Ana səhifə »  Qəzetin pdf formatı »  Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər çapdan çıxıb
A+   Yenilə  A-
Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda xalqımıza qarşı ötən əsrin müxtəlif dövrlərində həyata keçirilən soyqırımı aktları ilə bağlı yeni faktların üzə çıxarılması, bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülür. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında institutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların mühüm rolu var.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu sahədə elmi müəssisədə indiyədək 30-a yaxın kitab nəşr etdirilib. Erməni qəsbkarlarının son dövrlərdə Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərlə bağlı ərəb və fars dillərində yeni bir neçə nəşr işıq üzü görüb.

Xocalı soyqırımı ilə bağlı Şərqşünaslıq İnstitutunda biri ərəb və ingilis, digəri isə fars və ingilis dillərində olmaqla, iki buklet nəşr edilib. Bukletlərdə 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklərdən bəhs edilir.

Bu kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyi, 1275 dinc sakinin əsir götürüldüy, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmaması, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi qeyd edilir.

Bukletlərdə 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etməsi, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü işlər, xüsusən Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası və digər tədbirlər haqqında ətraflı məlumat yer alıb.

Bundan əlavə, daha öncə Azərbaycan və rus dillərində Milli Məclis tərəfindən çap olunmuş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kitabı Şərqşünaslıq İnstitutunun əməkdaşları tərəfindən ərəb dilinə tərcümə edilərək nəşr olunub. Kitabın elmi redaktoru institutun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyevadır. Kitabda bu günədək davam edən və Qafqaz regionunda gərginliyə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir. Kitabın ilk səhifələrində Qarabağ toponimi haqqında qısa arayış verilir, bu toponimin tarixi mənbələrdə Kür və Araz çayları arasında yerləşən əraziləri bildirdiyinə, Qarabağın tarixən Azərbaycan Səfəvilər dövlətinin (1501-1736) bəylərbəyliklərindən biri sayıldığına işarə olunur. Burada, həmçinin XIX əsrin I yarısında Rusiya imperiyasının köməyilə ermənilərin İrandan və Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa köçürülməsi və həmin ərazilərdə məskunlaşdıqdan sonra illərboyu öz dövlətlərini yaratmaq cəhdlərindən danışılır. XIX əsrdə köçürülərək məskunlaşmış ermənilərin yerli Azərbaycan əhalisi ilə birgə yaşadıqları Dağlıq Qarabağ ərazisində Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaq şərti ilə sovet dövründə - 1923-cü ildə Azərbaycan SSR-də Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, bununla kifayətlənməyən ermənilərin vilayətin Ermənistan SSR-in tərkibinə qatmaq cəhdlərindən bəhs edilir.

Kitabda daha sonra sovet dövlətinin süqutu, parçalanması ərəfəsində Dağlıq Qarabağ məsələsinin erməni separatçıları tərəfindən yenidən gündəmə gətirilməsi, bu məsələnin daha sonra Azərbaycana qarşı elan olunmamış müharibəyə çevrilməsi, müharibə nəticəsində Dağlıq Qarabağın və onun hüdudlarından kənarda yerləşən yeddi rayonun Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı, Bakıda 20 Yanvar qırğını, həm Ermənistanda, həm də Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan 1 milyona yaxın azərbaycanlının öz dədə-baba yurdlarından qovularaq didərgin düşməsi və s. haqda məlumat verilir.

Nəşrdə, həmçinin münaqişənin nizamlanması, həlli üçün beynəlxalq vasitəçilərin cəlb olunduğu, Azərbaycan rəhbərliyinin bu sahədə diplomatik fəaliyyəti barədə geniş məlumat verilir, regionda sabitliyin, əmin-amanlığın bərqərar olması naminə Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyi xüsusi vurğulanır.

Kitabın ərəb dilinə tərcüməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin ərəb ölkələrinin ictimaiyyətinə çatdırılması məqsədini daşıyır.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  20-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb
17 May 17:20
Çexiya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır
17 May 17:14
Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
17 May 17:12
Rauf Əliyev: Azərbaycanda idmanın inkişafına diqqət yüksək səviyyədədir
17 May 17:05
Sevinc Fətəliyeva: Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir
17 May 16:46
Ədalət mühakiməsi sistemində insan haqlarına dair beynəlxalq seminar başa çatıb
17 May 16:44
TÜRKPA-nın Baş katibi: Azərbaycanın ailə və qadın məsələlərinə dair təcrübəsinin öyrənilməsi faydalıdır
17 May 16:42
ADNSU ilə “Weir Oil and Gas” şirkəti arasında əməkdaşlıq genişlənir
17 May 16:39
Pərvin Kərimzadə: Paşinyanın Çin səfəri də uğursuz oldu
17 May 16:37
İqtisadiyyat naziri və müavinləri regionlarda vətəndaşları qəbul edib
17 May 16:34
Səfir: ABŞ kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar və infrastrukturun inkişafı üzrə Azərbaycanın səylərinə dəstək verməyə hazırdır
17 May 16:32
Naqif Həmzəyev: Bu sərəncam ölkə Başçısının gəncəlilərə diqqət və qayğısının növbəti təzahürüdür
17 May 16:24
Mərkəzi Bank maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemini təqdim edib
17 May 16:18
Milli Məclisin növbəti plenar iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA