Ana səhifə »  Qəzetin pdf formatı »  Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
A+   Yenilə  A-
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür

Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük rəğbət və nüfuz qazanıb. Bunun səbəbi təkcə tutduğu yüksək vəzifə və mövqe ilə bağlı deyil. Onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Talassemiyalı uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından iki il keçir. Bu müddətdə Birinci vitse-prezident dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. O, əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirib. Mehriban xanım Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi. Müvafiq qurumlar qarşısında məsələni belə qoydu ki, bu sahədə işlər iki istiqamətdə qurulmalıdır: yeni mənzillər, yeni binalar tikilməli və inşa olunan binalar keyfiyyət standartlarına tam cavab verməlidir. İlkin mərhələdə dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin iş yerləri ilə təmin etmək vəzifəsi qarşıya qoyuldu.

Çox keçmədən Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin təməli qoyuldu. Daha sonra qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillər verildi. İş adamlarının yardımı ilə 214 ailə yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürüldü. Bir qədər sonra Masazır, Ramana qəsəbələrində və Xətai rayonunda yeni binaların istifadəyə verilməsi ilə daha 725 məcburi köçkün ailəsinin mənzil şəraiti yaxşılaşdırıldı. Bu, Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin heç də tam siyahısı deyil.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində yaxından iştirak edir. Fondun bu sahədə gördüyü işlər sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna əhəmiyyəti var. 2003-cü ildən indiyədək ölkədə 3 mindən çox məktəb tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Beləliklə, ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.

Azərbaycanda birinci xanım institutu faktiki olaraq İlham Əliyev Prezident seçildikdən sonra formalaşıb. Dövlət başçısının xanımı Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, çiynini sosial problemlərin yükü altına verir, bir çox qlobal tədbirlərin təşkilatçılığını cəsarətlə üzərinə götürür. Biz onu hadisələrin mərkəzində, insanların arasında görməyə adət etmişik. Mehriban Əliyevanın birinci xanım missiyasına yanaşması onun təbiətindən və xarakterindən doğan bir yanaşmadır. O, həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görür.

Bütün bunlara görə də Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması cəmiyyətdə məntiqi qərar kimi qarşılandı. Bundan bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışarkən deyirdi: “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”. Elə bu məramla da özünün ömür kitabını yazır, hər ötən il isə bu kitabı daha parlaq, daha şərəfli sətrlərlə zənginləşdirir. Mehriban xanımın təşəbbüsü, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif layihələrin reallaşdırılması bu sahələrin inkişafına misilsiz töhfələr verir. Ötən müddətdə onun dəstəyi ilə yüzlərlə məktəb, xəstəxana tikilib. Saysız-hesabsız xeyriyyəçilik tədbirləri isə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunu şəfqət və mərhəmət ünvanına çevirib.

Fondun mədəniyyətimiz, incəsənətimizlə bağlı layihələri isə mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Azərbaycanın birinci xanımı ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscid və ibadətgahların, dini abidələrimizin bərpası və yenidən qurulması, abadlaşdırılması istiqamətində misilsiz xidmət göstərir. Müstəqillik tariximizin əlamətdar hadisələrini, ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinin sədri kimi fədakar fəaliyyəti Mehriban Əliyevanı xalqının gözündə bir daha ucaldıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi indi də minnətdarlıq hissi ilə xatırlanır. Bu, bir daha göstərir ki, onun Vətənə xidmət fəlsəfəsinin təməlində, fəaliyyətinin əsasında mənsub olduğu xalqa, millətə sevgi dayanır. O, əzmkar fəaliyyətini həm də sivil dünyada sülhün, sabitliyin, sivilizasiyalararası dialoqun, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəldib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar bu sıradandır. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərinin heç də tam olmayan siyahısıdır. Onun rəhbəri olduğu Fond uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və Azərbaycanın təbliğidir.

Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirir, onun Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi dağıtdığını etiraf edirlər. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar - Fransanın “Şərəf legionu” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Rusiyanın Yüzillik Messenatları Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni onun dünyadakı nüfuzunun göstəricisidir. Bu təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Onun ən böyük mükafatı isə Azərbaycan xalqının rəğbəti və sevgisidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir. Hər kəs inanır ki, Mehriban xanım hazırda qüdrətli, nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın gələcək inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcək.

 
  • Oxunub:  3690  |  
  • Tarix:  21-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

27 May 12:52
28 May - Respublika Günü, diplomatik xidmət orqanlarının 100 illiyi və Silahlı Qüvvələr Günü Bolqarıstanda qeyd edilib
27 May 12:50
Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının final mərhələsi keçirilib
27 May 12:26
Azərbaycanın xüsusi olimpiyaçıları Hollandiyada keçirilən beynəlxalq futbol turnirinin qalibi olublar
27 May 12:23
Elmar Məmmədyarov: Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir
27 May 12:20
“DOST” mərkəzinin xidmətlərindən 3 mindən çox vətəndaş faydalanıb
27 May 12:14
Bakı Dövlət Universitetində 28 May - Respublika Günü qeyd edilib
27 May 12:12
Daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib
27 May 12:02
Prezident İlham Əliyevin Fərmanı ilə dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya şuralarının yaradılmasına dair müşavirə keçirilir
27 May 11:51
Əli Əhmədov Əli İnsanov haqqında: Xəyanətkar elə bilir ki, hamı xəyanətkardır
27 May 11:46
Respublika Günü münasibətilə Melburnda Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib
27 May 11:39
Kənd təsərrüfatı naziri İnam Kərimov Tuluza şəhərində bir sıra görüşlər keçirib
27 May 11:35
Mədəniyyət naziri Diri Baba türbəsindəki vəziyyətlə tanış olub
27 May 11:21
"Pekin Ekspo 2019" Botanika Sərgisi çərçivəsində Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Azərbaycan milli günü keçirilib
27 May 11:19
Böyük Britaniyanın Azərbaycandakı səfiri: Bakıda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri aparılıb
27 May 11:17
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıb
27 May 11:01
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Kiyevdə rəsmi qəbul keçirilib
27 May 10:43
28 May - Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyi Los-Ancelesdə qeyd olunub
27 May 10:37
Səyyar “ASAN xidmət” davam edir
27 May 10:36
Vergilər naziri Göyçayda vətəndaşları qəbul edib
27 May 10:33
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
27 May 09:51
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
27 May 09:45
Musa Quliyev: Azərbaycanda 2020-ci ildə tam icbari sığortaya keçmək üçün hər cür şərait yaradılıb
27 May 09:23
Latviyada Respublika Günü qeyd olunub
27 May 08:52
Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Tokioda qeyd olunub
27 May 08:35
Misirdə Respublika Gününə həsr olunmuş tədbir təşkil edilib
27 May 08:28
Azərbaycanın Finlandiyadakı diasporu Respublika günü münasibətilə bir araya gəlib
27 May 08:25
Salome Zurabişvili: Heç bir problem bizim mehriban qonşuluq münasibətlərimizə mane olmamalıdır
27 May 08:21
Giqi Uqulava: Biz Azərbaycanla bütün məsələləri dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında həll etməliyik
26 May 18:32
Aerobika gimnastikası üzrə Avropa çempionatı: Azərbaycanın aerodans komandası qızıl medal qazanıb
26 May 17:42
Aerobika gimnastikası üzrə Avropa çempionatı: daha bir neçə proqramda qaliblər müəyyənləşib
26 May 17:37
SATILMADAN ÖNCƏ...
26 May 17:29
“The Daily Star”: Arsenal Henrix Mxitaryanı satmağı qərara alıb
26 May 16:45
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
26 May 15:51
DTX-nin Mədəniyyət Mərkəzində şahmat turniri keçirilib
26 May 15:05
Aerobika gimnastikası üzrə Avropa çempionatında aerodans, qrup və üçlük proqramlarının qalibləri mükafatlandırılıb
26 May 12:03
İsveçdə Respublika Günü münasibətilə konsert təşkil olunub
26 May 11:56
Litvalı gimnast: Bakıda azarkeşlər gimnastlara güclü dəstək verirlər
26 May 11:50
“Marca”: Futbolun yeni panoraması Azərbaycana doğru açılır
26 May 10:34
Çağdaş Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi
26 May 10:21
Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının sonuncu gününə start verilib
26 May 09:29
Məşhur musiqiçi, israilli kamança ifaçısı Bakıda konsert proqramı ilə çıxış edib
26 May 09:25
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşlarla görüşüb
26 May 09:18
Portuqaliyalı məşqçi: Aerobika gimnastikası üzrə Avropa çempionatı yüksək səviyyədə təşkil olunub
26 May 09:13
Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə qastrolda olub
26 May 09:09
Monterey və Lənkəran arasında qardaşlaşmış şəhər münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq
26 May 09:04
“Arsenal” klubunun futbolçuları artıq Bakıdadırlar
26 May 09:01
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26 May 08:57
Azərbaycanlı deputat AŞPA-nın komitə iclasında məruzə ilə çıxış edəcək
26 May 08:53
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
26 May 08:52
“Kiyev günləri” çərçivəsində növbəti tədbir keçirilib
25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+18 +21