daha təsdiq etdi. Ölkəmizin müharibə, muxtar respublikanın isə həm də blokada şəraitində olması və düşmən ölkə ilə sərhəddə yerləşməsi Naxçıvanda digər qoşun növlərinin – “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının yaradılmasını da zərurətə çevirmişdir. Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının bir qarnizonda birləşməsi isə qarşılıqlı döyüş fəaliyyətinin təşkilində mühüm əhəmiyyət kəsb edirdi. Bu məqsədlə “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı”nın təsdiq olunması, keçirilən birgə təlimlər və qarşılıqlı fəaliyyət məmnunluq doğurur.

Ali Məclisin Sədri deyib: Naxçıvan Hərbi Qarnizonu Qoşunları üçün müasir Təlim-Tədris Mərkəzinin yaradılması, təlim və məşğələlərin uğurla keçirilməsi muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır: Ötən il Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təliminin, bu gün isə kompüter dəstəkli komanda-qərargah təliminin keçirilməsi birgə fəaliyyətin nəticəsidir. Bundan sonra da Uzlaşma Planına uyğun olaraq birgə təlimlər keçirilməli, qarşılıqlı fəaliyyət təmin olunmalıdır.

Qeyd olunub ki, muxtar respublikadakı ordu, birləşmə və hissələr hər il müasir silah və texnikalarla təmin olunur. Bu da mütəxəssis hazırlığını zəruri edir. Ona görə də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər sırasında kadr hazırlığına xüsusi diqqət yetirilir. Hazırda Əlahiddə Ümumqoşun Orduda zabit, gizir və müddətdən artıq hərbi qulluqçular hazırlanır. Nəticədə mürəkkəb reaktiv qurğuları və digər döyüş texnikalarını idarə edən şəxsi heyət formalaşıb. Təlim-Tədris Mərkəzində yaradılan şərait bu sahədə işlərin uğurla həyata keçirilməsinə imkan verir.

Ali Məclisin Sədri “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə tapşırıqların uğurla yerinə yetirildiyinə görə Naxçıvan Hərbi Qarnizonu qoşunlarının şəxsi heyətinə təşəkkür edib.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı”nın xidmətin uğurlu həyata keçirilməsinə və birgə fəaliyyətin təşkilinə mühüm töhfə verdiyini bildirib, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə şəxsi heyət adından minnətdarlıq edib.

 
  • Oxunub:  2970  |  
  • Tarix:  18-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24