Ana səhifə »  Qəzetin pdf formatı »  Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub
A+   Yenilə  A-
Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqla birlikdə Novruz şənliklərində iştirak ediblər
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Novruz xalqın milli təfəkkür tərzini, onun həyat və məişətini, adət və ənənələrini özündə yaşadan əsl el mərasimidir. Odur ki, xalqımız durduqca Novruz adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə olacaq. Çünki Novruz bayramı dərin milli köklərə, zəngin adət-ənənələrə malik olmaqla xalqımızın ictimai və mənəvi həyatında əhəmiyyətli hadisədir. Novruz həm də xalqımızın milli həmrəyliyinin rəmzidir. Ona görə də Novruzun timsalında ölkəmizdə malik olduğumuz milli mədəniyyət nümunələrinin qorunub saxlanmasının özü belə, bir mədəniyyət və bəşər əhəmiyyətli hadisədir. Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən siyasət digər milli-mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi.
Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu Öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi milli məsələ də var idi. Çünki məhz Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.
Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydanına gəliblər.
Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə söhbət ediblər.
Prezident İlham Əliyev: Salam. Bayramınız mübarək!
Sakinlər: Çox sağ olun. Mehriban xanım, təbrik edirik. Bayramınız mübarək.
Birinci xanım Mehriban Əliyeva: Bayramınız mübarək olsun.
Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası ilə tanış olublar.
Sakinlər: Cənab Prezident, Mehriban xanım, bayramınız mübarək. Var olsun Prezidentimiz. Cənab Prezident, Sizin gördüyünüz işləri xatırlatmağa ehtiyac yoxdur. Hamısı göz qabağındadır. Məhz buna görə Mehriban xanımı da, Sizi də hamı sevir. Allah Sizi qorusun. Sizə və ailənizə cansağlığı diləyirik. Bayramınızı bir daha təbrik edirik.
Prezident İlham Əliyev: Çox sağ olun, sizin də bayramınız mübarək olsun.
Dövlətimizin başçısı və birinci xanım gənc rəssamların əsərlərinin sərgisinə baxıblar.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları aşıqların ifasını dinləyiblər.
Aşıq Samirə: Cənab Prezident, saza, sözə diqqətə görə çox sağ olun. Bütün Azərbaycan aşıqları adından təşəkkür edirik. Bayramınız mübarək.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sonra Prezident İlham Əliyev Novruz şənliyində iştirak edən xarici ölkələrin vətəndaşları ilə görüşüb söhbət edib.
Daha sonra dövlətimizin başçısı və xanımı İçərişəhərə gələrək burada “Bahar qalası” festivalı ilə tanış olublar.
İçərişəhərin qala divarları üstündə qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Ulu Dədə Qorqud xeyir-dua verib, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayaraq deyib: “Xoş gəlmisiniz, gəlişiniz bərəkətdir, ruzidir. Elimizdən, obamızdan heç vaxt ruzi-bərəkət əskik olmasın. Uca dağlarımız yıxılmasın, kölgəli ağaclarımız kəsilməsin, gur-gur axan təmiz sularımız qurumasın, çapa-çapda ağ-boz atlarımız büdrəməsin, çarpışanda qılıncımız kütləşməsin, evimizdə çırağımız daim yansın. Qoy, üçrəngli bayrağımız zirvələrdə dalğalansın, düşmənlərimiz xar, dostlarımız var olsun. Heç kəs düşmənə möhtac olmasın. Bayramınız mübarək olsun”.
Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.
Bahar qızı dövlətimizin başçısına bayram xonçası təqdim edib.
Novruz bayramının əsas personajları olan Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər.
Kosa: Cənab Prezident, Mehriban xanım xoş gəlmisiniz. Cənab Prezidentin təkcə bu il qurub-yaratdıqlarını danışsan gələn Novruza qədər bitməz. Bax, indi təkcə birini deyəcəyəm. Cənab Prezident, min illərdir mən xurcunumu, xonçalarımı doldura bilmirəm ki, bu Keçəlin toyunu edim. Sizin bayramqabağı verdiyiniz sərəncamlardan sonra xurcunlarımız da doldu, xonçalarımız da. Odur ki, bu Keçəlin toyunu rahat edə bilərəm.
Keçəl: Cənab Prezident, təşəkkür edirəm, gəlin, adət-ənənələrimizə uyğun olaraq bu il də yumurta döyüşdürək ki, elimiz-obamız daha da bərəkətli olsun. Qoy bu il də Azərbaycanımızın sorağı eldən-elə, dildən-dilə dolaşaraq hey ucalsın. Bayramınız mübarək olsun.
Prezident İlham Əliyev: Təbrik edirəm, bayramınız mübarək olsun.
Kosa və Keçəl dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bahar qalası” festivalı çərçivəsində İçərişəhərdə təşkil edilən yarmarka ilə tanış olublar.
Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova Prezident İlham Əliyevə miniatür kitablar hədiyyə edib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları göstərdiyi diqqət və qayğıya görə Prezidentə təşəkkür edərək deyiblər: Çox hörmətli cənab Prezident, əziz Mehriban xanım, səməni ətirli, torpaq təravətli, bahar sevincli bu gözəl bayramda Sizi ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, ölkəmizin ərazi bütövlüyü, inkişafı naminə gördüyünüz böyük və məsuliyyətli işlərdə uğurlar arzu edirik. Cənab Prezident, gələn il bizim teatrın 110 ili tamam olur. Xoşbəxtik ki, bu yubileyi Sizin imzaladığınız Sərəncamla, akademik teatr statusu ilə qeyd edəcəyik. Biz bilirik ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrına Sizin səmimi münasibətiniz illər öncədən başlayır. Bizim əzizlərimiz, Tanrı sizi qorusun. Bayramınız mübarək olsun!
Prezident İlham Əliyev: Bayramınız mübarək olsun.
Dövlətimizin başçısı və xanımı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları ilə xatirə şəkli çəkdiriblər.
Azərbaycan Prezidenti və xanımı Müasir İncəsənət Mərkəzində olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müasir Azərbaycan rəssamlarının rəsmlərinə baxıblar.
Sonda dövlətimizin başçısı və xanımı Karvansarayda İçərişəhər sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənətkarlarla söhbət ediblər.
Prezident İlham Əliyev: Sizə uğurlar, cansağlığı arzu edirəm. Bayramınız mübarək olsun.
İranlı turistlər: Bayramınız mübarək. Biz İrandan gəlmişik.
Prezident İlham Əliyev: Çox sağ olun, sizin də bayramınız mübarək.
Paytaxt sakini: Salam, bayramınız mübarək. Mehriban xanım, bayramınız mübarək.
Birinci xanım Mehriban Əliyeva: Bayramınız mübarək.
Paytaxt sakini: Oğlum, get, babaya şeir de.
Uşaq: El bilir ki, sən mənimsən,
Yurdum, yuvam,
məskənimsən.
Anam doğma Vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan.
Birinci xanım Mehriban Əliyeva: Afərin.
Prezident İlham Əliyev: Nə gözəl, nə yaxşı uşaqdır.
Paytaxt sakini: Çox sağ olun, minnətdaram. Bayramınız bir daha mübarək. Allah Sizi qorusun. Mehriban xanım, Sizin də bayramınızı təbrik edirik, cansağlığı arzulayırıq. Neçə belə illərə çıxasınız.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İçərişəhərdə sakinlərlə çay süfrəsi arxasında söhbət ediblər.
İçərişəhərə göstərilən daimi diqqət və qayğı Prezident İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin tərkib hissəsidir. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da ölkəmizin mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi memarlıq irsinin qorunması və dünyada təşviqində böyük rolu var. İçərişəhər sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ediblər.
Prezident İlham Əliyev: İçərişəhər bizim tarixi yerimizdir. Bilirsiniz, bir neçə ildir ki, İçərişəhərin xüsusi statusu var, burada xüsusi idarəetmə yaradılıbdır. Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır. Dünyada belə böyük şəhərlər o qədər də çox deyil. Bir neçə ölkədə belə qədim yaşayış yerləri bizdəki kimi dövlət tərəfindən qorunur. O cümlədən Avropa və Asiya ölkələrində bu cür şəhərlər var. Amma İçərişəhərin xüsusi aurası, xüsusi cəlbedici gücü var. Adam buraya gələndə getmək istəmir. Çox şadam ki, son illər ərzində burada abadlıq işləri aparılır. Amma əsas odur ki, bu tarixi sima qorunur. Demək olar ki, indi buraya hər gün turistlər gəlir.
Sakin: Mən yetmiş ildir ki, burada yaşayıram. Biz İçərişəhərin necə pis gündə olduğunu görmüşük. Küçələr daşlı idi, gəzmək olmurdu. İndi qısa müddətdə Sizin köməyinizlə İçərişəhər çox gözəl, çox rahat olub.
Prezident İlham Əliyev: Burada həm yaşamaq üçün şərait yaradılıb, həm də ki, ictimai yerlər. Bu gözəl şərait turistləri cəlb edir. İçərişəhərdə tarixi binalar təmir olundu. Onların bir çoxu köhnəlmişdi, sıradan çıxmışdı. İçərişəhər dünya miqyasında nadir bir yerdir.
Sakin: Bir vaxt deyirdilər ki, İçərişəhərdən camaatın hamısını köçürsünlər. Amma Siz qoymadınız.
Prezident İlham Əliyev: Düzdür, belə təkliflər var idi. Bu barədə mənə deyəndə qətiyyən bunun əleyhinə oldum. Çünki İçərişəhəri yaşadan burada yaşayan insanlardır. Yəni, bu, muzey deyil, bu, yaşayış yeridir. İçərişəhərlilər, onlara xas olan həyat tərzi, mədəniyyət - bunlar bizim böyük sərvətimizdir. İçərişəhərin üstünlüyü ondadır ki, qədim dövrlərdən burada insanlar yaşayır, nəsillər gəlir, gedir. Eyni zamanda, bu, açıq səma altında bir muzeydir. Bəzi ölkələrdə belə qədim yerlər, sadəcə olaraq, görüntü naminə saxlanılır, turistlər gəlirlər, gəzirlər, çay, qəhvə içib gedirlər. Amma İçərişəhərdə insanlar yaşayır. Əlbəttə ki, burada yaşayan insanlar üçün yaxşı şərait yaradılıb.
Sakinlər: Hara getsək bu yer bizi cəlb edir, hara getsək, birinci bura yadımıza düşür. Cənab Prezident, bizim muzeylərimiz də inkişaf edir. Keçən ilin dekabr ayında Nazirlər Kabinetinin qərarı ilə bir neçə muzey - Qız Qalası, Şirvanşahlar Sarayı, “Qala” Dövlət Etnoqrafik Qoruğu muzey birləşməsi oldu. İçərişəhər muzeylər mərkəzidir. Bildiyiniz kimi, Şirvanşahlar muzeyi ən aparıcı muzeylərdən biridir. Bizə qədim Şirvanşahlar dövlətindən qalan yeganə belə bir saraydır ki, çox böyük marağa səbəb olur. Buraya çoxlu turistlər gəlirlər. Bu, çox yüksək göstəricidir.
Prezident İlham Əliyev: Turistlər daha da çoxalacaq. 2016-cı ildən başlayaraq turistlərin sayı hər il artır. Əsas artım 2016-cı ildə başladı. Həmin il 22 faiz artım oldu. Ondan sonra daha 20 faiz artdı. Keçən il isə artım təqribən 5 faiz olub.
Sonra “Səma” uşaq rəqs ansamblının çıxışını izləyən dövlətimizin başçısı və xanımı ansamblın üzvləri ilə xatirə şəkli çəkdiriblər.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Qız qalasının qarşısındakı meydanda Novruz tonqalını alovlandırıb.
Qeyd edək ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, nəcib insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  20-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

18 İyun 21:18
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr daha da genişləndirilməsi müzakirə edilib
18 İyun 20:59
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb
18 İyun 20:49
İdman, sağlamlıq, dostluq mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
18 İyun 20:46
Brüssel QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfrans keçirilib
18 İyun 20:45
Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur
18 İyun 20:43
Zakir Həsənov: Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
18 İyun 20:40
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında iştirak edir
18 İyun 20:37
Hikmət Hacıyev: Azərbaycan həqiqətlərini əks etdirən hər bir tədbir faydalıdır
18 İyun 20:26
Milli Məclisin Səhiyyə komitəsinin iclası olub
18 İyun 20:22
Dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində əməkhaqları artırıldı
18 İyun 20:19
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18 İyun 20:17
Təhsil Nazirliyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq əlaqələri müzakirə edilib
18 İyun 20:16
Minimum aylıq əməkhaqqı artırıldı
18 İyun 20:08
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM
18 İyun 20:05
Azərbaycan-Yaponiya arasında ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub
18 İyun 19:54
Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında Əmək və Sosial Təminat naziri Sahil Babayev çıxış edib
18 İyun 19:52
Bölgələrdən bölgələrə” II Yaradıcılıq festivalına yekun vurulub
18 İyun 17:35
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq
18 İyun 17:28
Aleksandr Buasson: Azərbaycanın əsas zənginliyi onun xalqı, mədəniyyətidir
18 İyun 17:23
“Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib
18 İyun 17:19
RAGB 10 illik yubileyini qeyd edir
18 İyun 17:09
II Avropa Oyunlarının “Sülh alovu” estafeti Minskdəki Dövlət Bayrağı Meydanına gətirilib
18 İyun 16:32
Milli Kitabxanada növbəti sərgi insan hüquqlarına həsr olunub
18 İyun 16:04
Nazirlik: Cari ildə sənaye parklarında 12 rezident fəaliyyətə başlayacaq
18 İyun 15:58
Yanvar-aprel aylarında Azərbaycandan 97 ölkəyə məhsul göndərilib
18 İyun 15:38
“Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər başa çatıb
18 İyun 15:34
Respublika Günü və diplomatik xidmət orqanlarımızın yaranmasının 100 illiyi Kuala Lumpurda qeyd edilib
18 İyun 15:19
BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu Bakı sessiyası başa çatıb
18 İyun 15:16
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18 İyun 15:14
Əli Əhmədov: Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb
18 İyun 14:34
Müdafiə naziri: Azərbaycan Ordusu döyüş hazırlığı ilə gecə-gündüz məşğul olur
18 İyun 14:25
Dövlət Sərhəd Xidməti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirləri davam etdirir
18 İyun 14:17
Mərakeş qəzeti: Heydər Əliyevin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır
18 İyun 14:06
General-polkovnik Zakir Həsənov: Azərbaycan Ordusunun təlimləri döyüş vəziyyətinə yaxın şəraitdə təşkil edilir
18 İyun 14:00
Pirallahı rayonunda bədii qiraət müsabiqəsi keçirilib
18 İyun 13:54
Bahar Muradova: Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə təhdid kimi qalır
18 İyun 13:52
Komitə sədri: Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb
18 İyun 13:44
Baş nazirin müavini: Azərbaycan BMT-yə dayanıqlı inkişaf üzrə hesabat verən 14 ölkədən biri olacaq
18 İyun 12:59
Azərbaycanın Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyasının Baş katibi ilə görüşüb
18 İyun 12:57
18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür
18 İyun 12:52
Daha 687 şəhidin 1017 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
18 İyun 12:16
Azərbaycanın Müdafiə naziri: Ordumuzun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub
18 İyun 12:13
Qəbələdə Beynəlxalq Yoqa Günü qeyd olunub
18 İyun 12:08
Bakıda Ombudsmanların XVI Beynəlxalq Konfransı keçirilir
18 İyun 12:04
Azərbaycanın və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcək
18 İyun 11:48
Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 İyun 11:44
Bakı Nəqliyyat Agentliyi Stokholmdakı Qlobal İctimai Nəqliyyat Sammitində təmsil olunub
18 İyun 11:41
Növbəti tədris ilindən Bakı Ali Neft Məktəbində Pakistan tələbələri də təhsil alacaqlar
18 İyun 11:31
Akademik Xoşbəxt Yusifzadənin biblioqrafiyası çapdan çıxıb
18 İyun 11:27
Zakir Həsənov: Ermənilər bir müddət sonra öz itkilərini açıqlayacaqlar
18 İyun 11:22
Müdafiə naziri: Azərbaycan Ordusunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib
18 İyun 11:00
Tərtərdə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2,9 faiz artıb
18 İyun 10:55
Qubanın daha 11 kəndi qazlaşdırılır
18 İyun 10:47
Zakir Həsənov: Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir
18 İyun 10:45
Vaşinqtonda ABŞ-Azərbaycan Akademik Simpoziumu keçirilib
18 İyun 10:39
Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib
18 İyun 09:27
İsveçrənin Bern şəhərində Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr edilmiş ictimai kampaniya keçirilib
18 İyun 08:57
David Zalkaliani: Azərbaycan Gürcüstanın əsas strateji tərədaşıdır
18 İyun 08:48
Strasburqda yüksək səviyyəli konfransda Azərbaycanda məhkəmə-hüquq islahatlarından danışılıb
18 İyun 08:42
Fərid Mansurov: Komandamız II Avropa Oyunlarına yaxşı hazırlaşıb
17 İyun 23:21
Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimi olub
17 İyun 22:59
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə konfrans keçirilib
17 İyun 21:42
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
17 İyun 20:23
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17 İyun 11:46
“Şahdəniz” təbii qazı TANAP-la Avropa sərhədinə çatdırılıb
17 İyun 11:42
İyunun 17-si Tibb İşçiləri Günüdür
17 İyun 11:37
SOCAR-la “Honeywell PMT”nin əməkdaşlığı müzakirə edilib
17 İyun 11:06
Altı mindən çox bakalavr ixtisaslaşma seçimi edib
17 İyun 10:51
Neftin qiyməti bahalaşır
17 İyun 10:26
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA