Ana səhifə »  Qəzetin pdf formatı »  Nurlana Məmmədzadə: Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı
A+   Yenilə  A-
Nurlana Məmmədzadə: Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı

Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçildikdən sonra ölkədə bu idman növünün intibah dövrü başladı.

Bunu Federasiyanın baş katibi Nurlana Məmmədzadə deyib.

N.Məmmədzadə bildirib: "2002-ci ildə Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildi və bu andan müstəqil Azərbaycanda gimnastikanın bütün növlərinin intibahı başladı. Bizim unikal qurğumuz - Milli Gimnastika Arenamız var. 2014-cü ildə Arena açıldıqdan sonra biz gimnastika növlərinin inkişafının yeni mərhələsinə qədəm qoyduq. İndi ölkəmizdə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən tanınmış gimnastikanın növü inkişaf edir. Rəhbərliyin düzgün qərarları və siyasəti sayəsində Azərbaycan Gimnastika Federasiyası dörd il ardıcıl olaraq 10 ən yaxşı federasiya sırasına daxil olub".

Fevralın 16-17-i Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna hazırlıq barədə danışan N.Məmmədzadə qeyd edib ki, yerli təşkilat komitəsi yarışlara 4-5 ay qalmış hazırlıqlara başlayır:

"Dünya Kubokuna hər şey hazırdır, nümayəndə heyətləri gəlib. Qeyd edim ki, 8 ölkədən nümayəndə heyəti yarışlardan əvvəl burada təlim-məşq toplanışlarında olub. Bir çox nümayəndə heyətinin yarışlardan çox əvvəl buraya gəlməsi onu göstərir ki, onlar yaranmış şəraitdən razıdırlar. Bu gün əlaqələndirmə iclası keçirilib. Buraya hər nümayəndə heyətindən iki nəfər - heyətin rəhbəri və məşqçi qatılır. Təqdimat keçirildi, məşqlər və yarışla bağlı digər tədbirlər barədə ətraflı məlumat verildi".

Federasiyanın baş katibi vurğulayıb ki, əgər 2017-ci ildə keçirilmiş batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ilə müqayisə etsək, bu il iştirakçı ölkələrin sayı daha çoxdur:

"2017-ci ildə Dünya Kubokunda 15 ölkə iştirak edirdi, bu il 30 ölkənin iştirakı gözlənilir. Həmçinin qeyd edim ki, 2018-ci ildə Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı keçirilib. Dünya Kubokunda bu qədər ölkənin iştirak etməsi onunla izah olunur ki, bu yarış 2020-ci il Yay Olimpiya Oyunların üçün lisenziya xarakteri daşıyır. Bundan başqa, hamı bilir ki, Azərbaycanda yarışlar yüksək səviyyədə keçirilir, Milli Gimnastika Arenamızda bütün şərait, yerli təşkilat komitəsinin isə beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var. Biz buraya gələn idmançıların hansı şərtləri tələb etdiyini bilirik və hər bir şeyi nəzərə almağa çalışırıq, ona görə ildən-ilə yarış iştirakçılarının sayı artır".

N.Məmmədzadə bildirib ki, hazırda batut və tamblinq üzrə həm fərdi, həm də sinxron proqramlarda gimnastların podium məşqləri keçirilir:

"Bu yarış 2020-ci il Yay Olimpiya Oyunların üçün lisenziya xarakteri daşıdığı üçün həm bütün idmançılar, həm biz təşkilatçı olaraq böyük məsuliyyət hiss edirik".

Federasiyanın baş katibi həmçinin xatırladıb ki, adətən Kubok yarışlarına Beynəlxalq Gimnastika Federasiyasından bir texniki nümayəndə gəlir, amma bu yarış lisenziya xarakterli olduğu üçün bir texniki nümayəndə və beş nəfərdən ibarət ali hakimlər briqadası gəlib. Onun sözlərinə görə, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku baxımlı və maraqlı olmağı vəd edir:

"İştirakçılar arasında Olimpiya ulduzları var və tamaşaçılara onların çıxışını izləmək maraqlı olacaq. Onlardan bəziləri əvvəllər Bakıda olublar, amma bu qədər ulduz bir yarışda olmayıb. Bu, iştirakçılar arasında rəqabəti artırır və yarışa marağı gücləndirir. Həmişəki kimi yenə fləşmoblar keçiriləcək, tamaşaçılar arasında müsabiqələr də gözlənilir".

Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.

Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

 
  • Oxunub:  1950  |  
  • Tarix:  16-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA