YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22.02.2019 [21:07]
Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə Beynəlxalq Muğam Mərkəzində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə partiyanın yaradıcısı, Azərbaycan dövlətçiliyinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin və dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək partiyanın hansı çətin şəraitdə yaradılması haqqında danışıb, onun təsis edilməsinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın yaradılmasının tarixi zərurət kimi meydana çıxdığını deyən Ş.Hacıyev diqqətə çatdırıb ki, həmin ərəfədə Azərbaycanda xaos hökm sürüb. Dağılmaqda olan ölkəni xilas etmək üçün Azərbaycanın bütün regionlarını təmsil edən 91 ziyalının Heydər Əliyevə ümumxalq müraciəti ünvanlaması, həmin il Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin YAP-ın ilk sədri seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi olub. YAP artıq siyasi qüvvə kimi siyasi meydanda öz fəaliyyətinə başladı və qarşıda duran əsas vəzifə təşkilatlanmaq məsələsi idi. Ümummilli lider Heydər Əliyev partiya üzvlərinin qarşısına bütün ölkə ərazisində partiyanın regional təşkilatlarının yaradılması məsələsini qoydu. Cəmi yeddi aydan sonra YAP iqtidar partiyasına çevrildi.
Şəmsəddin Hacıyev bildirib ki, bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib. Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edir. YAP-ın yaranması nəinki respublikamızda və Cənubi Qafqazda, ümumiyyətlə, yaxın coğrafiyada bir fenomenə çevrilib. YAP bu gün böyük qüvvəyə malik olan siyasi təşkilatdır. Dahi Heydər Əliyev deyib Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır. YAP bu kəlamı öz fəaliyyəti ilə doğrultdu.
Qeyd edilib ki, Ulu Öndərin dövlətimiz qarşısında tarixi xidmətlərindən biri də hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi həyatın inkişafına güclü təkan verən, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası olub.
Sonra YAP Səbail rayon təşkilatının tarixi, ictimai, siyasi, sosial və mədəni fəaliyyəti haqqında təqdimat nümayiş olunub.
Daha sonra ötən dövr ərzində YAP Səbail rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən üzvlərin mükafatlandırılması mərasimi olub. Tədbirdə, həmçinin YAP-a yeni üzv qəbul edilmiş üzvlərə vəsiqələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27