Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
A+   Yenilə  A-
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir
Azərbaycan qısa müstəqillik tarixində özünün geniş imkanlarını təqdim edərək regional və qlobal əhəmiyyət daşıyan bir sıra mühüm layihələrin həyata keçirilməsində fəal iştirak edib. Belə transmilli layihələrdən biri də ölkəmizin təşəbbüsü ilə 2015-ci ildən aktiv şəkildə reallaşdırılan Cənub Qaz Dəhlizidir. Öz miqyasına və iqtisadi önəminə görə XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlərinin icrasına bütövlükdə 45 milyard dollaradək sərmayə qoyuluşu nəzərdə tutulub. Yeni enerji dəhlizi Azərbaycanın Xəzərdə yerləşən “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və istehlakçı dövlətlərə nəqlinə hesablanıb. Azərbaycandan başlayan Cənub Qaz Dəhlizi qonşu Gürcüstandan və Türkiyədən keçməklə Avropanın mərkəzi ölkələrinədək uzanacaq.
Azərbaycan zəngin qaz ehtiyatlarına malik ölkədir
Azərbaycanın müstəqillik illərində reallaşdırılan regional və qlobal əhəmiyyətli layihələrdən söhbət açarkən enerji layihələrinin önəmini xüsusi vurğulamaq lazımdır. Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin ölkədir. Müstəqil Azərbaycanın yeni neft strategiyasının təməlini isə xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev çox böyük uzaqgörənliklə Azərbaycanın yeni neft strategiyasını işləyib hazırladı. 1994-cü ildə ölkənin milli maraqları nəzərə alınmaqla hazırlanan yeni neft strategiyasının reallaşdırılması istiqamətində çox mühüm addım atıldı. Belə ki, 1994-cü il 20 sentyabr tarixində Ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyada tanınan transmilli şirkətlərin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün etibarlı zəmin yaranıb. Ötən müddətdə “Əsrin müqaviləsi” çərçivəsində qazanılan böyükhəcmli gəlirlər sayəsində Azərbaycanın hərtərəfli dinamik inkişafı təmin edilib, respublikamız infrastruktur təminatı baxımından yüksək səviyyəli dövlətə çevrilib, əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyası son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə eyni ardıcıllıqla davam etdirilib. Xatırlatmaq yerinə düşər ki, 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür.
“Əsrin müqaviləsi”nin davamı olaraq 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması respublikamızın perspektiv inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. “Əsrin müqaviləsi”ndə olduğu kimi, yeni Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Bəhs olunan Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək və artıq prosesə başlanılıb.
Yeni Sazişin imzalanması beynəlxalq şirkətə çevrilən SOCAR-ın imkanlarının daha da genişlənməsi baxımından da çox önəmlidir. Məlumdur ki, SOCAR artıq transmilli layihələrdə, o cümlədən beynəlxalq emal və kimya layihələrində, qlobal neft və qaz ticarətinin genişlənməsində fəal iştirak edir. Müasir qlobal infrastrukturun qurulması şirkətin dünya brendinə çevrilməsinin əsas şərtlərindən biri olub. Yeni Sazişə əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Azərbaycan həmçinin zəngin qaz ehtiyatlarına malik bir ölkədir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ehtiyatlarının təsdiqlənməsi ilə respublikamız özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim etməyə başlayıb. Respublikamızla tərəfdaş ölkələr və şirkətlər arasında “Əsrin müqaviləsi”ndən sonra ikinci böyük kontrakt məhz “Şahdəniz” qaz yatağı üzrə imzalanıb. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyunun əvvəlində imzalanıb. O vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək asan məsələ deyildi. Ancaq 2018-ci il 29 may tarixində Cənub Qaz Dəhlizinin açılışı təsdiqlədi ki, Azərbaycan zamanında nə qədər müdrik addım atıb. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir.
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də Azərbaycanın dünyaya qaz ölkəsi kimi təqdim edilməsi baxımından tarixi hadisə idi. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi də mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazının Gürcüstana və Türkiyəyə nəqlinə başlanıldı.
Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Avropanın getdikcə artan tələbatını ödəmək üçün yeni enerji mənbələri lazımdır. Azərbaycan isə “qoca qitə”nin bu ehtiyacını qarşılamağa qadir ölkədir. Azərbaycan reallıqları nəzərə alaraq yeni qazötürücü xəttin - Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Təbii ki, müxtəlif maraqları uzlaşdırmaq, hamını ortaq məxrəcə gətirmək asan deyildi. Aparılan müzakirələr bir nəticə vermirdi. Ayrı-ayrı dairələrdə və ölkələrdə açıq dənizə çıxışı olmayan Azərbaycanın uzaq Avropaya qaz nəql etməsinə skeptik yanaşılırdı. O amil əsas gətirilirdi ki, minlərlə kilometr məsafədə uzanacaq transmilli qaz infrastrukturunun yaradılmasına yönəldilən investisiyalar neft hasilatı ilə müqayisədə daha az gəlir gətirəcək. Belə olan halda Türkiyə və Azərbaycan yeni bir layihəni irəli sürdülər. TANAP adlanan bu layihə üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladılar. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi.
Yuxarıda qeyd etdiyimiz kimi, Cənub Qaz Dəhlizinin praktiki müstəvidə reallaşdırılmasına 5 il bundan qabaq start verilib. İndiyədək layihənin hər 4 seqmenti üzrə böyük iş həcmi yerinə yetirilib. Belə ki, “Şahdəniz” yatağının istismara hazırlanması üçün lazımi işlər görülüb, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi ilə bağlı layihələr tamamlanıb. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.
Ötən il Cənub Qaz Dəhlizinin daha bir mühüm seqmentinin - Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası tamamlandı. 2018-ci il 12 iyun tarixində Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Hazırda Cənub Qaz Dəhlizi üzrə əsas diqqət TAP seqmentinin icrasına yönəldilib. TAP TANAP-ın davamı kimi seçilib. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin 87 faizi tamamlanıb. Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP vasitəsi ilə ilk Azərbaycan qazının Avropaya çatdırılması 2020-ci ilə planlaşdırılır.
Hələlik “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bununla belə, respublikamız, toplantıda bildirildiyi kimi, Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyir. Ölkəmiz “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı xarici şirkətlərlə fəal danışıqlar aparır. Azərbaycanın tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyi başqa bir yataq “Qarabağ” adlanır. Respublikamız həmçinin böyük qaz potensialı olan daha iki yatağa - “Dan ulduzu” və “Əşrəfi” yataqlarına malikdir. Perspektivdə bu yataqların işlənməsi sayəsində hasil ediləcək qaz da Cənub Qaz Dəhlizi vasitəsilə Avropadakı istehlakçılara çatdırılacaq. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında söylədiyi nitqində ölkəmizin kifayət qədər böyük həcmlərdə qaz ehtiyatlarına malik olduğunu nəzərə çatdıraraq deyib: “Azərbaycanın qaz ehtiyatlarına gəldikdə, təsdiq edilmiş ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Lakin, eyni zamanda, hazırda istismar prosesində olan digər yataqlar da var və düşünürəm ki, tezliklə biz “Abşeron” yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq. Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” yataqları və digər yataqlar da çox ümidvericidir. Ona görə də mən əminəm ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq”.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək
Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji mahiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, eyni zamanda, istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Şaxələndirilmiş boru kəməri şəbəkəsi respublikamıza özünün enerji resurslarını müxtəlif istiqamətlərə nəql etməyə imkan verir, paralel surətdə istehlakçılar da tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər. Azərbaycanın ardıcıllıqla davam etdirdiyi neft-qaz siyasətində prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilməməlidir. Halbuki Avropa ölkələri bir neçə il bundan əvvəl soyuq qış aylarında təchizatçı dövlətlərin belə təzyiqləri ilə üzləşmişdi. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına sanballı töhfələr verməklə Azərbaycan özünün bəyan etdiyi ədalətli enerji siyasətinə sadiqliyini bir daha ortaya qoyur. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi layihəsi olduğuna diqqət çəkərək deyib: “Əlbəttə ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz yaxşı anlayırıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə, bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir”.
Xatırladaq ki, hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Mübaliğəsiz demək mümkündür ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə olacaq. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini Avropanın enerji xəritəsini dəyişən layihə kimi səciyyələndirərək deyib: “Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk. Yəni, bu, tam şaxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır”.
Cənub Qaz Dəhlizinin icrasına ümumi məqsədlər naminə çalışan vahid komanda cəlb olunub
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında ötən beş ildə layihənin reallaşdırılması istiqamətində böyük uğurlara imza atıldığı iştirakçılar tərəfindən məmnunluq hissi ilə vurğulanıb. Meqa layihənin ayrı-ayrı seqmentləri üzrə nəzərdə tutulan işlərin vaxtında və yüksək keyfiyyətlə tamamlanması, eyni zamanda, ona marağın getdikcə artması ilk növbədə o amillə bağlıdır ki, burada bütün iştirakçı dövlətlərin maraqları yüksək səviyyədə təmin olunub. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir”, - deyə vurğulayıb.
Ötən dövrdə böyük regional və qlobal əhəmiyyət daşıyan layihə ətrafında kifayət qədər geniş komanda formalaşıb. Komandanın ümumi məqsədləri ona yönəlib ki, layihənin icrası yüksək səviyyədə təmin olunsun və ümumi işdən bütün tərəflər fayda götürsünlər. Prezident İlham Əliyev layihə ətrafında çox geniş beynəlxalq əməkdaşlıq formatının yarandığını məmnunluq hissi ilə nəzərə çatdıraraq vurğulayıb: “Bu gün toplantının formatı onu nümayiş etdirir ki, biz çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaqdır”.
Toplantıda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunan ABŞ və Böyük Britaniya hökumətləri, o cümlədən Avropa İttifaqı Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılan digər enerji layihələri kimi, Cənub Qaz Dəhlizinə də böyük dəstək verirlər. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya Cənub Qaz Dəhlizinə üzv dövlətlərdir. Bundan başqa, artıq Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalanıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısına Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələrin də qatılması bu layihəyə maraq göstərən dövlətlərin sayının getdikcə artdığını təsdiqləyir. Layihənin icrasında Azərbaycanın beynəlxalq brendə çevrilən SOCAR şirkəti, BOTAŞ və BP kimi transmilli şirkətlər iştirak ediblər. Layihəyə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankı kimi aparıcı maliyyə qurumlarının da töhfəsi böyük olub. Beləliklə, Cənub Qaz Dəhlizinin icrasına ümumi məqsədlər naminə çalışan vahid komanda cəlb olunub və bu komandanın ümumi səyləri sayəsində Avropa üçün yeni mənbə sayılan Cənub Qaz Dəhlizinin icrası yekun mərhələyə daxil olub.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2490  |  
  • Tarix:  23-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA