Ana səhifə »  Qəzetin pdf formatı »  Avstraliya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
A+   Yenilə  A-
Avstraliya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Avstraliyada işgüzar səfərdədir. Nümayəndə heyətinin tərkibinə işçi qrupunun rəhbəri, deputat Xanlar Fətiyev və deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə daxildir.

AZƏRTAC xəbər verir ki, fevralın 20-də Azərbaycan nümayəndə heyəti Kanberra şəhərində Avstraliya federal parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirib. Görüşlərin əsas məqsədi Avstraliya parlamentində fəaliyyət göstərən Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinə Xocalı soyqırımı barədə məlumat vermək, iki ölkə arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivlərini müzakirə etmək, eləcə də hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparmaq olub.

İlk görüş Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kreq Kelli ilə keçirilib. Kreq Kelli 2018-ci ildə Azərbaycana etdiyi səfər barədə xatirələrini bölüşüb, ölkəmizin inkişafının onda xoş təəssüratlar doğurduğunu qeyd edib. O, ötən ilin aprelində Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etdiyini deyib və bununla bağlı fikirlərini bölüşüb. Avstraliyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, bu münasibətlərin siyasi, iqtisadi, elm və mədəniyyət sahələrində böyük potensiala malik olduğunu deyib.

Nümayəndə heyətinin növbəti görüşü Avstraliya Senatının üzvü xanım Konçetta Fierravanti-Uels ilə olub. Senator 2017-ci ildə Azərbaycana etdiyi səfəri xatırladıb, ölkə rəsmiləri və parlamentin rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini bildirib. İki ölkənin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin təhsil, mədəniyyət və multikulturalizm sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb. Senator Avstraliya və Azərbaycanın universitetləri arasında mübadilə proqramları və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə əlaqələrin gücləndirilməsi üçün lazımi dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.

Sonra nümayəndə heyəti Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Milton Dik ilə görüşüb. 2018-ci ildə Avstraliya parlamentinin nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olan M.Dik iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, parlamentdə təmsil etdiyi Kvinslend ştatı təbii ehtiyatlarla zəngin yerdir. Həmin ştat kənd təsərrüfatı sahəsində də böyük potensiala malikdir. M.Dik Azərbaycanla bu sahələrdə əməkdaşlığın həyata keçirilməsi üçün müvafiq dəstəyi göstərməyə hazır olduğunu deyib.

Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü xanım Ənn Ali ilə görüş zamanı avstraliyalı deputat ölkəsinin Azərbaycan ilə çoxşaxəli əməkdaşlığa maraq göstərdiyini qeyd edib və bu münasibətlərin həm humanitar, həm də siyasi və iqtisadi sahələrdə həyata keçirilməsi üçün lazımi dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. O, Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını və ölkənin bu istiqamətdə əldə etdiyi uğurların qonşu dövlətlər üçün nümunə olduğunu vurğulayıb. Azərbaycanın multikulturalizm modelinin regionda yayılması üçün böyük potensialın olduğunu qeyd edib. Xatırladıb ki, Azərbaycan bir sıra Qərb ölkələrindən əvvəl qadınlara seçmək və seçilmək hüququ verib. O, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığını vurğulayaraq, bu kimi dəyərlərin regionda dini münaqişələrin aradan qaldırılmasına müvafiq töhfə verə biləcəyini qeyd edib. Xanım Ə.Ali Azərbaycanın terrorizm və dini radikalizm ilə mübarizədə oynadığı rolu xüsusi vurğulayıb.

Mariya Vamvakinu və Stiv Qeorqanas ilə görüşdə avstraliyalı deputatlar Azərbaycanda iqtisadi sahədə həyata keçirilən irimiqyaslı layihələrin önəmini qeyd ediblər. Ölkəmizin enerji və nəqliyyat sahələrində həyata keçirdiyi layihələrdən Avstraliyanın müttəfiqi olan Avropa ölkələrinin də bəhrələnəcəyini bildiriblər. Bu qlobal iqtisadi layihələrlə yanaşı, Azərbaycanın məhz humanitar, o cümlədən multikulturalizm sahəsində də apardığı işlərin önəmini vurğulayıblar. Qeyd ediblər ki, Azərbaycanın həyata keçirdiyi bu layihələr sülhə xidmət edir.

Nümayəndə heyətinin keçirdiyi bütün görüşlər zamanı Xocalı soyqırımı barədə məlumat verilib. Avstraliyalı deputatlar Azərbaycanın acısını bölüşdüklərini bildiriblər və bu cür faciələrin gələcəkdə bir daha təkrarlanmamasının vacibliyini qeyd ediblər.

Görüşlərdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə də iştirak edib.

Azərbaycan nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir.

 
  • Oxunub:  2880  |  
  • Tarix:  20-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA