Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir
A+   Yenilə  A-
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir

YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilən, dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan Azərbaycan bu günlərdə VII Qlobal Bakı Forumuna uğurla ev sahibliyi etdi. Forumun regional və qlobal məsələlərin müzakirəsi baxımından əhəmiyyəti nədən ibarətdir?

- Bu gün Avropa məkanında dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların və ölkələrin səylərinin birləşdirilməsi vacibdir. Tolerantlıq nümunəsi olan Azərbaycan bu prosesdə çox fəal və aparıcı rola malikdir, dinlər və sivilizasiyalarası dialoqa xidmət edən çox mühüm təşəbbüslər irəli sürur. Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi, demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilmişdir. Paytaxt Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Sammitinə və digər nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir, sivilizasiyalararası dialoqun intensiv və faydalı xarakter daşımasına fundamental töhfələr verir. Martın 14-16-da Azərbaycanın paytaxtında keçirilən VII Qlobal Bakı Forumu da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Multikulturalizmin Azərbaycan təcrübəsi dünyada mütərəqqi nümunə kimi qəbul edilir

Multikulturalizmin Azərbaycan təcrübəsi dünyada mütərəqqi nümunə kimi qəbul edilir. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz bu gün də bu reallığın şahidi oluruq. Bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş dairələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu inkar edə bilmirlər, ölkəmizin tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırırlar. Ölkədə multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi reallıqdır. Bir sözlə, multikulturalizm mərkəzlərindən birinə çevrilən Azərbaycan dünyaya mütərəqqi dəyərlər təqdim edir, qlobal əhəmiyyətli təşəbbüsləri ilə sivilizasiyalararası dialoqa mühüm töhfələr verir.

- Azərbaycanın inkişafından və beynəlxalq mövqeyinin möhkəmlənməsindən ciddi narahatlıq keçirən anti-Azərbaycan dairələr və “beşinci kolon” nümayəndələri ölkəmizin əldə etdiyi uğurların və müsbət imicinin üzərinə kölgə salmağa, ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışırlar. Bunun arxasında duran səbəblər nədir?

- Əvvəla qeyd edim ki, "beşinci kolon" anlayışı İspaniyada Franko rejimi ilə respublikaçılar arasında baş verən müharibə zamanı meydana gəlib. Bu anlayış xarici qüvvələrlə əlbir olaraq öz millətinə, dövlətinə xəyanət edən qrupları təsvir etmək üçün istifadə olunur. Yəni bu qüvvələr düşmənlə sinxron hərəkət edərək antimilli mövqedən çıxış edirlər. Tarixdə bu barədə çoxsaylı nümunələr mövcuddur. Çox təəssüf ki, Azərbaycanda da milli maraqlara zidd mövqe nümayiş etdirən belə marginal qruplar olub və bu gün də var. Eyni zamanda, Azərbaycanda ictimai, siyasi, elmi, mədəni və digər sahələrdə heç bir uğur əldə edə bilməyən, xaricə gedərək anti-Azərbaycan dairələrlə birlikdə ölkəmizə qarşı ideoloji təxribatlarda iştirak edən adamlar məhz "beşinci kolon" nümayəndələridir. Elə ölkə daxilindəki xəyanətkar ünsürlərin də antimilli əməlləri göz önündədir. Üstəlik, onların erməni lobbisi, xaricdəki erməni təşkilatları ilə əlaqələrinin olmasına dair məlumatlar da var.

Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır

Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Son zamanlar Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Yəni bütün bu tədbirlər uzunmüddətli islahatlar paketinin tərkib hissəsidir. Təbii ki, bu reallıqlar anti-Azərbaycan dairələri narahat edir və həmin qüvvələr ölkəmizə qarşı "beşinci kolon"dan istifadə edirlər. Ermənipərəst qüvvələrin maraqlarını müdafiə edən antimilli ünsürlər sosial şəbəkələr və müxtəlif internet resursları vasitəsilə həqiqətə uyğun olmayan məlumatlar yayaraq iddia edirlər ki, guya bu islahatlar onların "fəaliyyət"i nəticəsində baş tutub. Bu, gülünc və heç bir əsası olmayan iddiadır. Onların məqsədi Azərbaycanın inkişafına, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən, qarşıya qoyulan hədəflərə çatmağa imkan verən tədbirlərin, islahatların və müsbət reallıqların üzərinə kölgə salmaqdır. Onlar, həmçinin müxtəlif ideoloji təxribatlar vasitəsilə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına çalışırlar. Amma bütün bu cəhdlər faydasız və nəticəsizdir. Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkədə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Bütün bu reallıqları görən ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlət başçısına, Onun siyasətinə böyük inamını ifadə edirlər. Ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların "fəaliyyət"i xalq tərəfindən ciddi narazılıqla qarşılanır.

- Ermənipərəst dairələrin sifarişlərini yerinə yetirən xaricdəki anti-milli ünsürlər isə Azərbaycan xalqına və dövlətinə qarşı təhqir kampaniyası aparır, xalqımızın milli-mənəvi dəyərlərini hədəfə alırlar. Bununla bağlı fikirləriniz nədən ibərətdir?

- Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi ümumbəşəri və mütərəqqi ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə fərqlənir. Digər tərəfdən, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdəndir. Tarixi şəxsiyyətlər də bizim milli-mənəvi dəyərlərimizdir. Onların irsinin qorunması və nəsillərə ötürülməsi də bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən işlər də bu baxımdan xüsusi qeyd edilməlidir.

Təəssüf ki, milli maraqlara zidd mövqe tutan, ermənilərin maraqlarının müdafiəçisinə çevrilmiş anti-milli ünsürlər, "beşinci kolon" nümayəndələri Azərbaycan xalqını, onun milli-mənəvi dəyərlərini hədəfə alırlar, təhqir kampaniyası aparırlar. Onlar Azərbaycan xalqının milli xüsusiyyətlərinə, tarixi şəxsiyyətlərimizə qarşı təhqiramiz fikirlər səsləndirməklə əsl simalarını ortaya qoymuş olurlar. Şübhəsiz ki, anti-Azərbaycan dairələrin alətinə çevrilmiş bu ünsürlərin təhqir kampaniyası cəmiyyətdə böyük hiddət və narazılıqla qarşılanır. Cəmiyyət nümayəndələri bu cür kampaniyaların məhz ermənipərəst dairələrin sifarişi əsasında həyata keçirildiyini bilir, "sapı özümüzdən olan baltalar"ın çirkin əməllərinin yolverilməz olduğunu qətiyyətlə ifadə edir.

- Mübariz müəllim, martın 16-da Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması Azərbaycan cəmiyyəti və beynəlxalq təşkilatlar tərəfindən olduqca yüksək qiymətləndirilir. Lakin bəziləri bu böyük humanizm aktının üzərinə kölgə salmaq üçün absurd iddialar səsləndirir, həqiqətə uyğun olmayan fikirlər ifadə edirlər...

- Əvvəlcə qeyd edim ki, Azərbaycanda məhkumların əfv olunması, vətəndaşlara humanist münasibətin göstərilməsi davamlı xarakter daşıyır. Bu günə qədər ölkəmizdə 70-ə yaxın əfv Sərəncamı imzalanıb. Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam da bu baxımdan xüsusi qeyd edilməlidir. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib. Göründüyü kimi, Prezident İlham Əliyev imzalanan əfv Sərəncamı böyük humanizm nümunəsi olmaqla yanaşı, dövlətin öz vətəndaşlarına yüksək diqqət və qayğısını əks etdirir.

Bəzi adamların iddiaları ilə müddəaları üst-üstə düşmür, tərs mütənasiblik təşkil edir

Təəssüf ki, bu humanizm aktının üzərinə kölgə salmaq istəyənlər də var. Vaxtilə müxtəlif xarakterli cinayət əməlləri törətmiş, korrupsiya faktlarına görə hüquqi məsuliyyətə cəlb olunaraq həbs edilənlər azadlığa çıxdıqdan sonra öz səhvlərini dərk edib cəmiyyətə yararlı olmaq yolunu seçmək əvəzinə, yenidən hakimiyyətə və dövlətə qarşı ittihamlarla çıxış edirlər. Onların əfv Sərəncamının üzərinə kölgə salmağa, ictimai rəyi çaşdırmağa çalışırlar. Korrupsiya əməlləri cəmiyyətə yaxşı məlum olan keçmiş səhiyyə naziri onun azad edilməsinin guya xarici təsirlər nəticəsində olduğuna dair absurd iddialar səsləndirir. Hər kəsə, eləcə də həmin adamın özünə də yaxşı məlumdur ki, Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam mustəqil siyasət həyata keçirir, hər hansı bir təsir və təzyiqə qətiyyən imkan vermir. Respublikamız öz msstəqil inkişaf yolunda irəliləyir, ölkəmizin daxili, xarici siyasəti suverenlik prinsipinə əsaslanır və milli maraqlara xidmət edir. Ona görə də hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Həmin adama sual vermək lazımdır ki, əgər həmin qərar xarici qüvvələrin təsiri ilə qəbul olunubsa, bu, sözügedən şəxsin cəzaçəkmə müddətində nə üçün olmayıb? Bu, birmənalı şəkildə Prezident İlham Əliyevin humanist təşəbbüsüdür və onun üzərinə kölgə salmaq mümkün deyil. Ümumiyyətlə, bəzi adamların iddiaları ilə müddəaları üst-üstə düşmür, tərs mütənasiblik təşkil edir. Onlar öz şəxsi maraqlarını və anti-Azərbaycan dairələrin mənafelərini Azərbaycanın milli maraqlarından üstün tuturlar. Bu, bütün hallarda yolverilməzdir. Sağlam siyasi qüvvələr, eləcə də cəmiyyətin avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim milli maraqları üstün tutur, Azərbaycanın inkişafına və qüdrətinin daha da artmasına xidmət edən addımların təqdirəlayiq olduğunu birmənalı şəkildə və qətiyyətlə ifadə edir.

 
  • Oxunub:  1800  |  
  • Tarix:  19-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA