Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Nar”-ın dəstəklədiyi “Breyn Rinq” intellektual yarışlarının növbəti mövsümü başladı

“Nar”-ın dəstəklədiyi “Breyn Rinq” intellektual yarışlarının növbəti mövsümü başladı

16.03.2019 [09:51]

Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”, intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, mobil operatorun baş sponsorluq etdiyi “Breyn Rinq” yarışlarının növbəti - on üçüncü mövsümü başlayıb. Yeni mövsümdə komandalar yarışın baş sponsoru olan “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, “Breyn Rinq” bilik yarışlarında respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Mart ayının 10-dan başlayan yarış iyun ayınadək davam edəcək. Beləliklə, “Nar” kubokunun sahibi iyun ayında məlum olacaq.
Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Breyn Rinq” yayımlanan zaman xüsusi müsabiqə də keçirilir. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.
Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30