Ana səhifə »  Qəzetin pdf formatı »  Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
A+   Yenilə  A-
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”

“Newtimes.az” portalında “Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Dünya miqyasında geosiyasi proseslərin intensivliyi və mürəkkəbliyi haqqında politoloqların fikirləri dərc edilir. Ümumi mövqeyə görə, qlobal gərginlik daha da artır. Bu məqam özlüyündə riskləri də artırır. Son Münxen konfransında da bu barədə fikir mübadiləsi olub. Belə bir vəziyyətdə Cənubi Qafqaz ölkələrinin yeridəcəyi xarici siyasət kursu maraq doğurur. Ermənistan siyasi və ekspert dairələrində yayılan informasiyalar bu ölkənin mövqeyi haqqında müəyyən fikir yürütməyə imkan yaradır. Təhlillər göstərir ki, Ermənistan rəhbərliyi hələ də qlobal və regional miqyasda baş verən prosesləri qeyri-adekvat dərk edir. Onlar reallığa əsaslanmayan mövqe tutmaqda davam edirlər. Bu, bir tərəfdən, regionda riskləri artırırsa, digər tərəfdən, Ermənistanın özünü daha pis vəziyyətə salır. Həmin kontekstdə oyuncaq dövlət və onun marionet idarəçilərinin atdığı addımlar üzərində geniş dayanmağa ehtiyac görürük.

Geosiyasi trendlərin əksinə: erməni siyasilərin adekvat olmayan reaksiyaları

Ermənistanın yeni hökumətinin son geosiyasi proseslərə reaksiyası maraq doğururdu. Bu, iki cəhətdən diqqəti çəkir. Birincisi, Ermənistan rəhbərliyinin indiyə qədər yeritdiyi siyasətdəki səhvləri görə bilib-bilməməsi, ikincisi, “məxməri inqilabçılar”ın qlobal siyasətin trendlərindən çıxardığı nəticələrlə əlaqəlidir. Hər iki məsələdə, açıq deyək ki, müsbət bir məqam görünmür. Erməni politoloqların təqdim etdikləri “təhlillərdən” görünür ki, rəsmi İrəvanın baş verən geosiyasi prosesləri adekvat qavramaq imkanı minimumdur və əlbəttə ki, əgər belə bir potensial varsa.

Erməni mövqeyindən çıxış edən ekspertlərin də cızma-qaraları bu qənaəti dəyişməyə yetərli deyil. Onların əksəriyyəti əvvəllər olduğu kimi, şüuraltı Ermənistanın maraqlarını tanımayaraq, Rusiyanın istəklərindən çıxış edirlər. Bu əsasda irəli sürülən hər bir tezis isə reallıqdan uzaq mənzərə yaradır.

İndi rəsmi İrəvan və ona yaxın media qurumları Ermənistanın xarici siyasətinin müxtəlif istiqamətlərdə daha fəal mövqeyə çıxmasından dəm vururlar. Bunu məsələn, rusiyalı ekspert S.Tarasov və bir sıra erməni ekspertlərin son məqalələrindən də görmək olar. Özü də guya Ermənistan bu kursla üstün mövqeyə çıxmaqdadır ki, nəticə etibarilə artıq Azərbaycan rəhbərliyi ilə deyil, Qərbin böyük dövlətlərinin yüksək vəzifəli siyasətçiləri ilə danışıqlar aparır. Burası lap gülməlidir. Lakin erməni siyasi-diplomatik şüurunun köləlik xüsusiyyətinə tam uyğundur.

Ermənistan necə süni yaradılıbsa, onun siyasəti də süni faktorlara dayanır. Əsl müstəqil dövlətin liderləri dolayısı ilə deyil, birbaşa ünsiyyətə üstünlük verirlər. Ermənistan Azərbaycanın torpaqlarını işğal edibsə (havadarlarının ciddi hərbi yardımı və siyasi-diplomatik dəstəyi ilə), yaranmış münaqişənin taleyini Azərbaycansız necə həll edə bilər? ABŞ, Fransa, Almaniya və Rusiya deyil, bütün dünya belə gəlsə, Azərbaycanın razı olmadığı bir məsələni həll edə bilməzlər. Bunu İrəvanda donuq başları ilə hələ anlamayıblarsa, biz yeni erməni siyasi natamamlıq kompleksi ilə üz-üzəyik.

Əslində, burada qeyri-adi bir şey yoxdur. Ermənistanın hazırkı rəhbərliyi siyasi qabiliyyətinə görə əvvəlkilərdən zərrə qədər də irəlidə deyil. İndi N.Paşinyan ağasını dəyişməyə və bu referansı xarici siyasətin müstəqilləşdirilməsi kimi təqdim etməyə çalışır. Onun “məxməri inqilab”, “erməni inqilabi dəyişikliyi”, “sivil dünya ilə bütünləşmək” kimi məzmunsuz pafoslu siyasi ibarəbazlığı əsl niyyəti gizlətmək üçündür. Guya Ermənistan küçə hərəkatı ilə siyasi, mənəvi, ideoloji, diplomatik və mədəni simasını qəfil dəyişib. Son illərə kimi Rusiyanın vassalı olan kütlə birdən demokratiyanın və sivilizasiyanın aparıcı mövqeyinə çıxıb.

Deməli, ekspert dairələrinin də dəridən-qabıqdan çıxaraq Paşinyan hakimiyyətini tərif etmələri reallıqda Ermənistanın yeni vassal olmaq xəttini təbliğ etməkdən başqa bir şey deyildir. İndi onun Avropa, Rusiya, İran və Gürcüstan istiqamətlərində “möhtəşəm siyasi addımları”nı nə qədər təbliğ etsələr də, ortada real heç nə yoxdur. Maraqlıdır ki, erməni siyasi və ekspert dairələrində hələlik Rusiya məsələsində fikir ayrılığı mövcud olaraq qalır. Xüsusilə son günlər Rusiyada yaşayan bəzi erməni soyadlı ekspertlər rəsmi İrəvanı ittiham edirlər. Onlardan biri M.Simonyan isə hətta İrəvanı “məxməri inqilab”ı Rusiyaya ixrac etməkdə günahlandırıb. İrəvanda keçirilən bir seminarı təhlil edərkən erməni ekspert bu fikri irəli sürüb.

Absurd iddia: ziddiyyətli məqamların məngənəsində sıxılanların röyası

Sağlam düşüncə üçün bu, absurd iddiadır. Çünki Ermənistanda heç bir “məxməri inqilab” baş verməyib, söhbət ABŞ-ın ssenarisi üzrə hakimiyyətin qəsb edilməsindən gedir. Rusiya isə dünya miqyasında Amerika ilə rəqabət aparan böyük dövlətdir. Ermənistandan potensial təsir Moskva üçün milçək vızıltısıdır. Ancaq erməni xisləti özünü süni böyütməkdən çox qidalanır. Bu səbəbdən də hansısa inqilab ixracından dəm vururlar.

Digər tərəfdən, Ermənistan mediasında informasiyalar yayılır ki, Rusiyadakı erməni diasporu daha da fəallaşıb və keçmiş baş nazir K.Karapetyan artıq İrəvanda gizli görüşlər keçirir. Bunun fonunda ermənilər üçün böyük ümidlə yaradılmış “Lazarev klubu”nun da Ermənistan əleyhinə fikirlər səsləndirməyə başladığını yazırlar. Yəni, kütləvi informasiya vasitələrində belə bir fikir yayırlar ki, Şimaldan tərəfdən “soyuq küləklər” əsir. Bunun fonunda bir-birinə zidd olan iki fikir səsləndirilir.

Birincisi, rəsmi İrəvan Qərb istiqamətində daha fəal siyasət yeridir. Nümunə kimi təhlükəsizlik məsələlərinə dair Münxendə keçirilən konfrans çərçivəsində Ermənistan prezidenti Armen Sarkisyanın ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenlə görüşünün “səmimiliyi”ni göstərirlər. Qərb mediasında isə C.Bayden “qüdrətsiz və qoca fiqur” kimi təqdim edilir. Onun Amerika siyasətinə real təsiri sıfır hesab edilir. Bu yaşda bir insanın prezident ola biləcəyi imkanı minimumdur. Həmin səbəbdən gizli və ya açıq formada Ermənistan prezidentinin C.Baydenlə görüşünün real siyasi nəticəsi ola bilməz.

İkincisi, Ermənistan mətbuatında informasiyalar yayılır ki, Gürcüstan istiqamətində uğurlu əməkdaşlıq imkanları yaranır. O cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı saziş imzalanıb. Rusiya tərəfdən isə, Abxaziya və Cənubi Osetiyadan keçməklə yeni buraxılış məntəqələri açılacaq ki, bu da Ermənistana quru yolla yük daşınmasına yeni təkan verəcək. Yəni, Gürcüstan həm Qərb, həm də Rusiya istiqamətlərində Ermənistan üçün dəhliz rolunu oynayacaq. Sual olunur: hansı səbəblərdən Gürcüstan işğal altındakı ərazilərindən keçməklə (Tbilisi Abxaziya və Cənubi Osetiyanı işğal olunmuş əraziləri kimi təqdim edir) ermənilərə yol açsın? Yəni gürcü liderlər bu dərəcədə düşüncəsizdirlər ki, öz maraqlarına deyil, ermənilərin maraqlarına xidmət etsinlər? İnandırıcı deyil. Bu, erməni siyasi dairələrinin boş xəyallarının məhsulu kimi görünür.

Bu aspektdə üzdəniraq erməni ekspertlərin növbəti absurd iddiası İranla bağlı özünü göstərir. Guya Vaşinqton Ermənistanın İranla yaxın əməkdaşlığına göz yumacaq. Hətta fevralın 27-də N.Paşinyanın Tehrana nəzərdə tutulmuş səfərini də bu tezisin prizmasından qiymətləndirməyə çalışırlar. Əslində isə artıq Vaşinqton özünün Ermənistandakı səfirliyi vasitəsilə İrəvana bir neçə dəfə xəbərdarlıq edib. Onların bir qismi N.Paşinyanın Rusiya ilə əlaqələri genişləndirmək planları ilə bağlıdırsa, digər tərəfi İran məsələsi ilə əlaqəlidir. Yəni aydındır ki, rəsmi İrəvan İran istiqamətində də “ilişib”. Onun iki ziddiyyəti uzlaşdırmaq üçün nə siyasi, nə diplomatik, nə hərbi, nə də dövləti gücü var. Deməli, arada qalıb, döyülənlərdən olacaq.

Bütün bunların fonunda təbii ki, Azərbaycanla bağlı iftiralar uydurulur. Erməni ekspertlər İrəvanın xarici siyasətdəki “fəallığı”nın artıq Azərbaycan üçün “problemlər” yaratdığından dəm vururlar. Reallıqda isə rəsmi Bakı növbəti müstəqil və əhəmiyyətli addımlarını atır. Məsələn, Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ettinger deyib ki, Avropa İttifaqı 2020-ci ildə “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan qazını almağı səbirsizliklə gözləyir (bax: Европа с нетерпением ждет начала поставок азербайджанского газа в 2020 году – Эттингер / “Interfax-Azerbaijan”, 20 fevral 2019). Sözlərinə davam edərək o, Aİ-nin “bu təchizatın başlaması üçün hər şeyi” edəcəyini vurğulayıb. Çünki “Cənub Qaz Dəhlizi “Aİ üçün strateji layihədir, belə ki, o, Avropaya qaz ixracının yeni qaynağı və marşrutudur” (bax: əvvəlki mənbəyə). Avropa rəsmisi onu da ifadə edib ki, Türkmənistana bu layihəyə qoşulmaq təklifini artıq ediblər. Macarıstan isə özü layihədə iştirak təşəbbüsü göstərib.

Biz ancaq bir layihə ilə bağlı konkret faktları göstərdik. Bu faktlar Azərbaycanın xarici siyasətinin səmərəliliyini və müstəqilliyini birmənalı təsdiq edir. Yəni, Azərbaycan rəhbərliyi faktlarla danışır. Avropa rəsmiləri də Azərbaycanın dünya üçün strateji əhəmiyyətini konkret faktlarla izah edirlər. Eyni mənzərə Ermənistanla da bağlı mövcuddurmu? Qətiyyən mövcud deyil. Boş vədlər və sözlərdən başqa ortada bir şey yoxdur. Fakt varsa, göstərsinlər! Ümumiyyətlə, “fakt” dedikdə, erməni siyasətçilərini ağlamaq tutur!

Newtimes.az

 
  • Oxunub:  2370  |  
  • Tarix:  22-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 21:07
FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib
23 May 21:05
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May 21:02
Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir
23 May 21:00
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
23 May 19:51
"Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində professor İradə Hüseynova ilə görüş keçirilib
23 May 19:40
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
23 May 19:29
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub
23 May 18:34
Səməd Seyidov: Ermənistan apardığı mənfur siyasəti artıq gizlədə bilmir
23 May 18:22
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23 May 18:18
Azərbaycan-Çin münasibətləri inkişaf edir
23 May 18:16
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
23 May 18:02
Konstitusiya Məhkəməsində Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
23 May 18:00
Regionda mühüm rola malik Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır
23 May 17:42
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
23 May 17:38
Gündüz İsmayılov: Elm, təhsil olmayanda din xurafata çevrilir
23 May 17:36
Gövhər Baxşəliyeva: Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir
23 May 17:31
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir
23 May 17:25
Gənclər Fondu “Xaricdə təhsil” proqramını elan edib
23 May 17:20
Yohannes Kars: Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir
23 May 17:19
Natali Qule: İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23 May 17:16
The Associated Press: Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək
23 May 17:06
Niyazi Səfərov: Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritetdir
23 May 17:00
Oleq Kuznetsov: Qafqazşünasların II Beynəlxalq Forumu fikir mübadiləsi aparmaq üçün əla platformadır
23 May 16:57
YAP Yardımlı rayon təşkilatı GB-nın hesabat konfransı keçirilib
23 May 16:56
ARSENALI MXİTARYAN OLANLAR VƏ HEÇ OLMAYANLAR...
23 May 16:51
Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar
23 May 16:35
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb
23 May 16:21
Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək
23 May 16:11
Fransa Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır
23 May 15:53
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
23 May 15:36
UEFA Avropa Liqasının final oyununun açılış mərasimində ingiltərəli DJ Conas Blu çıxış edəcək
23 May 15:26
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23 May 15:02
İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir
23 May 14:55
Hikmət Şikarov: “Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
23 May 14:48
YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
23 May 14:41
Sabah Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
23 May 14:39
“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub
23 May 14:31
Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
23 May 14:29
Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb
23 May 14:24
Daşkənddə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində keçirilən görüşdə Azərbaycan da iştirak edib
23 May 14:20
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək
23 May 14:16
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub
23 May 14:13
Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib
23 May 14:11
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 14:08
Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub
23 May 14:05
“Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” hesabatının təqdimatı olub
23 May 14:01
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 May 12:59
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23 May 12:58
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
23 May 12:36
DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
23 May 12:34
Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
23 May 12:22
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
23 May 12:05
Vüqar Gülməmmədov: Dövlət büdcəsinin gəlir və xərcləri son 7 ilin ən yüksək göstəriciləridir
23 May 11:41
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23 May 11:33
Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb
23 May 11:31
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23 May 11:29
Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 May 11:27
Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
23 May 11:24
Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub
23 May 11:22
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
23 May 11:20
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
23 May 11:18
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir
23 May 11:16
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
23 May 11:15
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +27
gecə+16 +18