Ana səhifə »  Qəzetin pdf formatı »  Merkuri Günəşin qarşısını noyabrda kəsəcək və bu hadisəni Azərbaycandan izləmək mümkün olacaq
A+   Yenilə  A-
Merkuri Günəşin qarşısını noyabrda kəsəcək və bu hadisəni Azərbaycandan izləmək mümkün olacaq

Merkuri Günəşin qarşısını 2019-cu il noyabrın 11-də kəsəcək. AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, bu hadisəni saat 16:35-də Azərbaycandan da izləmək mümkün olacaq. Növbəti dəfə belə tutulmanı həvəskar astronomlar 2032-ci ildə müşahidə edəcəklər.

Günəş sisteminin ən kiçik planeti

Merkuri Günəş sistemində ən kiçik planetdir və ona ən yaxın məsafədə yerləşir. Onun peyki yoxdur. Bu planet barədə oraya zond göndərilənə qədər çox az məlumat olub. Mariner-10 kosmik aparatı Merkuriyə çatanda radar və radioteleskopla müşahidələr aparıb. Əvvəllər insanlar elə düşünürdülər ki, Merkurinin orbiti və öz oxu ətrafında fırlanması eynidir və 88 gün təşkil edir. Bu, Yerlə Ay arasında olan məsələ kimi idi. Amma oraya siqnallar göndəriləndən sonra məlum oldu ki, Merkurinin öz oxu ətrafında firlanması 58,7 gün təşkil edir və bu, planetin öz orbitinin üçdəikisi deməkdir.

Quruluşu

Merkuri daşlı-qayalı dörd planetdən biridir və Yer kimi çox möhkəmdir. Ekvatoru 4879 kilometr olan Merkuri digər dörd planetdən ən kiçiyidir. Onun 70 faizi metaldan, 30 faizi silikatdan ibarətdir. Planetin sıxlığı 5430 kq/m³-dir. Bu da onu Günəş sistemində sıxlığına görə Yerdən sonra ikinci edir. Amma Merkuri haqqında danışdıqda onu Yer planeti kimi təbəqələrə bölmürük, biz onun sıxlığını ümumiləşdiririk. Yerin təbəqələri var, məsələn, litosfer və s. Merkuri isə kiçik olduğundan onda təbəqələr gözə çarpmır. Amma onun nüvəsi var. Bu nüvə planetin böyük hissəsini təşkil edir və əsasən dəmirdən ibarətdir. Bu isə sıxlığına görə çox möhkəm bir elementdir. Merkurinin nüvəsinin ölçüsü 2074 kilometrdir. Bu nüvə planetin 85 faizini (Yerdə bu göstərici 17 faizdir) əhatə edir. Belə güman olunur ki, bu nüvə ərimiş formadadır. Yer kimi Merkuri də sərt örtüyə malikdir və onun qalınlığı 400 kilometrdir.

Geologiya və planetin səthi

Merkurinin səthi daha çox Ayın səthinə bənzəyir. Ayda olduğu kimi, buraya da çoxlu sayda meteoritlər, asteroitlər düşüb. Merkurinin kraterləri məşhurların adlarını daşıyır.

Günəş sistemi yaranan zaman burada toqquşmadan sonra əmələ gəlmiş iki nəhəng krater bu gün Kaloris (diametri 1550 kilometr) və Raxmaninovun (306 kilometr) adını daşıyır. Burada kraterlərdən başqa, geniş düzənliklər, hündür qayalıqlar da var.

Planet boza çalan qəhvəyi rəngdə görünür. Parlaq cığırlar “krater şəfəqləri” adlanır. Asteroid və ya komet düşəndə belə xətlər yaranır. Bu daş-qaya parçaları planetin səthinə dəyəndə yüksək dərəcədə enerji ayrılır. Bu zaman yeri və qayalığı əzir və sıxlaşdırır, yerdə olan daş parçalarını dağıdıb uzağa atır. Onlar yerə düşdükcə planetin səthində cığır, iz qoyur. Xırda daşlar böyük daş-qayalara nisbətən daha güclü şəkildə radarlarda əks olunur. Ancaq bu cığırlar vaxt keçdikcə ətraf mühitin təsirindən daha zəif əks olunmağa başlayır.

Planetdə temperatur ekstremal şəkildə gah isti, gah da soyuqla əvəzlənir. Gün ərzində Merkuridə hərarət 430°-yə qədər yüksəlir. Atmosfer olmadığı üçün planet istiliyi özündə saxlaya bilmir və buna görə də gecə vaxtı temperatur –180°-yə enir.

Merkuri şimal və cənub qütblərində, əsasən də krater diblərində, eyni zamanda, planetin daim qaranlıq qalan hissələrində su saxlaya bilər.

Merkurinin səthi meteorit izləri ilə zəngindir. Cavan kraterlərin bir neçə milyon il yaşı var. Planetin səthində temperatur yüksək olduğundan ən qədim kraterlər eroziyaya məruz qalmışlar.

Meteoritlərin qoyduğu izlərin yaşı təxminən 4000 milyon ildir. Bu dövr ərzində planet vulkan püskürməsi baxımından aktiv olub; lava burada dənizlər, düzənliklər əmələ gətirib. Bu dənizləri oraya göndərilən Mesencer (MESSENGER) adlı zond aşkara çıxarıb.

Merkuridə cavan düzənliklər meteorit yağışına az məruz qalıb. Planetin səthinin özəl cəhətlərindən biri də odur ki, lava qatlar əmələ gətirib. Belə düşünmək olar ki, planetin daxili soyuyub və səthdə deformasiya yaranıb. Merkurinin səthi dəniz dalğasına bənzəyir. Bu forma Günəşin təsirindən yaranıb və onun cazibə qüvvəsindən asılıdır. Dalğa effektinin gücü 17 faizdir və Ayın Yerə təsirindən qat-qat çoxdur.

Merkuridə nəzərəçarpan yerlərdən biri də hövzədir. Kaloris adlı bu hövzə kraterdən qalan bir izdir və Günəş sistemində tayı-bərabəri yoxdur. Bu nəhəng kraterin arxasında düzənliklər və dağ silsilələri yerləşib. Belə güman olunur ki, onların formalaşması kraterlə bağlıdır.

Planetdə temperaturun yüksək olmasına baxmayaraq dəqiq müşahidələr orada buzun mövcudluğu ehtimalını yaradır. Kraterlərin dibi, əsasən də qütblər gün işığının düşmədiyi ərazilərdir. Orada hərarət çox aşağıdır. Donmuş su radarda çox yaxşı əks olunur. Bu isə qütblərdə suyun olması barədə fikir söyləməyə imkan verir. Belə fərz olunur ki, kraterlərin dibində olan suyun dərinliyi bir neçə metrdir. Onu qeyd etməliyik ki, radarda əks olunan maddələr təkcə su deyil, başqa sözlə, müasir elm Merkuridə suyun olmasını əminliklə demir, fərz edir.

Ölçüsü və məsafəsi

Radiusu 2440 kilometr olan Merkuri Yerin üçdəbir hissəsini təşkil edir. Əgər Yer 50 qəpik ölçüsündə olsaydı, o zaman Merkuri itburnu boyda olardı. Merkuri Günəşdən 0,4 astronomik vahiddə yerləşir. Bir astronomik vahid (AV) Yerdən Günəşə qədər olan məsafədir. Günəşin şəfəqlərinin Merkuriyə çatması üçün 3,2 dəqiqə tələb olunur.

Orbiti və oxu ətrafında fırlanması

Merkurinin orbiti eksentrik, yəni yumurta formasındadır. Günəşə ən yaxın məsafəsi 47 milyon kilometr, ən uzaq məsafəsi isə 70 milyon kilometrdir. Merkuri 88 günə Günəş ətrafında dövr edir. Orbitinin sürəti saniyədə 47 kilometrdir. Bu isə onu planetlər sırasında ən sürətli edir.

Merkuri öz oxu ətrafında çox ləng hərəkət edir: 59 Yer gününə 1 dövr edir. Ancaq Merkuri öz elliptik orbiti ətrafında fırlandıqda, Günəşə yaxın olduqda səhər 2 dəfə açılır. Yəni Günəş qısa müddətə çıxır. Sonra isə planetin başqa tərəfindən ikinci dəfə çıxır. Axşamın düşməsi də bu qaydada planetin başqa tərəfində baş verir. Bir gün Merkuridə 176 Yer gününə bərabərdir.

Merkuri oxu üzərində 2 dərəcə əyilir. Bu, o deməkdir ki, onun Günəş ətrafında fırlanması şaqulidir və başqa planetlərdə olduğu kimi, burada fəsillər baş vermir.

Yaranması

Merkuri 4500 milyon il bundan öncə qazı, tozu özünə cəzb edərək Günəşə ən yaxın planet kimi formalaşıb. O, digər Yer tipli planetlər kimi nüvə, daşlaşmış mantiya və sərt örtüyə malikdir.

Atmosfer və həyatın mümkünlüyü

Bu planetin atmosferi yoxdur, amma nazik ekzosferi var. Merkuridə Günəş küləyi planetdə olan atomları və dağılmış asteroidləri planetin səthindən qovur. Planetin ekzosferi oksigen, natrium, hidrogen, helium və kaliumdan ibarətdir.

Merkuridə olan mühit həyat üçün yararlı deyil. Güman edilir ki, burada yüksək hərarət və radiasiya həyatı mümkünsüz edir.

Maqnitosfer

Planetin maqnit sahəsi ekvatora görə yerini dəyişib. Onun maqnit sahəsi Yerin bir faizini təşkil edir və daha çox Günəş küləyinin maqnit sahəsinin təsiri altında planetdə maqnit qasırğası yaradaraq, ionlaşmış atomları planetin səthinə göndərir və orada olan neytral atomlar yuxarı, göyə atmağa başlayır.

 
  • Oxunub:  1200  |  
  • Tarix:  13-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 16:39
Türkiyə hökuməti: Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur
23 Aprel 16:38
Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub
23 Aprel 16:26
Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür
23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:41
Hikmət Babaoğlu: Televiziyalarda əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”
23 Aprel 09:25
Azərbaycana qarşı aparılan “qara piar” kampaniyası iflasa məhkumdur
23 Aprel 09:21
Hikmət Babaoğlu: Ölkəmizdə həyata keçirilən islahatları xalqın dəstəkləməsi anti-Azərbaycan qüvvələri narahat edir
23 Aprel 09:17
AZƏRTAC-ın ispan dili bölməsinin təqdimatı keçirilib
23 Aprel 09:14
Televiziya incəsənət proqramları milli-mənəvi dəyərlər sistemində
23 Aprel 09:13
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
22 Aprel 20:21
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22 Aprel 20:18
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22 Aprel 17:50
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb
22 Aprel 17:40
Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
22 Aprel 17:38
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
22 Aprel 17:33
Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir rayonunda seçicilərlə görüş keçirib
22 Aprel 17:30
Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
22 Aprel 17:28
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
22 Aprel 17:27
Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir
22 Aprel 17:17
Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir
22 Aprel 17:15
ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7