Ana səhifə »  Qəzetin pdf formatı »  Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
A+   Yenilə  A-
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib

Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində 7-ci “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” simpoziumu keçirilib. Ənənəvi olaraq hər il Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən simpozium Azərbaycanın Almaniyadakı səfirliyi, Alman-Azərbaycan Forumu, Almaniya Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və SOCAR-ın Almaniya nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Simpoziumu giriş sözü ilə Alman-Azərbaycanın Forumunun sədri, keçmiş dövlət kaktibi Hans-Eberhard Şlayer açıb.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələrini, sülh prosesinin gedişini, Ermənistanın sülh danışıqlarında nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi diqqətə çatdırıb, eləcə də Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi alqışlayıb və bu ölkəni münaqişənin həllinə daha fəal surətdə töhfə verməyə çağırıb.

Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir bu əlaqələrin tarixi və cari vəziyyəti barədə məlumat verib, Almaniyanın Federal Kansleri Angela Merkelin ötən ilin avqustunda ölkəmizə səfərinin münasibətlərə yeni dinamika verdiyini vurğulayıb. Azərbaycanın Almaniyanın regiondakı əsas iqtisadi tərəfdaşı olduğunu qeyd edən səfir Almaniya Kanslerinin səfəri zamanı onun və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iş adamları ilə keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə dair konkret ideya və layihələrin irəli sürüldüyünü bildirib.

Sonra Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının xarici siyasət məsələləri üzrə sədr müavini Yohan Vadeful çıxış edib. O, Almaniya Kanslerinin Azərbaycana səfərinin nəticələrini təhlil edib, iki ölkə arasında yaxşı münasibətlərin olduğunu qeyd edib, Azərbaycanı etibarlı enerji tərəfdaşı adlandırıb. Münaqişə mövzusuna toxunan alman deputat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal edildiyini vurğulayıb. O, həmçinin ölkəmizin nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini və bu mövqedən istifadə edərək beynəlxalq nəqliyyat layihələrinin reallaşması üçün fəal əməkdaşlıq etdiyini qeyd edib.

Tədbirdə çıxış edən Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert simpozium iştirakçılarını Almaniya hökuməti adından salamlayıb. Xocalı faciəsinin günahsız qurbanlarını qeyd edən alman diplomat münaqişənin həllinin eyni zamanda Xocalı qurbanları qarşısında bir məsuliyyət olduğunu və Almaniyanın ATƏT-in Minsk Qrupunun üzvü olaraq danışıqlar prosesini dəstəklədiyini bildirib. O, münaqişəni regionun inkişafı üçün maneə adlandırıb və onun həllinin gətirəcəyi iqtisadi üstünlüklərə toxunub. M.Zibert, həmçinin Azərbaycan-Almaniya münasibətləri barədə danışıb, müxtəlif sahələrdə olan dinamik əlaqələri vurğulayıb. O, Azərbaycanın müsəlman Şərqində ilk dünyəvi dövlət qurduğunu və ölkəmizin dünyada qadınlara seçki hüququ verən ilk dövlətlərdən biri olduğunu qeyd edib.

Daha sonra tədbir Alman-Azərbaycan Forumunun sədr müavini, Bundestaqın keçmiş deputatı Helqa Daubun aparıcılıq etdiyi panel müzakirələrlə davam edib.

Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyinin dövlət katibi Tomas Barays iki ölkə arasında müxtəlif sahələrdə intensiv dialoq aparıldığını alqışlayıb. Alman şirkətlərinin Azərbaycandakı fəaliyyətinin XIX əsrə gedib çıxan tarixi barədə məlumat verən dövlət katibi Azərbaycan və Almaniya arasındakı tərəfdaşlığın ildən-ildə inkişaf etdiyini diqqətə çatdırıb. Tomas Barays Almaniya Kanslerinin Azərbaycana səfəri zamanı müzakirə edilmiş mövzular, ölkələrimiz arasında enerji, iqtisadi, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri barədə məlumat verib. O, Azərbaycanda investisiya mühitinin getdikcə daha yaxşı olduğunu diqqətə çatdırıb və ölkənin Dünya Bankının sonuncu “Doing Business” hesabatında 32 pillə irəliləməsini vurğulayıb.

Bundestaqın Sosial-Demokratlar Partiyasının (SPD) xarici siyasət üzrə sözçüsü Nils Şmit seçildiyi Baden-Vürtemberq federal torpağının Azərbaycanla 200 illik tarixə söykənən əlaqələri barədə məlumat verib. O, Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığı, iqtisadi əməkdaşlıq strategiyasına töhfələrini yüksək qiymətləndirib. Eləcə də ölkəsinin Azərbaycanla həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini qeyd edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın müstəqillik tarixi, son 25 ildə əldə olunmuş nailiyyətlər və keçilmiş uzun inkişaf yolu barədə məlumat verib. O, əraziləri işğal olunmuş, bir milyon qaçqın və məcburi köçkünü olan gənc dövlətdə aparılmış ağıllı siyasətin nəticəsində qısa müddət ərzində yoxsulluğun 50 faizdən 4 faizə endirildiyini, savadlılıq səviyyəsinin 100 faizə çatdırıldığını, əhalinin 80 faizdən artığının internetə sərbəst çıxışının təmin edildiyini, maliyyə resurslarında şəffaf idarəetmənin tətbiq olunduğunu, “ASAN xidmət” vasitəsilə səmərəli sosial xidmətlər göstərildiyini, ölkəmizdə multikulturalizm və dini tolerantlıq mühitinin hökm sürdüyünü diqqətə çatdırıb. Hikmət Hacıyev Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin Azərbaycan və digər ölkələrin iqtisadi və sosial həyatına, regional əməkdaşlığa, iştirakçı dövlətlər arasında siyasi dialoqa, eləcə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunan şöbə müdiri münaqişənin yalnız mərhələli şəkildə həll edilməsinin mümkün olduğunu və ilkin mərhələdə Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və doğma yurdlarından qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıtmasının zəruri olduğunu qeyd edib. O, Ermənistanın bu münaqişə ilə özünü regionda təcrid vəziyyətinə saldığını və regional layihələrdən kənarda qaldığını diqqətə çatdırıb.

Nüfuzlu alman jurnalist Rixard Kissler özünün işğal altında olan torpaqlarımıza, o cümlədən Xocalı şəhərinə səfərindən danışıb, həmin ərazilərdə dağıntı və səfalətin hökm sürdüyünü diqqətə çatdırıb. Kissler Xocalı hadisələri zamanı dinc azərbaycanlı əhalinin erməni silahlı qüvvələri tərəfindən pusquya salınaraq atəş altına alınması, Azərbaycanın mədəni və dini abidələrinin, o cümlədən məscidlərin viran edilməsi barədə məlumat verib. Jurnalist, həmçinin Ermənistanın yeni baş nazirinin verdiyi populist bəyanatların münaqişənin həlli prosesinə nikbinliklə yanaşmaq üçün yer qoymadığını qeyd edib.

Boxum Rur Universitetinin beynəlxalq hüquq üzrə professoru Yoaxim Hayntse Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdiyi qanunsuz fəaliyyətə hüquqi qiymət verib. O, işğal olunmuş ərazilərdə etnik təmizləmə və əhalinin köçürülməsi yolu ilə demoqrafik vəziyyətin dəyişdirilməsi, eləcə də həmin ərazilərinin təbii sərvətlərinin istismar edilməsinin mövcud beynəlxalq hüquq normalarına görə cinayət hesab olunduğunu diqqətə çatdırıb. Alman alim Azərbaycanın kosmosdakı peykləri vasitəsilə sözügedən qanunsuz əməlləri izləmək iqtidarında olduğunu bildirib.

Tədbirdə yekun nitq söyləyən Azərbaycanın fəxri konsulu, keçmiş dövlət katibi Otto Hauzer Azərbaycan və Almaniya arasında cari əməkdaşlıq imkanlarından və perspektivlərdən danışıb.

Tədbirdə Bundestaqın deputatları, Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev, Almaniyanın Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının nümayəndələri, siyasi, elmi və mədəni dairələrin, KİV-lərin, Almaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin, Azərbaycan diasporunun təmsilçiləri və Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  19-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA