Ana səhifə »  Qəzetin pdf formatı »  General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib
A+   Yenilə  A-
General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib

Fevralın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşlarından və Onun şanlı peşəkarlıq məktəbinin sadiq davamçılarından olan, DTX-nin Ulu öndərin şərəfli adını daşıyan Akademiyasının ilk rəisi olmuş general-leytenant Ziya Yusifzadənin 90 illik yubileyi münasibətilə xatirə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, general Ziya Yusifzadənin ailə üzvləri, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin əməkdaşları və kursantlar iştirak ediblər.
Əvvəlcə general-leytenant Ziya Yusifzadənin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları Birliyinin sədri Şamil Süleymanov çıxış edərək general Ziya Yusifzadə ilə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, dövlət təhlükəsizlik orqanlarında Ümummilli lider Heydər Əliyev ilə çiyin-çiyinə xidmət etmiş Ziya Yusifzadənin mühüm tarixi dövrü əhatə edən ömür yolu, əldə etdiyi nailiyyətlər sadalamaqla bitən deyil. Bu gün onun yetirmələri, kömək və qayğı göstərdiyi kadrlar hazırda müstəqil Azərbaycanın təhlükəsizliyinə xidmət edirlər. Ziya Yusifzadə Azərbaycanın təhlükəsizlik orqanlarının peşəkarlıq tarixinə dəyərli töhfələr verən əməkdaş və rəhbərlərdən olub.
Ş.Süleymanov bildirib ki, Azərbaycanda Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu illər ərzində general Ziya Yusifzadə bu orqanda Ulu öndər Heydər Əliyevin azərbaycanlaşdırma siyasətini uğurla davam etdirib. Həmin dövrdə çoxlu sayda savadlı, bacarıqlı azərbaycanlı gənclər təhlükəsizlik orqanlarına xidmətə qəbul edilərək, keçmiş SSRİ-nin xüsusi təyinatlı ali təhsil müəssisələrinə göndərilib. Ömrünün böyük hissəsini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ziya Yusifzadənin çoxillik həyat təcrübəsi ilə yanaşı, yaratmaq və qurmaq həvəsi onun mühüm sahəyə uğurlu rəhbərliyinin başlıca şərti olub.
DTX-nin Heydər Əliyev adına Akademiyasının əməliyyat işçilərinin hazırlanması fakültəsinin ilk məzunlarından olan, DTX-nin məsul əməkdaşı V.Hümbətov həmin xüsusi təyinatlı ali təhsil müəssisəsində təhlükəsizlik xidməti elminin incəliklərinin mənimsənilməsində, bu mühüm sahədə gələcək zabitlərin yetişdirilməsi kimi məsuliyyətli vəzifənin həyata keçirilməsində general Ziya Yusifzadənin xatirələrdə silinməz və fədakar rolu barədə danışaraq deyib: “General Ziya Yusifzadənin bu təhsil ocağında ən mühüm xidmətləri sırasında Ulu öndər Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq irsinin aşılanması, gənc nəslin təlim-tərbiyəsi işində bunun əsas meyar kimi təlqin olunması dururdu. O, bu işi ən çox mənəvi haqqı olan insanlardan biri, Ulu öndərimizin sadiq silahdaşı kimi həm də çox böyük məmnuniyyət hissi və həvəslə yerinə yetirirdi. Ziya müəllim kursantlara Ulu öndərin yolunu, azərbaycançılıq ideologiyasını dərindən öyrədir, onların Vətənə, xalqa, torpağa sədaqət ruhunda, savadlı, bacarıqlı və geniş dünyagörüşünə malik zabit kimi yetişmələri üçün böyük səylər göstərirdi”.
General Ziya Yusifzadənin kursantlarla görüşlərində daim dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xüsusi xidmət orqanlarının milliləşdirilməsi istiqamətində gördüyü işlərdən, böyük peşəkarlıqla həyata keçirdiyi əməliyyat oyunlarından bəhs edərək kursantların bu peşəyə marağını və sevgisini daha da artırdığını vurğulayan DTX-nin məsul əməkdaşı deyib: “Ziya müəllim çıxışlarında hər zaman bildirirdi ki, əməliyyat işçisi soyuq düşüncəli, ürəyi isti, əlləri təmiz olmalıdır. O, kursantların mənəvi-əxlaqi keyfiyyətlərinin yüksəldilməsinə xüsusi diqqət yetirir, onları gələcəkdə Ulu öndər yolunun davamçısı kimi görür və gənclərə bir rəis kimi deyil, həm də bir valideyn, ata kimi qayğı göstərirdi. Ulu öndər Heydər Əliyevin dövlətçilik, vətənpərvərlik, azərbaycançılıq irsinə sədaqət ruhunda formalaşmağımızı bizə məhz unudulmaz pedaqoq, peşəkar hərbçi və sözün əsl mənasında böyük insan Ziya Yusifzadə aşılayıb”.
General-leytenant Ziya Yusifzadənin qızı, tarix elmləri doktoru, professor Sevinc Yusifzadə atasının 86 illik ömrünün 60 ilini dövlət təhlükəsizliyi orqanlarında xidmətə həsr etdiyini vurğulayaraq deyib: “O, işini çox sevir, Azərbaycanın təhlükəsizliyinin təmin olunması yolunda yorulmadan işləyirdi. Atam Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yüksək vəzifələrdə xidmət etsə də, heç vaxt öz işi barədə danışmağı sevməzdi. Biz onun fəaliyyətindən, gördüyü işlərdən mətbuatdan öyrənə bildik. Onda gördük ki, atam dövlətimizin təhlükəsizliyi üçün necə böyük işlər görüb”.
1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində Ulu öndər Heydər Əliyevin sovet rəhbərliyindən istefa verməsindən sonra vaxtilə Onunla çiyin-çiyinə çalışan şəxslərin də vəzifədən azad edildiklərini xatırladan S.Yusifzadə bildirib: “1987-1993-cü illər ölkəmizin tarixində çətin dövr idi. Bu illərdə Ulu öndər Heydər Əliyevə sadiq digər şəxslər kimi, atam da vəzifədən uzaqlaşdırıldı. Lakin 1993-cü ildə Ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkəmizin inkişaf yoluna qədəm qoydu. Bundan sonra atamın da həyatında yeni dövr başladı. Atam həyatının son illərini xüsusi xidmət orqanlarında çalışacaq kadrlar yetişdirən, dövlətimizin başçısı möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısını əsirgəmədiyi akademiyaya sərf etdi. O, son dərəcə məsuliyyətli insan olmaqla yanaşı, gözəl ata, diqqətli və qayğıkeş valideyn, əsl vətəndaş idi”.
Sevinc Yusifzadə atasının 90 illik yubileyinin yüksək səviyyədə qeyd olunması və xatirəsinin əziz tutulmasına görə ailə üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və DTX rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə xüsusi vurğulanıb ki, bu ilin mart ayında Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyidir. General-leytenant Ziya Yusifzadənin də 90 illiyinin bu ərəfəyə təsadüf etməsi rəmzi məna daşıyır. Ümummilli lider Heydər Əliyevin peşəkarlıq məktəbinin görkəmli nümayəndəsi, ömrünün böyük hissəsini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ziya Yusifzadə onu tanıyanların qəlbində daim yaşayacaq.

 
  • Oxunub:  3450  |  
  • Tarix:  16-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA