Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan Beynəlxalq Ədalətli Oyunlar Hərəkatında yüksək fəaliyyəti ilə seçilir
A+   Yenilə  A-
Azərbaycan Beynəlxalq Ədalətli Oyunlar Hərəkatında yüksək fəaliyyəti ilə seçilir

Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublikamızda idmanın qısa müddətdə sürətli inkişafı bilavasitə bu sahənin inkişafına göstərilən dövlət qayğısı ilə bağlıdır. İdmançılarımız dünyanın ən mötəbər yarışlarında yüksək nailiyyətlər qazanırlar. Bu uğurların nəticəsidir ki, son dövrlərdə beynəlxalq qurumlar tərəfindən ölkəmizə yüksək səviyyəli etimad göstərilir, Azərbaycan nümayəndələri beynəlxalq qurumların rəhbər heyətlərində layiqincə təmsil olunurlar. Ötən il Budapeştdə keçirilən Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin iclasında BƏOK Regional Ədalətli Oyunlar İnkişaf Mərkəzinin Bakıda yaradılması qərara alınıb, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev mərkəzə prezident təyin olunub. Bugünlərdə Budapeştdə keçirilən BƏOK-un İcraiyyə Komitəsinin iclasında Xəzər İsayev qurumun icraiyyə komitəsinin üzvü seçilib, RƏOİM-un strukturu və Əsasnaməsi təsdiq olunub, loqosunun təqdimat mərasimi keçirilib.

Mərkəzin prezidenti və MOK-un vitse-prezidenti Xəzər İsayev AZƏRTAC-ın müxbirinə RƏOİM-un fəaliyyəti ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.

- Xəzər müəllim, ilk növbədə, sizi BƏOK İcraiyyə Komitəsinə üzv seçilməyiniz münasibətilə təbrik edirəm. Sözsüz ki, beynəlxalq qurum tərəfindən ölkəmizə göstərilən etimad AzƏOK ilə uğurlu əməkdaşlığın nəticəsidir.

- Təbrikə görə çox sağ olun. İlk növbədə qeyd edim ki, AzƏOK son illər uğurlu işlərə imza atır. Bildiyiniz kimi, AzƏOK cənab İlham Əliyevin 1997-ci ildə MOK-un prezidenti seçilməsindən sonra yaradılıb. MOK-un prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan təşkilat 1998-ci ildə Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) üzvü olub. Həmin vaxt ardıcıl iki il təşkilatın tədbirində ölkəmizi Olimpiya çempionu Rəfiqə Şabanova, sonrakı il Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil etmişdi. 2000-ci ildən Azərbaycan Ədalətli Oyunlar Komissiyasının rəhbəri olaraq ölkəmizi qitə və dünya Ədalətli Oyunlar təşkilatlarının tədbirlərində təmsil edirəm. Biz Avropa və Beynəlxalq Ədalətli Oyunlar təşkilatları ilə sıx əməkdaşlıq edirik. Hər tədbirdə çalışırıq ki, ölkəmizin nüfuzunu, respublikamızda idmana göstərilən diqqət və qayğını təbliğ edək. Avropa və Beynəlxalq Ədalətli Oyunlar təşkilatlarının rəhbərləri dövlətimizin başçısı İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz xüsusi mükafatlarını təqdim ediblər. Beynəlxalq qurumların ölkəmizdə tədbirləri yüksək səviyyədə təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkəmizdə Ədalətli Oyunlar Hərəkatının inkişafını həmişə diqqət mərkəzində saxlayır və bu sahənin inkişafına yeni imkanlar açır.

- Bu yaxınlarda BƏOK-un Macarıstanda keçirilən İcraiyyə Komitəsinin iclasında iştirak etmisiniz. Səfəriniz barədə məlumat verməyinizi xahiş edirəm.

- Məlumat üçün bildirim ki, Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı 1963-cü ildə yaradılıb. Bu hərəkat İkinci Dünya müharibəsindən öncə də fəaliyyət göstərib. Ancaq müharibə vaxtı və ondan sonra hərəkat bir müddət fəaliyyətinə ara verib. BƏOK ədalətli oyunlar hərəkatını bütün dünyada təbliğ etməklə yanaşı, 1963-cü ildən indiyədək müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir. Dörd nominasiya üzrə verilən bu mükafatlar tanınmış idmançılara, idman xadimlərinə, rəsmi şəxslərə, KİV nümayəndələrinə bu sahədə fərqlənən insanlara təqdim olunur. Bunlar “Pyer-de-Kuberten”, “Jak Roqq”, “Con Barotra” və “Villi Daum” mükafatlarıdır. Macarıstanda keçirilən İcraiyyə Komitəsinin iclasında 2018-ci ilin mükafatçılarının seçimi, Bakıda fəaliyyət göstərən Regional Ədalətli Oyunlar İnkişaf Mərkəzinin gələcək fəaliyyəti barədə müzakirələr aparıldı. Mərkəzin strukturu ilə bağlı fikir mübadiləsi aparıldı və qurumun Əsasnaməsi təsdiq olundu.

- Qeyd etdiniz ki, iclasda BƏOK mükafatlarının qalibləri müəyyənləşdi. Azərbaycan bu mükafatlara namizədliyini irəli sürmüşdümü?

- Qeyd edim ki, bu nominasiyalar üzrə mükafatları almaq üçün müxtəlif ölkələrdən 40-dan çox namizəd irəli sürülmüşdü. AzƏOK tərəfindən gənclər və idman naziri Azad Rəhimovun namizədliyi irəli sürülmüşdü. İcraiyyə Komitəsi üzvlərinin qərarına əsasən, gənclər və idman naziri Azad Rəhimova Con Borota mükafatının verilməsi qərar alınıb. Bu, Azərbaycan dövlətinə, ölkə idmanına, Olimpiya və Ədalətli Oyunlar hərəkatlarına verilən diqqətin nümunəsidir. Bütün bunlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına imkan yaradır. Mən də mərkəz rəhbəri kimi BƏOK İcraiyyə Komitəsinə üzv seçildim. BƏOK-un Əsasnaməsinə düzəliş edildi və üzvlüyə yeni iki nəfər əlavə olundu. Hər bir işin arxasında ədalət dayandığı üçün ölkəmizdə bu prinsiplərə sadiqlik idmanın inkişafına töhfələr verir. Qeyd edim ki, BƏOK tərəfindən mükafatlar öz sahiblərinə sentyabrda keçiriləcək qala-mərasimdə təqdim ediləcək. Qala-mərasimin “Şəhər Oyunları” çərçivəsində Budapeştdə keçirilməsi nəzərdə tutulur.

- BƏOK tərəfindən RƏOİM-in fəaliyyəti ilə bağlı hansı qərarlar qəbul olundu?

- Qeyd etdiyim kimi, artıq Mərkəzin Əsasnaməsi və strukturu təsdiqlənib. BƏOK İcraiyyə Komitəsindən bir mütəxəssisin Mərkəzin vitse-prezidenti təyin olunması barədə qərar qəbul edilib. Biz illik fəaliyyətimiz barədə hər il məruzə təqdim etməliyik. Məruzənin şəffaf və obyektiv olması üçün bu addımı atdıq. Biz Mərkəzə Ədalətli Oyunlar Hərəkatının inkişafına xidmət göstərən insanları toplamaq istəyirik. Türkiyənin Ədalətli Oyunlar Komissiyasının sədri, Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti Erdoğan Erpınar və BƏOK-un vitse-prezdenti rusiyalı Nikolay Dalqopolovun Mərkəzə vitse-prezident təyin olunması barədə qərar qəbul etmişik. Digər vitse-prezident isə Azərbaycandan seçiləcək. Qurumun baş katibi latviyalı Bayba Veisa olacaq. Mərkəzin inkişafı üçün xüsusi proqram hazırlanacaq və bu istiqamətdə addımlar atılacaq.

- Bildiyimizə görə, Mərkəzə daha yeni iki ölkə üzv daxil edilib.

- Mərkəzdə 13 ölkə təmsil olunacaq. Bura Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İran, Türkmənistan, Tacikistan, Monqolustan, Səudiyyə Ərəbistanı və Qətər daxildir. Ötən il BƏOK-in və Beynəlxalq Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda qala-gecə təşkil olunmuşdu. Dəvətimiz əsasında Mərkəzə üzv bir neçə ölkədən nümayəndə mötəbər tədbirə qatılmışdı. Mərkəz tam olaraq fəaliyyətə başladıqdan sonra bütün üzv ölkələrin iştirakı ilə hər ilin sentyabr-oktyabr aylarında Bakıda konqres və Baş Assambleyanın təşkili nəzərdə tutulub. Mərkəzə üzv dövlətlərin sayı arta bilər. Bəzi Asiya ölkələri, o cümlədən Koreya Respublikası, Yaponiya və digərləri ilə əlaqə yarada bilməmişik. Əfqanıstanın da üzvlüyü gündəmdədir. Ümumiyyətlə, Mərkəz Avrasiya regionunu əhatə edəcək.

- Maraqlıdır, Mərkəzin təsdiq olunan yeni loqosu özündə nələri əks etdirir?

- Artıq Mərkəzin loqosu hazırlanıb. BƏOK-un loqosunun rəngləri olan narıncı və qırmızı rənglərdən istifadə edilib. Yeni loqo Azərbaycanın milli xalça ornamentlərini və Qobustandakı qayaüstü rəsmilərin ornamentlərini əks etdirir. Xalça kombinasiyasındakı elementlər və UNESCO-nun ümumdünya irs siyahısına daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlər ədalət simvolu ilə eleqant şəkildə birləşdirilib. Loqo Azərbaycanın tarixi irsini simvolizə edir və mədəniyyətini özündə birləşdirir. Loqonun müəllifi azərbaycanlı Orxan Qocadır. Həmin şəxs keçən il təqdimatı keçirilən AzƏOK-un yeni loqosunu da tərtib edib.

- Yeni yaradılmış Mərkəz tərəfindən hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?

- Bir müddət sonra Mərkəzə üzv ölkələrin nümayəndələrinin Azərbaycana dəvəti nəzərdə tutulub. Səfər çərçivəsində onlarla Mərkəzin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq. Mərkəz tərəfindən tədbirlərin təşkili ilə yanaşı, bu sahədə fərqlənən şəxslərin mükafatlandırılması da nəzərdə tutulur. Bilirsiniz ki, idman həmişə ədalətli oyunlar prinsipi ilə sıx əlaqədədir. Bura idman tədbirləri və yarışları da daxildir. BƏOK gələcəkdə irimiqyaslı yarışlar zamanı idmançılarla, yanaşı jurnalistlərin də mükfatalandırmasını istəyir və bu istiqamətdə müzakirələr aparılır. Bu prinsip təkcə idmanı deyil, bütün sahələri əhatə etməlidir. Ölkəmizdə təşkil edilən ilk Avropa Oyunları zamanı bir neçə ədalət prinsiplərinə sadiqlik nümunəsinin şahidi olduq. Həmin idmançı və könüllünün yarış ərəfəsində mükafatlandırılmasından son dərəcə məmnunluq duyardıq. Ancaq beynəlxalq qurum həmin belaruslu samboçuya mükafatı sonradan təqdim etdi. Ədalət prinsipinə sadiq insanların təkcə idmanda deyil, həyatda və təhsildə də fərqləndirilməsi nəzərdə tutulur.

- AzƏOK bu il hansı tədbirləri təşkil etməyi planlaşdırır?

- Azərbaycan Ədalətli Oyunlar Komissiyası Beynəlxalq və Avropa Ədalətli Oyunlar hərəkatları ilə sıx əməkdaşlıq edir. İki təşkilatın ölkəmizdə dörd dəfə mötəbər tədbiri yüksək səviyyədə təşkil olunub. Azərbaycan beynəlxalq Ədalətli Oyunlar Hərəkatında yüksək fəaliyyəti ilə seçilir. Bundan sonra birgə tədbirlərimizin sayı daha çox olacaq. AzƏOK-un yeni proqramı hazırlanır. Bu prinsiplərin təbliği istiqamətdə regionlarda görüşlər təşkil olunacaq. Biz bu dəyərləri adi insanlara, məktəblilərə və gənclərə çatdırmaq istəyirik.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  13-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:41
Hikmət Babaoğlu: Televiziyalarda əsas məsələ verilişlərin keyfiyyətinin artırılmasıdır
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”
23 Aprel 09:25
Azərbaycana qarşı aparılan “qara piar” kampaniyası iflasa məhkumdur
23 Aprel 09:21
Hikmət Babaoğlu: Ölkəmizdə həyata keçirilən islahatları xalqın dəstəkləməsi anti-Azərbaycan qüvvələri narahat edir
23 Aprel 09:17
AZƏRTAC-ın ispan dili bölməsinin təqdimatı keçirilib
23 Aprel 09:14
Televiziya incəsənət proqramları milli-mənəvi dəyərlər sistemində
23 Aprel 09:13
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
22 Aprel 20:21
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22 Aprel 20:18
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22 Aprel 17:50
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb
22 Aprel 17:40
Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
22 Aprel 17:38
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
22 Aprel 17:33
Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir rayonunda seçicilərlə görüş keçirib
22 Aprel 17:30
Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
22 Aprel 17:28
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
22 Aprel 17:27
Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir
22 Aprel 17:17
Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir
22 Aprel 17:15
ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7