Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb

Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb

22.02.2019 [16:24]

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək mexanizmlərindən olan “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fevralın 22-də Abşeron rayonunda fəaliyyətə başlayıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu, Abşeron rayonu üzrə ilk “KOB Dostu”dur və Abşeron rayonu ilə yanaşı, ətraf rayon və şəhərlərdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara da xidmət göstərəcək.

Xırdalandakı Heydər Əliyev Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilın tədbirdə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Vurğulayıb ki, agentlik tərəfindən hazırda yaradılmaqda olan “KOB Dostu” şəbəkəsi Azərbaycan Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, dövlət-sahibkar əməkdaşlıq platforması əsasında reallaşan mühüm layihələrdəndir. “KOB Dostu” şəbəkəsinin yaradılmasına ötən ilin sentyabrından başlanıb. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarının 10 rayon və şəhərində 13 “KOB Dostu” fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir.

Abşeron rayonunun böyük iqtisadi potensiala malik olmasını, ölkənin iri sənaye mərkəzləri olan Bakı və Sumqayıt şəhərlərinə yaxın məsafədə yerləşməsini nəzərə alaraq, agentlik yeni KOB-ların yaradılması və inkişafına KOB dostları vasitəsilə dəstək olacaq. Sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edən O.Məmmədov cari ildə ölkənin digər regionlarında da KOB dostlarının fəaliyyətə başlayacağını diqqətə çatdırıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonda özəl bölmənin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsində rolunu, biznesə yeni başlayanlar üçün əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Sonra tədbir iştirakçıları Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar. Məlumat verilib ki, burada sahibkarlara agentliyin çoxsaylı xidmətlərinin göstərilməsi üçün hər cür şərait yaradılıb, ofis lazımi avadanlıqlar və maarifləndirici materiallarla təchiz edilib. “KOB Dostu” ilə birgə ofisdə KOB könüllüləri də fəaliyyət göstərəcək.

Sahibkarlar özəl sektorun, xüsusilə kiçik və orta biznesin inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər.

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31