Ana səhifə »  Qəzetin pdf formatı »  Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir
A+   Yenilə  A-
Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov www.yap.org.az saytına müsahibə verib:
- Eldar müəllim, məlum olduğu kimi, ölkəmiz sosial-iqtisadi baxımdan dinamik inkişaf edir. Bu inkişaf aqrar sektorda necə əksini tapır?
- Son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və islahatlar dövrün çağırışlarına uyğun inkişaf modelinin tətbiqinə, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına, iqtisadiyyatın modernləşdirilməsi və şaxələndirilməsinə, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin edilməsinə möhkəm zəmin yaradıb. Bu siyasət sayəsində ölkəmizin əldə etdiyi inkişaf dinamikası dünyada çox nadir hallarda baş verir. Təkcə onu demək kifayətdir ki, 2004-2018-ci illərdə ÜDM real olaraq 3,3 dəfə, sənaye məhsulu 2,6 dəfə, kənd təsərrüfatı məhsulu 1,7 dəfə, əsas kapitala yönəlmiş vəsaitlər 3 dəfə, orta aylıq real əməkhaqqı 2,4 dəfə, real pensiyalar 3,2 dəfə artıb, işsizlik 1,6 dəfə azalıb, yoxsulluq səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2018-ci ilin sonunda 5,1 faiz səviyyəsinə düşüb.
Məlumdur ki, hər bir ölkənin iqtisadi, sosial və siyasi həyatında kənd təsərrüfatı çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, kənd təsərrüfatının inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas bazadır. Hansı ölkə öz əhalisini yerli kənd təsərrüfatı məhsulları ilə təmin edə bilmirsə, o, həmin məhsulları maliyyə ehtiyatları imkan verdiyi səviyyədə xarici ölkələrdən idxal etməklə bu məsələni həll etmək məcburiyyətində qalır. Bu da öz növbəsində həmin ölkəni məhsullarını idxal etdiyi ölkələrin iradəsinə tabe etməklə, həm iqtisadi, həm də siyasi cəhətdən onlardan asılı vəziyyətə salır. Belə ölkələr heç vaxt müstəqil siyasət yeridə bilmirlər. Digər tərəfdən kənd təsərrüfatının inkişafı ölkədə kənd təsərrüfatı ilə yanaşı, həm də yeyinti, emal, yüngül, maşınqayırma və kimya sənayesinin, habelə ticarət, nəqliyyat və anbar təsərrüfatının və digər sahələrin inkişafını təmin edir.
Qeyd etmək lazımdır ki, kənd təsərrüfatının ölkənin sosial-iqtisadi və siyasi həyatındakı əhəmiyyəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən hakimiyyətinin ilk dövründən başlayaraq düzgün qiymətləndirilmiş və dövlət başçısı aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmişdir. Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi bütün iclaslarda, digər görüş və müsahibələrində dəfələrlə vurğulamışdır ki, ölkənin aqrar siyasətinin əsas məqsədi Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara Azərbaycan brendi ilə ixracının təmin edilməsidir. Qarşıya qoyulan bu vəzifənin uğurla həyata keçirilməsi üçün keçən 15 il ərzində ölkəmizdə çox böyük əhəmiyyəti olan genişmiqyaslı tədbirlər görülmüşdür. Bu düşünülmüş siyasətin nəticəsidir ki, 2018-ci ildə ilk dəfə olaraq respublikamızda dəyəri 7010 milyon manat olan kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Keçən il əldə edilmiş ümumi daxili məhsulun (79797 milyon manat) 5,3 faizi və ya 4190 milyon manatı kənd təsərrüfatının payına düşmüşdür. Əldə edilən bu rekord göstəricilər heç də asan başa gəlməmiş, ölkəmizdə elmi əsaslara söykənən aqrar siyasətin formalaşması və uğurla həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi həmin dövr ərzində 37 faiz artaraq 1 milyon 666 min hektara çatmışdır. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir.
- Ötən həftə Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyəti haqqında hesabat təqdim olundu. Bu hesabata münasibətiniz necədir?
- Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun geniş və əhatəli məruzəsi, təqdim edilmiş materialların təhlili onu deməyə əsas verir ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi və sosial siyasət nəticəsində ölkəmiz əvvəlki illərdə olduğu kimi, keçən ildə də öz dinamik inkişafını davam etdirmişdir. Ona görə də biz böyük əminliklə 2018-ci ili hesabatda qeyd edildiyi kimi, makroiqtisadi dayanıqlıq, maliyyə sabitliyi, geniş islahatlar, iqtisadi yüksəliş, qeyri-neft sənayesinin yüksək artımı, sosial siyasətin və sosial təminatın möhkəmlənməsi, əhalinin gəlirlərinin artımı ili kimi qiymətləndiririk. Heç də təsadüfi deyildir ki, bir çox beynəlxalq təşkilatların iqtisadi və sosial inkişafın çoxsaylı göstəricilərinə əsasən apardıqları hesablamalara görə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilmiş və dünya ölkələri arasında öncül yer tutmaqla əvvəlki mövqeyini xeyli yaxşılaşdırmışdır. Bütün bunlar isə, əlbəttə ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təklifi ilə formalaşmış yeni hökumətin əzmkar fəaliyyəti nəticəsində əldə edilmişdir.
Aqrar sahəyə gəlincə, ötən il Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər davam etdirilmiş və bu məqsədlə dövlət büdcəsindən 297 milyon manat vəsait ayrılmışdır ki, bu da 2017-ci ilə nisbətən 107 milyon manat və ya 56 faiz çoxdur. Bu da, şübhəsiz ki, bütövlükdə hökumətin və o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi şəffaflıq və fermerlərlə sıx əlaqə yaratmaq istiqamətində fəaliyyəti nəticəsində əldə edilmişdir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə arıçılığın inkişafını stimullaşdırmaq üçün keçən il hər arı ailəsinə görə fermerlərə 10 manat məbləğində subsidiya müəyyən edilmiş, habelə gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştlərin ümumi məbləğinin yuxarı həddi 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəşt məbləğinin yuxarı həddi isə 5 dəfə artırılmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkəmizdə kənd təsərrüfatının innovativ inkişafını təmin etmək, rəqabətqabiliyyətli məhsul istehsal edib Azərbaycan brendi ilə xarici bazarlara çıxarmaq istiqamətində əsaslı işlər görmüşdür. Belə ki, keçən il 31 rayonun ərazisində 193 min hektar torpaq sahəsində dəyəri 1,4 milyard manat olan 46 aqroparkın yaradılması üzrə işlər davam etdirilmiş və onlardan 17-si artıq fəaliyyətə başlamışdır. Bu aqroparkları və iri təsərrüfatları torpaq sahəsi ilə təmin etmək üçün Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 189 min otlaq sahəsi əkin dövriyyəsinə cəlb edilmiş, bu ərazilər mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi ilə təmin edilmişdir. İri təsərrüfatların yaradılması son vaxtlar həm də “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna və bu məsələ ilə bağlı qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq Sabirabad və digər rayonlarda fermerlərin kənd təsərrüfatı kooperativlərində könüllü birləşməsi yolu ilə də təşkil edilir. Həyata keçirilən bu və digər tədbirlər isə öz növbəsində kənd təsərrüfatının ümumi istehsalının və ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin artımına müsbət təsir etmişdir.
- Görülən bu işlər nəticəsində kənd təsərrüfatı istehsalında artım hansı səviyyədədir?
- 2018-ci ildə 2017-ci ilə nisbətən 4,6 faiz çox, yəni ölkəmizdə ilk dəfə olaraq 7 milyard manatdan artıq dəyəri olan kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Kənd təsərrüfatı məhsullarının ixracında da uğurlu nəticələr əldə edilmişdir. 2017-ci illə müqayisədə kənd təsərrüfatı məhsullarının ixracı 23,9 faiz artaraq 590 milyon dollar təşkil etmişdir. Ümumiyyətlə isə kənd təsərrüfatı məhsulları ixracının 95 faizi meyvə-tərəvəz məhsullarının payına düşmüşdür. Keçən il pambıqçılığın inkişafı ilə bağlı hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində pambıq istehsalı kəskin surətdə artmaqla yanaşı, ilk dəfə olaraq 104 milyon dollar dəyərində pambıq lifi və ipliyi ixrac olunmuşdur ki, bu da 2017-ci ilə nisbətən 2,2 dəfə çoxdur.
Ərzaq təhlükəsizliyinin əsas bazasını təşkil edən kənd təsərrüfatının müasir çağırışlara uyğun təşkili və idarə olunması məhsul istehsalını artırmaqla yanaşı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına da öz müsbət təsirini göstərmiş və əsas ərzaq məhsulları ilə (buğda istisna olmaqla) yerli istehsal hesabına özünütəminat səviyyəsi 83 faizdən çox olmuşdur. Bütün bunlar isə onu göstərir ki, Nazirlər Kabineti 2018-ci ildə səmərəli fəaliyyət göstərmiş və qarşıda duran vəzifələrin öhdəsindən uğurla gəlmişdir.
Bununla yanaşı, bəzi məsələləri də qeyd etməyi özümə borc bilirəm. Bildiyiniz kimi, toxumçuluğu və damazlıq heyvandarlığı yüksək səviyyədə olmayan ölkələrdə kənd təsərrüfatının inkişafı həmişə başqa ölkələrdən asılı vəziyyətdə olur. Ona görə də son illər ölkəmizdə Toxum Fondunun yaradılması, yüksək reproduksiyalı toxum və ting satışının stimullaşdırılması, xarici ölkələrdən yüksək məhsuldar damazlıq heyvanların idxalı və digər tədbirlərin həyata keçirilməsi öz təsirini göstərir. Bununla yanaşı, apardığımız təxmini hesablamalar göstərir ki, bu ilin məhsulu üçün 668 min hektar buğda səpini sahəsinin 193 min hektarı və ya 28 faizi heç bir reproduksiyaya aid olmayan adi buğda dəni ilə aparılmışdır. İnkişaf etmiş ölkələrin təcrübəsi isə göstərir ki, buğda səpininin ümumi sahəsinin 12-15 faizini elit toxumlarla apardıqda məhsuldarlıq 50-60 faiz artır. Lakin Super elit və Elit toxumların qiyməti baha olduğundan başqa ölkələrdə olduğu kimi, bizim fermerlər də bu toxumları almağa çox da meyilli olmurlar. Bu səbəbdən də çox böyük zəhmət hesabına istehsal olunmuş bu toxumlar alınmır və anbarlarda qalıb xarab olur. Bununla əlaqədar təklif edirik ki, Super elit və Elit toxumların satış qiymətinin müəyyən hissəsi dövlət vəsaiti hesabına ödənilsin. Belə olan halda həmin toxumların istehsalı artar, anbarlarda qalmaz və həm də onların əkin sahəsi genişlənər. Bu təcrübədən Rusiya, Qazaxıstan və digər ölkələrdə istifadə olunur.
Qeyd etmək lazımdır ki, 2009-cu ildən indiyə kimi ölkəmizə xarici ölkələrdən 31,6 min baş iribuynuzlu damazlıq heyvanlar gətirilməsinə, bir neçə dövlət damazlıq müəssisəsində damazlıq heyvanlar saxlanmasına baxmayaraq, 2019-cu il yanvarın 1-i vəziyyətinə respublikamızda cəmi 18726 baş damazlıq iribuynuzlu malın olduğu göstərilir. Bu da hazırda mövcud olan iribuynuzlu malın (2,6 milyon baş) 0,7 faizi deməkdir. Əslində isə damazlıq malın xüsusi çəkisi azı 10-12 faiz olmalıdır ki, yüksək məhsuldarlıqdan danışmaq olsun. Ona görə də damazlıq heyvanların uçotu dəqiqləşdirilməli, bu sahədə elmi tədqiqatlar və seleksiya işləri gücləndirilməlidir.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  19-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+4 +6