Ana səhifə »  Qəzetin pdf formatı »  Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

Azərbaycanda islahatların yeni mərhələsi başlayıb
Müstəqil Azərbaycanın dünyada böyük maraqla izlənilən nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Qeyd edək ki, ölkəmizdə prioritet sahələrin üstün inkişafının təmin edilməsinə hesablanan islahatlar həyata keçirilərkən mütləq qlobal miqyasda meydana çıxan yeni trendlər və çağırışlar nəzərə alınır, eyni zamanda, mövcud daxili potensial və cəmiyyətin sosial sifarişləri əsas götürülür. Belə bir rasional vəhdətin təmin edilməsi öz növbəsində islahatların uğurla həyata keçirilməsini və bunun nəticəsi olaraq respublikamızın bütün istiqamətlərdə böyük uğurlara imza atmasını şərtləndirir. Real televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibəsində bu məqama toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda islahatlar müntəzəm olaraq keçirilir.
Azərbaycanda islahatların əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub
Məlum olduğu kimi, Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdaraq Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, ölkəni, xalqı yeni intibaha istiqamətləndirdi. Ölkəmizdə islahatlar kursunun təməlini də Ulu öndər Heydər Əliyev qoyub. Sözügedən müsahibəsində buna xüsusi diqqət çəkən Prezident İlham Əliyev deyib: “İslahatların əsasını Ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur. Məhz o ildən başlayaraq Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoymuşdur”.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Onun böyük səyləri hesabına cəmiyyətdə bərqərar edilən sabitlik ölkənin bütün potensialını ümumi məqsədlər naminə səfərbər etməyə imkan verdi. Ölkənin qarşısında dayanan çoxsaylı prioritetlər sırasında əsas məsələlərdən biri də milli iqtisadiyyatın gücləndirilməsi idi. Ulu öndər xüsusi olaraq vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. 1993-cü ilin yayında ölkədə durum çox acınacaqlı idi. AXC-“Müsavat” iqtidarından dağıdılmış, təchizat-satış əlaqələri pozulmuş iqtisadiyyat “miras” qalmışdı. Məhz belə bir ağır vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev iqtisadiyyatın dirçəlməsinə yönələn müdrik qərarlar qəbul etdi. Ulu öndərin təşəbbüsü əsasında parlamentdə yeni qanunlar qəbul edildi. Nəticədə, 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı.
Ən vacib məqamlardan biri o oldu ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyinə hesablanan yeni neft strategiyasını işləyib hazırladı və Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələri cəlb etməyə nail oldu.
Yeni neft strategiyasının reallaşdırılması çərçivəsində Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına start verildi. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Sonrakı illərdə neft gəlirlərinin artması hesabına ölkənin iqtisadi inkişafı üçün böyük imkanlar yarandı.
Bütövlükdə, 1995-2003-cü illər ərzində respublikamızda ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Bəhs olunan dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində sərmayə yönəldildi.
Müstəqil Azərbaycanda Ulu öndərin təşəbbüsü əsasında başlanan islahatlar milli iqtisadiyyatın qarşısında yeni inkişaf üfüqləri açdı.
Ulu öndər Heydər Əliyev ölkəmizin iqtisadi inkişaf yolunu qəti şəkildə belə müəyyənləşdirmişdi: Müstəqil Azərbaycanın iqtisadi inkişaf yolu islahatlar vasitəsilə liberalizm prinsipinə əsaslanan bazar iqtisadiyyatına keçid yolu olmalıdır. “...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”, - deyən Ümummilli liderimizin müəyyənləşdirdiyi strateji kursun uğurla həyata keçirilməsi sayəsində ölkədə iqtisadi fəallıq artdı, iqtisadiyyatın müxtəlif sahələrinin investisiya təminatı gücləndi, tələbata işləyən geniş müəssisələr şəbəkəsi yarandı, fəal insanların məşğulluğu təmin olundu və bu əsasda əhalinin sosial vəziyyəti yaxşılaşdı. Ulu öndər Heydər Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə yaradılan mükəmməl hüquqi baza sosialyönümlü liberal iqtisadiyyat quruculuğuna uğurlu keçidi təmin etdi. İlk növbədə onu vurğulayaq ki, Ümummilli liderin rəhbərliyi ilə hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması ilə bağlı müddəalar öz əksini tapıb. Ulu öndər milli iqtisadiyyatın inkişafına mane olan bürokratik əngəllərin və o cümlədən də sahibkarlıq subyektlərində yoxlamaların qarşısının alınması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə bir sıra Fərman və sərəncamlar imzalayıb.
Ümummilli lider Heydər Əliyevin aqrar sektorda apardığı islahatlar həm iqtisadi əhəmiyyət daşıyır, həm də böyük sosial önəm kəsb edirdi. Məlumdur ki, Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından bir sıra üstünlüklərə malik olan ölkədir. Respublikamızda aqrar sektorda tarixən güclü ənənələr formalaşıb, eyni zamanda, ölkəmiz bir sıra istehlak bazarları ilə əhatə olunub. Bundan başqa, ölkənin fəal məşğul əhalisinin təxminən 40 faizi bölgələrdə məskunlaşıb. Lakin stereotiplər, o cümlədən də torpaq üzərində mövcud mülkiyyət münasibətləri aqrar sektorda da inkişafı əngəlləyirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda MDB məkanında ilk dəfə geniş torpaq islahatı həyata keçirməklə aqrar sektora, necə deyərlər, yeni nəfəs verdi. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixdə imzaladığı “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” müvafiq Fərmanla respublikamızda geniş torpaq islahatına başlanıldı. Fərmanda nəzərdə tutulan tədbirlərin reallaşdırılması sayəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinəyararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi. Azərbaycan vətəndaşlarının heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilməsi respublikanın kənd təsərrüfatında dönüş yaratdı.
Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra edilməsi sayəsində ölkəmizdə yeni müsbət reallıqlar yaranıb
Onu da qeyd edək ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev, həmçinin son 15 ildə ölkəmizdə islahatlar kursunu daha da dərinləşdirib. 2003-cü ildən bəri Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin inkişafının ardıcıllığını təmin etmək, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini gücləndirmək məqsədilə yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Prezident İlham Əliyev ölkədə biznes mühitinin optimallaşdırılması, bank-maliyyə sektorunda inklüzivliyin daha da artırılması, daxili istehsalın qorunması, sahibkarların vergi yükünün azaldılması yolu ilə vergi bazasının genişləndirilməsi, gömrük nəzarətinin sadələşdirilməsi və şəffaflığın təmin olunması, istehsal imkanlarının genişləndirilməsi, investisiya qoyuluşunun, ixracın təşviq edilməsi, “Made in Azerbaijan” brendinin yaradılması və sosial sfera da daxil olmaqla digər sahələri əhatə edən Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının müvafiq Fərmanına əsasən milli iqtisadiyyat perspektivi və onun 11 əsas sektoru üzrə strateji yol xəritələri təsdiqlənib. Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir.
Beləliklə, Ümummilli liderin əsasını qoyduğu islahatlar kursu, sonrakı mərhələdə isə bu kursu davam etdirən Prezident İlham Əliyevin ölkədə iqtisadi inkişafın dinamikliyinə nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirməsi Azərbaycanı iqtisadi cəhətdən müstəqil dövlətə çevirib. Öz növbəsində iqtisadi müstəqillik respublikamızın siyasi müstəqilliyinin təmin olunmasında mühüm rol oynayır.
Qeyd edək ki, hazırda Azərbaycan bütün dünya üzrə ən dinamik inkişaf edən və yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyata malikdir. Son 15 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox genişlənib ki, bu da dünya üzrə rekord göstəricidir. Əlamətdar haldır ki, son illərdə milli iqtisadiyyatımızda neftdənkənar sektorun xüsusi çəkisi getdikcə artır. Hazırda ölkəmizdə ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb.
Dünyada yaşanan çətinliklər fonunda Azərbaycanın güclü maliyyə təminatına malik ölkəyə çevrilməsinin önəmini də ayrıca qeyd etmək lazımdır. Son 15 ildə Azərbaycana daxili və xarici mənbələrdən 250 milyard dollardan çox sərmayələr yönəldilib. İnvestorlar ölkəmizdəki əlverişli sərmayə mühitindən, möhkəm daxili sabitlikdən bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə vəsait yönəldirlər. Eyni zamanda, respublikamız bəhs olunan dövrdə özünün strateji valyuta ehtiyatlarını 24 dəfə artırmağa nail olub. Hazırda ölkəmiz 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir.
Respublikamızda islahatların 2003-cü ildən başlanan yeni mərhələsində həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları uğurla icra edilib. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 2004-cü ilin fevral ayında təsdiqlənib. İndiyədək ölkəmizdə üç belə Dövlət Proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra edilməsi sayəsində ölkəmizdə yeni müsbət reallıqlar yaranıb.
Beləliklə, son 15 ildə Azərbaycanın bütün dünya miqyasında yüksək qiymətləndirilən dinamik iqtisadi inkişafına müsbət təsir göstərən faktorlar sırasında regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə endirilib. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsini ən böyük islahat kimi səciyyələndirərək deyib: “2003-cü ildən islahatların yeni mərhələsi başlandı və hesab edirəm ki, o vaxt ən böyük islahat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi. Çünki bu proqram bizə imkan verdi ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyənləşdirək və qısa müddət ərzində çox güclü infrastruktur bazasının yaradılması işində nəticələr əldə edək”.
Regionlarda müvafiq Dövlət proqramları çərçivəsində yaradılan müasir infrastruktur həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır. Belə ki, regionlarda sahibkarlar dövlət vəsaiti ilə yaradılan infrastrukturdan bəhrələnərək müxtəlif sahələrə investisiya qoyuluşunu artırırlar. Yüksək səviyyəli infrastruktur, eyni zamanda, insanların həyatına böyük rahatlıqlar gətirir, bütün ölkə üzrə vətəndaş məmnunluğunu təmin edir. Ümumiyyətlə, yuxarıda bəhs olunan Fərmanda da bildirildiyi kimi, Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Prezident İlham Əliyev son 15 ildə ölkədə həyata keçirilən infrastruktur quruculuğundan məmnunluğunu ifadə edərək bildirib: “Əgər həmin illəri xatırlayırsınızsa, o vaxt biz infrastruktur baxımından çox geridə idik. Elektrik enerjisi ilə bağlı böyük problemlər, fasilələr var idi, elektrik enerjisi saatlarla verilirdi. Bu gün Azərbaycan nəinki özünü təmin edir, eyni zamanda, böyük həcmdə elektrik enerjisini ixrac edir. Bölgələrdə qaz təchizatı yox idi. Bakı şəhərində qaz təchizatı təqribən, 50 faiz səviyyəsində idi. Bu gün ən ucqar rayonlara, hansılar ki, heç sovet vaxtında qazlaşdırılmamışdı, təbii qaz verilir və qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. İçməli su layihələrinin icrası böyük əhəmiyyət daşıyır, böyük sosial məsələdir. 2003-cü ildə dayanıqlı və keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb. Düzdür, 70 faiz də bizi qane edə bilməz. Bakı şəhərində bu, 80 faizdən çoxdur. Ancaq bu, böyük bir islahat idi. Digər infrastruktur layihələrinə gəlincə, misal üçün, biz artıq bir neçə ildir ki, 5 milyon insana pulsuz tibbi müayinə xidməti göstəririk. Bu, nəyə görə mümkün olub? Ona görə ki, son illərdə ölkəmizin hər bir yerində müasir xəstəxanalar, diaqnostika mərkəzləri yaradılıb”.
Cari ilin əvvəlindən respublikamızda konkret hədəflərə hesablanan yeni islahatlar həyata keçirilir
Yuxarıda deyilənlərdən də göründüyü kimi, ölkəmizdə islahatlar ardıcıl səciyyə daşıyır. Cari ilin əvvəlindən isə respublikamızda konkret hədəflərə hesablanan islahatların yeni mərhələsi başlayıb. Prezident İlham Əliyev diqqəti qarşıya qoyulan hədəflərə çəkərək vurğulayıb: “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır”.
Respublikamızda reallaşdırılan islahatların mühüm bir bloku institusional sferanı əhatə edir. 2019-cu ilin əvvəlindən ölkəmizdə struktur islahatları Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daha aktiv fazaya daxil olub. Dövlət başçısı tərəfindən 14 yanvar 2019-cu il tarixində və ondan sonrakı günlərdə struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib. Reallaşdırılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Bu islahatlar iqtisadiyyatda səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatları institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir.
Əlbəttə, struktur islahatları reallaşdırılarkən hansısa ştat vahidlərinin ləğv edilməsi, müəyyən ixtisarların aparılması da labüddür. Ancaq bu heç də vətəndaşların əmək hüquqlarının pozulması anlamına gəlməməlidir. Vətəndaşların iş yerləri ilə təmin olunmasının prioritetliyi aparılan struktur islahatları zamanı da ciddi şəkildə gözlənilir. Başqa sözlə desək, struktur islahatları aparılarkən insanların əmək hüquqlarının qorunması çox mühüm tələb kimi qarşıya qoyulur. Müvafiq qurumlar və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu sahədə cənab Prezidentdən xüsusi tapşırıqlar alıblar. Bu isə o deməkdir ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları üçün yenidən işlə təmin olunmaq imkanları maksimum təmin edilir.
Ümumiyyətlə, 2019-cu ilin əvvəlindən daha intensiv hal alan islahatların böyük bir qismi sosial sferanı, o cümlədən də vətəndaşların gəlir imkanlarının artırılmasını əhatə edir. Xatırladaq ki, elə bu günlərdə Prezident İlham Əliyev minimum əməkhaqqının artırılması, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2190  |  
  • Tarix:  16-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir
20 Mart 11:08
Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq
20 Mart 11:07
Ağsaqqallar Şurasının sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20 Mart 11:05
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir
20 Mart 11:04
Berlində keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
20 Mart 11:03
Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək
20 Mart 11:02
Hərbi Prokurorluğun rəhbər işçilərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbirlər davam etdirilir
20 Mart 11:01
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
20 Mart 11:00
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
20 Mart 10:59
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
20 Mart 10:59
Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
20 Mart 10:58
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib
20 Mart 10:57
Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub
20 Mart 10:56
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bolqarıstanda mühüm görüşlər keçirib
20 Mart 10:55
Gədəbəy rayonunda N saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib
20 Mart 10:54
Misirdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +15
gecə+4 +6