Xocalı Soyqırımının qurbanlarının xatirəsi Brüsseldə anılıb
23.02.2019 [10:55]
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Belçikadakı səfirliyi və Belçika Brüssel Paytaxt Regionunun Hərbi komandanlığı ilə birgə Brüssel şəhərində yerləşən “Konqres sütunu” (Colonne du Congrès) memorial kompleksinin yanında dəfn olunmuş Naməlum əsgərin məzarı önündə anım mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Belçikadakı səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Mərasim zamanı çıxış edən səfir Fuad İsgəndərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və həmin hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kimi dəyərləndirib. O, Avropanın paytaxtı hesab edilən Brüsseldəki bu tədbirin Azərbaycan və Avropanın ümumi tarixi nöqteyi-nəzərindən rəmzi əhəmiyyət kəsb etdiyini bildirib, II Dünya Müharibəsi zamanı 350 mindən artıq azərbaycanlının Avropanın dinc gələcəyi naminə öz həyatlarını qurban verdiklərini xatırladıb, bugünkü mərasimlə Azərbaycan xalqının məruz qaldığı Xocalı Soyqırımının Avropanın öz uzun tarixi boyu üzləşdiyi insan faciələri sırasında qeyd edildiyini vurğulayıb.
Sonra Belçika hərbçilərinin müşayiəti ilə Naməlum əsgərin məzarı önünə əklil qoyulub və əbədi məşəl alovlandırılıb, Azərbaycan Respublikası və Belçika Krallığının dövlət himnləri səsləndirilib. Sonda səfir F.İsgəndərov tərəfindən memorial kompleksinin xatirə kitabında Xocalı Soyqırımı barədə qeyd yazılıb.
Mərasimdən sonra isə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Brüsselin Kral İncəsənət Muzeyində Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi və Belçika Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gənc rəssam Ramal Kazımın faciəyə həsr olunmuş rəsmlərindən ibarət “Xocalıya ədalət” adlı sərgisi keçirilib. Sərginin açılışında edilən çıxışlarda, faciənin ağır nəticələrinin incəsənət dili ilə tanıdılmasının önəmindən bəhs olunub, nümayiş etdirilən rəsm əsərlərinin Pablo Pikassonun “Gernika” əsərinin nümunəsində yaşanan insan faciəsinin bədii və emosional şəkildə təqdim edilməsi üçün ən səmərəli vasitələrdən biri olduğu önə çəkilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27