Ana səhifə »  Qəzetin pdf formatı »  Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
A+   Yenilə  A-
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib

Naxçıvan Muxtar Respublikasında Novruz bayramı hər il yüksək nailiyyətlərlə qarşılanır, baharın gəlişi quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunur.

Şərur rayonu

Şərur şəhərində də ümumrayon bayram şənliyi keçirilib. Əvvəlcədən baharı, Novruzu təmsil edən müxtəlif şüar və plakatlarla, üçrəngli bayrağımızla bəzədilmiş meydanda rayon Mədəniyyət Şöbəsinin musiqi və teatr kollektivlərinin hazırladıqları əyləncəli, rəngarəng proqramlar bayram şənliyinə toplaşanların alqışları ilə qarşılanıb. Tədbirin aparıcıları rayonda həyata keçirilən sosial-iqtisadi inkişafdan danışıblar.

Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Sevil Hacıyeva ilə söhbətimiz zamanı dedi ki, müstəqillik illərində Şərur rayonunun 50-dək yaşayış məntəqəsində geniş quruculuq tədbirləri həyata keçirilib. Hazırda bir neçə kənddə yeni obyektlərin tikintisi davam etdirilir.

Tədbirin musiqili-əyləncəli hissəsi başa çatdıqdan sonra qədim misgərlik, dulusçuluq və mətbəx nümunələrinin, toxuculuq məmulatlarının, kənd təsərrüfatı alətlərinin nümayiş etdirildiyi sərgiyə baxış olub. Sərgiyə Şərur şəhərindən və rayonun, demək olar ki, bütün kəndlərindən milli dəyərlərimizi əks etdirən nümunələr çıxarılmışdı.

Şənlikdə arzular, diləklər də bildirilib, Dədə Qorqud babamızın müdrik kəlamları xatırlanıb: “Torpağımız bərəkətli olsun, tonqallarımız heç vaxt sönməsin!”

Babək rayonu

Babək rayonunda keçirilən bayram tədbirində rayonun mədəniyyət və incəsənət ustalarının ifalarında Novruzu, baharı vəsf edən mahnılar oxunub, xalq mahnıları, aşıq havaları səsləndirilib. Xalq çalğı alətləri, nağaraçalanlar və sazçalanlar ansambllarının ifaları, rayon Mədəniyyət Sarayının yallı qrupunun təqdim etdikləri rəqslər şənlik iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə yundarama, cəhrədə yunəyirmə, xalçatoxuma, kirkirədə qovutçəkmə, daşda ətdöymə kimi qədim el nümunələrimiz də nümayiş etdirilib.

Rayonun məktəbdənkənar müəssisələri üzvlərinin əl işlərindən ibarət sərgi təşkil edilib, iaşə xidməti göstərilib.

Qeyd edək ki, rayonun iri yaşayış məntəqələri olan Nehrəm və Cəhri kəndlərində də bayram şənlikləri təşkil edilib.

Ordubad rayonu

Ordubad rayonunda da bayram şənliyi yüksək səviyyədə keçirilib. Rayon mərkəzindəki tədbirlər meydanında təşkil olunan şənlikdə Ordubad mətbəxinin inciləri sayılan məcmeyi paxlavası, şəkərbura, qayğanaq, alana, sucuq, miyanpur, bir-birindən ləziz Ordubad yeməkləri, səmənilər, sənətkarların əl işləri, qədim məişət avadanlıqları göz oxşayırdı.

Aparıcılar vurğulayıblar ki, bu gün muxtar respublikamızda Novruz bayramı xüsusi təmtəraqla keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli dəyərlərimizə hörmət və ehtiramı Novruzun ümumxalq şənliyinə çevrilməsini təmin edib. Xalq yaradıcılığı günləri çərçivəsində muxtar respublikamızda bir-birindən maraqlı tədbirlərin keçirilməsi Novruz bayramının ümumxalq şənliyinə çevrilməsinin göstəricisidir.

Tədbirdə rayonun musiqi kollektivlərinin rəngarəng, maraqlı çıxışları olub.

Culfa rayonu

Culfa şəhərindəki mədəniyyət parkında ümumrayon şənliyi keçirilib. Parkdakı meydanda üzərində xalq yaradıcılığı nümunələri – misgərlik, dulusçuluq, toxuculuq, rəsm əsərləri və milli yeməklər olan masalar düzülüb, qədim xalçalarımız sərgilənib. Meydanın ortasında tonqal qurulub.

Ulu Dədə Qorqud musiqinin müşayiəti ilə meydana daxil olaraq tədbir iştirakçılarını salamlayıb.

Tədbirdə Culfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Nəzakət Xudiyeva ilə həmsöhbət olduq. O, Novruzun xalqımızın yaranışı qədər qədim olduğunu söyləyərək qeyd etdi ki, zamanın müxtəlif dönəmlərində bu sevimli bayramımıza qadağalar qoyulsa da, Novruz ruhumuza hoparaq milli dəyərlərimizi toplu halında günümüzə qədər yaşadıb. Xalqımız öz müstəqilliyinə qovuşduqdan sonra Novruz bayramı da yüksək səviyyədə qeyd edilir.

Bayram şənliyi xoş ovqatla davam edib. Kosa, Keçəl və Keçinin məzhəkəli oyunu, rayonun musiqi kollektivlərinin ifa etdikləri mahnı və rəqslər bayram əhval-ruhiyyəsini daha da təravətli edib.

Kəngərli rayonu

Kəngərli rayonunda da Novruz yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Rayon Mədəniyyət Sarayının “Kəngər” instrumental ansamblının və rayon uşaq musiqi məktəbləri kollektivlərinin müşayiəti ilə müğənnilərin oxuduqları şən mahnılar tamaşaçılara xoş ovqat bəxş edib.

Vurğulanıb ki, bu günlər Kəngərli rаyonunun sakinləri üçün həm də əlamətdar tarixlərdən biridir. Çünki rаyon Novruz bаyrаmı ərəfəsində – 2004-cü il mаrtın 19-dа yаrаdılıb. Ötən 15 ildə Kəngərli rayonunun bütün yaşayış məntəqələri abadlaşdırılıb. Yeni tikililər qədim Kəngərliyə yeni görkəm gətirib. Böyük dövlət qayğısı bu rayonu füsunkar bir yurd yerinə çevirib.

Muxtar respublikanın bütün sakinləri kimi kəngərlilər də bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyini qeyd edirlər. Buna görə də Kəngərlidə ikiqat bayram havası yaşanır.

Təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət, gözəllik, təravət rəmzi olan Novruz bayramı münasibətilə keçirilən ümumrayon şənliyi yüksək səviyyədə təşkili ilə yadda qalıb, hər kəs bu tədbirdən xoş təəssüratla, sevinc hissləri ilə ayrılıb.

Şahbuz rayonu

Şahbuz şəhərində təşkil olunan Novruz şənliyində rayon Mədəniyyət Sarayının “Batabat” instrumental ansamblının solistlərindən Bəhruz Quliyev, Bayram Qubadlı, Mürsəl Tağılı və başqalarının ifasında səslənən mahnılar alqışlarla qarşılanıb. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılıb. Milli geyimli uşaqlar meydanda rəqs ediblər.

Bayramın əsas personajları olan Kosa və Keçəlin sərgüzəştlərindən, duzlu-məzəli çıxışlarından sonra kənd mədəniyyət evlərində fəaliyyət göstərən folklor qrupları öz bacarıqlarını göstəriblər.

Bayram günü şəhərdəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunmuş geniş iaşə və ticarət xidmətləri, qoğallı, paxlavalı çay süfrəsi burada yazı birgə qarşılayan şahbuzlular üçün əsl asudə vaxt və məzmunlu istirahət ab-havası yaradıb.

Sədərək rayonu

Sədərək rayonunda keçirilən tədbirdə qeyd olunub ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır.

Tədbirdə rayonun mədəniyyət kollektivləri xalqımızın Novruz adət-ənənələrini, qədim el sənətkarlığı nümunələrini nümayiş etdiriblər. Sonra tədbir iştirakçıları Kosa və Keçəlin sərgüzəştlərinə tamaşa ediblər. Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Tədbir iştirakçıları xalq yaradıcılığı nümunələrindən və yerli sahibkarların istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxıblar.

Sədərək Kənd Mərkəzində də bayram tədbiri keçirilib.

 
  • Oxunub:  5340  |  
  • Tarix:  20-03-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir

24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA