Ana səhifə »  Qəzetin pdf formatı »  Əfv və amnistiya aktları hüquqi dövlətin vacib funksiyalarından biridir
A+   Yenilə  A-
Əfv və amnistiya aktları hüquqi dövlətin vacib funksiyalarından biridir

Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər və dini qurumlar

komitəsinin sədri, YAP İcra katibinin müavini

 

Hüquqi və demokratik dövlət olan Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Bununla yanaşı, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Yəni dövlət öz vətəndaşlarına xüsusi diqqət və qayğı göstərir, qəbul olunan bütün qərarlarda vətəndaşların mənafeyi əsas götürülür. Eyni zamanda, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı humanist mövqe nümayiş etdirir, onların cəmiyyət daxilində təhlükəsiz, əmin-amanlıq şəraitində yaşaması, öz imkan və qabiliyyətlərindən səmərəli istifadə etmələrini diqqət mərkəzində saxlayır. Bu baxımdan, azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv haqqında sərəncamların imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir. Bu, dövlətin humanizm siyasətini və öz vətəndaşlarına münasibətini əks etdirən mühüm göstəricilərdən biridir. Azərbaycanda məhkumların əfv olunması həm ölkə Prezidentinin imzaladığı Fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında həyata keçirilir.

Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev hər zaman humanizm - insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyətində daim nümayiş etdirib. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra ölüm hökmünə moratorium qoyub. O dövrdən etibarən Azərbaycanda heç kimə ölüm hökmü tətbiq olunmadı və sonradan bu cəza növü ləğv edildi. Bununla yanaşı, Ümummilli liderin ölkəmizə rəhbərliyi dövründə əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib. Ümumiyyətlə, Azərbaycanın müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya əfv haqqında hər hansı bir qərar və sərəncam olmayıb. Əksinə, Prezident İlham Əliyevin 16 mart tarixli “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına kölgə salmağa çalışan, o vaxt AXC-“Müsavat” cütlüyünün tərkibində yüksək dövlət vəzifəsi tutmuş Əli Kərimli, eləcə də “Milli şura”da yer alan digər şəxslər 1 illik hakimiyyət dövrləri müddətində onlarla insanı ölüm hökmünə məhkum etmişdilər və həmin hökmlər icra olunmuşdu. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Öz siyasətində daim yüksək humanizm prinsiplərini rəhbər tutan Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nəticəsində minlərlə məhkum öz azadlığına qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb.

Bu günə qədər ölkəmizdə 11 dəfə amnistiya aktı qəbul edilib, dövlət başçısı tərəfindən 70-ə yaxın əfv Fərmanı və Sərəncamı imzalanıb. Nəticədə 10 minlərlə insan azadlığına qovuşub. Sonuncu Amnistiya Aktı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Bu Amnistiya Aktı 10 mindən artıq insana şamil olunub. Bu, Heydər Əliyev siyasətinin humanist mahiyyətini əks etdirən bariz nümunələrdən biridir. Yəni ölüm hökmünün aradan qaldırılması, əfv sərəncamlarının, amnistiya aktlarının qəbul olunması ilə məhkumların yenidən azadlığa qovuşub cəmiyyət üçün yararlı şəxsiyyətə çevrilməsi imkanının verilməsi məhz Heydər Əliyev siyasətinin aparıcı istiqamətlərindən biridir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Yəni Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu addımları yüksək dəyərləndirirlər.

Şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Qeyd etdiyimiz kimi, indiyə qədər ölkəmizdə 70-ə yaxın əfv Sərəncamı imzalanıb. Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam da bu qəbildən olan nümunələrdəndir. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Bəhs olunan əfv Sərəncamının imzalanması hüquq müdafiəçiləri, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, həmçinin ölkəmizdə milli maraqlara uyğun fəaliyyət göstərən siyasi partiyalar, QHT-lər, KİV-lər və digər ictimai təşkilatlar, bütövlükdə Azərbaycan ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirilir. Əfsuslar olsun ki, yüksək humanizmi, dövlətin öz vətəndaşlarına diqqət və qayğısını əks etdirən əfv Sərəncamının əhəmiyyətini azaltmağa, mahiyyətini təhrif etməyə çalışan qüvvələr də var. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, eləcə də dövlətin öz vətəndaşlarına humanist münasibətini əks etdirən əfv Sərəncamının imzalanması ilk növbədə ölkəmizin hüdudlarından kənarda olan qüvvələri – ermənipərəst dairələri ciddi şəkildə narahat edir. Həm xaricdəki “sapı özümüzdən olan baltalar”, həm də ölkəmizdəki “beşinci kolon” nümayəndələri sözügedən əfv Sərəncamının guya hansısa xarici qüvvələrin təzyiqi nəticəsində imzalandığını iddia etməklə ictimai rəyi çaşdırmağa çalışırlar. Halbuki elə bu fikiri deyənlərin özləri, yaxınları-qohumları cənab Prezident İlham Əliyevə, hüquq müdafiəçilərinə, müraciət edərək törətdikləri əməldən peşiman olduqlarını, azadlığa çıxmaq istədiklərini dəfələrlə bildirmişdilər.

Maraqlı bir məqam ondan ibarətdir ki, vaxtilə öz çıxışlarında ABŞ-ı, ümumilikdə Qərb ölkələrini erməni lobbisi ilə iş birliyi quraraq Azərbaycan müxalifətini maliyyələşdirməkdə ittiham edənlər bu gün onların demokratiyaya və insan hüquqlarına verdiyi dəyərdən ağız dolusu danışırlar. 1993-2005-ci illər arasında rəhbərlik etdiyi qrumdan yüzlərlə işçini heç bir əsas olmadan işdən çıxardan, əllərində yerli və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları olmasına baxmayaraq iş yerinə bərpa etməyən, nazirlikdə ən sərt despotik- avtoritar rejim yaratmış bəziləri bu gün demokrat imic formalaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Müxalifət liderlərini “genetik xəstə”, “övladları üçün xəcalət mənbəyi” adlandıran, KİV nümayəndələrinə ən təhqiramiz formada həqarət edən şəxslər bu gün qapılarının mətbuata açıq olduğunu elan edir. Qəribə işlər baş verir. Görünür Azərbaycan penitensiar xidməti işini elə qurub ki, sanki möcüzə baş verir - ora avtoritar düşən mələk cildinə bürünüb demokrat kimi çıxır.

Digər tərəfdən, radikal – antimilli ünsürlər Azərbaycanda genişmiqyaslı islahatların, vətəndaşların mənafeyinə xidmət edən tədbirlərin guya məhz öz “mitinq”lərinin nəticəsində həyata keçirildiyini iddia edirlər. Onlar bununla ölkəmizin inkişafının, reallaşdırılan tədbirlərin, eləcə də əfv Sərəncamının üzərinə kölgə salmağa çalışırlar. Radikal ünsürlər, əslində, qərəzli şəkildə “siyasi məhbus” olaraq qələmə verdikləri şəxslərin əfv olunmasını istəmirlər, çünki onların məqsədi həmin şəxslərin həbsdə qalması və bu şəxslərin adından sui-istifadə etməkdir. Azərbaycan xalqı bütün bunları görür, bu radikal – antimilli ünsürlərin anti-Azərbaycan və ermənipərəst dairələrə xidmət etdiklərini, milli maraqlara zidd mövqedə durduqlarını yaxşı bilir. O səbəbdən bu marginal qrupların sosial bazası yoxdur, onlar xalq tərəfindən dəstəklənmir.

Bütövlükdə, əfv Sərəncamının imzalanması yüksək humanizm nümunəsi olmaqla yanaşı, dövlətin öz vətəndaşlarına verdiyi dəyərin ifadəsidir. Yüzlərlə ailənin, minlərlə insanın sevincinə səbəb olan bu Sərəncamın imzalanmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edir, sonsuz minnətdarlığımızı bildiririk. Bu, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayandığını, bu siyasətin humanizmə və ədalətə söykəndiyini göstərir.

 
  • Oxunub:  3210  |  
  • Tarix:  18-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım

19 İyun 09:45
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb
19 İyun 09:42
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19 İyun 09:35
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
19 İyun 09:33
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir
19 İyun 09:31
YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
19 İyun 09:30
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19 İyun 09:28
YAP Səbail rayon təşkilatı “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirilib
19 İyun 09:20
Azərbaycanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir
18 İyun 21:18
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr daha da genişləndirilməsi müzakirə edilib
18 İyun 20:59
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb
18 İyun 20:49
İdman, sağlamlıq, dostluq mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
18 İyun 20:46
Brüssel QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfrans keçirilib
18 İyun 20:45
Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur
18 İyun 20:43
Zakir Həsənov: Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
18 İyun 20:40
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında iştirak edir
18 İyun 20:37
Hikmət Hacıyev: Azərbaycan həqiqətlərini əks etdirən hər bir tədbir faydalıdır
18 İyun 20:26
Milli Məclisin Səhiyyə komitəsinin iclası olub
18 İyun 20:22
Dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində əməkhaqları artırıldı
18 İyun 20:19
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18 İyun 20:17
Təhsil Nazirliyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq əlaqələri müzakirə edilib
18 İyun 20:16
Minimum aylıq əməkhaqqı artırıldı
18 İyun 20:08
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM
18 İyun 20:05
Azərbaycan-Yaponiya arasında ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub
18 İyun 19:54
Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında Əmək və Sosial Təminat naziri Sahil Babayev çıxış edib
18 İyun 19:52
Bölgələrdən bölgələrə” II Yaradıcılıq festivalına yekun vurulub
18 İyun 17:35
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq
18 İyun 17:28
Aleksandr Buasson: Azərbaycanın əsas zənginliyi onun xalqı, mədəniyyətidir
18 İyun 17:23
“Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib
18 İyun 17:19
RAGB 10 illik yubileyini qeyd edir
18 İyun 17:09
II Avropa Oyunlarının “Sülh alovu” estafeti Minskdəki Dövlət Bayrağı Meydanına gətirilib
18 İyun 16:32
Milli Kitabxanada növbəti sərgi insan hüquqlarına həsr olunub
18 İyun 16:04
Nazirlik: Cari ildə sənaye parklarında 12 rezident fəaliyyətə başlayacaq
18 İyun 15:58
Yanvar-aprel aylarında Azərbaycandan 97 ölkəyə məhsul göndərilib
18 İyun 15:38
“Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər başa çatıb
18 İyun 15:34
Respublika Günü və diplomatik xidmət orqanlarımızın yaranmasının 100 illiyi Kuala Lumpurda qeyd edilib
18 İyun 15:19
BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu Bakı sessiyası başa çatıb
18 İyun 15:16
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18 İyun 15:14
Əli Əhmədov: Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb
18 İyun 14:34
Müdafiə naziri: Azərbaycan Ordusu döyüş hazırlığı ilə gecə-gündüz məşğul olur
18 İyun 14:25
Dövlət Sərhəd Xidməti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirləri davam etdirir
18 İyun 14:17
Mərakeş qəzeti: Heydər Əliyevin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır
18 İyun 14:06
General-polkovnik Zakir Həsənov: Azərbaycan Ordusunun təlimləri döyüş vəziyyətinə yaxın şəraitdə təşkil edilir
18 İyun 14:00
Pirallahı rayonunda bədii qiraət müsabiqəsi keçirilib
18 İyun 13:54
Bahar Muradova: Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə təhdid kimi qalır
18 İyun 13:52
Komitə sədri: Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb
18 İyun 13:44
Baş nazirin müavini: Azərbaycan BMT-yə dayanıqlı inkişaf üzrə hesabat verən 14 ölkədən biri olacaq
18 İyun 12:59
Azərbaycanın Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyasının Baş katibi ilə görüşüb
18 İyun 12:57
18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür
18 İyun 12:52
Daha 687 şəhidin 1017 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
18 İyun 12:16
Azərbaycanın Müdafiə naziri: Ordumuzun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub
18 İyun 12:13
Qəbələdə Beynəlxalq Yoqa Günü qeyd olunub
18 İyun 12:08
Bakıda Ombudsmanların XVI Beynəlxalq Konfransı keçirilir
18 İyun 12:04
Azərbaycanın və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcək
18 İyun 11:48
Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 İyun 11:44
Bakı Nəqliyyat Agentliyi Stokholmdakı Qlobal İctimai Nəqliyyat Sammitində təmsil olunub
18 İyun 11:41
Növbəti tədris ilindən Bakı Ali Neft Məktəbində Pakistan tələbələri də təhsil alacaqlar
18 İyun 11:31
Akademik Xoşbəxt Yusifzadənin biblioqrafiyası çapdan çıxıb
18 İyun 11:27
Zakir Həsənov: Ermənilər bir müddət sonra öz itkilərini açıqlayacaqlar
18 İyun 11:22
Müdafiə naziri: Azərbaycan Ordusunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib
18 İyun 11:00
Tərtərdə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2,9 faiz artıb
18 İyun 10:55
Qubanın daha 11 kəndi qazlaşdırılır
18 İyun 10:47
Zakir Həsənov: Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir
18 İyun 10:45
Vaşinqtonda ABŞ-Azərbaycan Akademik Simpoziumu keçirilib
18 İyun 10:39
Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib
18 İyun 09:27
İsveçrənin Bern şəhərində Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr edilmiş ictimai kampaniya keçirilib
18 İyun 08:57
David Zalkaliani: Azərbaycan Gürcüstanın əsas strateji tərədaşıdır
18 İyun 08:48
Strasburqda yüksək səviyyəli konfransda Azərbaycanda məhkəmə-hüquq islahatlarından danışılıb
18 İyun 08:42
Fərid Mansurov: Komandamız II Avropa Oyunlarına yaxşı hazırlaşıb
17 İyun 23:21
Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimi olub
17 İyun 22:59
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə konfrans keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+28 +32
gecə+20 +24