Ana səhifə »  Qəzetin pdf formatı »  Ə.VƏZİROVA AÇIQ MƏKTUB
A+   Yenilə  A-
Ə.VƏZİROVA AÇIQ MƏKTUB

REDAKSİYADAN
Bu günlərdə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov redaksiyamıza məktubla müraciət edərək ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələrə yenidən nəzər salmışdır. Məktubda Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində xalqımızın başına gətirilən faciələr, 20 Yanvar hadisələri, Ermənistanın işğalçılıq siyasəti və torpaqlarımızın işğal olunması, o dövrün gərgin ictimi-siyasi hadisələri olduqca obyektiv şəkildə təhlil olunaraq bir daha diqqətə təqdim edilir. Həmçinin imperialist mərkəzlərin və onların əmrlərini icra edərək xalqımıza faciəvi hadisələri yaşatmış Ə.Vəzirov kimi səbatsız rəhbərlərin antimilli əməlləri, yarıtmaz fəaliyyəti məktubda təkzibolunmaz faktlarla ifşa olunur. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində xalqımızın başına gətirilən faciələrə görə birbaşa məsuliyyət daşıyan, həmin dövrün bacarıqsız, səriştəsiz siyasətçiləri bu gün yenidən fəallaşaraq uydurma, yalan fikirləri ilə ictimai rəyi manipulyasiyaya məruz qoyur, gənc nəsli çaşdırmağa çalışırlar. Ona görə də, hesab edirik ki, tanınmış ziyalı və ictimai-siyasi xadim, həmçinin hadisələrin canlı şahidi kimi Hidayət Orucovun fikirləri, məktubda yer alan faktlar o dövrün düzgün ictimai-siyasi mənzərəsini ifadə etməyə, baş verənlərlə bağlı dolğun ictimai rəy yaratmağa, gənclərin əsl həqiqətlər haqqında məlumatlandırılmasına kömək edəcək. Yaxın siyasi tariximizin yenidən düzgün dərk edilməsi, gənc nəslin tarixi yaddaşının obyektiv əsaslarda formalaşması baxımından aktuallığını nəzərə alaraq yazını olduğu kimi dərc edirik.

 

Mən indi sizə nə məktub yazmaq istərdim, nə də günahlarınızla bağlı kiməsə müraciət etmək. Respublika rəhbərliyinin başında dayananda - qılıncınızın dalı da, qabağı da kəsəndə sizlə görüşməyə, adımı rəsmi və ya qeyri-rəsmi qəbullarınızın siyahısına saldırmağa, həndəvərinizdə fır-fır fırlananlarınızın yadına düşməyə cəhd eləməmişəm. Mərkəzin təyinatını alıb Bakıda fəaliyyətə başladığınız ilk günlərdəcə təşkil etdiyiniz mitinqdəki çıxışınızı dinləyəndə əlim yerdən-göydən üzüldü, inandım ki, millətin başı üstünü qara buludlar alır. Siz ilk “monoloq”unuzdanca millətin fikrini o günlərin dəhşətli ağrılarından, elan olunmamış erməni müharibəsindən, mərkəzin daşnak sayağı himayədarlığından, Qarabağdan, sərhədlərdən, qaçqınlardan “ayırıb” keçmişin təftişinə, təzə xiyar-pomidor “problem”inə, köhnə dostunuzun vaxtilə işdən çıxarılması məsələsinə qatmaq istəyirdiniz. Bir-birinə calanan sonrakı acı hadisələr - iyirmi aylıq taxtınızın törətdiyi faciələr təsdiq elədi ki, zənnimdə yanılmamışam. Yazılarım sizin əliniz altındakı hərbi senzuranın qadağalarını yarıb keçəndə mətbuatda çap olunub. Hətta bir müşavirədə məclis əhlindən qəfilcə soruşubsunuz: “Mı kak mojem nemnojko rasslabit Qidayata?” Kimsə: “On v poslednee vremya molçit” - deyib. Siz yenə əsəbiləşmisiniz: “Eqo molçaniye toje opasno!”
Qəzet redaktorları telefon söhbətində, ya görüşlərimizdə deyirdilər: “Fikirlərin ürəyimizdəndir, bircə MK-dan icazə verələr, heç olmasa, şöbə müdiri...”
Yanvar soyqırımından sonrakı yazılarımda isə dönə-dönə demişəm: Kimdir günahkar? Ə.Vəzirov “Mərkəzin” sessiyasında (SSRİ Ali Sovetinin sessiyası nəzərdə tutulur - red.) oturub nə yazıb-pozur görəsən? Bəlkə, həqiqəti heç olmasa indi aça? Soruşmuşam, sizdən də ... Ə.Daşdəmirovdan da (televiziyadakı “tarixi” bəyanatını hamı xatırlayır, özü də iki il sonrakı “redaktəsi”, “Takix namereniy o tom, çtobı vvadit komendantskiy ças v Baku u rukovodstva respubliki net” - kimi yox, sadə və konkret - “V Baku ne budet komendantskoqo çasa” kimi) soruşmuşam. Məndən başqa da bu sualı verən çox olub, iki ildən çoxdur cavabını gözləyirlər, neçə gün bundan qabaq siz ekranda görünəndə (Daşdəmirov da axır ki, həmin verilişdə peyda oldu) fikirləşdim, heç olmasa, bu dəfə “Mərkəz hücumçusu” maskasını yırtıb, formal da olsa, səmimi danışmağa çalışacaqsınız.
* * *
Söhbətinizin əvvəlindəcə deyəndə - Şəhidlər xiyabanında, baş daşlarında bircə tanış ad, bircə tanış şəkil görməyibsiniz, - hansı simə vurdunuz, aydındır, amma deyəsən, siz də inanıbsınız ki, tamam günahsız adamlar şəhid olublar və bu günahsızlar içində günahkarlar axtarırdınız? “Rəqib” tərəfdə, Xalq Cəbhəsində, o vaxtlar yaranmış təzə partiyalarda və qurumlarda, sözün düzünü az-çox üzünüzə deyən ziyalılar içindəmi gəzirsiniz günahkarları? O müsibətdə çoxlarının günahı var. Buna sözüm yox, bəs baş günahkar kimdir? Heç olmasa etiraf edəydiniz ki, o Xiyabanda bircə nəfər hökumət adamı, vəzifələrə təyin etdiyiniz onlarca səbatsız kəslərdən, onların oğul-uşaqlarından, doğmalarından, yaxın qohumlarından (hamısının canı sağ olsun, mən faktdan danışıram) bircəsi də yoxdur, onda “rəqib” tərəfi qınamağınıza təbii baxmaq olardı.
Yenə 1988-ci ilin ortalarında Bakıya gəlişinizi, ekoloji, iqtisadi problemləri, işsizliyi... xatırladınız, mənə elə gəldi - təxminən dörd il bundan qabaq, o vaxtlar Leninin adını daşıyan meydandakı çıxışınızın mətnini yenidən təkrar oxuyursunuz, indicə cənab “palitbüro”dan, “tovariş Qorbaçov”dan sitatlar deyəcəksiniz. Sonra yenə iqtisadi məsələlərə qayıtdınız, “demə”, 1989-cu ilin yayında SSRİ Dövlət Statistika Komitəsinin məlumatınca, Azərbaycan ölkədə meyvə və tərəvəz istehlakına görə... 14-cü yerdə imiş, siz də hökm edib respublikadan çıxan yolları bağlayıbsınız, guya bazarlarda qiymətlər aşağı düşüb. Və məhsulu respublikadan çıxarmağa vərdiş etmiş kişilər bəyanat veriblər: “Mı oplatim skolko uqodno, Vezirov ne doljen ostatsya do sleduyuşeqo leta” (Vəzirovun bəzi ifadələri çıxışının orijinalında olduğu kimi saxlanır - red.). Təəccüblü bir “qiymət” də dediniz - bu qiyməti sizin başınıza kimin qoyduğunu sirr saxladınız, amma rəqəmi bildirdiniz: 300 milyon... Hə, siz, doğrudan da, gələn yaya qala bilmədiniz, bəlkə, o tacir kişilər törətdilər Yanvar müsibətini?
Siz, həqiqətən, bu qədər sadəlövhsünüz, yoxsa oynayırsınız? Respublika rəhbərinin, üstəgəl diplomatın belə sadəlövh olmasına kim inanar? O ki qaldı oyuna... mən nə az, nə çox, düz on altı il peşəkar teatrda rəhbərlik etmişəm, pyeslər yazmışam, Şekspiri dilimizə çevirmişəm... Sizin oyununuzu şit komediyalardakı şit personajların ifaçıları ilə müqayisə etmək olar.
Yeri oldu-olmadı “moy narod”, “moy narod” deyə-deyə Sumqayıtı, sonra (?) Əsgəranı, “zaxvat vlasti... v Lenkorane”, Cəlilabadı, Cənubla sərhəddəki “neslıxannıy vandalizm...”i, “srıv zasedaniya Verxovnoqo Soveta”nı, “mitinq Soveta oboronı”, müxalifətlə gecə yarıdan xeyli keçənədək oturub şöhbətləşdiyinizi dönə-dönə xatırladınız, demək istəyirdiniz ki, 20 Yanvar müsibəti “təbii” idi? Bəs kim xalqı o dəhşətli qırğından xəbərdar etməliydi? Müsibətdən neçə gün qabaq zavoddakı görüşünüzdə o, nə “silahlanma” tezisiydi atmışdınız meydana?
“Sentr vinovat? A seyças?”
Çox hərləndiniz bu sözlərin ətrafında. Mərkəzə bircə kəlməlik qınam, tənqid eşidilmədi... Bəlkə, siz də Yazovun yanvarın 18-dən 19-na keçən gecə Bakıya gəlişindən xəbərsiz idiniz? Və necə oldu ki, bütün Azərbaycan çalxanan dənizi xatırlatsa da, siz Qorbaçovla danışmadınız?
Siz qətiyyən sadəlövh adam deyilsiniz. Azərbaycanın düşmənlərinin əliylə yazılmış ssenarinin mahir iştirakçısısınız. Siz, doğrudan da, sadəlövh adam olsaydınız, heç olmasa, aradan iki il keçəndən sonra müsibətin kökünü, yuxarıdan verilən konkret tapşırıqların, həndəvərinizdən gələn tələblərin ucundan-qulağından nəsə açardınız, arınmaz-arınmaz “Günahkarlar axtarmayın, hamı günahkardır”, - deməzdiniz. Və lap dəhşətlisi budur ki, heç olmasa, peşmanlıq da keçirmirsiniz. Yox, siz heç nəyi aça bilməzdiniz, məsələn, deyə bilərdinizmi ki, ordu çağırılması barədə mərkəzə şifroqramma verməyibsiniz? Deyə bilməzdiniz. Ona da “Qorbaçov” deyərlər. SSRİ xalq deputatlarının qurultayında Tbilisi faciəsinə baxılması sizin gözləriniz qabağındaca olub, Gürcüstan KP MK-nın keçmiş birinci katibi Patiaşvili bildirəndə ki, 9 apreldə Tbilisinin küçələrində tökülən qanlardan xəbərsiz imiş, Qorbaçov onun öz imzasıyla Sov.İKP-yə göndərilmiş teleqramı (komendant saatı elan olunması xahişini) gətizdirib, xalq deputatlarına oxutdurdu və bunu televiziya vasitəsilə bütün keçmiş nəhəng imperiya gördü. Ona görə də... Girenkonun, Yazovun, Mixaylovun... heç adını da çəkmirsiniz, sözünüzün də əvvəli-axırı - “günahkarlar axtarmayın, hamı günahkardır”.
Doğrudanmı, yanvarın 16-dan 18-dək rəhbərlik etdiyiniz büro bu məsələylə bağlı yığışmayıb, vəziyyəti müzakirə etməyib, tədbirlər planı hazırlamayıb və bu barədə Moskvaya müvafiq məlumat verməyib, müvafiq xahiş eləməyib, kömək istəməyib? Bəlkə, bu işi Ali Sovetin Rəyasət Heyəti öz üzərinə götürüb? Bəlkə, hər şeyi siz özünüz öz iradənizlə təkbaşına həll edibsiniz? Burda da sual çoxdur, amma bir şey mənə gün kimi aydındır: sizlərdən müraciət olmasaydı, Qorbaçov Azərbaycana başkəsənlər ordusu yeridə bilməzdi. Əgər siz kömək istəməyibsinizsə və ya fövqəladə vəziyyətin əleyhinə olmusunuzsa, niyə respublikanın müxtəlif təşkilatları adından müraciətləri yığırdınız? Deyəcəksiniz ki, o vaxtlar Bakıda hər hansı bir iri müəssisənin rəhbərliyi, ictimai təşkilatları MK-nın və ya raykomun tapşırığı olmadan yuxarılara müraciət edə bilərdi ki, şəhərdə hərbi vəziyyət elan edin? Buna inanan tapılarmı?
Siz qaçqınları da xatırladınız, guya müxalifəti o zavallıların problemləriylə birgə məşğul olmağa çağırıbsınız. O zavallıları ki, sizin tapşırığınızla, raykom katiblərinin hökmüylə doğma Azərbaycandaca neçə kənddən, neçə eldən qovuldular, axırda neçə milis, DTK səddini keçib Bakıya üz tutdular, oradan da qovuldular. Sonra yenə geriyə, sonra yenə, yenə... Zəngilandakı görüşünüz yadınızdadırmı? Bu yaxınlaracan amansız düşmən qabağında mərdanə dayanan Nüvədi kəndinin poçt müdiri şikayətlənəndə ki, poçtumuz gəlmir, işığımızı kəsirlər, maaşımızı ala bilmirik, ərzaq... yoxdur... Nə desəniz yaxşıdır? “Sizə şad xəbər vermək istəyirəm. Bakıya beş min erməni qayıdıb...” Elə o qaytardığınız ermənilər sonralar çox faciələr törətdilər. Bakıda da, Azərbaycanın hər guşəsində də. Elə o qaytardığınız ermənilərin gücüylə Volski Qarabağ dağlarında daşnak hökumətini möhkəmlətdi, faciələr faciələrə calandı, yerdə də qan töküldü, göydə də. Azərbaycanlılar doğma Qarabağdan ölümlə qovuldular, isti ocaqlarından didərgin düşdülər, 13-15 yanvar hadisələrinin ertəsi günü isə öz əlinizlə törətdiyiniz cinayətlərə siyasi qiymət verməyə cumdunuz, büronuzun qərarını çıxarıb, bütün günahları o zavallıların üstünə yıxdınız. Bu qərarı çıxarmaqda əsas məqsədiniz yeni cinayət törətmək idi: yerli əhali ilə qaçqınlar arasında nifaq salmaq, qardaş qırğını törətmək. Bu yolla “şanlı” ordunun şəhərə girməsinə “ciddi” bəhanə tapmaq.
Bakıdan qaçmağınız isə... gülməli yuxulu nağıllara oxşayır: yanvarın 18-dən 27-dək “heç nə yadınızda deyil, yanvarın 18-də günorta xəbər veriblər ki, “Politbüro” sizi işdən kənarlaşdırıb, diplomatik “karyera”nızın davamı üçün XİN-ə dəvət eləyib.
Axşam saat 11-in yarısınadək MK-da olubsunuz.
Sonra... “heç nə yadınızda deyil”.
Yanvarın 27-də ayılıbsınız. Moskvada, ayrı məmləkətdə, aydın deyil, bəlkə də, ayrı şəhərdə? Yoxsa ağır stress keçirdiniz, şok vəziyyətinə düşübsünüz. Vəzifədən ayrıldığınız, yoxsa əlinizlə törədilən soyqırımı üçün? O da aydın deyil.
Bəs doğmalarınız, dostlarınız da Bakıdan havaxt, necə aparıldığınızı sizə söyləmədilər?
Görürsünüzmü, yuxulu nağıllar kimidir, gülməli nağılların qəmli sonluğutək.
Ən qatı cinayətkarlar da, içlərində zərrə qədər qeyrət, namus hissi varsa, xalq məhkəməsində günahlarını etiraf edirlər, törətdiklərini açıb-ağardırlar. O dəhşətli soyqırımından iki il keçəndən sonra da günahlarının yüzdə birini boynuna almayasan, milyonlarla tamaşaçıya üz tutub deyəsən: necə getdiyim yadımda deyil, yanvarın 18-də yatıb, 27-də oyanmışam.
“Moy narod” ifadəsi səmimiyyətlə deyiləndə “mənim evim”, “mənim ocağım”, “mənim oğul-uşağım” kimi səslənir və bundan uca and yeri yoxdur. Belə ağ yalanları, multiplikasiya filmləri qəhrəmanlarının gülməcələrini xatırladan “monoloq”unuzu dinləyəndə fikirləşirsən: ulu tarixi boyu heç kəsi aldatmayan, düz sözü, düz əhdi müqəddəs sanan, qılınc qabağında da xəyanət eləməyən, mərdliyi qoca Şərqi heyrətləndirən bu qeyrətli millət, doğrudanmı, sizin xalqınızdır?
* * *
Qorbaçov sizi gecəyarı Pakistandan gətirdib, Azərbaycana rəhbər təyin edəndə, həqiqətən, ağır vaxtlar başlamışdı. Amma məni bir məsələ çox düşündürür: iyirmi il respublikadan ayrılmış, arada gəlib bir şəhərə rəhbərlik eləyə bilməyən adam nəyə arxalanıb, hansı prinsipləri əsas götürüb elə ağır yükün altına girdi? Əsas məqsədiniz nəydi? Qarabağ uydurmasının aşkarlanmasımı? Yoxsa qaçqınlar problemi? Bəlkə, iqtisadiyyat? Yox. Siz əslində nə Qarabağın qorunmasıyla məşğul oldunuz, nə qaçqınlarla, nə də iqtisadiyyatın inkişafıyla. Gündə bir tezis atıb meydana - arxasında gizləndiniz: qoz ağacı əkmək, kompüterləşdirmək, hamam tikmək. Bəs Qarabağ? Volski hökumətini kim yaratdı Azərbaycanın bu dilbər guşəsində? Erməninin əlini sıxan bu canişini kim SSRİ-nin xalq deputatı elədi? Bu gün deyə bilərsinizmi onun seçilməsinin təşkili üçün həmin dairəyə düşən azərbaycanlılar yaşayan rayonların, kəndlərin rəhbərlərinə xüsusi tapşırıq verməyibsiniz, deyə bilərsinizmi? Bəs Balayanın? Bu seçkidə sizin barmağınız yoxdur? Bəs seçkiqabağı bir qrup adamınızı həmin dairəyə - azərbaycanlılar yaşayan məntəqələrə niyə göndərmişdiniz?
Qarabağla, qaçqınlarla, respublikanın başqa problemləriylə ciddi “məşğul olan” rəhbər iyirmi ayda yüzlərlə nomenklatur işçisini işdən çıxarmağa necə macal tapa bildi? Axı o qədər adamı da təyin etmək lazım idi. Siz bu adamların fəaliyyətini, şəxsiyyətini harda öyrənmişdiz? (İşdən çıxarılanların da, yeni təyin edilənlərin də). Harada, haçan? Hindistanda, Nepalda, Pakistanda işləyəndəmi? Ümumiyyətlə, məncə, kadr “siyasət”inizdə başlıca xətt yüksək vəzifələri sizdən əvvəlki rəhbərliklər tərəfindən işdən qovulmuş adamlara (özləri yaşamırsa, onların uşaqlarına və ya yaxın adamlarına), özü də ağına-bozuna baxmadan paylamaq, kimlərdənsə qisas almaq, köhnəli-təzəli korrupsiya yaratmaqdan başqa bir şey deyildi.
Ölkə rəhbərləri hansı halda, hansı şəraitdə Vətəndən qaçırlar, görəsən? Düşmən ordusu ölkəyə girəndən neçə gün, neçə saat qabaq? Və ulu tarix boyu başqa belə bir dəhşətli fakt qeydə alınıbmı?
Müxalifətlə görüşlərindən çox dəm vurursunuz, o söhbətlərdə əsas məqsədiniz nəydi - xalq hərəkatını parçalamaqmı? 1988-ci ilin noyabr-dekabr hərəkatında biz bunun şahidi olduq, necə dəhşətli böhtanlar yayırdılar Meydana, çadırlara. Aclıq elan edən gənclərin “saatda” ayaqyoluna neçə kərə “getdiklərini” də “saymışdınız” və bunu siz özünüz televiziya ilə aləmə car çəkirdiniz...
Və axırıncı sözüm: bu xalqın, doğrudan da, yer boyda ürəyi var; torpaq kimi səbri var - izin verib siz müqəddəs Şəhidlər xiyabanına ayaq basıbsınız. Görəsən, heç olmasa orada, əbədiyyətin zülmü ayaqladığı torpaqda içinizin lap dərin guşəsində ağlasığmaz cinayətlərinizi, bağışlanmaz günahlarınızı xatırladınızmı?
“Yeni fikir” qəzeti,
23 yanvar 1992-ci il.

P.S.: ŞƏR QAZANI

Açıq məktubun yazıldığı, çap olunduğu zamandan 27 ildən artıq vaxt keçib. Yazılmasına səbəb 20 Yanvarın ikinci ildönümü hüznündə müsibətdən sonra ilk dəfə televiziya ekranında görünərək bu açıq ittihamda göstərildiyi kimi, absurd, ağlabatmaz, gülməli-ağlamalı fikirlər söyləməyiniz idi. Narahat ovqatla yazılmış o sətirlər o illərdə çox oxundu, sonralar kitablarıma daxil edildi. Artıq məndə təzəcə unudulmağa başlayırdı, çünki bu müsibətin mahiyyətini, siz başda olmaqla günahkarlarının adlarını, ünvanlarını tarix özü açmışdı və açırdı. Haçansa açıq məktubu qəzetdə yenidən dərc etdirəcəyim (özü də sözardıyla) ağlıma gəlməzdi, əgər yeni cəfəngiyat - “Paxlava Production” internet televiziyasında saat yarımlıq şərlər, yalanlar, böhtanlar, lap başlıcası, xalqımıza, yumşaq desək - hörmətsizlik deyimləri ilə doldurulmuş yeni müsahibəniz peyda olmasaydı.
Heç dəyişməyibsiniz, azı 27 il bundan qabaqkı ovqatınızdasınız - “Lenin komsomolunda” işləməyinizlə fəxr edirsiniz, siyasi ideologiyalı dövlətin xiffətini çəkirsiniz, eliniz Füzulini hələ də “Karyagin” sayırsınız. Siyasi Büronun “məlum” üzvlərindən fərqli olaraq Sov.İKP üzvü biletini atmadığınızı, ömrünüz boyu saxlayacağınızı, axırda arxivə təhvil verəcəyinizi fəxrlə bəyan edirsiniz.
Lap təəccüblüsü budur ki, otuz ildən artıq davam edən torpaqlarımızın düşmən zəbtinin “səbəblərini” işğalçı ölkədə hakimiyyət uğrunda gedən mübarizədə görürsünüz.
Özünüzü quruya çıxarmaq üçün kimə desən, şər atırsınız, yalan danışırsınız, hamıya məlum olan adi faktları təhrif edirsiniz. 20 aylıq “hakimiyyətiniz” dövründə də belə çalışırdınız. Açıq məktubdan az sonra çap olunmuş “Əgər səlahiyyətin yoxsa...” adlı müsahibəmdən sətirlər düşür yadıma: “Milli dünyagörüşün, özünüdərk proseslərinin ritmini pozmaq, xüsusilə Azadlıq hərəkatını təxribatlar yolu ilə boğmaq üçün... Vəzirov... kimi rəhbər lazım idi. Moskvaya belə kadr... gərəkdi! Bu rəhbər... Moskvanın siyasətini üç istiqamətdə aparırdı... Birincisi - çalışırdı ki, nəyin bahasına olursa-olsun, Qorbaçovun və onun anti-Azərbaycan, daşnakpərəst siyasətinin iç üzünü bilən Heydər Əliyevin reytinqini aşağı salsın, Onu böyük siyasət meydanına yaxın buraxmasınlar. Qorbaçovun Siyasi Büro yoldaşı imperiya üçün niyə belə təhlükəliydi? Ona görə ki, siyasi çevikliyi, zəngin təcrübəsi, güclü məntiqi ilə o illərin Siyasi Bürosunda fərqlənən bu dərin zəkalı adam ciddi çətinliklər şəraitində Özünü yenidən göstərər, hadisələri başqa səmtə yönəldə bilərdi. Bütün hallarda Qarabağ ermənilərə verilməz, sərhədlərimiz pozulmazdı. İkincisi - Heydər Əliyev elə bir şəxsiyyətdir ki, Qorbaçovla, Yeltsinlə... üzbəüz oturub onları susdura bilər, beynəlxalq aləmdə ifşa eləyərdi. Və o da təsadüfi deyil ki, böyük siyasətdən zorla uzaqlaşdırılmış Heydər Əliyev Brejnev-Qorbaçov Siyasi Bürosunun ilk üzvüdür ki, son imperatorun iç üzünü neçə il bundan qabaq açıb (Liqaçov və başqaları hələ indi-indi açırlar).
Üçüncüsü - real, böyük qüvvə olan Xalq hərəkatını nəyin bahasına olursa-olsun, parçalamaq, nüfuzdan salmaq, hərəkatla Heydər Əliyev qarşıdurmasını təşkil etmək, yaxud “eyniləşdirmək” (daha çox eyniləşdirirdilər). Sov.İKP MK-da Vəzirov yayırdı ki, guya Əbülfəz Əliyev Heydər Əliyevin əmisi oğludur... Qarşıdurmada da, eyniləşdirmədə də məqsəd hər ikisini zəiflətmək, xalqın gözündən salmaq idi. Bacarmadılar. Təkrar edirəm : Xalq müdrikdir!
“Aydınlıq” qəzeti,
10 iyul 1992-ci il.

Yadınızdadırsa, açıq məktubu yazanda da, bu müsahibəni verəndə də mən siyasi, ya diplomatik vəzifə daşımırdım, “Gənclik” nəşriyyatının baş redaktoruydum. Vətəndaş kimi, qəlbimin harayına dözməyib açıq məktubu, o illərin ağır problemlərindən bəhs edən digər çoxsaylı məqalələri qələmə aldım, bu mövzuda müsahibələr verirdim.
Ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımıza yeni böhtanlar atırsınız. Guya onları Qarabağa aparmaq üçün ayırdığınız avtobusa (?) bircə nəfər də qaçqın minməyib. Mən o illərdə də yazmışam, çap olunub: Qərbi Azərbaycandan olan qaçqınların məramı Yuxarı Qarabağda yerləşmək idi. Onlar birmənalı bildirirdilər: “Biz yalnız ora getməliyik! Yarımız qırılıb, Qarabağı xilas etmək istəyirik! (Bunu özümüzün şərəfimiz, vəzifəmiz sayırıq)”. Siz imkan vermədiniz. Xalq hərəkatını aşağılamaq niyyətiniz yenə də özünü gizlətmir. Hələ də qəbul edə bilmirsiniz ki, 1988-1990-cı illərdə küçələrə çıxan, digər meydanlara toplaşan yüz minlərlə vətəndaşımızın məramı Azadlığa qovuşmaq, Qarabağı xilas etmək və sizin anti-Azərbaycan siyasətinizə son qoymaq idi.
Deyirsiniz, “əgər mitinqçilərə gündə 25 manat ödənilməsəydi, onlar hərəkatı dəstəkləməzdilər”. Mən o mitinqlərdə hər gün 3-5 saat olmuşam. Mənə də 25 manat ödənilib? Minlərlə ziyalı, tanınmış, ləyaqətli insan, qeyrətli vətəndaşlar görmüşəm orada. Onlara da ödəyiblər? Siz belə böhtanlar yağdırmaqla bütün xalqımızı təhqir edirsiniz.
Köhnə absurd “tezislər”iniz yadımızdan çıxmayıb. 1969-cu ildən başlayaraq səksəninci illərin əvvələrindək ölkəmizdə aparılmış nəhəng quruculuq işlərini hələ də “görə bilmirsiniz”. “İstintaq” filmindən söz düşməsi də sizi ayıltmır. “Leninin komsomolunda”, diplomatiyada ən yüksək vəzifələr tutmuş yeganə azərbaycanlı olmağınızdan dəm vura-vura laqeydcəsinə bildirirsiniz ki... guya o filmə baxmayıbsınız. Elə bir kəndli, fəhlə, sadə “Lenin komsomolçusu” tapılarmı o filmə baxmamış olsun? O filmin nəhəng ölkənin ən yüksək dəyərini - SSRİ Dövlət mükafatı alması da “birinci Lenin komsomolçusunu”, “birinci diplomatı” maraqlandırmayıb?! Bu, məsələnin bir tərəfi! Digər əsas tərəfi - 20 aylıq hakimiyyətində ölkənin məlum iki böyük regionundan olan kadrların yaxşısına, pisinə baxmadan hamısını (istər paytaxtda, istərsə də rayonlarda) ikinci, üçüncü, hətta dördüncü dərəcəli vəzifələrdən də son nəfərinədək azad edən, bu bölgələrdən olanların dövlət aparatında ən aşağı dərəcəli işçi götürülməsinə imkan verməyən şəxsin guya özündən əvvəl mövcud olmuş “klanlardan”, “korrupsiydan” dəm vurmağı, çox yumşaq desək, acı gülüş doğurur.
Böyük qardaşınız M.Qorbaçov, onun həndəvərindəkilər barədə bircə kəlmə də olsun tənqidi fikir söyləməməyinizin “sirri” həm açıq məktubda, həm də sözardında var. Böyük qardaşınızın dilindən yalan söyləməyiniz də məni təəccübləndirmir: “Hələ 1985-ci ildə Qorbaçov mənə Azərbaycana rəhbərlik etməyi təkif etmişdi”. Ağ yalandır! 1985-ci ildə K.Bağırov üç ildən də az idi ki, Azərbaycana başçılıq edirdi. O dövrdə respublika rəhbərlərini belə tez dəyişmirdilər. K.Bağırovu təcili əvəzləməyə ehtiyac da yox idi. O da Qorbaçovun tapşırıqlarını yerinə yetirirdi (sizin kimi xalqını dəhşətli qırıma verib aradan çıxmasa da). 1985-ci ildə Azərbaycana rəhbər gəlmək istəyiniz öz səbatsız, dağıdıcı, məntiqsiz “islahat”larını, artıq hazırlamaqda olan Qarabağ xəyanətinin “layihə”sini həyata keçirməkdə ona ciddi mane olan dahi dövlət xadimi Heydər Əliyevi böyük siyasətdən uzaqlaşdırmaq təxribatında böyük qardaşınız Qorbaçova yardımçı olmaq məqsədi daşıyırdı! Yalnız şəxsən sizin arzunuz olub. Ermənistanın müharibəsini, 20 Yanvar müsibətini beş il qabağa salmaq üçün?
Müsahibənin sonunda 2004-cü ildə Prezident İlham Əliyevin yanında Azərbaycan ensiklopediyasının nəşri ilə bağlı keçirilmiş müşavirədən sizə aid epizod xatırlanır. Sizin cavabınız öz “ampluanızda” - öz səviyyəsizliyinizdə, səthiliyinizdə və dayazlığınızdadır. Prezidentin sizi təqdimi isə zərgər dəqiqliyi ilə, düzgün, məntiqi və alternativsizdir: “Kimdir Vəzirov? Təlxək! Azərbaycanı biabır edən. Azərbaycan xalqının qanını axıdan!”
Sözardının sonunda açıq məktubdan sətirlər düşür yadıma: “ən qatı cinayətkarlar da içlərində zərrə qədər qeyrət, namus hissi varsa, xalq məhkəməsində günahlarını etiraf edirlər, törətdiklərini açıb-ağardırlar”...
Siz doxsan yaşın kandarında da özünüzdə bu təpəri tapa bilmədiniz, buna, sadəcə, layiq deyilsiniz!
Siz - əski cəmiyyətin də, bu günün də şər qazanı!
Hidayət
12 mart 2019.
Bişkek.

 
  • Oxunub:  4350  |  
  • Tarix:  13-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA