Ana səhifə »  Qəzetin pdf formatı »  HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ OLAN MÖHKƏM ƏQİDƏLİ, PRİNSİPİAL VƏ VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT
A+   Yenilə  A-
HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ OLAN MÖHKƏM ƏQİDƏLİ, PRİNSİPİAL VƏ VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT

Fevralın 17-də tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun 50 yaşı tamam olur
Qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsi qeyd edir ki, ömür yoldur, qət etdikcə zənginləşir. Hər bir insan özünəməxsus ömür yoluna malikdir. Bu yolu fərqli, zəngin edən isə insanın həyat və fəaliyyətinin rəngarəng cizgiləridir. İnsan özünəxas həyat portretinin ştrixlərini məhz öz əməlləri ilə yaradır. İndiki və gələcək nəsillər üçün örnək mənəvi miras qoyan şəxsiyyətlərin ömür yolu isə cəmiyyət üçün nümunə təşkil edir. Fevralın 17-də anadan olmasının 50 illiyi tamam olan tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini və İdarə Heyətinin üzvü, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da belə şəxsiyyətlərdəndir. Məlumat üçün qeyd edək ki, Siyavuş Novruzov 17 fevral 1969-cu il tarixində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirən Siyavuş Novruzov, eyni zamanda, hüquq üzrə fəlsəfə doktorudur. Bunlarla yanaşı, 1987-1990-cı illər SSRİ ordusunda xidmət edən S.Novruzov 1990-1993-cü illərdə ərazi bütövlüyümüzün qorunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib və Qarabağ müharibəsi veteranıdır.
HEYDƏR ƏLİYEV İDEYALARINA SƏDAQƏT NÜMUNƏSİ
Siyavuş Novruzovu yaxından tanıyanlar, onunla birlikdə işləyən, ictimai-siyasi və mədəni tədbirlərdə birgə iştirak edənlər Siyavuş müəllimin sadə və səmimi bir insan olduğunu əminliklə söyləyirlər. Digər tərəfdən, Siyavuş Novruzovun həyat və fəaliyyətinin başlıca ştrixlərini təsvir edərkən əminliklə onu möhkəm əqidəli, prinsipial və vətənpərvər şəxsiyyət, Heydər Əliyev ideyalarına sadiq olan fədakar insan kimi təsvir edirik. Ona görə ki, Siyavuş Novruzov gənclik illərindən etibarən xalqımız və dövlətimiz qarşısında çoxsaylı xidmətlər göstərən, səmərəli fəaliyyəti ilə dövlətçiliyin inkişafına mühüm töhfələr verən ictimai-siyasi xadim kimi tanınır. Ümummilli məsələlərdə daim prinsipial mövqedən çıxış edən Siyavuş Novruzovu cəmiyyətə daha yaxşı tanıdan amillərdən biri onun 1990-cı illərin əvvəlində vətənpərvər şəxsiyyət kimi Azərbaycanın qarşılaşdığı problemlərə biganə qalmaması və ölkəmizin tənəzzüldən xilas olması üçün Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi uğrunda aparılan mübarizədə yer alması idi. O da milli təəssübkeşlik nümayiş etdirən digər vətənpərvər şəxsiyyətlər kimi, ölkəmizin üzləşdiyi çətinliklərdən yeganə xilas yolunu Ümummilli liderin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü. Həmin dövrdə hakimiyyətdə olan rəhbərlərin yarıtmaz və antimilli siyasəti nəticəsində Azərbaycan xaos və anarxiya ilə üzləşmişdi, tənəzzülün məngənəsində idi, eyni zamanda, ermənilərin Azərbaycan torpaqlarını işğalı davam edirdi. Belə bir mürəkkəb və çətin şəraitdə yeganə çıxış yolu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi idi. Siyavuş Novruzov da bu cür mürəkkəb situasiyada əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək, Ulu öndərin ölkəni xilas etməsinin zəruriliyini bildirərək bu istiqamətdə fədakar və mübariz yanaşma ortaya qoyurdu.
Siyavuş Novruzov qeyd edir ki, Azərbaycanın xilası və dirçəlişi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu öndər Heydər Əliyev ümumbəşəri şəxsiyyətdir. S.Novruzov əlavə edir ki, Heydər Əliyev Azərbaycan adlı məmləkətin tarixin mürəkkəb sınaqlarından müvəffəqiyyətlə keçərək intibah və tərəqqi yoluna çıxmasını təmin etmiş əbədiyaşar liderdir. “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, - deyən Ulu öndər xalqına və dövlətinə dərindən bağlı idi, vətəninə böyük məhəbbət bəsləyirdi. Siyavuş Novruzovun fikrincə, Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi hər zaman xüsusi diqqət mərkəzindədir, öyrənilir - tədqiq olunur. “Əminliklə söyləmək olar ki, bu, gələcəkdə də belə olacaq, əbədiyaşar şəxsiyyətin irsi daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcək. Onun ideyaları və zəngin siyasi irsi dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salacaq, Azərbaycanın inkişafına, firavan gələcəyinə xidmət edəcək”, - deyən S.Novruzov əlavə edir ki, Ümummilli lider Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü yaşadığı illərlə ölçülmür. Əbədiyaşar şəxsiyyət, Ümummilli lider qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.
Azərbaycanın Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyini, ölkəmizin ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçdiyini, bütün sahələrdə mühüm nailiyyətlərin əldə edildiyini deyən Siyavuş Novruzov bildirir ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib: “Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir, yeni zirvələr fəth edir”.
ÜMUMXALQ PARTİYASI OLAN YAP-IN YARANMASINDA İŞTİRAK ETMİŞ MÜBARİZ VƏ FƏDAKAR İNSAN
Zəngin və mənalı ömür yolu keçən Siyavuş Novruzovun ictimai-siyasi fəaliyyəti, əsas etibatilə, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Siyavuş müəllim YAP-ın yaranmasında iştirak edən fədakar insanlardan biridir və həmin dövrdə Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşmiş mübariz şəxsiyyətlər sırasında yer alır. 1990-cı ildən “Əlincə” Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi vəzifələrində çalışan Siyavuş Novruzov 1994-1999-cu illərdə YAP Mərkəzi Aparatının işlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb, 1995-2005-ci illərdə partiyanın Gənclər Birliyinin sədri olub. Yeni Azərbaycan Partiyasının ictimai-siyasi və tarixi zərurətdən yarandığını deyən Siyavuş Novruzov bildirir ki, həmin dövrdə Azərbaycan olduqca çətin vəziyyətdə idi və çoxsaylı iqtisadi, siyasi problemlərlə qarşı-qarşıya idi. Milli maraqlardan uzaq mövqe tutan səriştəsiz insanların hakimiyyətdə olmasının ölkə daxilində hərc-mərcliyin, xaosun, ciddi böhran və tənəzzül meyillərinin yaranmasına səbəb olduğunu bildirən Siyavuş Novruzov deyir ki, həmin dövrdə erməni təcavüzü ilə üzləşən Azərbaycan çarəsiz vəziyyətdə idi, ayrı-ayrı siyasi partiyalar isə ölkənin milli maraqlarını, təhlükəsizliyini qorumaq əvəzinə, öz məhdud maraqları uğrunda mübarizə aparırdılar. Silahlı dəstələrə malik olan belə partiyaları məhz hakimiyyət uğrunda mübarizə maraqlandırırdı. Belə bir vəziyyətdə Azərbaycan xalqının görkəmli nümayəndələri - ziyalılar, tanınmış insanlar ölkəmizi düşdüyü bu bəladan - məhv olmaq təhlükəsindən, xaos, anarxiya və böhran vəziyyətindən xilas etmək üçün böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Siyavuş Novruzov o dönəmə nəzər salaraq xatırladır ki, xalqımız həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan Ulu öndər Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi və bütün ümidlər Ümummilli liderimizə bağlanmışdı: “Məlumdur ki, o zaman Ulu öndər Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədiklərinə görə Ümummilli liderimiz məcburiyyət qarşısında qalaraq Naxçıvan Muxtar Respublikasına getmişdi. Amma Ona qarşı təzyiqlər Naxçıvanda da davam edirdi, həmçinin Heydər Əliyevin tərəfdarlarına qarşı güclü təqiblər aparılırdı. O zaman Azərbaycan Respublikasının Ali Sovetinin Nizamnaməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin respublika Ali Sovetinin sədrinin müavini olmasını təsbit edən maddəni dəyişdirdilər. Bunlara paralel olaraq 1992-ci ildə Azərbaycan Konstitusiyasının 121-ci maddəsinin II bəndinə belə bir maddə əlavə olunmuşdu ki, yaşı 65-dən yuxarı olan şəxslər prezident seçilə bilməzlər. Bu, bilavasitə Ümummilli lider Heydər Əliyevə qarşı yönəlmişdi. Həmin düzəlişə etiraz olaraq Azərbaycanın xilasını və qurtuluşunu məhz Ulu öndər Heydər Əliyevdə görən insanlar - Ümummilli liderimizin tərəfdarları 18 gün müddətində Bakıda Ali Sovetin qarşısında etiraz aksiyaları keçirdilər, mitinqlər təşkil etdilər. Həmin dövrdə müvafiq qanuna əsasən müəssisə və təşkilatlar da namizəd irəli sürə bilərdilər. Ümummilli lider Heydər Əliyevin namizədliyi o vaxt Azərbaycanın 300-dən artıq ayrı-ayrı müəssisə və təşkilatları tərəfindən irəli sürülmüşdü. Amma Mərkəzi Seçki Komissiyası Konstitusiyadakı bəhs olunan düzəlişə görə Heydər Əliyevin namizədliyini qeydə almadı. Bundan başqa, seçkilərin ardınca yaş senzinə qarşı çıxaraq Ulu öndərin namizədliyini müdafiə edən şəxslərə qarşı təqiblər gücləndirildi, onların yaşadıqları yerlərə hücumlar oldu, insanlara çoxsaylı xəsarətlər yetirildi. Belə olan halda, Azərbaycanın xilasına nail olmaq üçün Heydər Əliyevi müdafiə edənlər fəaliyyəti davam etdirmək üçün siyasi partiya yaratmaq qərarına gəldilər. 1992-ci ilin may ayında “Əlincə” xeyriyyə cəmiyyəti tərəfindən Ümummilli liderimizin rəhbərliyi ilə siyasi partiyanın yaranması təklifi irəli sürüldü”.
“Mayın 28-də “Əlincə” xeyriyyə cəmiyyətinin nümayəndələri olaraq Naxçıvanda Ümid körpüsünün açılışında iştirak etdik. Ümummilli liderimiz ilə görüşdə partiyanın yaradılması barədə fikir mübadiləsi apardıq. İyulun 13-də isə ziyalılardan ibarət digər qrup Naxçıvan Muxtar Respublikasına səfər etdi. Ümummilli liderimizə partiyanın yaradılması təklif olundu, lakin Heydər Əliyev bu təklifi qəbul etmədi. O, bu zamana qədər bir partiyada - Kommunist Partiyasında olduğunu və daha heç bir partiyaya rəhbərlik etmək istəmədiyini dedi. Amma ölkəmizdə baş verən hadisələrin fonunda, xaos, anarxiya, hərc-mərclik və siyasi böhran şəraitində zəngin dövlətçilik təcrübəsinə malik olan, Öz xalqına, dövlətinə dərindən bağlı olan Ümummilli liderimiz Heydər Əliyev də gördü ki, belə bir partiyanın yaradılması zərurətdir. Məhz bu ərəfədə - 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi”, - deyə Siyavuş Novruzov əlavə edir.
Siyavuş Novruzov deyir ki, həmin vaxt hakimiyyətdə olan AXC-”Müsavat” cütlüyü Ümummilli lider Heydər Əliyevə müraciət ünvanlayan şəxslərə qarşı ciddi təzyiqlər edirdi. Onlar Bakı şəhər Prokurorluğuna çağırılır, müxtəlif təhdidlər və fiziki təqiblərə məruz qalırdılar. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədilər: “Bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. YAP dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və respublikamızın hər yerində artıq təsis konfransları keçirilməyə başlandı. Bunun qarşısını almaq üçün mövcud hakimiyyət ölkədə fövqəladə vəziyyət elan etdi və beləliklə, toplantılar, yığıncaqlar qadağan olundu. Bütün bu təzyiqlər və təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyyətə gəldi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü Lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu”.
Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında və yeni hədəflərin müəyyənləşdirilməsində misilsiz xidmətlər göstərdiyini deyən S.Novruzov bildirir ki, YAP bu cür ali məramlı fəaliyyəti və müstəsna əhəmiyyətə malik olan misilsiz xidmətləri ilə ümumxalq partiyasına çevrilib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanların, eləcə də bütün xalqların partiyasıdır. YAP həmçinin öz sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirən avanqard siyasi qüvvədir.
Bəli, bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi palitrasında avanqard və aparıcı siyasi qüvvə kimi çıxış edir, respublikamızın inkişafına öz dəyərli və layiqli töhfələrini verir. Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarına sədaqət nümunəsi ortaya qoyan Siyavuş Novruzov isə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini və İdarə Heyətinin üzvü kimi partiya işinin təşkilində vacib rol oynayır.
AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN FƏAL TƏBLİĞATÇISI, ÖZ FƏALİYYƏTİNDƏ DÖVLƏTƏ XİDMƏT FƏLSƏFƏSİNİ ƏSAS GÖTÜRƏN TƏCRÜBƏLİ PARLAMENTARİ
Siyavuş Novruzovun xalqın mənafeyinə, dövlətin maraqlarına xidmət edən səmərəli və məqsədyönlü fəaliyyəti çoxşaxəli xarakter daşıyır. Bu baxımdan, Siyavuş müəllimin Azərbaycan parlamentində uğurla təmsil olunmasını ayrıca qeyd etmək lazımdır. Məlumat üçün nəzərə çatdıraq ki, S.Novruzov 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə YAP-ın vahid seçki siyahısında 3-cü yerdə deputat seçilib. O, 2005, 2010, 2015-ci illərdə isə majoritar qaydada 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən millət vəkili seçilib. Uzun müddət Milli Məclisin İntizam Komissiyasının sədri olan S.Novruzov hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir, öz vəzifəsinin öhdəsindən layiqincə gəlir. Milli Məclisin deputatı kimi fəaliyyəti dövründə Siyavuş Novruzov həmçinin qanun yaradıcılığı və hüquqi dövlət quruculuğu prosesində, hüquqi bazanın formalaşdırılmasında, qanunvericiliyin təkmilləşdirilməsində yaxından iştirak edib, çox fəal rol oynayıb.
Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olan Siyavuş Novruzov həm də beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edir və Azərbaycan həqiqətlərinin fəal təbliğatçısıdır. O, dünyanın bir çox ölkələrinə etdiyi rəsmi səfərləri zamanı parlamentlərarası münasibətlərin inkişafında, səmərəli əlaqələrin qurulması və genişləndirilməsi istiqamətində də yüksək fəallıq nümayiş etdirib. Başqa sözlə, Siyavuş Novruzov bütün rəsmi səfərlər zamanı Azərbaycan həqiqətlərinin təbliğatçısı olub, Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal altında olduğunu nəzərə çatdırıb, milli məsələlərlə bağlı qətiyyətli və fəal mövqedə dayanıb. Siyavuş Novruzov qeyd edir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması statusundan asılı olmayaraq hər bir azərbaycanlının Vətən qarşısında ümdə borcu və vəzifəsidir: “Bunun üçün bütün imkanlardan maksimum şəkildə yararlanmalıyıq. Xüsusilə də, beynəlxalq tribunalardan istifadə edərək reallıqları dünya ictimaiyyətinə çatdırmalı, obyektiv ictimai rəy formalaşdırmalıyıq. Ölkəmizin milli maraqlarını beynəlxalq arenada qətiyyətlə müdafiə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə uğurla çatdırılır, ermənilərin ölkəmizə qarşı qarayaxma kampaniyası iflasa uğradılır. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyəti səmərəli nəticələr verir. Hesab edirəm ki, ictimai statusundan asılı olmayaraq hər bir şəxs bu prosesə öz töhfəsini verməlidir. Milli Məclisin deputatlarının da qarşısında duran mühüm milli vəzifələrdən biri budur”.
Digər tərəfdən, Siyavuş müəllim seçiciləri maraqlandıran məsələləri daim diqqətdə saxlayır, onlara öz yardımını heç vaxt əsirgəmir. İndiyə qədər minlərlə seçicini qəbul edən Siyavuş Novruzov ona müraciət edənlərin problemlərinin həll olunmasının hüquqi təminatı sahəsində xüsusi köməklik göstərib, seçicilərlə fəal və intensiv təmaslarını davam etdirib. Siyavuş müəllim qeyd edir ki, millət vəkili daim seçiciləri maraqlandıran məsələləri, onların problemlərini diqqətdə saxlamalı, onlara lazımi səviyyədə köməklik göstərməlidir. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edir ki, məmur xalqın xidmətçisidir. Yəni məmur xalqa xidmət etməli, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Eyni zamanda, xalqın iradəsi əsasında Milli Məclisin deputatı kimi fəaliyyət göstərmək imkanı qazanmış millət vəkilləri də öz fəaliyyətlərində milli maraqlarla yanaşı, seçicilərinin mənafelərini əsas tutmalı, onlar üçün önəmli və aktual məsələləri daim diqqətdə saxlamalıdırlar. Yəni millət vəkilləri də xalqa, dövlətə xidmət fəlsəfəsini əsas götürməlidirlər. Bu baxımdan, hər birimiz nümunə olmalı, xalqın istək və arzularının ifadəçisi kimi çıxış etməliyik”, - deyə Siyavuş müəllim bildirir. Bəli, Milli Məclisin ən fəal deputatlarından olan Siyavuş Novruzov parlamentdə çıxışları zamanı səsləndirdiyi fikir və təkliflərdə daim milli maraqları, xalqın mənafeyini əsas götürür, millət vəkili kimi dövlətə xidmət nümunəsini öz timsalında əyani surətdə nümayiş etdirir. Parlamentdə müzakirələrdə milli məsələlərlə bağlı bütün mövzularda Siyavuş müəllimin çıxışlarına rast gəlmək olur. Çünki onun amalı dövlətə ləyaqətlə xidmət edərək Vətən qarşısında öz mənəvi borcunu və vəzifəsini yerinə yetirməkdir. Əminliklə deyə bilərik ki, Siyavuş Novruzov buna müvəffəq olur.
SİYAVUŞ NOVRUZOVUN SƏMƏRƏLİ İCTİMAİ-SİYASİ FƏALİYYƏTİ DÖVLƏT TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
İctimai-siyasi fəaliyyətində yüksək nailiyyətlər qazanan Siyavuş Novruzovun bu günə kimi gərgin əməyi onu yormayıb, əksinə, stimul yaradıb, yeni nailiyyətlərin qazanılmasına imkan verib. Bu gün Siyavuş müəllim dövlətə xidmət fəlsəfəsinə əsaslanan fəaliyyətini uğurla davam etdirir. Bunun qanunauyğun nəticəsidir ki, dövlət tərəfindən onun səmərəli ictimai-siyasi fəaliyyətinə daim yüksək qiymət verilir. Prezident İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli “Vətənə Xidmət” ordeni ilə təltif olunması bunun bariz nümunəsidir.
Bütövlükdə nəzər saldığımız məqamlar onu göstərir ki, milli maraqlara xidmət edən səmərəli və çoxşaxəli fəaliyyəti ilə müsbət nümunə yaradan, geniş ictimaiyyətin dərin rəğbətini qazanan Siyavuş Novruzovun həyat və fəaliyyəti parlaq nümunədir. Bu, eyni zamanda, milli-mənəvi dəyərlərə bağlı və dövlətçiliyə sadiq şəxsiyyət kimi ictimai-siyasi fəaliyyəti davam etdirmək, bu yolda Vətənə xidmət nümunəsi ortaya qoymaq istəyən gənclər və bütövlükdə cəmiyyət nümayəndələri üçün örnəkdir. “Yeni Azərbaycan” qəzeti olaraq Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini və İdarə Heyətinin üzvü, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovu 50 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  3090  |  
  • Tarix:  16-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 21:07
FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib
23 May 21:05
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May 21:02
Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir
23 May 21:00
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
23 May 19:51
"Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində professor İradə Hüseynova ilə görüş keçirilib
23 May 19:40
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
23 May 19:29
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub
23 May 18:34
Səməd Seyidov: Ermənistan apardığı mənfur siyasəti artıq gizlədə bilmir
23 May 18:22
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23 May 18:18
Azərbaycan-Çin münasibətləri inkişaf edir
23 May 18:16
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
23 May 18:02
Konstitusiya Məhkəməsində Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
23 May 18:00
Regionda mühüm rola malik Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır
23 May 17:42
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
23 May 17:38
Gündüz İsmayılov: Elm, təhsil olmayanda din xurafata çevrilir
23 May 17:36
Gövhər Baxşəliyeva: Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir
23 May 17:31
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir
23 May 17:25
Gənclər Fondu “Xaricdə təhsil” proqramını elan edib
23 May 17:20
Yohannes Kars: Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir
23 May 17:19
Natali Qule: İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23 May 17:16
The Associated Press: Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək
23 May 17:06
Niyazi Səfərov: Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritetdir
23 May 17:00
Oleq Kuznetsov: Qafqazşünasların II Beynəlxalq Forumu fikir mübadiləsi aparmaq üçün əla platformadır
23 May 16:57
YAP Yardımlı rayon təşkilatı GB-nın hesabat konfransı keçirilib
23 May 16:56
ARSENALI MXİTARYAN OLANLAR VƏ HEÇ OLMAYANLAR...
23 May 16:51
Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar
23 May 16:35
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb
23 May 16:21
Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək
23 May 16:11
Fransa Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır
23 May 15:53
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
23 May 15:36
UEFA Avropa Liqasının final oyununun açılış mərasimində ingiltərəli DJ Conas Blu çıxış edəcək
23 May 15:26
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23 May 15:02
İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir
23 May 14:55
Hikmət Şikarov: “Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
23 May 14:48
YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
23 May 14:41
Sabah Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
23 May 14:39
“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub
23 May 14:31
Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
23 May 14:29
Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb
23 May 14:24
Daşkənddə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində keçirilən görüşdə Azərbaycan da iştirak edib
23 May 14:20
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək
23 May 14:16
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub
23 May 14:13
Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib
23 May 14:11
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 14:08
Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub
23 May 14:05
“Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” hesabatının təqdimatı olub
23 May 14:01
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 May 12:59
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23 May 12:58
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
23 May 12:36
DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
23 May 12:34
Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
23 May 12:22
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
23 May 12:05
Vüqar Gülməmmədov: Dövlət büdcəsinin gəlir və xərcləri son 7 ilin ən yüksək göstəriciləridir
23 May 11:41
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23 May 11:33
Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb
23 May 11:31
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23 May 11:29
Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 May 11:27
Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
23 May 11:24
Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub
23 May 11:22
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
23 May 11:20
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
23 May 11:18
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir
23 May 11:16
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
23 May 11:15
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +27
gecə+16 +18