Ana səhifə »  Qəzetin pdf formatı »  Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
A+   Yenilə  A-
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar

Martın 23-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Bakı şəhərindən olan məktəblilər Naxçıvan Muxtar Respublikasına gəliblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.

Heydər Əliyev Muzeyinə gələn şagirdlərə məlumat verilib ki, muzeyin fondunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən 4700-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.

Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993-cü illər) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Naxçıvan Dövlət Xalça Muzeyinə gələn şagirdlərə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3 mindən çox eksponat var. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar və s. nümayiş etdirilir.

Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, bu tarixi abidələr haqqında ətraflı məlumat alıblar.

Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr şagirdlərin diqqətini cəlb edib. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr şagirdlərdə böyük maraq oyadıb.

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatun türbəsi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaradıb. Bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatunun məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.

Xan sarayında olarkən məktəblilərə məlumat verilib ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.

Şagirdlər regionun nüfuzlu ali təhsil ocaqlarından olan “Naxçıvan” Universitetinə də səfər ediblər.

Ali təhsil ocağında şagirdlərə məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra var. 2015-ci il sentyabrın 15-də “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir.

Qeyd olunub ki, yaradılmış şərait nəticəsində ali təhsil ocağının tələbələrinin sayı hər il artır. Hazırda universitetin 1000 nəfərə yaxın tələbəsinin təhsili ilə 81 nəfər müəllim məşğuldur. Onların sırasında AMEA üzvləri, elmlər doktorları, professorlar, dosentlər vardır. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.

Naxçıvan Müəllimlər İnstitutuna gələn şagirdlərə məlumat verilib ki, 2003-cü il avqustun 26-da Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayan bu təhsil ocağı ötən dövrdə öz fəaliyyətini genişləndirib, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edib. Ötən dövrdə institut ixtisaslı müəllim kadrları ilə də təmin olunub, lazımi tədris şəraiti yaradılıb, maddi-texniki baza gücləndirilib, yeni ixtisaslar açılıb.

Qeyd olunub ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında ümumilikdə 23 auditoriya var. Binada 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Binada psixologiya laboratoriyası, müəllim və tələbələr üçün bufet də yaradılıb. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür.

 
  • Oxunub:  4110  |  
  • Tarix:  24-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

21 Oktyabr 20:06
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Braziliyada ağacəkmə mərasimi keçirilib
21 Oktyabr 20:03
Şahin Mustafayev: Bu il sənaye məhəllələrində 650-dən çox iş yeri açılıb
21 Oktyabr 19:59
Hüseynbala Mirələmov: Ölkədə qarşıdurma yaratmaq istəyən qaragüruha çirkin niyyətlərini reallaşdırmağa əsla imkan verilməyəcək
21 Oktyabr 19:55
Səfir: Azərbaycan Türkiyə Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarını hər zaman dəstəkləyib
21 Oktyabr 19:53
YAP-ın Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə N saylı hərbi hissəsində 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib
21 Oktyabr 19:48
Vüqar Rəhimzadə: Anti-Azərbaycan dairələrin əlində alətə çevrilən «Milli Şura»nın və AXCP-nin əsas məqsədi dövlət müstəqilliyimizə xələl gətirməkdir
21 Oktyabr 17:28
Bakı Metropoliteni daha 60 yeni nəsil vaqonları alacaq
21 Oktyabr 17:19
“Azərbaycan energetikası” filmi və kitabının təqdimatı olub
21 Oktyabr 17:15
Avropa ölkələrində mitinq iştirakçılarına qarşı polis tərəfindən tətbiq olunan şiddət nümunələri – FOTO
21 Oktyabr 16:47
NATO kontr-admiralı: Azərbaycan hərbi qulluqçularının peşəkarlıq səviyyəsi onların güclü olduğundan xəbər verir
21 Oktyabr 16:42
Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21 Oktyabr 16:38
Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib
21 Oktyabr 16:29
Pakistan Azərbaycanın idman sahəsindəki təcrübəsindən yararlanmaq istəyir
21 Oktyabr 16:23
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2 milyon 400 mindən çox xarici vətəndaş gəlib
21 Oktyabr 16:20
“Yun tədarükündə mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
21 Oktyabr 16:16
Azərbaycan Gürcüstanın ixracda ikinci əsas tərəfdaşıdır
21 Oktyabr 16:09
Cari ilin doqquz ayında mehmanxanaların gəlirləri 16,7 faiz artıb
21 Oktyabr 16:07
Baş Prokurorluq oktyabrın 19-da keçirilmiş qanunsuz aksiya ilə bağlı məlumat yayıb
21 Oktyabr 15:50
Əli Əhmədov: 19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur
21 Oktyabr 15:46
Dövlət başçısının tapşırıqlarının icrasına dair İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib
21 Oktyabr 15:44
Səməd Seyidov: Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir
21 Oktyabr 15:37
Əli Hüseynli: Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar
21 Oktyabr 15:32
Əli Əhmədov: Qanunsuz aksiyanı təşkil edənlər xaricdən idarə olunur
21 Oktyabr 15:23
Ölkənin təhsil sisteminin göstəriciləri yüksəlib
21 Oktyabr 15:15
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində toplantı keçirilib
21 Oktyabr 15:09
21 oktyabr 1987-ci il: Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və anti-Azərbaycan ssenarilərinin işə düşməsi
21 Oktyabr 14:51
ADU ilə ELTE Universiteti arasında əlaqələrin qurulması barədə müzakirələr aparılıb
21 Oktyabr 14:45
Dövlət Müstəqilliyi Günü Heydər Əliyev Sarayında konsert proqramı ilə qeyd edilib
21 Oktyabr 14:34
Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində Azərbaycan-Türkiyə təcrübə mübadiləsi aparılır
21 Oktyabr 14:14
Şahin İsmayılov: Radikal müxalifətin qanunsuz aksiyası “fləşmob”dan başqa bir şey deyildi
21 Oktyabr 13:53
Oleq Kuznetsov: Qaregin Njdenin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var
21 Oktyabr 13:51
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlu” mövzusunda simpozium keçirilir
21 Oktyabr 13:15
Əli Əhmədov: Belə qanunsuz aksiyaların məqsədi ölkəmizdəki sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır
21 Oktyabr 13:02
Mikro və kiçik sahibkarlar “BakuBuild 2019” sərgisində iştirak edəcəklər
21 Oktyabr 12:33
KOBİA elektron ticarətin payının artırılması prosesində irəli sürülücək təşəbbüsləri dəstəkləməyə hazırdır
21 Oktyabr 12:15
UNEC-in rektoru tələbə və əməkdaşların müraciətlərini dinləyib
21 Oktyabr 12:11
Hava nəqliyyatı ilə sərnişindaşıma 10 faiz artıb
21 Oktyabr 12:09
Çində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib
21 Oktyabr 11:47
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
21 Oktyabr 11:42
Azərbaycan Milli Məclisinin Sədri Yaponiyaya səfərə gedib
21 Oktyabr 11:34
Ramin İsayev: Türk Şurasının Bakı Zirvəsi milli şirkətlərin beynəlxalq inteqrasiyası üçün əsaslı stimul verdi
21 Oktyabr 11:27
Elçin Quliyev: Xalqla dövlət arasında olan inama, etibara heç bir qüvvə mane ola bilməyəcək
21 Oktyabr 11:24
Əli Vəhdəti: Azərbaycanda innovasiya və yeni texnologiyaların inkişafına geni imkanlar yaradılıb
21 Oktyabr 11:22
“Jewish News Syndicate”: Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman münasibətlərinin parlaq nümunəsidir
21 Oktyabr 11:19
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
21 Oktyabr 10:57
Nazir: Məqsədimiz milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir
21 Oktyabr 10:55
İndoneziya Prezidenti Coko Vidodonun inaqurasiya mərasimində Azərbaycan da təmsil olunub
21 Oktyabr 10:53
Qoşunların təmas xətti yenidən monitorinq ediləcək
21 Oktyabr 10:48
Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi
21 Oktyabr 10:47
II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
21 Oktyabr 10:34
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib
21 Oktyabr 10:02
Qrant gəmiricilərinin " payız hesabatı " iflasa uğradı
21 Oktyabr 09:59
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21 Oktyabr 09:44
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
21 Oktyabr 09:07
Cocuq Mərcanlı kəndində “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib
21 Oktyabr 09:06
Özbəkistanda keçirilən Beynəlxalq İnvestisiya Forumunda ölkəmiz də təmsil olunub
21 Oktyabr 08:45
Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq
21 Oktyabr 08:42
Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub
21 Oktyabr 08:36
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub
20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib
20 Oktyabr 10:50
Oktyabrın 20-si Energetiklər Günüdür
20 Oktyabr 09:42
Belə təbliğat şəbəkəniz varsa

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA