Ana səhifə »  Qəzetin pdf formatı »  Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir
A+   Yenilə  A-
Regionların uğurlu inkişafı bütün sahələri əhatə edir

2018-ci il respublikamızın Qərb bölgəsinə daxil olan Ağstafa, Qazax və Tovuz rayonları üçün də uğurlu olub
Ölkəmizdə son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə olunub. Təbii ki, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Eyni zamanda, respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın icrası da yüksək səviyyədə təmin olunub. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla isə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Yeri gəlmişkən, dövlət başçısı cari il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin inkişafı baxımından üçüncü Dövlət Proqramını yüksək qiymətləndirib: “Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”.
Beləliklə, Azərbaycanda 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, hər bir rayonda əldə edilən uğurlarla müşayiət olunub. Və bu uğurlar 2018-ci ildə də davam edib. Bu məqamda vurğulamaq yerinə düşər ki, 2018-ci il respublikamızın Qərb bölgəsinə daxil olan Ağstafa, Qazax və Tovuz rayonu üçün də uğurlu olub.
Belə ki, ötən il ərzində Ağstafa rayonunda bir sıra sahələr üzrə ciddi nəticələr əldə edilib. 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafanın da inkişafına böyük təkan vermişdir. Ağstafa rayonunda həyata keçirilən sosial-iqtisadi islahatlar ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, rayonda sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən dövr ərzində 7324 yeni iş yeri açılmışdır. Son 7 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2,0 dəfə, sənaye məhsulu istehsalı 3,5 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,8 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 2,4 dəfə, orta aylıq nominal əməkhaqqı 1,3 dəfə artıb. 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə 12591 nəfər məşğul olub. Rayonda 9 ədəd subartezian quyusu istismar üçün balansa götürülüb, 12 ədəd yeni subartezian quyusunun qazılması cari ildə nəzərdə tutulur.
Qeyd edək ki, il ərzində Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilib. Rayonun Qıraq Kəsəmən, Zəlimxan və Göycəli kəndlərində yerli imkanlar hesabına “Şəhidlər parkı” tikilib istifadəyə verilib. Ağstafa rayonunun yaşayış məntəqələri 100 faiz mavi qazla təmin olunub. Əhalinin elektrik enerjisi ilə təminatında 124 ədəd yararsız dayaq yenisi ilə əvəz edilib, 7,7 km yeni SİP kabel xətti çəkilib və 1011 ədəd yeni metal dayaqlar quraşdırılıb. Ağstafa şəhər əhalisinin daha təmiz və keyfiyyətli su ilə təmin olunması üçün rayonun Vurğun qəsəbəsində yerləşən mərkəzi su anbarı kompleksinin ərazisində “Osmos” tipli sutəmizləyici qurğunun tikintisi həyata keçirilir. Rayonun yol-nəqliyyat təsərrüfatı sisteminin kompleks şəkildə əsaslı surətdə yenidən qurulması davam etdirilib və kənd yollarının 90 faizi asfaltlanıb. Hazırda 9,5 km uzunluğunda Ağstafa-Xətai-Yenigün avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri işlərinə başlanıb.
Təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində isə Köhnəqışlaq kəndində 108 şagird yerlik yeni məktəb binası və Kolayır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binası tikilib istifadəyə verilib. Qəzalı vəziyyətdə olan Böyük-Kəsik kənd tam orta məktəbinin yeni binasının tikinti işləri davam etdirilir, H.Aslanov qəsəbəsində 20 şagird yerlik modul tipli məktəbin quraşdırılması başa çatdırılmış və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. 2018-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında məzunlardan 17 nəfəri 600-dən, 42 nəfəri isə 500 baldan yuxarı nəticə göstərib.
Ötən il Qazax rayonu üçün də uğurlu olub. Ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, hesabat ilində bütün sahələr üzrə uğurlu nəticələr əldə olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirilib. Tikinti-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatı sahəsində görülən işlərə diqqət çəkən icra başçısı respublika Prezidenti İlham Əliyevin bu sahə ilə bağlı verdiyi tapşırıqların yerinə yetirildiyini qeyd edib.
Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda həyata keçirilməsini qeyd edən rayon rəhbəri burada bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib. Qeyd edib ki, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni iş yerlərinin yaradılması ilə bağlı çox ciddi tədbirlər görülüb. İcra başçısı son iki il yarımda Qazaxda aparılan abadlıq və quruculuq işlərini müqayisə edərək bildirib ki, rayonda 2018-ci ildə bir çox uğurlara imza atılıb. Bunu rayonda inşa olunan sosial obyektlərin sayı, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi, əkin sahələrinin artırılması, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə edilən nailiyyətlərdən də görmək olar.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin Dövlət Proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlara imza atacağından xəbər verir. Vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən Dövlət Proqramının qəbul olunmasını yüksək qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2019-cu ildə də genişmiqyaslı işlərin görüləcəyini diqqətə çatdırıb.
Tovuz rayonu da 2018-ci ili uğurla başa vurub. Ötən ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, respublikamızda əldə olunmuş dinamik inkişaf fonunda ötən il Tovuz rayonunda da xeyli uğurlar əldə edilib. 2018-cı ildə rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 5,9 faiz artaraq 414 milyon 338 min manat olub. Bunun 62,9 faizi istehsal, 37,1 faizi isə xidmət sahələrinin payına düşür. Ümumi həcmdə məhsul istehsalının xüsusi çəkisi 1,5 faiz artıb. Qeyri-neft sektorunun aparıcı sahəsi kimi kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir.
Ötən il rayon üzrə 190 milyon 784 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Əvvəlki illə müqayisədə 10 min 773 ton çox məhsul istehsal edilib. 2018-ci ildə rayonda 341 min 968 ton kənd təsərrüfatı məhsulları, o cümlədən 65 min 798 ton dənli bitkilər istehsal olunub. Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə 0,1 faiz ataraq 32,1 sentner, o cümlədən buğdanın məhsuldarlığı 32,4 sentner olub. Ötən il Tovuzda 144 min 412 ton kartof istehsal olunub. Kartofun tədarükünün isti yay aylarına təsadüf etdiyini və satış dövrünün uzun çəkdiyini nəzərə alsaq, saxlama kameralarının tikintisi vacib məsələ kimi gündəmə gəlir. Düz Cırdaxan kəndində 3 min tonluq soyuduçu kamera fəaliyyət göstərir, keçən il Əyyublu kəndində hər birinin tutumu 1200 ton olan iki soyuduçu kamera tikilib. Lakin bunlarla kifayətlənmək olmaz. Soyuducu tikintiləri davam etdirilməlidir və bu sahədə olan təşəbbüslər dəstəklənəcək.
Bu mövsümdə rayon fermerləri 38,4 hektar istixanalarda yetişdirilmiş 2542 ton məhsulun satışından 3 milyon 813 min manat gəlir əldə ediblər. Ötən il 1279 hektar sahədə tərəvəz əkilib, sahələrdən 26 min 297 ton məhsul götürülüb. O cümlədən, 9906 ton yerkökü istehsal olunub və fermerlərimiz bundan 3 milyon 500 min manat gəlir əldə ediblər.
İqtisadi səmərəliliyi ilə yanaşı, əmək tutumlu sahə kimi üzümçülüyün inkişafı da xüsusi əhəmiyyət kəsb edir. Son illər fermerlərin bu sahəyə marağı artıb. Hazırda üzüm bağlarının ümumi sahəsi 725 hektara çatdırılıb. Ötən il rayonda 12 min 96 ton məhsul istehsal olunub. Əvvəlki illə müqayisədə məhsuldarlıq 35 sentner artaraq 202 sentner olub. Ötən il həmçinin 5 hektar sahədə yeni üzüm bağları salınıb. Üzümçülüyün inkişafı özü ilə bərabər emal sənayesinin yaradılması zərurətini də ortaya qoyur. Müasir texnologiya əsasında mini şərab emalı zavodlarının qurulmasına ehtiyac var. Bunun üçün sahibkarlara lazımi dəstək verilir.
Keçən il rayonda meyvə bağlarının ümumi sahəsi isə 1324 hektara çatdırılıb, 17 min 662 ton məhsul götürülüb. Bu, əvvəlki ildən 1652 ton çoxdur. Rayonda meyvə bağlarının əksəriyyəti ənənəvi üsulla salınmış bağlardır. Son dövrlər Alakol, Düz Qırıqlı, Aşağı Quşçu kəndlərində, Qovlar şəhəri ərazisində müasir bağçılıq təsərrüfatlarının yaradılmasına da başlanıb. Ötən il 12 hektar sahədə yeni müasir bağlar salınıb. Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzi, yerli icra nümayəndələri və bələdiyyələr müasir bağçılıq təsərrüfatlarının yaradılması, intensiv və superintensiv üsulla bağlar salınması üçün fermerlər arasında maarifləndirmə işləri aparmalıdır.
Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən ötən il meşə ağaclarından meyvə ağaclarına keçid layihəsi çərçivəsində 70 hektar sahədə qoz, badam, ərik tinglərindən ibarət Aqrobağ salınıb. Hazırda Aqrobağların sahəsi 180 hektardır. Meyvəçiliyin sürətli inkişafı üçün saxlama-soyuducu kameralarına ehtiyac var. Bu məqsədlə ötən il Əyyublu, Alakol və Aşağı Quşçu kəndlərində ümumi tutumu 1000 ton olan soyuducu kameralar tikilib.
Ümumilikdə, Tovuzda kənd təsərrüfatının ənənəvi sahələri inkişaf edir. Ötən il 9 ton 781 kiloqram barama istehsal edilib. Bu, əvvəlki ildəkindən 2 min 911 kiloqram çoxdur.
Rayonda kənd təsərrüfatının digər əsas sahəsi olan heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılır. Əvvəlki illə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,7 faiz, yumurta istehsalı 2,5 faiz, yun istehsalı 0,1 faiz artıb.
Onu da qeyd edək ki, ötən il rayon iqtisadiyyatına 62 milyon 113 min manat sərmayə qoyulub. İnvestisiyanın 63,1 faizi dövlət mülkiyyətinə, 36,9 faizi qeyri-dövlət mülkiyyətinə aiddir. Rayon iqtisadiyyatına cəlb olunmuş investisiyanın həcmi 91,2 faiz artıb. Həmçinin Tovuzda ötən il 1764 yeni iş yeri açılıb ki, bunun 1059-u daimidir. Bütövlükdə isə 2004-2018-ci illər ərzində Tovuzda 17012 daimi iş yeri açılıb.
Nardar BAYRAMLI

 
  • Oxunub:  1500  |  
  • Tarix:  23-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir
20 Mart 11:08
Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq
20 Mart 11:07
Ağsaqqallar Şurasının sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20 Mart 11:05
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir
20 Mart 11:04
Berlində keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
20 Mart 11:03
Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək
20 Mart 11:02
Hərbi Prokurorluğun rəhbər işçilərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbirlər davam etdirilir
20 Mart 11:01
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
20 Mart 11:00
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
20 Mart 10:59
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
20 Mart 10:59
Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
20 Mart 10:58
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib
20 Mart 10:57
Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub
20 Mart 10:56
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bolqarıstanda mühüm görüşlər keçirib
20 Mart 10:55
Gədəbəy rayonunda N saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib
20 Mart 10:54
Misirdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +15
gecə+4 +6