Ana səhifə »  Qəzetin pdf formatı »  Komitə: Beş rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb
A+   Yenilə  A-
Komitə: Beş rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2019-cu ilin yanvar-mart aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitədən AZƏRTAC-a bildirlib ki, tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlardan danışan ƏMDK-nın sədri Kərəm Həsənov həyata keçirilən uğurlu islahatlar nəticəsində idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırıldığını, xidmətlərin elektron müstəvidə vətəndaşlara çatdırılması prosesinin sürətləndirildiyini, o cümlədən elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinin genişləndirildiyni və qanunvericilik bazasının təkmilləşdirildiyini vurğulayıb.

K.Həsənov qeyd edib ki, ölkə başçısının müəyyən etdiyi iqtisadi strategiya və tapşırıqlara uyğun olaraq 2019-ci ilin ilk 3 ayında Əmlak Məsələləri Dövlət Komitəsi də əmlak idarəçiliyi sahəsində görülən işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini verib. Bu sahədə ən mühüm hadisələrdən biri 2019-cu ilin ilk günlərində Prezident İlham Əliyevin iştirakı ilə Əmlak Xidmətləri Məkanının açılışıdır. Elektron idarəetmə sisteminin tətbiq edildiyi məkanda xidmətlər daha dəqiq, proseduralar daha sürətlə yerinə yetirilir. Vətəndaşların müraciət imkanları daha da yaxşılaşıb, şəffaflıq, eləcə də vaxta qənaət prinsipi təmin edilib. Qısa müddət keçməsinə baxmayaraq, məkana 50 minədək vətəndaş müraciəti daxil olub.

Onun sözlərinə görə, növbəti yenilik kağız çıxarış dövrünün geridə qalması olub. Belə ki, Prezidentin 2019-cu ilin martın 29-da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikliyə əsasən, əmlaklara dair çıxarışlar tam olaraq elektron müstəviyə keçəcək. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, “Elektron hökumət” portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala biləcək. Elektron çıxarışların tətbiqi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əmlakların qeydiyyatını daha da sadələşdirir. Eyni zamanda, dövlət başçısının imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı da vətəndaş məmnunluğuna, sadə formada mülkiyyətin qeydiyyata alınması, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik olub. Hazırda fərmanın icrası ilə bağlı işlər aparılır.

Komitə sədri nəzərə çatdırıb ki, bu dövrdə əmlak idarəçiliyi sahəsində atılan ən böyük islahat xarakterli addımlardan biri də ölkə başçısının 2019-cu il martın 5-də imzaladığı “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il martın 1-də mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanundur. Qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır. Bu Qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il martın 1-nə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə, 12 milyon manatdan çox vəsait edir.

Qeyd olunub ki, komitə dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsi sahəsində zəruri tədbirlər yerinə yetirib. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat elektron xidmətlər portalı vasitəsilə onlayn rejimdə qəbul edilməkdədir. Artıq 5000-dək dövlət müəssisə və təşkilatdan illik xüsusi hesabatlar elektron qaydada yığılıb. Bu sahədə daha bir yenilik dövlət müəssisələri tərəfindən əmlakın qeydiyyat vərəqəsinin tərtibini, təsdiqi və göndərilməsini elektron qaydada yerinə yetirilməsi olub. Belə ki, “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə hesabatlar komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir.

Həmçinin bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsinin tam olaraq elektronlaşması istiqamətində işlər daha da genişləndirilir. Cari ilin birinci rübündə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 42 hərrac keçirilib. Bu dövrdə 260-dək dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Hesabat dövründə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan olunub, 35 milyon manat investisiya qoyuluşu, eləcə də azı 600 yeni iş yerinin yaradılmasına dair tələblər irəli sürülüb. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirmə portalı”na 3 ay ərzində 200 mindən çox baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2,3 milyonu ötüb. Xarici və yerli investorların özəlləşdirmə prosesi barədə məlumatlandırılması, eləcə də onların prosesdə daha fəal iştirakının təmin olunması məqsədilə görüşlər keçirilir, onlara özəlləşdirmə portfelinə daxil olan müəssisələr haqqında informasiya verilir.

Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi uğurla icra olunur. Hesabat dövründə 5 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb. Ümumilikdə isə 35 rayonda uçot işləri başa çatıb. Bu rayonlardan 26-da layihənin nəticələrinin təqdimatı keçirilib, 14 rayonun məlumatları sistemə tam miqrasiya edilib. Yeni yaradılmış Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) bininci mərhələsi respublikanın şəhər və rayon mərkəzlərini özündə əks etdirməklə artıq başa çatdırılıb və aralıq bazası da olmaqla 17 min 683 küçə və prospekti, 1 milyon 276 min 76 ədəd giriş ünvanını əhatə edir. Hazırda ÜRİS-in ikinci mərhələsi olan kənd yaşayış məntəqələrinə ünvanların verilməsi və sistemə işlənməsi işləri görülür. Ölkədə beynəlxalq qaydalara uyğun qurulmuş ünvan sahəsində də yenilik olan “Ünvan portalı” cari ildə də vətəndaşların xidmətindədir.

Bildirilib ki, torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsilə əldə ediləcək peyk məlumatları torpaqların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək. Hesabat dövründə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 504 hal üzrə inzibati protokollar tərtib edilib. Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Çıxarışların 1 iş günü müddətində verilməsi vətəndaşların əmlaklarını qeydiyyata almaq marağını artırır. Bu ilin ilk rübündə ölkə üzrə 51 minədək daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Vətəndaşlara ünvanında qeydiyyat xidmətləri göstərən “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları əhatə dairəsini genişləndirməkdədir. Qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün “əks zəng” xidməti və sosial sorğu həyata keçirilir. Cari il ərzində də vətəndaş müraciətlərinə həssaslıqla yanaşılıb. 193 saylı Vahid Çağrı Mərkəzinin funksionallığı artırılıb, qeydiyyat və kadastrla bağlı müraciətlərin qəbulu xətləri yaradılıb. Komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlar tərəfindən 6 minədək müraciət daxil olub və cavablandırılıb. Müasir kadr potensialına əsaslanan çevik idarəetmənin qurulması istiqamətində də bir sıra tədbirlər təşkil edilib, regionlarda görüşlər keçirilib, könüllülərlə birgə iş prinsipi formalaşdırılıb.

Müşavirənin sonunda komitə sədri K.Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Qeyd edib ki, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində operativ fəaliyyət göstərilməlidir. Komitə sədri Milli Məkan Məlumatlarının formalaşdırılması ilə bağlı görülən işlərin sürətlənməsi tapşırığını verib. Vurğulayıb ki, müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə özəlləşdirmədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir.

Həmçinin bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir. Eyni zamanda, torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi təmin edilməli, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil olunmalı və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır.

 
  • Oxunub:  1260  |  
  • Tarix:  15-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 16:39
Türkiyə hökuməti: Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur
23 Aprel 16:38
Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub
23 Aprel 16:26
Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür
23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:41
Hikmət Babaoğlu: Televiziyalarda əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”
23 Aprel 09:25
Azərbaycana qarşı aparılan “qara piar” kampaniyası iflasa məhkumdur
23 Aprel 09:21
Hikmət Babaoğlu: Ölkəmizdə həyata keçirilən islahatları xalqın dəstəkləməsi anti-Azərbaycan qüvvələri narahat edir
23 Aprel 09:17
AZƏRTAC-ın ispan dili bölməsinin təqdimatı keçirilib
23 Aprel 09:14
Televiziya incəsənət proqramları milli-mənəvi dəyərlər sistemində
23 Aprel 09:13
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
22 Aprel 20:21
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22 Aprel 20:18
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22 Aprel 17:50
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb
22 Aprel 17:40
Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
22 Aprel 17:38
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
22 Aprel 17:33
Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir rayonunda seçicilərlə görüş keçirib
22 Aprel 17:30
Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
22 Aprel 17:28
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
22 Aprel 17:27
Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir
22 Aprel 17:17
Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir
22 Aprel 17:15
ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7