Ana səhifə »  Qəzetin pdf formatı »  İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib
A+   Yenilə  A-
İsraildə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Soyqırımı qurbanlarının Xatirəsi Günü qeyd edilib

İsrailin Akko şəhərinin bələdiyyəsi, əslən Azərbaycandan olan Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzi və “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tarixdə ən qanlı faciələrdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar birgə tədbir keçiriblər.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş tədbirdə və Xocalı soyqırımı qurbanların həsr edilmiş sənədli fotosərgidə İsrail Knessetinin deputatları, o cümlədən “İsrail-Azərbaycan” Parlamentlərarası Dostluq Komissiyasının və “İsrail bizim evimizdir” fraksiyasının rəhbəri Robert İlatov, 17-ci çağırış Knessetin deputatı, fövqəladə və səlahiyyətli səfir Yosef Şaqal, Akko şəhərinin və İsrailin şimal bölgəsinin baş ravvini Yosef Yaşar, İsrail Dağ Yəhudilərinin baş ravvini Yaniv Naftali, STMEQİ Fondunun nümayəndəsi Robert Abramov, İsrail şəhərləri merlərinin müavinləri Kiryat Yam, Kiryat Ata və Karmiel, habelə əslən Azərbaycandan olan yəhudilərin çoxsaylı nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan tərəfi Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə, Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi Məhsəti Əliyeva, Azərbaycan Milli Məclisinin (parlamentinin) deputatları Rasim Musabəyov və Sevinc Fətəliyeva təmsil edirdi.

“Xocalıya ədalət!” fotosərgisi tədbir iştirakçılarına faciəli hadisələri – nasist Almaniya tərəfindən yəhudi xalqına qarşı törədilmiş Holokostun dəhşətli mənzərələrini xatırladıb.

Akko şəhərinin meri Şimon Lankri tədbiri açaraq, Xocalı soyqırımı ilə əlaqədar dərindən kədərləndiyini, habelə Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə azad ediləcəyinə, bir milyondan çox qaçqının və məcburi köçkünün öz tarixi yurdlarına qayıdacağına ümid etdiyini bildirib. Lankri vurğulayıb: “Dəfələrlə təkrar etmişəm ki, mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirəm. Biz Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqının kədərinə səmimi qəlbdən şərik olduğumuzu bildiririk. Holokostu görmüş bir xalq kimi biz Azərbaycan xalqının kədərini və ağrısını yaxşı anlayırıq”.

Akko şəhərinin və İsrailin şimal bölgəsinin baş ravvini Yosef Yaşar qeyd edib ki, erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş vəhşilik və qəddarlıq onu şoka salıb. Yosef Yaşar vurğulayıb: “Holokostu görmüş bir xalq kimi biz Xocalının dinc azərbaycanlı sakinlərinə qarşı törədilmiş bu vəhşiliyi və qeyri-insani münasibəti pisləyirik. Bu insanlar işğalçı ermənilər tərəfindən alçaldılmağa, təhqirlərə və işgəncələrə məruz qalıblar. Mən Azərbaycanın Xocalı şəhərində soyqırımı aktının qurbanlarının xatirəsinə yəhudilərin Kadiş duasını oxumaq istəyirəm”.

“İsrail-Azərbaycan” Parlamentlərarası Dostluq Komissiyasının və “İsrail bizim evimizdir” fraksiyasının rəhbəri Robert İlatov tədbirin təşkilatçılarına təşəkkür edərək Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib. R.İlatov deyib: “Biz dinc əhaliyə qarşı zorakılığın və qəddarlığın bütün formalarını həmişə pisləmişik və pisləyəcəyik. Xocalıda çəkilmiş bu dəhşətli fotoşəkillər Azərbaycanın dinc əhalisinə qarşı qəddarlığın, zorakılığın və qanlı qırğının təsdiqidir”.

Heydər Əliyev Fondunun nümayəndəsi Cavid Məmmədzadə tədbir iştirakçılarına “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib. O deyib: “Bu beynəlxalq informasiya kampaniyası 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb. Beynəlxalq birliyin Xocalı soyqırımı barədə, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbəbləri və nəticələri, erməni silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan və ona bitişik yeddi rayondan qeyd-şərtsiz çıxarılmasının zəruri olması barədə məlumatlandırılma səviyyəsini artırmağa yönəlmiş bu kampaniyanın əsas məqsədi faciə qurbanlarının xatirəsinə ehtiramı bildirmək, onların xatirəsini yeni nəsillərə çatdırmaq, salamat qalanları dəstəkləmək və onların iztirablarını yüngülləşdirmək yollarını tapmaqdır”.

Akko şəhərindəki Azərbaycan Dağ Yəhudiləri İcmasının və “Tikvateynu” Azərbaycan Evinin rəhbəri Şirin-Nexamiya Mixaeli Azərbaycan icması və Azərbaycan Respublikası ilə səmimi dostluğa görə şəhər meri Şimon Lankriyə təşəkkürünü bildirib. Şirin-Nexamiya Mixaeli vurğulayıb: “Mən mənşəcə dağ yəhudisi olsam da Azərbaycan xalqının oğluyam və bəyan edirəm ki, 1992-ci ildə şahidi olduğumuz vəhşilikləri heç vaxt unutmayacağıq. Gün o gün olsun ki, Şimon Lankri və mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə gedək. Biz, əslən Azərbaycandan olan dağ yəhudiləri bir fakta görə qürur duyuruq ki, daşnak işğalçılara qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk milli qəhrəmanlarından biri Albert Aqarunov olub. Onun qəhrəmanlığı Azərbaycan və yəhudi xalqlarının mərdliyini bir daha göstərdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda bizim qəhrəman Albertlə yanaşı vuruşan yəhudilər çox olub, onların arasında itkin düşənlər də olub. Belələrindən biri mənim yaxın qohumum Vüqar Mixaylovdur. Mixaylovlar ailəsinin üzvləri hazırda İsrailin müxtəlif şəhərlərində yaşayır. Vüqarın anası, böyük qardaşı və bacısı çox ümid edirlər ki, 27 il erməni əsirliyindən sonra onunla yenidən görüşə biləcəklər”.

İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Xocalıda törədilmiş dəhşətli soyqırımı aktı və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hələ də davam edən işğalı barədə sənədli təqdimat nümayiş etdirib. İsrailli ekspert deyib: “27 ildən çoxdur ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və Azərbaycanın bu bölgəyə bitişik yeddi rayonunu işğal altında saxlayır. Dağlıq Qarabağın Azərbaycanın tarixi hissəsi olması hamıya məlum faktdır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Mən Xocalı soyqırımının şahidləri olmuş sakinlərlə İsrail KİV-lərinin nümayəndələri ilə birgə dəfələrlə görüşmüşəm. İnanın, bu insanlar ermənilərin qəddarlığı və vəhşiliyi barədə elə dəhşətli epizodlar danışırdılar ki, bu barədə yazmaq da, hətta danışmaq da çətindir. O dəhşətli fevral gecəsində Xocalıda baş vermiş hadisələr sənədli videomateriallarla, şahid ifadələri ilə, o vaxt Azərbaycanın həmin şəhərində olmuş xarici jurnalistlərin və ekspertlərin söylədikləri ilə təsdiqlənir. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu sakinlərin hamısının azərbaycanlı olması idi. Bütün bu tarixi faktlar Xocalıda soyqırımı aktının dəhşətli səhifələri barədə atamla şərikli müəllif kimi yazdığım “Ağrı” adlı bədii-sənədli romanda öz əksini tapıb”.

Arye Qut bu tədbirin və sənədli fotosərginin təşkilinə göstərilmiş köməyə görə Heydər Əliyev Fonduna və “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasına təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsi Məhsəti Əliyeva vurğulayıb ki, Xocalı faciəsi qondarma “Böyük Ermənistan” və monoetnik dövlət yaradılmasına yönəlmiş şovinist siyasətin müəllifləri tərəfindən XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Məhsəti Əliyeva deyib: “Meşələrdə pusquda dayanmış erməni hərbçiləri mühasirədən çıxa bilmiş dinc Xocalı sakinlərini xüsusi qəddarlıqla qətlə yetiriblər. Vəhşiləşmiş cəlladlar bu insanların başlarının dərisini soyur, bədənlərinin müxtəlif orqanlarını kəsir, uşaqların gözlərini çıxarır, hamilə qadınların qarınlarını cırır, insanları diri-diri qazıb basdırır və ya yandırırdılar.

Bu vəhşiliklər nəticəsində Xocalı sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl şəxs öldürülüb. Aralarında qocalar, qadınlar və uşaqlar da olan 1275 dinc sakin əsir götürülüb, ağlasığmaz məhrumiyyətlərə, təhqirlərə və alçaldılmağa məruz qalıb. 150 nəfərin taleyi barədə indiyə qədər heç nə məlum deyil. Xocalı faciəsi zamanı 8 ailənin bütün üzvləri məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bu, milli mənsubiyyət əlamətinə görə məqsədyönlü şəkildə törədilən qətliam, yəni əsl soyqırımı idi.

Azərbaycan dövləti və Azərbaycan xalqı Xocalı soyqırımını unutmur və heç vaxt unutmayacaq. Təsəvvür etmək çətindir ki, bu cür vəhşiliklər XX əsrin sonunda və bütün dünya birliyinin gözü qabağında törədilib”.

Azərbaycanlı məşhur politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov Xocalı soyqırımını törədənlərin bu günə qədər nə üçün cəzasız qalması barədə öz mülahizələrini tədbir iştirakçıları ilə bölüşüb. Rasim Musabəyov deyib: “Təəssüflə qeyd etməliyəm ki, Xocalıda soyqırımı aktının təşkilatçıları, ideoloqları və ruhlandırıcıları hələlik açıq mühakimədən yaxa qurtara bilirlər. Bu səbəbdən Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları həbsxanada cəza çəkmək əvəzinə prezident, nazir olublar, onları xarici ölkələrin ordenləri ilə təltif edirlər. Lakin azərbaycanlılar tərəfindən qisas qorxusu Xocalı soyqırımının təşkilatçılarını heç vaxt tərk etməyib. Ona görə də bu gün Koçaryan və Xaçaturov Ermənistan həbsxanasında istintaq altındadır”.

Azərbaycan Milli Məclisinin deputatı Sevinc Fətəliyeva vurğulayıb ki, Xocalı soyqırımı Azərbaycan tarixində qanlı səhifədir. Deputat Sevinc Fətəliyeva vurğulayıb: “Biz həlak olanlara görə üzülürük, onların xatirəsinə ehtiram bəsləyirik, biz qisas yox, ədalət tələb edirik! Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən beynəlxalq informasiya kampaniyası məhz ona görə “Xocalıya ədalət!” adlanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət ədalətə əsaslanır, ədalət isə Xocalıda törədilmiş hərbi cinayətlərdə, insanlıq əleyhinə cinayətlərdə və kütləvi qətllərdə təqsirkar olanlardan bu əməllərinə görə cavab vermələrini tələb etməkdən ibarətdir.

Ermənistan-Azərbaycan münaqişəsini bəzən “dondurulmuş münaqişə” adlandırırlar, lakin dinc sakinlər, uşaqlar, qadınlar hələ də həlak olursa, bu münaqişəni “dondurulmuş” adlandırmaq düzgündürmü? 2017-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minomyot və qumbaraatanlardan atəşə tutublar. Erməni tərəfinin bu təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyeva həlak olub. 2011-ci ilin mart ayında 9 yaşlı Fariz Bədəlov öz evinin həyətində oynayarkən snayper gülləsi ilə öldürülüb. Yenə həmin il iyulun 14-də ermənilər tərəfindən bir oyuncağın içərisinə yerləşdirilmiş və Tovuzçayın axını boyunca buraxılmış partladıcı qurğunun Tovuz rayonunun Əlibəyli kəndində işə düşməsi nəticəsində 13 yaşlı Aygün Şahmalıyeva həlak olub.

Zorakılığa son qoymağın və bu münaqişəni nizamlamağın yalnız bir yolu var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə məcbur edilməlidir. Bu, bütün dünya birliyinin üzərinə düşən məsuliyyətdir”.

Xocalıda törədilmiş soyqırımı aktının canlı şahidi, hazırda İsrail vətəndaşı olan Əsəd Fərəcov qeyd edib ki, Xocalının işğalından sonra bu qanlı qırğında salamat qalmış azərbaycanlılar Ağdama gəlməyə başladılar. Polkovnik Fərəcov vurğulayıb: “Vəziyyəti yerində öyrənmək qərara alındı və mən jurnalist Çingiz Mustafayevlə birlikdə Xocalıya yola düşdüm. Orada gördüyüm mənzərə məni sarsıtdı. Ermənilərin vəhşiliklərinin nəticələri fonunda çəkdirdiyim fotoşəkil məndə qalıb. Xocalı sakinlərinin təhqir edilmiş cəsədləri hələ də gözlərimin qarşısındadır. Həmin hadisələrdən 2-3 gün sonra biz qətlə yetirilmiş, alçaldılmış və təhqir edilmiş Xocalı sakinlərinin meyitləri arasındaydıq. Həmin sahə Xocalıdan 17-20 kilometr məsafədə yerləşirdi. Öldürülmüş, eybəcər hala salınmış, şikəst edilmiş və zorlanmış qadınların, yandırılmış, başları, qulaqları kəsilmiş, başlarının dəriləri soyulmuş, dəlmə-deşik edilmiş uşaqların və qocaların meyitləri arasında anladıq ki, Xocalı soyqırımı haqqında bu dəhşətli həqiqəti dünyaya çatdırmaq üçün jurnalistləri oraya gətirmək lazımdır. Onda içərisində jurnalistlər olan ikinci helikopter yola düşdü. Ermənilər elə bilirdilər ki, biz Xocalı sakinlərinin cəsədlərini yığmağa gəlmişik. İndi dünyasını dəyişmiş Çingiz Mustafayev mənimlə idi. O, həmin dəhşətli mənzərəni görəndə hönkürüb ağlaya-ağlaya çəkilişləri davam etdirirdi. Bu kadrlarda siz mənim səsimi də eşidə bilərsiniz. Mən Çingizə deyirəm: “Çək, bunu da çək”. Əgər ermənilər bizim oraya Fransa, Türkiyə, Rusiya jurnalistlərindən ibarət bir qrupu gətirdiyimizi bilsəydilər, onlar həmin helikopteri vurardılar”.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  23-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 21:07
FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib
23 May 21:05
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May 21:02
Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir
23 May 21:00
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
23 May 19:51
"Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində professor İradə Hüseynova ilə görüş keçirilib
23 May 19:40
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
23 May 19:29
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub
23 May 18:34
Səməd Seyidov: Ermənistan apardığı mənfur siyasəti artıq gizlədə bilmir
23 May 18:22
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23 May 18:18
Azərbaycan-Çin münasibətləri inkişaf edir
23 May 18:16
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
23 May 18:02
Konstitusiya Məhkəməsində Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
23 May 18:00
Regionda mühüm rola malik Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır
23 May 17:42
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
23 May 17:38
Gündüz İsmayılov: Elm, təhsil olmayanda din xurafata çevrilir
23 May 17:36
Gövhər Baxşəliyeva: Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir
23 May 17:31
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir
23 May 17:25
Gənclər Fondu “Xaricdə təhsil” proqramını elan edib
23 May 17:20
Yohannes Kars: Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir
23 May 17:19
Natali Qule: İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23 May 17:16
The Associated Press: Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək
23 May 17:06
Niyazi Səfərov: Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritetdir
23 May 17:00
Oleq Kuznetsov: Qafqazşünasların II Beynəlxalq Forumu fikir mübadiləsi aparmaq üçün əla platformadır
23 May 16:57
YAP Yardımlı rayon təşkilatı GB-nın hesabat konfransı keçirilib
23 May 16:56
ARSENALI MXİTARYAN OLANLAR VƏ HEÇ OLMAYANLAR...
23 May 16:51
Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar
23 May 16:35
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb
23 May 16:21
Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək
23 May 16:11
Fransa Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır
23 May 15:53
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
23 May 15:36
UEFA Avropa Liqasının final oyununun açılış mərasimində ingiltərəli DJ Conas Blu çıxış edəcək
23 May 15:26
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23 May 15:02
İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir
23 May 14:55
Hikmət Şikarov: “Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
23 May 14:48
YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
23 May 14:41
Sabah Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
23 May 14:39
“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub
23 May 14:31
Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
23 May 14:29
Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb
23 May 14:24
Daşkənddə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində keçirilən görüşdə Azərbaycan da iştirak edib
23 May 14:20
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək
23 May 14:16
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub
23 May 14:13
Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib
23 May 14:11
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 14:08
Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub
23 May 14:05
“Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” hesabatının təqdimatı olub
23 May 14:01
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 May 12:59
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23 May 12:58
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
23 May 12:36
DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
23 May 12:34
Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
23 May 12:22
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
23 May 12:05
Vüqar Gülməmmədov: Dövlət büdcəsinin gəlir və xərcləri son 7 ilin ən yüksək göstəriciləridir
23 May 11:41
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23 May 11:33
Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb
23 May 11:31
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23 May 11:29
Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 May 11:27
Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
23 May 11:24
Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub
23 May 11:22
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
23 May 11:20
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
23 May 11:18
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir
23 May 11:16
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
23 May 11:15
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +27
gecə+16 +18