Ana səhifə »  Qəzetin pdf formatı »  Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub
A+   Yenilə  A-
Gədəbəy rayonu 2018-ci ili uğurla başa vurub

Ötən il rayonda sosial-iqtisadi inkişaf baxımından ciddi nailiyyətlər əldə olunub
Məlum olduğu kimi, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi həyatında baş verən köklü dəyişikliklər, davamlı makroiqtisadi stabillik və iqtisadi artım vətəndaşlarımızın maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Aparılan aktiv və çevik sosial müdafiə tədbirləri, uğurlu islahatlar ölkəmizin malik olduğu iqtisadi potensialı reallaşdırmaq, qarşıya qoyulan məqsədlərə, eyni zamanda, sabit inkişafa və davamlı tərəqqiyə nail olmaq üçün əhəmiyyətli rol oynayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunları ilə bağlı konfransda ölkə başçısının qeyd etdiyi kimi, 2018-ci il ölkəmiz üçün, həqiqətən, uğurlu il olub, dünyanın müxtəlif bölgələrində xoşagəlməz proseslərin getdiyi, yeni risklərin, yeni təhdidlərin yarandığı, münaqişələrin, qanlı toqquşmaların davam etdiyi, kütləvi etiraz aksiyalarının geniş vüsət aldığı mənfi mənzərə fonunda Azərbaycan tərəqqi, sabitlik ölkəsi kimi uğurlu inkişaf göstəricilərinə nail olub, ölkədə işgüzar fəallıq daha da yüksəlib, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradılıb, mühüm infrastruktur layihələri həyata keçirilib, abadlıq-quruculuq işləri davam etdirilib.
2004-cü ildən etibarən həyata keçirilən regionlarin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının icra vəziyyətinə nəzər saldıqda bu işlərin həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhər, qəsəbə və kəndlərimizdə özünü göstərməsi, Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf edərək, ümumi daxili məhsulun 3,3 dəfə, sənaye istehsalının 2,6 dəfə, ixracın 4,7 dəfə, valyuta ehtiyatlarımızın 24 dəfə artması, son 15 ildə ölkəmizə böyük həcmdə vəsaitin, təxminən 250 milyard dollar sərmayə qoyulması, bu sərmayənin yarısının xarici investisiya olması və xarici investorlar üçün Azərbaycanın çox cəlbedici ölkə kimi qəbul edilməsi ölkəmizin sürətli inkişafının əyani təzahürüdür. Şübhəsiz ki, əldə edilən misilsiz nailiyyətlər əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli sosial-iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Qeyd edək ki, dövlətimizin başçısının qərarları ilə hər bir bölgənin inkişaf strategiyasına uyğun həyata keçirilən və son illər bütün regionlarda böyük vüsət alan abadlıq-quruculuq işləri ötən il Gədəbəy rayonunda da uğurla davam etdirilib, mühüm infrastruktur layihələri icra olunub, sosial yönümlü obyektlər tikilib istifadəyə verilib, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial vəziyyətin yüksəldilməsi istiqamətində zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilib, rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunub. Yeri gəlmişkən vurğulayaq ki, bu günlərdə Gədəbəy rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev yığıncaqda geniş hesabat məruzəsi ilə çıxış edib.
2018-ci ildə rayonun ümumi daxili məhsul istehsalının həcmi 550 milyon 055,7 min manat olub
Məruzədə qeyd olunur ki, 2018-ci ildə rayonun ümumi daxili məhsul istehsalının həcmi 550 milyon 055,7 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55 milyon 304,4 min manat və ya 11,2 faiz çoxdur. Rayon üzrə sənaye məhsulu istehsalı 156 milyon 716,2 min manat təşkil edib. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 1,5% olub. Nəqliyyat sektorunda isə 2 milyon 538,1 min manatlıq xidmətlər göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% çox olub. Bundan başqa, rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 484,5 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% çox rabitə xidməti göstərilib.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 29 milyon 117,8 min manat məbləğində investisiya cəlb edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 69,4 faiz olub. İnvestisiyaların 27 milyon 919,4 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 67,7 faiz çoxdur. İstehlak və xidmət bazarlarında isə əhaliyə 254 milyon 484,3 min manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Pərakəndə əmtəə dövriyyəsi 212 milyon 440,9 min manata, pullu xidmətlərin həcmi 42 milyon 43,4 min manata çatdırılıb. Ticarət şəbəkəsindən satılmış məhsulların 3,2 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 16,5 faizi kənd təsərrüfatı bazarları, 80,3 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunub.
Ötən il ərzində rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əməkhaqqı 2017-ci illə müqayisədə 8,0 faiz çoxalaraq 441,7 manat, sənaye sahəsində çalışanların orta aylıq əməkhaqqı 3 dəfə artaraq 878,6 manat təşkil edib. Ümumi daxili məhsul istehsalında 28,5 faiz sənayenin, 25,7 faiz kənd təsərrüfatının, 5,3 faiz tikintinin, 40,0 faiz ticarətin, 0,5 faiz isə nəqliyyat və rabitənin payına düşüb. Ümumi daxili məhsul istehsalına daxil olan məhsulların istehsalında əvvəlki illə müqayisədə 41 milyon 215,9 min manat və ya 14,4 faiz, xidmətlərin göstərilməsində isə 14 milyon 088,5 min manat və ya 6,7 faiz artım qeydə alınıb.
Ötən il Gədəbəydə 1313 yeni iş yeri açılıb
Son 15 il ərzində Gədəbəy rayonunda 15 min 414 yeni iş yeri açılıb ki, onlardan 665-i daimi olmaqla 1313-ü ötən ilin payına düşür. Bunlardan 303-ü yeni yaradılmış müəssisə və təşkilatlar, 107-si mövcud müəssisə və təşkilatlar, 255-i isə fiziki şəxslər tərəfindən, 49-u investisiyalar hesabına, 648-i digər hallarda yaradılıb. 2018-ci ildə Gədəbəy rayon büdcəsinin yerli gəlirlər üzrə mədaxili ümumilikdə 4 milyon 750,0 min manat proqnoz plana qarşı 5 milyon 970,0 min manat və ya 125,7 faiz olmaqla 1 milyon 220,0 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 586,1 min manat çox yerinə yetirilib. Hesabat ilində 7 tədiyyə növü üzrə proqnoz planlar artıqlaması ilə, 3 tədiyyə növü üzrə cəmi 169,3 min manat, fiziki şəxslərdən gəlir vergisi 105,4 min manat və ya 3,9 faiz, sadələşmiş vergi 59,6 min manat və ya 13,0 faiz və dövlət torpaqlarının icarəyə verilməsindən daxilomalar 4,2 min manat və ya 21,2 faiz kəsirlə yerinə yetirilib. Büdcənin xərcləri 92,3 faiz və ya 803,2 min manat az yerinə yetirilib, artıq və qanunsuz xərclərə yol verilməyib. Hesabat dövründə rayon üzrə orta aylıq əməkhaqqı 441,8 manat təşkil edib ki, bu da ötən illə müqayisədə 3,7 faiz çoxdur.
Onu da vurğulayaq ki, 2018-ci ildə Gədəbəy rayonunun inkişafı, sosial infrastrukturun yaradılması ilə bağlı tədbirlər də uğurla davam etdirilib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonun inkişafını təmin edən 17 tədbirin icrası ilə bağlı mühüm layihələr həyata keçirilib. Gədəbəy şəhərinin abadlaşdırılması işləri çərçivəsində yol kənarlarında səkilər çəkilib, istinad divarları üzlük daşla üzlənib, küçələr işıqlandırılib. Eləcə də şəhərin Bakı, M.Hüseynzadə, Qarabağ, Səməd bəy Mehmandarov, Cavanşir Abdullayev və M.Ə.Sabir küçələrində asfaltlaşdırma işləri aparılıb, N.Nərimanov, Zərifə Əliyeva, 20 Yanvar, Qoşqar Əhmədli və Dilarə Əliyeva küçələrində işıqlandırma sistemi quraşdırılıb. M.Ə.Rəsulzadə və S.Vurğun küçələrində istinad divarları üzlənib, suötürücü kanallar çəkilib, Xəlil Haqverdiyev və Mir Cəlal Paşayev küçələrində kommunal binalar təmir edilib. Hal-hazırda isə S.Vurğun küçəsinin yenidən qurulması istiqamətində işlər aparılır. Burada yerləşən ticarət obyektləri yeni dizaynda təmir edilib, səkilər quraşdırılıb, yüksəkgərginlikli elektrik xətləri yer altına keçirilib. Şəhərin Vahid Rüstəmov küçəsində polis əməkdaşları üçün 2 mərtəbəli 10 mənzilli yaşayış binası tikilib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rayon icra hakimiyyətlərinin müvafiq ərazilərdə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlərin görülməsi istiqamətində tapşırıqlarının icrası davam etdirilib, rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə 2400,0 min manat investisiya cəlb edilib. 2018-ci ildə Gədəbəy şəhərində illik istehsal gücü 5 min ton olan çörək bişirmə müəssisəsi fəaliyyətə başlayıb və burada 7 nəfər işlə təmin olunub. Rayonun sənaye potensialına uyğun olaraq Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi və Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrinin tikinitisi davam etdirilir. Qeyd edək ki, rayonda iş adamlarına və investisiya yatırmaq istəyən sahibkarlara bütün zəruri şərait yaradılıb, təkliflərini və onları narahat edən məsələləri dinləmək üçün 8 noyabr 2018-ci il tarixdə iş adamları ilə görüş keçirilib. 2019-cu il ərzində davam edəcək və yeni cəlb ediləcək layihələr hesabına Gədəbəydə beş milyon manatdan çox investisiya cəlb edilməsi nəzərdə tutulur.
Ötən il ərzində rayonda ümumilikdə 13 min 793,8 hektarda əkin işləri aparılıb
Kənd təsərrüfatına gəlincə, rayonun iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil etdiyi üçün bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində işlər aparılaraq məhsul istehsalçılarına lazımi dəstək verilib. 2018-ci il ərzində rayonda ümumilikdə 13 min 793,8 hektarda 11 min 810 hektar kartof, 1585,3 hektar buğda, 94 hektar arpa, 240 hektar kələm, 18 hektar yerkökü, 10 hektar qarğıdalı, 36,5 hektar digər tərəvəz məhsulları əkilib. Sahələrdən 126 min 367 ton kartof, 4 min 375 ton buğda, 188 ton arpa, 43 ton qarğıdalı, 3 min 360 ton kələm, 252 ton yerkökü və 408,2 ton digər tərəvəz məhsulları yığılıb, orta məhsuldarlıq hər hektara kartof, buğda və tərəvəz sahəsində müvafiq olaraq 107, 27,6 və 143,1 sentner təşkil edib. Kənd təsərrüfatı məhsullarının becərilməsi zamanı işləyənlərin sayı 37 min 109 nəfər olub. 2019-cu ilin məhsulu üçün isə 1774,6 hektar payızlıq taxıl (1725,6 hektar buğda, 49 hektar arpa) və 14 hektar yonca səpini aparılmaqla ümumilkdə 1788,6 hektar sahədə əkin aparılıb.
Hesabat ilində iribuynuzlu mal-qaranın baş sayı 48 min 812 baş, qoyun və keçilərin baş sayı 243 min 452 baş olub, diri çəkidə 67,1 min sentner ət, 504,0 min sentner süd və 6,1 min sentner yun istehsal edilib.
2018-ci ildə rayonda 2360 hektar əkin sahəsinin becərilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağları alınmasına görə dövlət büdcəsinin vəsaiti hesabına 157 min 908 manat subsidiya verilib, 220 ton mineral gübrə 70 faiz güzəştli qiymətlərlə satılıb. Hesabat ilində 9074 arı ailəsinə görə 747 arıçıya 90 min 740 manat subsidiya hesablanaraq ödənilib, 5 oktybar 2018-ci il tarixdə Bakı şəhərində təşkil edilmiş bal yarmarkasına 7 nəfər arıçının istehsal etdiyi 2410 kq süzmə bal, 80 ədəd çərçivə, 6 kq çiçək tozu və 4,5 kq vərəmum satışa göndərilib.
Ötən il ərzində icra edilən əsas vəzifələrdən biri də vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaqların geri qaytarılması, eyni zamanda, əkilməyən pay torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi məqsədi ilə aparılan maarifləndirmə işlərindən ibarət olub. Rayon İcra Hakimiyyəti başçısının hesabat məruzəsində təəssüflə qeyd olunur ki, belə halların qarşısının alınmasında bələdiyyələr tərəfindən hər hansı tədbirlər görülməyib, əvvəllər zəbt olunmuş sahələrin bələdiyyə mülkiyyətinə qaytarılmasına cəhd edilməyib. Digər tərəfdən, bələdiyyələr tərəfindən büdcələrinin formalaşması üçün lazımi addımlar atılmayıb, imkanlardan və resurslardan səmərəli istifadə edilməyib. Bələdiyyələrə qarşıdakı illərdə bu cür neqativ halların aradan qaldırılması tövsiyə olunub. 2018-ci il ərzində 20 bələdiyyə üzrə ümumilikdə 81 km yol təmir edilib, 150 min 163 manat vergi yığılıb ki, bu, hər bələdiyyə üzrə ildə orta hesabla 7,5 min manat təşkil edib. Mövcud imkanlara görə bu rəqəm hər bələdiyyə üzrə ildə orta hesabla 25,0 min manat olmaqla il ərzində 500,0 min manat təşkil edə bilər.
Ötən il ərzində əhalinin sosial təminat məsələləri, bu sahədə şəffaflığın və ədalətliliyin təmin olunması diqqət mərkəzində saxlanılıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon şöbəsində 16 min 37 nəfər pensiyaçı qeydiyyatda olub ki, onlardan 8558 nəfəri və ya 53,3 faizi yaşa görə, 6283 nəfəri və ya 39,2 faizi əlilliyə görə, 1196 nəfəri və ya 7,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Hesabat ilində sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqqı hesabına 2 milyon 115,9 min manat vəsait toplanaraq plan proqnoza 88,9 faiz əməl olunub. Ötən il rayon üzrə pensiya və müavinətlərin ödənilməsi üçün daxil olmuş 6021,2 min manat vəsait hər ay vaxtında pensiyaçıların plastik kartlarına köçürülüb və bu işlər daim nəzarətdə saxlanılıb. Pensiya və ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər barədə əhalinin maarifləndirilməsi işinin gücləndirilməsi DSMF-nin rayon şöbəsinə tapşırılıb.
Gədəbəydə əhalinin məşğulluğunun artırılmasına yönəlmiş tədbirlər ötən il də davam etdirlib. Belə ki, Gədəbəy rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaq məqsədilə 1218 nəfər müraciət edib. Onlardan 529 nəfəri və ya 43,4 faizi müxtəlif idarə, müəssisə və təşkilatlarda işlə təmin edilib. İşlə təmin olunanların 227 nəfəri və ya 43,0 faizi qadınlar, 119 nəfəri və ya 22,5 faizi gənclərdir. Hesabat ilinin sonuna qeydiyyatda olan işsiz və işaxtaran vətəndaşların sayı 1547 nəfər olub. Azərbaycan Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərancamına uyğun olaraq rayon məşğulluq mərkəzində qeydiyyatda olan işaxtaran vətəndaşlar 3 mərhələli təlimlərdə iştirak ediblər, onlardan 96 nəfəri təlimləri uğurla başa vurub və il ərzində 49 nəfər aktivlərlə təmin olunub.
2018-ci ildə rayonda əhaliyə 1 mərkəzi, 31 kənd poçt şöbəsi, 1 agentlik və 25 elektron avtomat telefon stansiyası vasitəsilə rabitə xidməti göstərilib. Rayon üzrə telefon çəkilişi ötən illə müqayisədə 34 ədəd və ya 13,0 faiz çox olub, genişzolaqlı internet istifadəçilərinin sayı 505 nəfər artaraq 2895 abonentə çatıb. Rayon Telekommunikasiya qovşağı tərəfindən plan proqnoz 34,2 min manat və ya 6,2 faiz çox yerinə yetirilib.
Rayonun 63 yaşayış məntəqəsi təbii qazla təmin olunub və bu proses davam etdirilir
Gədəbəydə hesabat ilində əhalinin elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı 10 kv-luq Ərtəpə, Nəriman, Novoivanovka, Arıqdam, Miskinli, Şəkərbəy, Alnabat, Böyük Qaramurad, Novosaratovka, KRS, Hacılar, Slavyanka hava xətlərində 22,7 km, Gədəbəy şəhərində, Qoşabulaq, Çanaqçı, Hacıələkbərli, Totuqlu, Qaraməmmədli, Prakənd, Leşkər, Köhnəkənd, Arıqıran, Əyrivəng, Kərimli, İnəkboğan və Söyüdlü kəndlərində 0,4 kv-luq hava xətlərində 38,5 km məsafədə əsaslı və cari təmir işləri aparılıb, cəmi 461 ədəd yararsız 10 və 0,4 kv dayaq yeni metal dayaqlarla əvəz olunub. 35 kv-luq Gədəbəy-Novosaratovka hava xəttinin şəhər ərazisindən çıxarılaraq yeni trassa üzrə tikintisi davam edib. Qızıl Aypara cəmiyyətinin dəstəyi ilə Mormor, Zamanlı, Arabaçı, Qaravəlilər, Əyridərə, Sonalar, Hacılar və Göyəlli kəndlərində 1129 ədəd dayaq və 33,8 km naqil yeni SİP-lə əvəz edilib, hal-hazırda şəbəkə tərəfindən Parakənd və Səbətkeçməz kəndlərində SİP dayaqların quraşdırılıması davam edir. Bu dövrdə 86 mln. 249759 kvt/saat enerji istehlak edilib və onun dəyəri 7 mln. 367 min 464,9 manat olmaqla 103,1 faiz ödənilib.
2018-ci ildə Şəmkir Regional Qaz İstismarı İdarəsinin Gədəbəy Xidmət sahəsi tərəfindən 12 min 072 abonentə xidmət göstərilib, illik ödəniş 93,4 faiz təşkil edib. Ötən il 21-i dövlət vəsaiti, 1-i isə kənd sakinlərinin təşəbbüsü ilə olmaqla cəmi 22 yaşayış məntəqəsində 2103 abonent təbii qazla təmin edilib, hal-hazırda rayonun yaşayış məntəqələri üzrə təbii qazla təmin olunması səviyyəsi 58 faiz və ya 63 yaşayış məntəqəsi təşkil edir. Bu il rayonun daha bir neçə yaşayış məntəqəsinin təbii qazla təchiz edilməsi nəzərdə tutulur.
2018-ci ildə Su-kanal İdarəsi tərəfindən Gədəbəy şəhərində 2339, Pərizamanlı kəndində isə 89 abonentə xidmət göstərilib. Ötən dövr ərzində “Südlü bulaq” su mənbəyindən 399 min 369 kubmetr içməli su götürülüb və satılmış içməli suya görə 71 min 781 manat vəsait toplanaraq plana 107,6 faiz əməl olunub. Hal-hazırda şəhərin Heydər Əliyev prospektində Su-kanal idarəsi üçün yeni inzibati binanın və yay aylarında xüsusilə yağıntı olmayan dövrdə fasiləsiz su təminatı üçün Plankənd kəndi ərazisində yeni su xəttinin tikintisi davam etdirilir.
Ötən ildə də Gədəbəy rayonunda yol infrastrukturunun qurulması ilə bağlı layihələr davam etdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən 29 km uzunluğunda Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolunun tikintisi başa çatıb. Bununla yanaşı, Çalburun kəndində Qarıkənd-Miskinli-Çalburun avtomobil yolu üzərindəki körpünün tikintisi davam etdirilib, Gədəbəy-Qızıltorpaq-Qonaqlı və Qarıkənd-Miskinli-Çalburun avtomobil yollarında təmir işləri aparılıb, Gərgər-Şəkərbəy avtomobil yolu üzərində sel suları nəticəsində sıradan çıxmış suötürücü borular bərpa edilib. Qış mövsümündə hərəkətin intensivliyinin təmin edilməsi və sürüşkənliyə qarşı mübarizə məqsədilə texniki duz və qum qarışığı tədarük edilib.
Ötən il məzunların 228 nəfəri ali məktəbə qəbul olunub
Hesabat ilində rayonda təhsilin inkişafı, maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər davam etdirilir, bu sahənin inkişafı və keyfiyyət göstəricilərinin yüksədilməsi istiqamətində tədbirlər həyata keçirilir. Rayonun 83 ümumtəhsil məktəbində 10516 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1530 nəfər pedaqoji işçi məşğul olub. 2017-2018-ci tədris ilində məktəbin 11-ci sinfini 731 nəfər bitirib, onlardan 368 nəfəri və ya 50,3 faizi ali məktəblərə qəbul olunmaq üçün sənəd verib və 228 nəfər ali məktəblərə qəbul olunub. Qəbul olanlar məzunların 31,2 faizini, sənəd verənlərin isə 62,0 faizini təşkil edib. Ali məktəblərə qəbul olanların 54 nəfəri 500-dən, 24 nəfəri isə 600-dən yuxarı bal toplayıb. İl ərzində şagirdlərin biliklərinin yoxlanılması məqsədilə fənn olimpiadaları keçirilib, eyni zamanda, qaliblərin zona və respublika turunda iştirakı təmin olunub. Böyük Qaramurad kənd tam orta məktəbinin şagirdi respublika turunda 3-cü yeri tutub. Həmçinin Talakənd, Dördlər və Əyrivəng kəndlərində 40 şagird yerlik modul tipli məktəblər, Miskinli kəndində 60 yerlik körpələr evi uşaq bağçası yenidən tikilib, 15 yerlik Samanlıq kənd körpələr evi uşaq bağçası əsaslı təmir olunub.
Onu da qeyd edək ki, rayonda əhaliyə 121 çarpayılıq Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi rayon Xəstəxanası, 5 kənd xəstəxanası, 19 həkim, 25 tibb məntəqəsi, Gigiyena və epidemiologiya mərkəzi tərəfindən tibbi xidmət göstərilir. 2018-ci ildə rayonda 943 uşaq doğulub. Ötən il Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq 10 fevral 2018-ci il tarixdən 01 may 2018-ci il tarixədək Gədəbəy rayonunda əhalinin tibbi müayinəsi ilə bağlı humanitar aksiya keçirilib və əhalinin 67 min 480 nəfəri və ya 67,7 %-i tibbi müayinədən keçib. Müayinədən keçənlərin 52304 nəfəri və ya 77,5 faizinin sağlam olduğu aşkar edilib, 14990 nəfəri və ya 22,2 faizi ambulator, 89 nəfəri və ya 0,1 faizi stasionar müalicəyə cəlb edilib, 97 nəfər və ya 0,2 faizi isə ixtisaslaşmış tibb müəssisəsinə göndərilib, 16 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Gənclərlə iş və onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində davamlı olaraq tədbirlər keçirilir
Onu da vurğulayaq ki, 2018-ci il ərzində Gədəbəy rayonunda tarixi günlərin, dövlət və milli bayramların, mədəni-kütləvi tədbirlərin qeyd edilməsi diqqət mərkəzində saxlanılıb. 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə əmək kollektivlərinin və ictimaiyyət nümayəndlərinin iştirakı ilə yürüş təşkil olunub və bu yürüşdə 3000-dən çox rayon sakini iştirak edib. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan işçilərin, Qarabağ müharibəsi əlillərinin, şəhid və aztəminatlı ailələrin uşaqları üçün hər gün 3 seans olmaqla 2 gün ərzində tamaşa göstərilib.
Gənclərlə iş və onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətənə məhəbbət hissinin aşılanması, xalqla ordu arasında vəhdətin yaradılması və bu birliyin möhkəmləndirilməsi məqsədi ilə təbliğat işləri mütəmadi olaraq aparılmışdır. Gənclər və İdman İdarəsi ilə birgə “Şahin” hərbi-idman, “Nə? Harada? Nə zaman?” intellektual oyunları, rayonun daha çox şagird kontingenti olan məktəblərində “Sosial şəbəkələr və biz” mövzusunda təlimlər keçirilib, rayon idmançıları müxtəlif rayonlarda təşkil olunmuş idman yarışlarında iştirak ediblər. Taekvando idman növü üzrə 24-25 noyabr tarixlərində Göyçay rayon açıq birinciliyinə 11 idmançı ilə qatılan rayon komandası 1 qızıl, 2 gümüş, 7 bürünc, 26-28 dekabr tarixlərində böyüklər arasında Bakı şəhərində keçirilən respublika çempionatında iştirak etmiş 5 idmançıdan ikisi 80 kq və 87 kq çəkidə gümüş medal qazanıb.
Hesabat dövründə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən tapşırığa əməl edilərək 329 nəfər həqiqi hərbi xidmətə göndərilib. Rayon ərazisində dövlət orqanlarında çalışan işçilər və fəaliyyət göstərən iş adamları tərəfindən Silahlı Qüvvələrin Yardım Fonduna 38 min 652,43 manat vəsait köçürülüb ki, bu da ötən ilin müvafiq dövründən 1683,72 manat və ya 4,5 faiz çoxdur.
Ötən il Gədəbəy rayonunda ekoloji tədbirlərin də keçirilməsi davam etdirilib. Turizm imkanları geniş olan rayonda yaşıllaşdırma və ağacəkmə kampaniyaları ənənəvi hal alıb. İl ərzində rayonun bütün yaşayış məntəqələrində, o cümlədən magistral avtomobil yollarının kənarlarında 10 mindən çox müxtəlif növ ağaclar əkilib və onların qorunması üçün mühafizə zolaqları çəkilib. Eyni zamanda, rayonun bütün yaşayış məntəqələrində uzun illərdən bəri yığılıb qalmış məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi məqsədilə mütəmadi olaraq iməciliklər təşkil edilib, rayonun Slavyaka, Novosaratovka, Çanaqçı, Xarxar, Nərimankənd və Zəhmətkənd kəndlərində tullantıların mərkəzləşmiş qaydada daşınması və idarə edilməsi üçün avtomobillə xidmət yaradılıb.
2018-ci ildə “ASAN xidmət”in səyyar avtobusu tərəfindən 7-31 iyul tarixlərində rayonda 2263 vətəndaşa xidmət göstərilib.
Gədəbəy rayon hüquq-mühafizə orqanları da cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində öz fəaliyyətlərini Azərbaycan Republikasının qanunlarının tələbləri səviyyəsində qurub.
Ötən il Gədəbəy RİH başçısı Aparatında vətəndaşların şikayətlərinə baxılması və onların qəbulu diqqətdə saxlanılıb, hər həftə rayonun bir nümayəndəliyində əhali ilə görüşlərin və vətəndaşların qəbul edilməsi praktikası davam etdirilib, vətəndaşların qaldırdıqları problemlərin böyük əksəriyyəti yerində həll edilib. Hesabat ili ərzində RİH başçısı tərəfindən yerlərdə 49 səyyar görüş keçirilib və bu görüşlərdə 5972 nəfər iştirak edib, vətəndaşlar tərəfindən 196 təklif irəli sürülüb.
Onu da qeyd edək ki, ötən ilin yekunları ilə bağlı rayonun bir şəhər və 46 kənd İƏD üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilib, bu yığıncaqlarda 5433 nəfər vətəndaş iştirak edib. Hesabat yığıncaqlarında mövcud problemlər, çatışmazlıqlar və təkliflərlə bağlı çıxış edən 220 vətəndaş tərəfindən 205 təklif irəli sürülüb ki, bu təkliflərin 43-ü ərazidəki istifadəyə yararsız elektrik dayaqlarının və naqillərinin dəyişdirilməsi, 22-si yeni EATS-lərin quraşdırılması, poçt şöbəsinin açılması və binaların tikilməsi, 20-si məktəb binasının tikilməsi və təmiri, 18-i ərazidə səhiyyə obyektlərinin tikilməsi və əsaslı təmiri, 17-si mədəniyyət evlərinin yaradılması, əsaslı təmiri və yenidən tikilməsi, 15-i qazla təchizat, 11-i körpü və keçidin tikilməsi və təmiri, 11-i kəndarası yolların təmiri, 48-i isə digər məsələlər üzrə olub. Ötən il vətəndaşlar tərəfindən qaldırılan bu məsələlərin həlli ilə bağlı bütün təkliflər araşdırılaraq, müvafiq tədbirlər planı hazırlanıb.
Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb
Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy rayon İcra Hakimiyyəti (RİH) tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb. Mərkəz 39 sahə üzrə xidmət edir. Qurumda RİH başçısı Aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işçi olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək onların internetə çıxışı təmin edilib. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə) “Qaynar xətt” yaradılıb. Bundan əlavə, xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərirlər. Burada məqsəd sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi, vaxt itkisinin qarşısının alınması, süründürməçilik və korrupsiya hallarının qarşısının alınması, vətəndaşın eyni vaxtda vahid məkanda RİH-in bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması, RİH-in vətəndaşın etimad ünvanına çevrilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsidir.
Qeyd edək ki, xidmətə sənədlərin qəbulu və verilməsi, memarlıq və tikinti məsələləri (13 xidmət), hüquq məsələləri (12 xidmət), sosial-iqtisadi məsələlər (6 xidmət), humanitar məsələlər, İƏD üzrə nümayəndəliklər və bələdiyyələrlə bağlı məsələlər (8 xidmət), yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri daxildir. Könüllülər isə sağlamlıq vəziyyətinə görə məhdud hərəkətli vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı onların öz ünvanlarında ilkin sənədləşmə işlərinə köməklik göstərir, həmçinin müraciət edən vətəndaşların ərizə formalarının doldurulmasını həyata keçirirlər.
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər” kimi tapşırığı vətəndaşların müraciətlərinə baxılması kimi həssas bir sahədə Gədəbəy rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsas qayəsini təşkil edib. İlk növbədə vətəndaşların qəbuluna münasibət kökündən dəyişilib, müraciətlərin mahiyyəti üzrə əsaslı qərarlar qəbul olunub. Hər bir müraciətə göstərilən həssas münasibət, açıqlıq, işgüzar mühit, yerli icra hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması rayon İcra Hakimiyyətini vətəndaşların etimad ünvanına çevirib, vətəndaş məmnunluğunu yüksəldib. Bu yöndə əsaslı və ciddi tədbirlər davam etdirilir.
Nardar BAYRAMLI

 
  • Oxunub:  2130  |  
  • Tarix:  23-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

21 May 20:05
YAP Səbail rayon təşkilatının iclasında qarşıda duran vəzifələr müzakirə edilib
21 May 20:02
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21 May 20:00
Nikola Yurçeviç: Qarşıdaki oyunlara çox ciddi hazırlaşırıq
21 May 19:56
BDU-da tədbir: Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq
21 May 19:53
Gəncədə “Azərbaycançılıq ideologiyası" və "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib
21 May 19:48
Azərbaycan ilə İspaniya arasında miqrasiya məsələləri müzakirə olunub
21 May 19:45
Şəkidə I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb
21 May 19:39
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21 May 19:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
21 May 19:34
Kolumbiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
21 May 19:27
Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
21 May 19:24
Çingiz Hüseynzadə: “Rio-2016”da qazanılan uğuru təkrarlamaq üçün Tokio Olimpiadasına ciddi hazırlaşmalıyıq
21 May 19:22
Bakıda təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafına dair müzakirələr aparılır
21 May 19:18
Rusiya Elmlər Akademiyasının prezidenti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub
21 May 17:47
Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib
21 May 17:41
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər
21 May 17:33
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
21 May 17:23
Təlimlərdə qoşunların yerdəyişməsi, qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub
21 May 17:19
Sevinc Hüseynova: Davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib
21 May 17:15
Malik Həsənov: Azərbaycanda həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
21 May 17:13
Sona Əliyeva: Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir
21 May 17:10
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub
21 May 17:05
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21 May 17:04
Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub
21 May 16:58
BMT-nin Əhali Fondu tərəfindən media nümayəndələri üçün seminar keçirilir
21 May 16:54
Bakıda “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib
21 May 16:52
Dövlət Gömrük Komitəsi ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
21 May 16:47
UEFA Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb
21 May 16:45
Şimal bölgəsində fəaliyyət göstərən vəkillər Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunu müzakirə ediblər
21 May 16:32
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21 May 16:30
Bakıda Menecment və İnnovasiya Forumu işə başlayıb
21 May 16:25
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqlənib
21 May 16:23
Rüfət Quliyev: “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur
21 May 16:10
Kamilə Əliyeva: Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil
21 May 15:56
Azərbaycanla Yaponiya arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub
21 May 15:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fransada silsilə görüşlər keçirib
21 May 15:35
Vəkillər Kollegiyasının ilk regional qurumu olan Sumqayıt Regional Vəkil Bürosunun binası istifadəyə verilib
21 May 15:15
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
21 May 14:49
İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub
21 May 14:27
Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
21 May 14:13
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21 May 14:07
“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub
21 May 14:04
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21 May 14:01
DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir
21 May 13:59
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21 May 13:51
Tahir Süleymanov: Ölkəmizdə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə etiraf olunur
21 May 13:01
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb
21 May 12:58
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
21 May 12:53
Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 May 12:48
“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21 May 12:44
Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir
21 May 12:26
Maliyyə naziri: Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21 May 12:08
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
21 May 11:56
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 727 milyon manatı ötüb
21 May 11:51
Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir
21 May 11:46
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21 May 11:41
Bakıda Asiya İnkişaf Bankının Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu işə başlayıb
21 May 11:38
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
21 May 11:36
Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb
21 May 11:34
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21 May 11:30
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
21 May 11:10
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21 May 11:04
Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub
21 May 10:21
Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir
21 May 10:14
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
21 May 10:10
Düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
21 May 10:01
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
21 May 09:55
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21 May 09:54
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21 May 09:48
General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA