Ana səhifə »  Qəzetin pdf formatı »  Sofiyada Füzuli yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə təşkil olunub
A+   Yenilə  A-
Sofiyada Füzuli yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecə təşkil olunub

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşəbbüsü, Bolqarıstandakı səfirliyimizin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Bolqarıstanın Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxanası və “Avropa və Dünya” Fondu ilə birgə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 525-ci ildönümü ilə əlaqədar şairin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, gecədə şairin bolqar dilinə tərcümə olunmuş qəzəlləri səsləndirilib.

Gecədə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru S.Şıqayeva-Mitreska, Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın direktor müavini A.Totomanova, Kitabxananın əməkdaşı Nevena Qramatikova, “Avropa və Dünya” Fondunun rəhbəri, şair və jurnalist Q.Dvoretska çıxış ediblər.

Tədbirdə həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin tədbir iştirakçılarına ünvanlamış məktubu səsləndirilib. Məktubda böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin dünya lirik poeziyasının parlaq simalarından biri olması, onun ölməz qəzəllərinin bu gün də aşiqlərin qəlbini fəth etməsi, məhəbbət, xeyirxahlıq, humanizm hissləri aşılaması qeyd olunub.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxışında Məhəmməd Füzulinin XVI əsr Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi və divan janrının ən möhtəşəm simalarından biri olduğunu, şairin 3 dildə - Azərbaycan, ərəb və fars dillərində qəzəl, qəsidə, rübai, qitə janrlarında təkrarolunmaz əsərlər yaratdığını diqqətə çatdırəb, onun yaradıcılığının zirvəsi olan “Leyli və Məcnun” poemasından bəhs edib. Səfir XII əsrin digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun” mövzusunun bir çox şairlər tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsərin orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçildiyini vurğulayıb, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin nəinki Azərbaycan, eləcə də müsəlman və türk dünyasında ilk opera janrında olan əsərinin məhz Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında qələmə alınmasının heç də təsadüfi olmadığını bildirib. Şairin yaradıcılığından ətraflı bəhs edən səfir onun Səfəvilər dövlətinin banisi və eyni zamanda gözəl şair Şah İsmayıl Xətaiyə “Bəngü Badə” əsərini ithaf etməsindən, eyni zamanda şairin bu il 650 illik yubileyini qeyd etdiyimiz Nəsimidən sonra Azərbaycan dilində yazmış olduğu nümunələrlə ədəbi dilimizi daha da yüksəklərə qaldırması, klassik Azərbaycan, habelə dünya poeziyasına qüvvətli təsir göstərməsi və yeni ədəbi məktəb yaratmasından danışıb.

N.Qurbanova böyük şairin 1572-ci ilə aid və ana dilimizdə yazılmış 400-dən artıq şeir toplanmış “Divanı”nın əlyazma nüsxəsinin UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilməsindən söz açıb. Azərbaycan xalqının ölməz şairə olan məhəbbətinin həmçinin onun adının əbədiləşdirilməsində də özünü büruzə verdiyini qeyd edən N.Qurbanova AMEA-nın Əlyazmalar İnstitutuna, Bakı şəhərinin mərkəzi meydanlarından birinə dahi şairin adının verilməsi, meydanda onun heykəlinin ucaldılması, hazırda ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş rayonlarından birinin əbədiyaşar Füzulinin adını daşıması barədə məlumat verib.

Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın direktor müavini A.Totomanova görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 525 illiyi ilə əlaqədar təşkil olunan tədbiri son dövrlər Azərbaycanın müvafiq qurumları ilə fəal əməkdaşlığın davamı kimi qiymətləndirib. O, birgə təşəbbüs və fəaliyyətlərin səfir N.Qurbanovanın şəxsində Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən göstərilmiş dəstəyin nəticəsində mümkün olduğunu ifadə edib.

Füzuli yaradıcılığı barədə təqdimatla çıxış edən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru S.Şıqayeva-Mitreska ədəbiyyatın əsas məqsədlərindən birinin insanlarda məhəbbət hissini oyatmasından ibarət olduğunu, Şərq poeziyasında məhəbbət mövzusunun diqqət mərkəzində dayanmasının heç də təsadüfi olmadığı bildirib. O, məhəbbət və gözəllik carçısı, sevgi poeziyasının aşiqi, dahi şair və mütəfəkkirin həm dünyəvi, həm də ilahi sevgini qələmə almasından bəhs edib. Şairin həyatı barədə qısa məlumat verən S.Şıqayeva-Mitreska onun həm Ağqoyunlu, həm də Səfəvilər dövlətləri zamanında, eləcə də Osmanlı imperiyası dönəmində yaşadığını, Sultan Süleyman tərəfindən şairə təqaüd ayrıldığını, bürokratik əngəllər səbəbindən şairin təqaüdü ala bilməməsi və bu məqamın şairin “Şikayətnamə” əsərində təsvir edildiyini bildirib. Füzulinin yaradıcılığa erkən yaşlarda başladığını vurğulayan direktor onun “Füzuli” təxəllüsünü götürdüyünü, şairin olduqca çətin bir dövrdə yaşadığını, bir çox müharibələrə və bu müharibələrin bəşəriyyətə vurduğu zərbələrə şahid olduğunu diqqətə çatdırıb. Lirik poeziya ustadının uzun yaradıcılıq yolu keçdiyini, lirik janrın bütün formalarında əsərlər yaratdığı barədə məlumat verib. Daha sonra S.Şıqayeva-Mitreska şairin qəzəllərindən bolqar dilinə etdiyi tərcümələri oxuyub.

Ardınca çıxış edən Q.Dvoretska etdiyi tərcümələr barədə danışıb, Füzulinin şəxsiyyəti və yaradıcılığı barədə təəssüratlarını bölüşüb və tərcümələrdən nümunələr ifa edib.

Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın əməkdaşı N.Qramatikova Bolqarıstanın Mədəni İntibahının əsas simalarından olan Petko Slaveykovun 1864-cü ildə İstanbulda çap olunan kitabında Füzulinin türk dilində və kiril əlifbasında yazılmış şeirinin yer alması barədə məlumat verib. O, Osmanlı dövründə şairin yaradıcılığının Bolqarıstanda da tanındığına diqqət çəkib və yuxarıda sözügedən kitabda çap olunan şeiri bolqar dilinə tərcümə etməsi barədə danışıb.

Sonda dahi şairin “Leyli və Məcnun” poemasının motivləri əsasında qələmə alınan “Leyli və Məcnun” operasından hissələr nümayiş olunub, həmçinin Füzulinin əsərləri, eləcə də onun yaradıcılığı barədə kitablardan ibarət sərgi nümayiş olunub.

 
  • Oxunub:  1740  |  
  • Tarix:  15-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+31 +36
gecə+22 +25