Ana səhifə »  Qəzetin pdf formatı »  Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri
A+   Yenilə  A-
Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri

Baş nazir Novruz Məmmədov parlamentdə Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sistemli və təhlili yanaşaraq hökumətin keçən ilki fəaliyyətini geniş şərh edib. Hesabatdan belə qənaət əldə edilir ki, ötən il hökumət öz fəaliyyətini ölkənin strateji inkişaf kursuna uyğun aparıb. Bunun fonunda Prezidentin qarşıya qoyduğu vəzifələri tam olaraq həyata keçirməyə çalışıb. Nəticədə, bütün sahələr üzrə uğurlu nəticələr əldə edilib. Baş nazirin məruzəsinin analizi göstərir ki, Azərbaycan 2018-ci ildə mühüm uğurlar qazanıb. Onların geniş təhlili üzərində dayanmağa ehtiyac görürük.

İctimai-siyasi və sosial-iqtisadi həyat: Baş nazirin müasir yanaşması

Ekspertlər Azərbaycan hökumətinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatı maraqla gözləyirdilər. Həm yeni Baş nazirin Milli Məclisdəki məruzəsi, həm də ziddiyyətlərlə dolu olmuş keçən ildə Azərbaycanın əldə etdiyi nailiyyətlərin konkret rəqəmlərdə ifadəsi maraq doğururdu. Öncədən deyək ki, bu sanballı hesabatda ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kursun ümumi ruhu ilə yanaşı, reallaşan proqramların analizi və konkret nəticələr lakonik və dolğun ifadə edilib.

Baş nazir Novruz Məmmədov ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatını bir-biri ilə sıx bağlılıqda təqdim etməklə hesabat ilində məsələyə sistemli yanaşmanın mövcud olduğunu nümayiş etdirib. Novruz Məmmədov məruzəsində bu bağlılıqda vurğulayıb: “2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə, əlamətdar tarixi hadisələrlə zəngin olmuşdur. Ötən il Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd edilmişdir. Aprel ayında keçirilən növbəti prezident seçkilərində müdrik xalqımız ən düzgün seçimini edərək, İlham Əliyevi yenidən dövlət başçısı seçmişdir. Bu seçimi ilə Azərbaycan Respublikasının vətəndaşları milli maraqlara uyğun aparılan siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyi, dayanıqlı və dinamik inkişafı, xalq-iqtidar birliyini dəstəklədiyini növbəti dəfə nümayiş etdirmişlər. Prezident seçkilərindən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirmiş, qarşıda duran strateji vəzifələri və hədəfləri bəyan etmişdir”.

Bizcə, bu fikirlərdə hökumətin öz fəaliyyətinə məsuliyyətli və hərtərəfli yanaşması yığcam şəkildə ifadə edilib. Bu yanaşmanın mənbəyini isə Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin məzmunu təşkil edir. Baş nazir ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında açar rolunu oynayan hadisələri dəqiq ifadə edib. İlk olaraq, Baş nazir ölkənin ictimai-siyasi həyatında əsas hadisələr kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini və prezident seçkilərini göstərməklə 2018-ci ildə dövlətçilik ənənəsi ilə müasir idarəetmə arasında məntiqi bağlılığı ifadə edib. Keçən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənə ilə qeyd edən xalqımız, eyni əminlik, sədaqət və iradə ilə İlham Əliyevə səs verdi. Yəni Azərbaycan xalqı 2018-ci ildə bir daha tarixi seçimini hansı meyarlar əsasında etdiyini bütün dünyaya göstərdi. Bu məqam 2018-ci ildə ictimai-siyasi və sosial-iqtisadi uğurların təməlində durur.

Bu sırada Baş nazir dövlətimizin başçısının Azərbaycan hökumətinin yeni tərkibini müəyyənləşdirməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Konkret ifadə etsək, Azərbaycanda bütün sahələrdə fəaliyyət tam olaraq hüquqi təmələ dayanır. Prezident İlham Əliyev nəzərdə tutduğu proqramları reallaşdıra biləcək hökuməti formalaşdırmağa nail olub. Məruzənin sonrakı hissələrində bu cür yanaşmanın verdiyi töhfələr konkret faktlarla və sistemli olaraq təqdim edilir. Bunun üçün Nazirlər Kabinetinin öz fəaliyyətini Prezidentin müəyyən etdiyi strateji vəzifələr və hədəflər əsasında qurduğu ifadə edilib. Məsələnin başqa vacib aspekti "...yeni dövrün çağırışlarına cavab verən praqmatik xarici siyasət, beynəlxalq münasibətlər sistemindəki mövcud gərginliklərə baxmayaraq, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına zəmin yaradılması" ilə bağlıdır. Burada Baş nazir ölkənin daxili və xarici siyasəti arasında sıx bağlılığın 2018-ci ildə də xüsusi məzmunda davam etdiyini önə çəkib. Müasir demokratik idarəetmə baxımından bu, heç şübhəsiz, mühüm müddəadır.

Bu baxımdan Novruz Məmmədovun hesabat ilində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara, ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilməsinə, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri" adlı sənədə diqqət yönəldərək, onları "düşünülmüş sistemli fəaliyyətin əsas tərkib hissələrindən biri kimi" qiymətləndirməsi çox əhəmiyyətlidir.

Prezident tapşırıqları və hökumətin fəallığı: faktların dili ilə

Fikirlərinə davam edərək, Novruz Məmmədov 2018-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizinin açılışının, Türkiyədə dövlət başçılarının iştirakı ilə nəhəng TANAP layihəsinin rəsmi açılış mərasiminin keçirilməsinin, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinin enerji təhlükəsizliyi və geosiyasi, geoiqtisadi mənzərə üçün əhəmiyyətini vurğulamaqda tam haqlıdır. Çünki bu faktlar həm geosiyasi dinamikada Azərbaycanın fəallığını, həm də ölkənin regional əməkdaşlıqda tam səmimiyyətini əks etdirir.

Dövlət başçısının reallaşdırdığı bu cür əhəmiyyətli siyasətə Nazirlər Kabineti də imkanları daxilində ciddi dəstək verib və qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlməyə çalışıb. Bu fəaliyyətə ən düzgün və obyektiv qiyməti Prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ilin yekunlarına dair iclasındakı nitqində verib. Dövlət başçısı "hökumətin fəaliyyətini dərindən və hərtərəfli təhlil edərək, əldə olunan nəticələri yüksək qiymətləndirmiş, 2018-ci ilin dərin iqtisadi islahatlar ili olduğunu bildirmişdir".

Baş nazir bunları konkret faktlar əsasında göstərib. Məsələn, 2018-ci ildə makroiqtisadi sabitlik təmin olunub və iqtisadi artım 1,4 faiz təşkil edib. O cümlədən qeyri-neft sektorunda artım 1,8 faiz olub. "Əsas kapitala yönəldilmiş 17,2 milyard manat vəsaitin 11 milyard manatdan çoxu və ya 65,5 faizi qeyri-neft sektorunun payına düşüb". Novruz Məmmədov bu bağlılıqda xüsusi vurğulayıb ki, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin 69,7 faizini daxili sərmayələr təşkil edib. Bu, gənc müstəqil dövlət üçün ciddi uğurdur. Konkret olaraq o deməkdir ki, Azərbaycan artıq daxili potensial hesabına inkişaf prosesini daha da gücləndirib. Bu, Cənubi Qafqaz üçün bir nümunədir.

Bundan başqa, 2018-ci ildə inflyasiya cəmi 2,3 faiz olub. Bunun fonunda əhalinin gəlirləri nominal ifadədə 9,2 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları isə artaraq 45 milyard ABŞ dolları olub. "Ötən il icmal büdcənin gəlirləri 31,4 milyard manat, xərcləri isə 26,3 milyard manat olmuş və ümumi daxili məhsula nisbətdə 6,4 faiz büdcə artıqlığı (profisit) əldə edilmişdir".

Fikirlərini inkişaf etdirərək Baş nazir ifadə edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin mahiyyətində əhalinin aztəminatlı təbəqəsinin rifahının davamlı olaraq yüksəldilməsinin dayandığı hamıya məlumdur. Bu məsələyə hesabat ilində də xüsusi önəm verilmişdir. Dövlət büdcəsinin xərclərinin 31,7 faizi və ya 7,2 milyard manatı sosialyönümlü xərclərin payına düşmüşdür ki, bu da 2017-ci illə müqayisədə 7,6 faiz çoxdur". Bu, Azərbaycanın sosialyönümlü bir dövlət olduğunu təsdiq edən çox maraqlı və aktual qənaətdir. Təsadüfü deyildir ki, Azərbaycanın inkişaf strategiyasında insan kapitalı mühüm yer tutur. Bu baxımdan Baş nazirin konkret faktlarla cəmiyyətin aztəminatlı kəsminin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları göstərməsi təqdirəlayiq sayılmalıdır.

Bu kontekstdə Novruz Məmmədov qeyd edib ki, əmək pensiyalarının artırılması 1,2 milyon pensiyaçını əhatə edib. "Pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 6,2 faiz, yaşa görə pensiyanın orta aylıq məbləği isə 6,7 faiz artmışdır". Xüsusi proqramın həyaya keçirilməsi ilə 5 mindən çox ailənin və ya 25 min nəfərə yaxın insanın maddi vəziyyəti yüksəldilib. İl ərzində əlillərə və şəhid ailələrinə dövlət qayğısı daha da artıb. Müxtəlif sosialyönümlü proqramlar uğurla həyata keçirilib.

Novruz Məmmədov məruzəsində bütövlükdə cəmiyyətin hər bir sferasını əhatə edən proqramların verdiyi konkret nəticələri ifadə edib. Buraya enerji layihələri, nəqliyyat marşrutları, elm, təhsil, səhiyyə, mədəniyyət, turizm, idman və s. sahələr daxildir. Onların reallaşması Azərbaycanın milli təhlükəziliyini təmin etməkdə ciddi rol oynayıb. Bu baxımdan sahibkarların fəaliyyətinin hüquqi bazasının daha da təkmilləşdirilməsi və biznes mühitinin xeyli yaxşılaşdırılması da böyük əhəmiyyət kəsb edir.

Baş nazir xüsusi vurğulayıb ki, "2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin hərbi-sənaye potensialının artırılması, ordu quruculuğunun təkmilləşdirilməsi, Silahlı Qüvvələrin müasir döyüş texnikası və silah-sursatla təmin edilməsi, şəxsi heyətin döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü fəaliyyət aparılmışdır". Bu faktlar ölkənin müdafiə qüdrətinin 2018-ci ildə daha da artdığını əyani olaraq təsdiq edir.

Nəhayət, Baş nazir 2018-ci ildə hökumətin fəaliyyət proqramının əsasını konkret ifadə edib. Novruz Məmmədov vurğulayıb: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı konseptual xarakterli çıxışında müəyyən etdiyi vəzifələri hökumət özünün fəaliyyət proqramı kimi qəbul edərək, bütün qüvvələrini və imkanlarını bu tapşırıqların icrasına səfərbər etmişdir". Buradan məntiqi bir nəticə alınır: 2018-ci ildə Azərbaycan hökumətinin əldə etdiyi nəticələr Prezidentin tapşırıq və göstərişlərinə ciddi əməl etməklə sıx bağlıdır. Hökumət dövlət başçısının apardığı siyasəti və həyata keçirdiyi proqramları var gücü ilə dəstəkləyir. Və bu proses daha da güclənəcək!

 

Newtimes.az

 
  • Oxunub:  2790  |  
  • Tarix:  18-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+31 +36
gecə+22 +25